Kəlam və əqidə

Description
Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq.
@Talibi_qomnam
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

3 months, 2 weeks ago

2⃣0⃣-ci Dərs:
?BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI

1⃣Məxluqların,xüsusilə,insanların yaradılışında mövcud olan fərqlər Allahın hikmət və ədaləti ilə necə uyğun gələ bilər?Nə üçün ədalətli və hikmətli Allah bütün varlıqları eyni səviyyədə xəlq etməyib?

☑️Cavab :
✔️Məxluqatın vücudundakı ixtilaflar yaradılış sistemi və ona hakim olan səbəb-nəticə qanunlarına tabedir.Onların hamısının eyni səviyyədə olması fərziyyəsi xam bir təsəvvürdür.Azacıq diqqət yetirdikdə məlum olacaqdır ki,belə bir fərziyyə yaradılışın tərk edilməsi ilə bərabərdir.Misal üçün,bütün insanlar kişi,yaxud qadın yaradılsaydılar,nəsil artımı baş verməz və insan nəsli kəsilərdi.Əgər bütün varlıqlar insan yaradılsaydı,onun yemək,içmək və s. kimi ehtiyacları təmin olunmazdı.Həmçinin,əgər bütün heyvanlar və ya bitkilər bir növ və bir rəngdə yaradılıb,hamısı eyni xüsusiyyətlərə malik olsaydı,saysız-hesabsız fayda və gözəllik vücuda gəlməzdi.Varlıqlardan bu,yaxud başqa birisinin yaranması,həmçinin bu,yaxud başqa bir şəkildə olan xüsusiyyətlərdə yaranması,maddənin hərəkət və dəyişikliyi prosesinə tabe olan səbəb və şərtlərdən asılıdır.Heç kəsin yaradılışdan qabaq Allahın üzərində bir haqqı yoxdur ki,“onu belə,yaxud başqa cür yaratsın”,yaxud “bu yerdə,yaxud başqa bir yerdə,bu zamanda,yaxud o zamanda qərar versin” deməklə ədalət və ya zülmdən danışmağa yer qalsın.
T.me/kelam_ve_eqide

Telegram

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi\_qomnam

***2⃣******0⃣***-ci Dərs:
3 months, 2 weeks ago

2⃣0⃣-ci Dərs:
?İLAHİ ƏDALƏTİN DƏLİLİ

☑️Qeyd olunduğu kimi,bir təfsirə görə ilahi ədalət ilahi hikmətin bir hissəsidir,digər bir təfsirə əsasən,onunla eyniyyət təşkil edir.Təbiidir ki,on birinci dərsdə işarə edildiyi kimi,onun isbat olunmasının dəlili də məhz ilahi hikməti isbat edən dəlildən ibarət olacaqdır.Burada da əlavə izahat veririk.
Bildik ki,Mütəal Allah qüdrət və ixtiyarın ən yüksək mərtəbəsinə malikdir və heç bir qüvvənin təsiri altına düşmədən,məcbur olmadan mümkünül-vücuda aid olan hər bir işi istəsə,yerinə yetirər,istəməsə - yox.Amma qüdrəti çatdığı işlərin hamısını yerinə yetirmir,əksinə,istədiyi və iradə etdiyi işləri görür.
Həmçinin bildik ki,Onun iradəsi hesabsız-kitabsız deyildir,əksinə,O Özünün kamal sifətlərinin tələbinə uyğun olaraq iradə edir.Əgər Onun kamal sifətləri hər hansı bir işin görülməsini tələb etməsə,heç vaxt həmin işi görməyəcəkdir.Mütəal Allah sırf kamaldan ibarət olduğundan Onun iradəsi də ilk əsasda məxluqatın xeyir və kamalına aid olur və əgər hər hansı bir məxluqun vücuda gəlməsi aləmdə müəyyən nöqsanların və şər işlərin yaranmasına səbəb olsa,onun şəri müəyyən məqsədlərə tabe olacaq,yəni bir çox inkarolunmaz xeyirlərin həyata keçməsindən ötrü onun şəri ilahi iradə altında olacaqdır.
İlahi kamal sifətləri bunu gərəkli edir ki,dünya hasil olması mümkün olan ən çox kamal və xeyir məcmusunda olacaq bir vəziyyətdə yaradılsın.Buradan da Allah-taala üçün hikmət sifəti sübuta yetir.
Deməli,insanın vücuda gəlməsinin mümkünlüyü və onun vücudunun ən çox xeyir mənşəyi olacağı şəraitdə ilahi iradə vasitəsilə yaradılır.İnsanın əsas imtiyazlarından biri də ixtiyar və azad iradədir. Şübhəsiz ixtiyar və seçmək qüdrətinə malik olmaq varlıq kamallarından biri hesab olunur və ona malik olan bir varlıq ondan məhrum olan varlıqdan daha kamil hesab olunur.İnsanın ixtiyar sahibi olması da bunu gərəkli edir ki,həm yaxşı və layiqli işlər görərək yekun kamala,əbədi səadətə doğru irəliləməyə,həm də çirkin və yaramaz işlər görərək əbədi bədbəxtçiliyə və ziyankarlığa doğru sürüklənməyə qadir olsun.Əlbəttə,ilahi iradəsi ilk növbədə onun təkamülüdür,lakin insanın ixtiyari təkamülündə tənəzzül və süqut da mümkün olduğundan,(bunlar nəfsani istəklərə və şeytani məqsədlərə itaət etmək nəticəsində hasil olur) belə bir ixtiyari süqut da ilahi iradə çərçivəsində olur.
Agahlıq üzündən olan seçkidə xeyir və şər yollarının düzgün tanınmasına ehtiyacı duyulduğundan Mütəal Allah insanı onun xeyir və məsləhətinə səbəb olan şeyləri yerinə yetirməyi əmr etmiş,onun fəsada və süquta uğramasına səbəb olan işlərdən çəkindirmişdir ki,onun təkamülə doğru hərəkətinin vəsaitləri yaransın.
İlahi təkliflər insanın onlara əməl edərək nəticəsinə çatmaq məqsədilə yaradılmışdır və Allah üçün heç bir xeyir və mənfəət kətirmir.Buna görə də ilahi hikmət bu təkliflərin mükəlləf şəxslərin bacarıq və qüdrəti ilə mütənasib olmasını tələb edir,çünki itaət etməyə imkan olmayan təklif əbəs olacaqdır.
Beləliklə,ilk mərhələdə (xüsusi mənada) olan ədalət,yəni təklif məqamında ədalət belə sübuta yetir ki,əgər Mütəal Allah bəndələrin taqət və bacarığının fövqündə olan bir təklif təyin etsəydi,ona əməl edilməsi mümkün olmaz və əbəs iş görülmüş olardı.
Amma bəndələr arasında mühakimə yürütmək,hökm etmək məqamındakı ədalətə gəldikdə isə,sübut olunur ki,bu iş fərdlərin müxtəlif mükafat və cəzalara layiq olmasını ayırd etmək məqsədi ilə görülür,əgər ədalətin əksinə olarsa, nəzərdə tutulan məqsədin tam əksi hasil olacaqdır.
Mükafat və cəza vermək məqamındakı ədalətə gəldikdə isə,bu,yaradılışın son hədəfinə diqqət yetirməklə sübuta yetir.Çünki insanı,onun yaxşı və pis əməllərinin nəticəsinə çatmaq üçün yaradan kəs əgər onu,bu məqsədin tələbinin əksinə olaraq mükafat versə və ya cəzalandırsa,öz hədəfinə çatmayacaqdır.
Deməli,ilahi ədalətin səhih mənada və bütün növlərində olan dəlili bundan ibarətdir ki,Onun zati sifətləri ədalətli və hikmətli rəftar tələb edir,Onda zülmü,əbəs işləri tələb edən bir sifət mövcud deyildir.
T.me/kelam_ve_eqide

Telegram

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi\_qomnam

***2⃣******0⃣***-ci Dərs:
3 months, 2 weeks ago

2⃣0⃣-ci Dərs:
?İLAHİ ƏDALƏTİN DƏLİLİ

☑️Qeyd olunduğu kimi,bir təfsirə görə ilahi ədalət ilahi hikmətin bir hissəsidir,digər bir təfsirə əsasən,onunla eyniyyət təşkil edir.Təbiidir ki,on birinci dərsdə işarə edildiyi kimi,onun isbat olunmasının dəlili də məhz ilahi hikməti isbat edən dəlildən ibarət olacaqdır.Burada da əlavə izahat veririk.
Bildik ki,Mütəal Allah qüdrət və ixtiyarın ən yüksək mərtəbəsinə malikdir və heç bir qüvvənin təsiri altına düşmədən,məcbur olmadan mümkünül-vücuda aid olan hər bir işi istəsə,yerinə yetirər,istəməsə - yox.Amma qüdrəti çatdığı işlərin hamısını yerinə yetirmir,əksinə,istədiyi və iradə etdiyi işləri görür.
Həmçinin bildik ki,Onun iradəsi hesabsız-kitabsız deyildir,əksinə,O Özünün kamal sifətlərinin tələbinə uyğun olaraq iradə edir.Əgər Onun kamal sifətləri hər hansı bir işin görülməsini tələb etməsə,heç vaxt həmin işi görməyəcəkdir.Mütəal Allah sırf kamaldan ibarət olduğundan Onun iradəsi də ilk əsasda məxluqatın xeyir və kamalına aid olur və əgər hər hansı bir məxluqun vücuda gəlməsi aləmdə müəyyən nöqsanların və şər işlərin yaranmasına səbəb olsa,onun şəri müəyyən məqsədlərə tabe olacaq,yəni bir çox inkarolunmaz xeyirlərin həyata keçməsindən ötrü onun şəri ilahi iradə altında olacaqdır.
İlahi kamal sifətləri bunu gərəkli edir ki,dünya hasil olması mümkün olan ən çox kamal və xeyir məcmusunda olacaq bir vəziyyətdə yaradılsın.Buradan da Allah-taala üçün hikmət sifəti sübuta yetir.
Deməli,insanın vücuda gəlməsinin mümkünlüyü və onun vücudunun ən çox xeyir mənşəyi olacağı şəraitdə ilahi iradə vasitəsilə yaradılır.İnsanın əsas imtiyazlarından biri də ixtiyar və azad iradədir.Şübhəsiz ixtiyar və seçmək qüdrətinə malik olmaq varlıq kamallarından biri hesab olunur və ona malik olan bir varlıq ondan məhrum olan varlıqdan daha kamil hesab olunur.İnsanın ixtiyar sahibi olması da bunu gərəkli edir ki,həm yaxşı və layiqli işlər görərək yekun kamala,əbədi səadətə doğru irəliləməyə,həm də çirkin və yaramaz işlər görərək əbədi bədbəxtçiliyə və ziyankarlığa doğru sürüklənməyə qadir olsun.Əlbəttə,ilahi iradəsi ilk növbədə onun təkamülüdür,lakin insanın ixtiyari təkamülündə tənəzzül və süqut da mümkün olduğundan,(bunlar nəfsani istəklərə və şeytani məqsədlərə itaət etmək nəticəsində hasil olur) belə bir ixtiyari süqut da ilahi iradə çərçivəsində olur.Agahlıq üzündən olan seçkidə xeyir və şər yollarının düzgün tanınmasına ehtiyacı duyulduğundan Mütəal Allah insanı onun xeyir və məsləhətinə səbəb olan şeyləri yerinə yetirməyi əmr etmiş,onun fəsada və süquta uğramasına səbəb olan işlərdən çəkindirmişdir ki,onun təkamülə doğru hərəkətinin vəsaitləri yaransın.
İlahi təkliflər insanın onlara əməl edərək nəticəsinə çatmaq məqsədilə yaradılmışdır və Allah üçün heç bir xeyir və mənfəət kətirmir.Buna görə də ilahi hikmət bu təkliflərin mükəlləf şəxslərin bacarıq və qüdrəti ilə mütənasib olmasını tələb edir,çünki itaət etməyə imkan olmayan təklif əbəs olacaqdır.
Beləliklə,ilk mərhələdə (xüsusi mənada) olan ədalət,yəni təklif məqamında ədalət belə sübuta yetir ki,əgər Mütəal Allah bəndələrin taqət və bacarığının fövqündə olan bir təklif təyin etsəydi,ona əməl edilməsi mümkün olmaz və əbəs iş görülmüş olardı.
Amma bəndələr arasında mühakimə yürütmək,hökm etmək məqamındakı ədalətə gəldikdə isə,sübut olunur ki,bu iş fərdlərin müxtəlif mükafat və cəzalara layiq olmasını ayırd etmək məqsədi ilə görülür,əgər ədalətin əksinə olarsa,nəzərdə tutulan məqsədin tam əksi hasil olacaqdır.
Mükafat və cəza vermək məqamındakı ədalətə gəldikdə isə,bu,yaradılışın son hədəfinə diqqət yetirməklə sübuta yetir.Çünki insanı,onun yaxşı və pis əməllərinin nəticəsinə çatmaq üçün yaradan kəs əgər onu,bu məqsədin tələbinin əksinə olaraq mükafat versə və ya cəzalandırsa,öz hədəfinə çatmayacaqdır.
Deməli,ilahi ədalətin səhih mənada və bütün növlərində olan dəlili bundan ibarətdir ki,Onun zati sifətləri ədalətli və hikmətli rəftar tələb edir,Onda zülmü,əbəs işləri tələb edən bir sifət mövcud deyildir.
T.me/kelam_ve_eqide

Telegram

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi\_qomnam

***2⃣******0⃣***-ci Dərs:
3 months, 2 weeks ago
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox …

Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı: https://t.me/seherfilm

3 months, 2 weeks ago

1⃣9⃣-cu Dərs:
?QƏZA VƏ QƏDƏRƏ ETİQAD BƏSLƏMƏYİN TƏSİRLƏRİ

☑️İlahi qəza və qədərə etiqad bəsləməyin Allaha mərifətin dəyərli dərəcəsinə çatmasından, insanın əqli baxımdan təkamülə yüksəlməsindən əlavə, çoxlu əməli təsirləri də vardır ki, onların bəzilərini aşağıda qeyd edirik:
Hadisələrin baş verməsinin Mütəal Allahın hikmətli iradəsinə tabe olduğunu, ilahi təqdir və qəzaya istinad verildiyini bilən şəxs xoşagəlməz hadisələrdən qorxmaz, onların qarşısında özünü itirməz, ah-nalə etməz. O bu hadisələrin dünyanın hikmətli nizamının bir hissəsi olduğunu, hikmət və məsləhət üzündən baş verdiyini və gələcəkdə də baş verəcəyinə diqqət yetirməklə onları gülərüzlə qarşılayır, səbr, təvəkkül, razılıq və təslim kimi fəzilətli səciyyələri və insani keyfiyyətləri əldə edir. Həmçinin dünyanın ötəri xoşluqlarına, şad günlərinə məftun olmur, onlarla məğrurlaşıb məst olmur , Allahın verdiyi nemətləri özünü hamıdan üstün hesab etmək və qürurlanmaq vasitəsi hesab etmir.
Bu dəyərli təsirlər də aşağıdakı ayənin işarə etdiyidir:
“ Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi- məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxanlara kədərlənməyiniz və sizə verilənə də qürrələnməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç kəsi sevməz.”
Eyni zamanda diqqət yetirməliyik ki, qəza və qədər və tövhidin müstəqil təsirində əldə edilən yanlış məlumatlar süstülüyə, tənbəlliyə, zəlilliyə, zülmü qəbul etməyə, məsuliyyətdən imtina etməyə səbəb olmasın. Bilməliyik ki, əbədi səadət və bədbəxtlik bizim ixtiyari işlərimizdən asılıdır: “Hər kəsin qazandığı pis əməl də, yaxşı əməl də özünə aiddir. İnsanın kəsb etdiyi şeylər onun xeyrinə, özünü oda-suya vurub əldə etdiyi şeylər isə onun əleyhinədir.”
Həmçinin “İnsan üçün, onun səy etdiyi şeylərdən başqa bir şey yoxdur.”
T.me/kelam_ve_eqide

Telegram

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi\_qomnam

***1⃣******9⃣***-cu Dərs:
3 months, 3 weeks ago

1⃣9⃣-cu Dərs:
?ŞÜBHƏNİN DƏF EDİLMƏSİ

☑️İnsanın ixtiyari fellərinin varlığının Mütəal Allaha istinad verilməsi ilə onların insanın özünə istinad verilməsi arasında ziddiyyət yoxdur, çünki bu istinadlar bir-birinin davamındadır və bir-birinə maneçilik törətmir.
Başqa sözlə desək, felin insani failə istinad verilməsi bir səthdədir və onun varlığının Mütəal Allaha istinad verilməsi isə daha yüksək bir səthdədir ki, bu səthdə insanın özünün varlığı, işi üzərində gördüyü maddənin varlığı, işi onların vasitəsilə gördüyü alətlərin varlığı hamılıqla Ona istinad verilir.
Deməli , insan iradəsinin öz işində “tam illətin sonuncu hissəsi” kimi təsir göstərməsi ilə tam illətin bütün hissələrinin Mütəal Allaha istinad verilməsi arasında ziddiyyət yoxdur. Dünyanı, insanı və onun bütün vücud işlərini Öz qüdrəti əlində saxlayan, onlara arasıkəsilmədən vücud bağışlayan, onların növbənövlərini yaradan məhz Allahdır və heç bir varlıq, heç bir halda və heç bir zamanda Ondan ehtiyacsız, Allah qarşısında istiqlaliyyətə malik deyildir. Deməli, insanın ixtiyari işləri Allahdan ehtiyacsız və Onun iradəsi hüdudlarından kənarda olmayacaq, onların bütün sifətləri, xüsusiyyətləri, həddi-hüdudu da ilahi qəza və təqdirə bağlı olacaqdır. Belə deyildir ki, “ya insanın iradəsinə istinad verilmiş olsun, ya da Allahın iradəsinə”. Çünki bu iki iradə bir-biri ilə eyni səviyyədə, bir-birinə mane olacaq tərzdə deyildir və onların işlərin gerçəkləşməsindəki təsiri bədəl üzrə (növbə ilə) baş vermir. Əksinə, insanın iradəsi onun varlığının özü kimi Allahın iradəsinə bağlıdır və onun gerçəkləşməsində Mütəal Allahın iradəsi zəruridir:
“ Və aləmlərin Rəbbi olan Allahın istədiyi şeydən başqa heç nə istəyə bilməzsiniz.”
T.me/kelam_ve_eqide

Telegram

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi\_qomnam

***1⃣******9⃣***-cu Dərs:
6 months, 1 week ago

5⃣-ci Dərs;
?HÜZURİ VƏ HÜSULİ MƏRİFƏT

?Mütəal Allah barəsində iki növ mərifət mövcuddur:
1⃣Hüzuri mərifət.
2⃣Hüsuli mərifət.

Allah barəsində “hüzuri mərifət” dedikdə insanın Allahı zehni məfhumların və heç bir yardımçı vasitənin köməyi olmadan batini idrak və qəlbi müşahidə ilə tanınması nəzərdə tutulur.
Aydındır ki,bir şəxs Allah barəsində agahlıq üzündən şühuda malik olsa,(belə ki,yüksək irfan mərtəbəsi bunu iddia edir) əqli bürhanlara və dəlillərə ehtiyac olmayacaqdır.
Amma əvvəldə qeyd olunduğu kimi,belə hüzuri və şühudi elm adi şəxslər üçün irfani seyri-süluk mərhələlərini ötüb ruhu aludəliklərdən,rəzil sifətlərdən paklandıqdan sonra müyəssər olur.
Amma onun zəif mərtəbələrinin adi şəxslərdə də olmasına baxmayaraq,bu həmin şəxslərdə agahlıqla yanaşı olmur və buna görə də onlarda olan hüzuri elm agahlıq üzündən olan dünyagörüşü əldə etməyə kifayət etmir.
Hüsuli mərifət dedikdə isə məqsəd budur ki,insan müəyyən məfhumlar vasitəsilə,məsələn,yaradan,ehtiyacsız,hər şeyi bilən,hər şeyə qadir olan və s. kimi ümumi məfhumların vasitəsilə Mütəal Allah haqqında qaibanə mənada olan zehni bir mərifət tapır və belə bir varlığın olması “O kəs ki,dünyanı yaradıb və...” etiqadına malik olur.
Daha sonra hasil olan digər mərifətləri ona əlavə edir ki,mütənasib etiqadi bir sistemə (dünyagörüşə) nail olsun.
Əqli tədqiqatlardan və fəlsəfi bürhanlardan birbaşa əldə olunan məlumat,elə hüsuli mərifətdir,lakin belə bir mərifət hasil olduğu zaman insan agahlıq üzündən olan hüzuri mərifət tapmaq fikrinə düşür.
Əlbəttə,agahlıq üzündən belə bir şühuda malik olan müstəsna şəxslərin varlığını inkar etmək olmaz.
Belə ki,bizim məsum rəhbərlərlə bağlı,etiqadımız budur ki,onlar uşaqlıqda da və hətta,bəziləri ana bətnində belə mərifətə malik olmuşlar.
T.me/kelam_ve_eqide

Telegram

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi\_qomnam

***5⃣***-ci Dərs;
6 months, 2 weeks ago

5⃣-ci Dərs;
?ALLAHI TANIMAQ:

?MÜQƏDDİMƏ
Qeyd olundu ki,dinin əsasını dünyanı yaradan Allahın varlığına etiqad təşkil edir,ilahi dünyagörüşlə maddi dünyagörüş arasında əsas fərq də məhz həmin etiqadın olması və ya olmamasıdır.
Buna əsasən həqiqət axtaran şəxs üçün irəli çıxan və hər şeydən əvvəl düzgün cavab verilməsi lazım olan ilk məsələ “Allah vardır,ya yox?” sualıdır.
Bu sualın cavabını tapmaq üçün,əvvəlki dərsdə bəyan olunduğu kimi,əql qüvvəsini işə salmaq lazımdır ki,qəti bir nəticə hasil olsun – istər mənfi nəticə olsun,istərsə də müsbət.
Nəticənin müsbət olduğu təqdirdə onun fəri məsələlərini (Allahın sifətləri,vəhdət,ədalət və s.) araşdırmağın növbəsi gəlib çatır.
Nəticənin mənfi olduğu fərz olunduqda maddi dünyagörüş sübuta yetir və artıq dinlə əlaqədar başqa məsələlərin araşdırılmasına ehtiyac qalmır.
T.me/kelam_ve_eqide

Telegram

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi\_qomnam

***5⃣***-ci Dərs;
6 months, 2 weeks ago

?NƏTİCƏ

?Bu araşdırmadan belə nəticə alınır ki,dünyagörüşün əsaslı məsələlərini həll etmək üçün yol axtarmaq istəyən şəxsin qarşısında yeganə yol əql qüvvəsini işə salmaqdır.Buna görə də həqiqi dünyagörüşün fəlsəfi dünyagörüşdən ibarət olduğunu demək lazımdır.
Əlbəttə,diqqət yetirmək lazımdır ki,həmin məsələlərin həlli yolunun əql yolundan ibarət olduğunu,dünyagörüşün fəlsəfi dünyagörüşdən ibarət olduğunu deməyin mənası bu deyildir ki,düzgün dünyagörüşü əldə etmək üçün bütün fəlsəfi məsələləri həll etmək lazımdır.
Hətta,bir neçə sadə fəlsəfi məsələnin həll olunması dünyagörüşün ən əsas məsələsi sayılan Allahın varlığını isbat etmək üçün kifayətdir.
Baxmayaraq ki,bu cür məsələlərdə mütəxəssis olmaq,yaranan hər bir şübhə və iradla əlaqədar cavabvermə qüdrəti kəsb etməyin daha artıq fəlsəfi tədqiqata ehtiyacı vardır.
Həmçinin,əsaslı məsələlərin həll edilməsi üçün faydalı mərifətin əqli mərifətdə məhdudlanması bu demək deyildir ki,bu məsələlərin həll olunmasında başqa məlumatlardan əsla istifadə olunmasın.
Əksinə,elmi məsələlərin çoxunda hüzuri elm,yaxud hissi və təcrübi yolla əldə edilən müddəalardan istifadə etmək olar.
Eləcə də ikinci dərəcəli məsələləri və fəri etiqadları (füruiddini) həll etmək üçün təəbbüdi mərifətdən istifadə etmək və onları kitab və sünnənin mövhtəvası əsasında (dinin mötəbər mənbələri) isbat etmək,nəhayət,düzgün dünyagörüş və ideologiya əldə etdikdən sonra seyri-süluk mərhələsini ötməklə mükaşifələrə və müşahidələrə çatmaq və əqli dəlillər vasitəsilə isbat olunan şeylərin çoxunu zehni məfhumların vasitəçiliyi olmadan dərk etmək olar.
T.me/kelam_ve_eqide

Telegram

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi\_qomnam

***?***NƏTİCƏ
6 months, 3 weeks ago