Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Kanan's

Description
Gözlərimdə hüzn, üzümdə kölgə
Belə bir axşamda öləcəm bəlkə...
Advertising
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 6 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 weeks ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 days, 14 hours ago

7 months, 1 week ago

*Getmək istəyirəm...

İtmək istəyirəm, acılarımın
Ən son vərəqində tapıldım bəlkəm.
Qalxdıqca dəyəri eşq əyarımın
Anladım, həyata bahalı yükəm.

Ölmək istəyirəm həzin havada
Çiçəklər sevinsin gedən bahara.
Ölüb, öz-özümə yetişim, ya da,
Özümü tərk edim sonsuzluqlara.

Silmək istəyirəm anılarımın
Kağıza tökülən göz yaşlarını.
Səndin nəqarəti mahnılarımın
Götür əllərimdən alqışlarını..

İçmək istəyirəm, sənli günləri
Unudum yarımçıq şüşə ramında.
Dünya qədər idik, o gündən bəri
Yalqızam sənsizlik izdihamında.

Getmək istəyirəm söz məzarına,
İçimdə qət edib son məsafəni.
Atıb ürəyimi yol kənarına
Əl edim şeirə, aparsın məni...

- Kənan Ali Zadə*

t.me/kanans

7 months, 1 week ago

#Filmlər *kitabların ən böyük düşmənləridir.

Məşhur amerikan yazar Ursula K. Le Quin (1928-2018) 2004-də nəşr etdiyi bu məqalədə öz kitabına çəkilən film haqqında yazır:

- Filmin nədən bəhs etdiyini bilmirəm. Hekayədən fərqli olaraq tamamilə başqa bir süjetdə qurulmuş səhnələrlə doludur. Bu səbəbdən, heç bir məna kəsb etmir.*

7 months, 2 weeks ago

*Lənətə gəlmiş şəhər

Yenə əsir tənhalıq, 
Yenə yorğundu hava 
Bakı küçələrində.
Öz içimdə gəzirəm,
Özümü axtarıram 
Bu gecənin şərində.

Yenə sevgilər küsüb, 
İncik ruhlar dolaşır  
İntihar damlarını.
Xatirindəmi, gülüm,    
Bakıya bənzədərdik     
şəhərin ən kimsəsiz,    
tənha adamlarını.

Başqa hekayələrdə
Qəhrəman oldu onlar.
Lakin öz nağılında
Küsdü, yoruldu onlar.
Və nağıl bitdi daha...
Həmin gözəl adamlar
Hekayədən getdilər
uzağa, çox uzağa..

Daha dönməzlər geri,
Şəhərin hər yanından
Görünər qətl yeri.
O gözəl insanların
Ardınca baxar, Bakı..
Ölər, darıxar, Bakı..

Lənətə gələr şəhər,
Bozarar mavi dəniz.
Çırpınar coşar, Xəzər.
Qalxıb suyun üzünə
Yuyar bütün şəhəri
Hər kəsi boğar-keçər.

Ləpələr layla deyər,
Yırğalar körpələrin
Taxta beşiklərini...
Quşlar gələr köməyə
Alıb, aparar göyə
Küçə pişiklərini.

Gələcəyini asar
Yelləncəyin ipindən 
6 yaşlı uşaqlar.
Təslim olar dünənə,
Ömrün yeri boş qalar,
Sığınar göy kəfənə
50 il əvvəl ölüb
gömülməyən qocalar.

Qan gölündə Xəzərin,
Boğulub ölər hər kəs.
Bu qocaman şəhərin
Zirvəsində yaşayan
Təkcə şəhidlər ölməz.

Gecələri atlayıb
Çox güvənmə Bakının
Günəşli səhərinə..
Küləklər şəhəridir,
Nə desən, edər sənə..

Külək qiyam qaldırar
Devirər insanlığı.
Rəhm eləməz kimsəyə,
Seçməz qaradan ağı,
Şəhərin mərkəzində
Asar ölüm bayrağı.

Gecənin eyvanından
Bir qız atar ruhunu.
Qızın ipək telləri
İlişər bu küləyə
Külək sovurar onu
"Tolstoy"dan "Qoqol"a
Gözündəki yağış da
Onu gətirməz yola..

Yollar yolar saçını,
Kəsilər, yaralanar
İnsan olan yerləri.
Duyar köhnə acını. 
Səpilər küçəboyu,
Dolaşıq fikirləri.
Söyər bu küçələrin
Bərkini, hamarını.
Tapar bir abırlı daş,
Kəsər ar damarını.

Yolun uzaqlığında,
Bir ümid çiçəkləyər.
İnanar eşq adında   
Ən möhtəşəm yalana.  
Nədənsə sevgi adlı   
Bu ölümcül xəstəlik  
Heç vaxt bulaşmaz ona. 
Sevgidən sağlam qalar
Açar eşqə qanadın.
Həyatın döngəsində,
Ürəyindən vurular,
Yıxılar.. Ölməz qadın.
Çevrilib bir şeirə
Sətir-sətir dağılar,
Azad, hürr küçələrə
Ümid olar şəhərə...
Qovuşar varlığına
Çatar mənzil başına.
Sevgi məzarlığına...

Və ilaxır və sair..
Sözdən üzülər əlim.. 
Bu nə şeirdi, şair? -
Qələmdən küsər əlim.
Ömürsə son misranı,
Məzar daşında yazar:  
"Həyatdı da, gözəlim."

Sonuncu təsəlli tək,
Uzadıb qanlı əlin,
Xəfif səslənər külək:
- Bu şəhər bizlik deyil,
Gəl, əzizim, gəl, gedək!*

- Kənan Ali Zadə

t.me/kanans

8 months, 2 weeks ago

*Bu gün də ölmədim,
niyə ölüm ki?
Özümü bu həyat məzarlığında
Min dəfə öldürüb diriltmişəm ki.
Həyat hər qıyanda ümidlərimə
Son ümid, son çarə amanı kimi
Özümü ölümlə kiritmişəm ki.

Bu gün də ölmədim,
öləndə nolar?!
Ömrümdən bir ölüm əksik olacaq,
Bu ölümün yeri boşalan kimi
Gələn bir ölümlə yeri dolacaq.
Günbəgün, anbaan ölən ömürlər
Elə günbəgün də bir həyat doğur,
Son anda qoyulan qara nöqtələr
Yollar ayrıcında qalıb duruxur..

- Arif Abdullazadə (1940-2002)*t.me/kanans
fb.com/kananalizadeh

8 months, 2 weeks ago

*150 il əvvəlki gənclərimizə baxıram, hərəsi bir neçə dil bilir - ərəb, fars, rus, fransız, alman, ingilis və s. Bu günkü gəncliyimizin çox geridə olduğunu etiraf etməliyik.

Mir Möhsün ağa Nəvvab öz oğlu haqqında yazır:

“1872-ci ildə anadan olub, indi yaşı 21-ə çatır. Elmdə, təhsildə və şeirdə təzədir. Farsca, rusca, fransızca oxuyur. Həvəsləndirmək və maraqlandırmaq məqsədilə onun bir neçə şeirini bu təzkirəyə qeyd etdim.”*

8 months, 3 weeks ago

*Onlar həyatın əzdiyi bir dəstə yeniyetmə idi...
"Vanity Fair French Magazine" -də Sebasten Koşonun Ceyms Kollinz (fotodakı oğlan) ilə müsahibəsini oxuyuram. 2016-cı ildə, Nyu Yorkda Merilin Monronun foto kolleksiyasının hərraca çıxarıldığı dönəmdə alınıb müsahibə.

Merilin Monronu daima təqib edən və demək olar bütün məşhur fotolarının müəllifləri olan - 6 nəfər gəncdən yeganə sağ qalandır -Ceyms Kollinz. Merilin Monro böyük fanat ordusundan daima qaçmağa çalışsa da, bu 6 gənci çox sevərdi və hətta, bir dəfə onların binanın qarşısında gözlədiyini görüb, öz evinə, şam yeməyinə dəvət etmişdi. Bu məşhur 6-lığa 3 qız, 3 oğlan daxil idi.

Onlar Monroya "Mazzie" adını vermişdilər.

Ceyms ilə ilk dəfə qarşılaşırdım, şəkillərdən gördüyüm o yaraşıqlı gənc əvəzinə məni yaşlı biri qarşıladı. Qocalmışdı. - deyir Koşon.

Ceyms Kollinz danışır: "Bizim aramızda ən fanatiki Frida idi. Merilin Monro Nyu Yorku tərk edəndə Frida aviaşirkətdə işə düzəldi. Uçuş pulunu ödəmədiyi üçün artıq ölkənin istənilən yerində Monronu izləyə bilərdi."

Monronun ani vəfatı bu gəncləri yasa batırdı. Sonra toparlanıb hərəsi öz işininin dalınca getdi. Ceyms bu iki otaqlı evə köçdü. İki pişiyi ilə tənha yaşadığı bu evə. Ondan "Monronun foto kolleksiyasını hərraca çıxardığınızda kədərləndinizmi?" - soruşduqda, dedi:

- Bilirsən, Nyu Yorkda həyat bahadır, belimdən əməliyyat olunmalı idim. Başqalarının da bu fotolardan zövq almasına məmnunam. Mən isə... mənim onsuz da çoxlu xatirələrim var...*t.me/kanans
www.youtube.com/@kanans

9 months, 2 weeks ago

*Mən heç vaxt qəlbinə toxunmamışdım,
Bu gün ürəyimdən xəbərin varmı?
Baxdın gözlərimə - gözlərim yaşdı,
Kişi də...
Ata da heç ağlayarmı?

Yox, yox sən uşaqsan, kiçiksən hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.

Həyat bəsləyibdir möhkəm, sərt məni,
Heç vaxt bilməmişəm bahardı, qışdı.
Aldığım zərbələr, aclıq, dərd məni
Heç zaman, heç zaman ağlatmamışdı.

Baban bu dünyadan köçüb gedəndə
Atanın indiki yaşında idi.
(Atalar gənc ölür...
Kim bilir mən də...)
Onda ağlamadım, fəqət qəm yedim.

Nənən də öləndə ağlamadım mən,
Qəlbimə axırdı gözümün yaşı.
Deyirlər, su içir saçlar ürəkdən,
Budur bax,
Ağarır atanın başı.

Gülüm, bilirsənmi şairdir atan,
Söylə, bilirsənmi, şairlik nədir?
Gözümün yaşını bu gün axıdan
Səbəb də, günah da şairlikdədir.

- Əliağa Kürçaylı*

9 months, 2 weeks ago

*Xəlil Rza Ulutürkün həbsdə ikən xanımına yazdığı şeir.

Firəngizim, əzizim, mənim yeganəm, bircəm,
Boynu-buruq nərgizim, qan-yaş tökən gülqönçəm!
Bəlkə öylə bilirsən bambaşqa məkandayam,
Hörümçəkli, ilanlı, qaranlıq zindandayam.
Vallah, nur içindəyəm, ey mənim gözüm nuru!
Burda nə bir əqrəb var, nə də hörümçək toru.
Kameramız kəmişıq, kiçik mənzilə bənzər.
Yorğan-döşək tər-təmiz, balışüzü qət-əcər.
Möhürlü ədyalım var-evdəkindən də yaxşı.
Məlul-müşgül dayanma, ey könlümün sirdaşı!
Düzdür, qapım dəmirdi, pəncərəm də dəmirdən.
Nə qəm, bu da əmr idi, gəldi, keçdi ömürdən.
Mən siyasi dustağam, sən uca tut başını!
Pəncərəni aç bu gün...
Əyilsin Günəş öpsün gözlərinin yaşını.*fb.com/kananalizadeh

9 months, 2 weeks ago

*Mən sizi sevirdim: bəlkə, məhəbbət
Tamam sönməmişdi könlümdə hələ,
Qoy eşqim verməsin sizə əziyyət,
Kədərli olmayın bircə an belə.

Ümidsiz sevirdim sizi sakitcə,
Didirdi ruhumu qısqanclıq, təlaş.
Mən sizi sevirdim səmimi, incə,
Beləcə sevəydi başqası da kaş.

- A.Puşkin

Tərcümə: Nigar Rəfibəyli*
t.me/kanans         

10 months, 1 week ago

*Çirkabın içində çalxanır Xəzər,
Bizdən yer narazı, göy narazıdır.
Daşqınlar, uçqunlar, bu zəlzələlər
Dünyanın insana etirazıdır.

Ehey!.. Göz yaşında islandı dünya,
Ah çəkdi, dad çəkdi əməlimizdən.
Mərhəmət istədi bizdən bu dünya,
Biz onu vermədik, o küsdü bizdən.

- Bəxtiyar Vahabzadə*
t.me/kanans    
www.youtube.com/@kanans

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 6 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 weeks ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 days, 14 hours ago