Guney AZfront

Description
O taylı, bu taylı Azərbaycanımız!
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 1 month ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 11 months ago

4 months, 3 weeks ago

​​Prezidentliyə namizəd azərbaycanəsillli Məsud Pezeşkian:

"Bir çox namizədlər indiyə qədər türklük və türk dili mövzularından çox istifadə etdi. Amma bu ölkədə türkdilli xalqların heç bir problemi indiyə qədər həll edilmədi.

Çünki bəzi dairələr buna bütün imkanları ilə mane olur. Kürd dili, türk dili, bəluc dili fars dili qədər İrandır və bizim ölkənin sərvətidir. Ölkəni o hala salıblar ki, hər kəs bizim iqtidardan narahat olur və özünə təhdid görür. Allahın izni ilə biz sizin qarşınızda məyus olmarıq".

#İran

[​​](https://telegra.ph/file/7f32567ff3d7ecfa770b0.jpg)Prezidentliyə namizəd azərbaycanəsillli Məsud Pezeşkian:
4 months, 3 weeks ago

Prezidentliyə namizəd Səid Cəlilinin qərargahı azərbaycanlıların könlünü almaq istəyib

Səid Cəlilinin seçki qərargahının rəhbəri, Xameneiyə çox yaxın olan SEPAH-nin keçmiş üzvü və sabiq enerji naziri Pərviz Fəttah azərbaycanlıları toplayaraq onlara Cəlilinin “Əziz azərbaycanlılar, Ərdəbillilər, Zəncanlılar. Səid Cəlilinin ürəyi sizinlədir. Bu kişinin (Səid Cəlili) ürəyi safdır. Yaşasın Azərbaycan, yaşasın İran!” sözlərini çatdırıb.

Həmçinin Pərviz Fəttah çıxış zamanı İran–Azərbaycan münasibətlərinə toxunub: "Azərbaycan Respublikası ilə münasibətlər İran İslam Respublikası üçün hər zaman vacibdir. Azərbaycan Respublikası İrana dost və qardaş dövlətdir. Biz başqa dövlətlərin bizim tarixi qardaşlıq və dostluq münasibətlərini pozmasına əsla imkan verməməliyik".

Qeyd edək ki, Səid Cəlilinin anası türk, atası isə kürddür.

#İran

4 months, 3 weeks ago
**Molla rejimi Azərbaycanlı vəkil Tahir Nəqvini …

Molla rejimi Azərbaycanlı vəkil Tahir Nəqvini Evin zindanında şərləyərək, ona yeni iş açıb

Tahir Nəqvi həbsindən 150 gün keçməsinə baxmayaraq, hələ də Evin həbsxanasındadır. Bu günlərdə ona zindanda yeni iş açıldığı bildirilib.

Bu işdə “ictimai asayişi pozmaq” və “həbsxana əməkdaşlarını təhqir etmək” ittihamları da var. Bu iş ona qarşı həbsxana məmurlarından biri ilə bu vəkil arasında yaranan mübahisədən sonra Evin həbsxanasının əməkdaşlarının şikayəti əsasında açılıb.

#GuneyAzerbaycan #millifeal

4 months, 3 weeks ago

İranda 4 nəfərin həyatına son qoyulub 

Məşhəddə edam hökmləri icra edilib. Bu barədə hüquq müdafiə təşkilatları məlumat veriblər.

Bildirilib ki, edamlar Vəkilabad həbsxanasında həyata keçirilib. Məhkumlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli biliniblər. Onlardan ikisi Məşhədin yerli sakinləri, biri kuçanlı, sonuncu isə Əfqanıstan vətəndaşı olub.

Beynəlxalq Amnistiya Təşkilatının 2023-cü il hesabatında dünyada edam edilən 1053 nəfərdən 853-ünün (75%) İranda öldürüldüyü açıqlanıb.

İran, xüsusilə narkotiklə bağlı işlərdə ölüm hökmündən istifadə etdiyinə görə tez-tez tənqidlərə məruz qalır. İran hakimiyyəti isə ictimai təhlükəsizliyə ciddi təhlükə yaradan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərə ehtiyac olduğunu bildirir.

#edam

4 months, 3 weeks ago

​​Molla rejimi güneyli ailə barəsində həbs-qətimkan tədbiri seçib

Təbriz Respublika Prokurorluğu və İnqilabının I şöbəsi Məryəm, Fərhad və Səccad Pakrouh barəsində ictimai rəyi pozmaq ittihamı ilə həbs qətimkan tədbiri seçib.

Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Pakroгh, onun atası Cəbrayıl Pakrouh, Fərhadın qardaşı Səccad Pakrouh Təbriz 1-ci Kəşfiyyat Bazasının əməkdaşları tərəfindən mayın 14-də həbs edilmişdilər.

Cəbrayıl Pakrouh mayın 15-də bir günlük həbsdən sonra 100 milyon tümən girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından azad edilmişdir.

Azadlığa çıxdıqdan sonra Cəbrayıl Pakrouh fars dilində bir videoda özünün, qardaşının və uşağının vəziyyətini açıqlamışdı:

“Təəssüflər olsun ki, məhkəmə sisteminin ədalətsizliyi və İslam Respublikası sisteminin səmərəsizliyi ucbatından qardaşım Əsəd və oğlum Fərhad törətmədikləri cinayətə görə hər biri 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qardaşım hazırda həbsdədir, Fərhad da hökmü icra etmək üçün çağırılıb və mən də cəzama görə iyirmi milyon tümən pul ödəmişəm. Biz haqq-ədalət axtarırıq və Allah qoysa, bir gün bu gerçəkləşəcək”.

#GuneyAzerbaycan #millifeal

[​​](https://telegra.ph/file/5e462451e33240a1bb8a8.png)**Molla rejimi güneyli ailə barəsində həbs-qətimkan tədbiri seçib**
4 months, 3 weeks ago
**Aşqabad və Tehran İraqa tədarük üçün …

Aşqabad və Tehran İraqa tədarük üçün ildə 10 milyard kubmetr qaz satışına dair müqavilə imzalayıb

2024-cü il iyulun 1-dən 3-dək Aşqabadda “qaz tədarükü sahəsində səmərəli əməkdaşlıq üçün daha geniş imkanlardan istifadə etmək məqsədilə” Türkmənistan və İran tərəfləri arasında danışıqlar aparılıb.

Türkmənistan və İran arasında “svop” sxemi ilə İran ərazisi ilə Türkmənistandan İraqa tədarük olunacaq ildə 10 milyard kubmetr qazın satışına dair müqavilə imzalanıb.

4 months, 3 weeks ago
**Ayətullah rejiminin casus şəbəkəsinin üzvünə hökm …

Ayətullah rejiminin casus şəbəkəsinin üzvünə hökm oxunub

Azərbaycan Respublikası ərazisində molla rejiminə xidmət edən və ölkə daxilində təxribat xarakterli fəaliyyətlərlə məşğul olan Ağcabədi şəhər sakini Nicat Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

#casus

4 months, 3 weeks ago
**Tehranda azərbaycanlı siyasi məhbuslara qarşı kobud …

Tehranda azərbaycanlı siyasi məhbuslara qarşı kobud rəftar

Tehranın 15-ci şöbəsinin Evin zindanında azərbaycanlı fəalların işi üzrə məhkəmə iclası 3 iyul 2024-cü il - çərşənbə günü keçirilib. İclasda hakim Salavati həbsdə olan Mürtəza Pərvin, Bağir Hacızadə, Ayaz Seyfxah və Kamal Nurini təhqir edərək, onların həbsi zamanı təhlükəsizlik qüvvələri tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı ifadələrini rədd edib.

Milli fəallar həbs olunduqdan sonra fiziki zorakılığa məruz qaldıqlarını iddia etsələr də, hakim onların hakimiyyət orqanları ilə əməkdaşlıq etmədiklərini təkid edərək “Sizə işgəncə verilməyib” deyib (Araz News).

Murtaza Pərvin, Bağir Hacızadə, Ayaz Seifkhah və Kamal Nuri İranın milli təhlükəsizliyinə təhlükə törədən fəaliyyətdə ittiham edilərək həbs ediliblər.

#MilliFeal #SiyasiMehbus

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 1 month ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 11 months ago