✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
Tövhid. Tövhid dinin əvvəli, axırı, batini və zahiridir. O, Rəsulların birincisinin və sonuncusunun dinidir. Yaradılmışlar məhs tövhid üçün yaradılmış, Rəsullar onun üçün göndərilmiş, kitablar da onun üçün nazil edilmişdir. Məhs ona görə insanlar iki qismə bölünmüş, xoşbəxtlər müsəlmanlar Cənnətə, vədbəxtlər kafirlər Cəhənnəmə.
➖Allah ﷻ buyurur:
Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. əl-Bəqərə 21.
Bu ayə Quranda ilk əmir edilən ayədir.
➖Allah ﷻ buyurur:
Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. əl-Muminun 23.
Bu ayə şirk ortaya çıxdıqdan sonraki ilk rəsulun dəvətidir.
➖Hud (Üzərinə Allahın Salamı olsun) öz qövmünə dedi:
Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. əl-Əraf 65.
➖Saleh (Üzərinə Allahın Salamı olsun) öz qövmünə dedi:
"Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Hud 61.
➖Şueyb (Üzərinə Allahın Salamı olsun) öz qövmünə dedi:
Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. əl-Əraf 85.
➖İbrahim (Üzərinə Allahın Salamı olsun) öz qövmünə dedi:
Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. əl-Ənam 79.
➖Allah ﷻ buyurur:
Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!"– deyə vəhy etməyək. əl-Ənbiyə 25.
➖Allah ﷻ buyurur:
Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik? əz-Zuxruf 45.
➖Allah ﷻ buyurur:
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. əz-Zəriyət 56.
Abdullah b.Məsud (Allah ondan razı olsun) deyir:
«Paltarını geyinib evindən çıxan bir qadından, hara gedirsən? deyə soruşular.
Cavabında: Xəstə ziyarətinə və ya cənazə namazı qılmağa və ya məsciddə namaz qılmaq üçün çıxıram deyər.
Ona: Səni evdən çıxardaraq bu şeyləri etdirən səbəb nədir? Deyilər.
Cavabında: Bu əməlləri etməyimdəki məqsədim yalnız və yalnız bu əməlləri Allah (Azzə və Cəll) üzü xatirinə edərək Ondan savab ummağımdır deyər.
Abdullh b.Məsud (Allah ondan razı olsun) deyir:
Özündən başqa ilah olmayan Allaha (Azzə və Cəll) and olsun ki, qadının Allah (Azzə və Cəll) üzü xatirinə etdiyi əməllər içində, öz evində oturaraq Rəbbinə ibadət etməsi kimi daha xeyirli bir əməl ola bilməz.»
أخرجه ابن خزيمة في كتاب (الصلاة) من صحيحه (باب : اختيار صلاة المرأة في بيتها… (3/92).
İmam Zəhəbi Allah ona rəhmət etsin deyir:
Sözündə dinində sadiq olan, az danışar, az yeyər, az yatar və insanların arasına az qatılar.
Qurandan və zikirdən öz nəsibini, təvəzökarlığı, ölümü xatırlamağı və lə həvlə valə quvvətə illə billəh zikrini çoxaldar.
قَالَتْ عَائِشَةُ : كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا يَنَامُ حَتَّى يَقْرَأَ بَنِي إِسْرَائِيلَ وَالزُّمَرَ.
هَذَا حَدِيثٌ حَسَنٌ غَرِيبٌ، 2920
Aişə Allah ondan razı qalsın deyir ki, Nəbi ona Allahın salamı və salavatı olsun Zumər və İsra surələrini oxumadan yatmazdı.
Əbu İsa Tirmizi hədisə həsəndir demişdir. Hədis 2920.
Əvs ibn Əvs Allah ondan razı olsun rəvayət edir ki, Peyğambər ona Allahın salamı və salavatı olsun belə demişdir;
Hər kim cümə günü qüsul alıb, cümə namazı üçün erkəndən məscidə gedər, xütbə oxunduqda susub xütbəyə qulaq asarsa, atdığı hər addım qarşılığında gündüzləri oruclu, gecələri ibadətdə keçirən bir ilin savabını qazanar.
Ət Tirmizi həsən hədisdir.
Ənəs ibn Məlik radıyallahu anhu belə rəvayət edir: Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Bir kimsənin qəlbi doğru olmadıqca imanı doğru olmaz! Dili düzəlmədikcə qəlbi də düzəlməz! Qonşusu onun şərlərindən əmin olmayan kimsədə cənnətə daxil olmaz!”
Silsilətul Əhədisi Sahiha 2841
عَلِيَّ بْنَ أَبِي طَالِبٍ، رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ
يَهْلِكُ فِيَّ رَجُلَانِ مُحِبٌّ مُطْرٍ، (رَّافِضَةِ) وَمُبْغِضٌ مُفْتَرٍ (حَرُورِيَّةِ)
Əli bin Əbu Talib radiyallahu anhu deyir ki,
Mənim səbəbimlə iki sinif insan həlak olmuşdur. Həddən artıq məni sevən rafizi və mənə qarşı kindar iftiracı xavaric.
أحمد شاكر | المصدر : تخريج المسند لشاكر | الصفحة أو الرقم : 2/355 | خلاصة حكم المحدث : إسناده حسن
Təkbirin formaları:
الله أكبر الله أكبر لا إله إلا الله، الله أكبر الله أكبر ولله الحمد،
1) Allahu əkbər, Allahu əkbər lə iləhə illəllah, Allahu əkbər Allahu əkbər və lilləhil həmd.
الله أكبر الله أكبر الله أكبر لا إله إلا الله، الله أكبر الله أكبر الله أكبر ولله الحمد،
2) Allahu əkbər, Allahu əkbər Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, və lilləhil həmd.
الله أكبر كبيرًا، والحمد لله كثيرا، وسبحان الله بكرة وأصيلا،
3) Allahu əkbər kəbiran, vəl həmdulilləhi kəsiran, va subhənallahi bukratən va əsılə.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago