Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

Araz News (Az)

Description
Güneydən xəbər veririk

Araz News; Azərbaycan Milli Dirəniş Təşkilatının xəbər kanalı

Bizimlə əlaqə saxlayın:

@ArazNews_Admin
Advertising
We recommend to visit

تنها کانال رسمی گوناز تی‌وی
Güney Azərbaycan Televizyonu


Admin: @gunaztelevision

www.gunaz.tv

https://facebook.com/gunazTv

https://www.youtube.com/@guneyazerbaycanteleviziyasi/

صفحه جدید اینستاگرام 👇👇
https://instagram.com/gunaztv247

Last updated 2 weeks, 2 days ago

@Bahzadmolamvardi
مالک کانال = بهزاد مولام وردئ
09127932251

Last updated 3 days, 6 hours ago

العبـ.ـرة ليـ.ـست بعـ.ـدد المتـ.ـابعيـ.ـن
إنمـ.ـا العبـ.ـرة هـي فهـ.ـم مـ.ـا ننشـ.ـره . .💔🥀

مسؤول القناة
@khitabkataabbot

𓅇꙰᭄💔آּا̍ڷــمۘ ا̍ڷــڣــڕٰا̍ڦ💔𓅇꙰᭄
https://t.me/xxZrbjddbd99

Last updated 1 month, 2 weeks ago

1 month, 1 week ago

Onların hətta ziyanlı olduğunu düşünsəkdə, qabalıq və xuşunətə əl atmadan onlara yanaşmadır. Dözümlülük şəxslərə və qurumlara yönəlik bir özəllikdir və gələcəkdə dövlətın qurallarından olan " əqidə azadlığı"-nin təməlidir. Ancaq bir nasyonalisti hərəkət olaraq, birləşməyə ehtiyacımız olduğu üçün dözümlülük və muxalif tutum və səliqələrə dözmək vazkeçilməz özəllikdir. Bu özəlliyi daşıyan şəxs və təşkilatlarımıza əlbəttəki hakimiyyət dözəbilməz. Elə onun açündür ki, toleransın milli hərəkətimizdə simgəsi olan Mahmud bəy bilgin hakimiyyətin siblindədir. Xoşbəxtliklə, milli hərəkətimizdə tolerans kök salıb və heç bir qurğu ilə bu hərəkəti inhisarçılığa diktatorluğa sürükləmək olmaz. Bugün muxtəlif fikirlərə yer verilən və gələcəyin pluralismini qarnti edən ANTV kimi televiziyalarımız və toleransla bütün səliqələrə yanaşan öyrənci hərəkətini yanar saxlayan AZOH kimi təşkilatlarımız var.
Nasyonalismin əsas ışləvlərindən biri, milli birlik yaratmaqdır, milli hakimiyyət uğrunda milli birlik yaratmaq üçün toleransdan daha üstün bir özəlliyə yiyələnmək gərəkir, oda milli qazanc üçün təkcə rəqib qurupun varlığına dözmək deyil, ara-sıra rəqib qurupun tutumun mənimsəmək gərəkir. Dirəniş təşkilatının milli mucadilə bayrağını mənimsəməsi bu qonuda ən önəmli örnəkdir. Biz öz tutduğumuz statejimizə tam inandığımız halda, "Azadlıq, ədalət, milli hökümət" uğrunda çalışan bütün fərd və təşkilatları özümüzdən bilirik.

🌎 آرازنیوز، خبرین دوغرو یئری

▪️@ArazNews_az

1 month, 1 week ago

*📍Səfirin diplomatik fəaliyyəti niyə dayandırıldı? Jurnalistin hicabsızlığı yoxsa türklərin haqları ilə bağlı verilən suala görə?*

- Araz News -

▫️İran hakimiyyətinin müəyyən qüvvələrinə yaxınlığı ilə bilinən xəbər agentliklərindən “Tasnim News” azərbaycanlı jurnalistin hicabını pisləyən məzmun dərc etdikdən sonra, jurnalistin geyimini "hicaba riayət etməyin qanuni tələb olmadığı ölkələrdə qadınların normal geyimindən kənar" kimi şərh edib.

▫️Agentliyin yaydığı məqalədə qeyd olunub ki: “Bir çox formal problemlərlə yanaşı, səfirin müsahibəsində bir çox məzmun problemi də olub.”

▫️İran rəsmilərinin hicabsız jurnalistlərlə İranın diplomatik yerlərində, hətta İran daxilində görüşməsi yeni və qəribə bir şey deyil və sosial şəbəkələrdə bunun çoxlu nümunələri dərc olunur.

▫️Azərbaycanlı jurnalistinin geyimi də heç bir şəkildə “normadan kənar” sayıla bilməz. Ona görə də belə görünür ki, bu müsahibənin formasına tənqidlər sadəcə məsələnin dilə gətirilməsi istənməyən məzmunun yerinə səthi tənqidlərdir. Problem bayraqla bağlı deyil, çünki diplomatik protokollara uyğun olub və heç bir qəbahətli bir şey yoxdur. Səfirin kənarlaşdırılmasının əsas səbəbi bu müsahibənin məzmunu ilə əlaqədardır.

▫️Uzun müddətdir ki, Abbas Musəvi irqçi İranşəhri cərəyanının mediasının hücumuna məruz qalır, çünki onun Azərbaycana qarşı mövqeyi kifayət qədər sərt deyil və onların fikrincə, əksər hallarda onun mövqeyi Azərbaycanın xeyrinə olub. Belə ki, Onun kənarlaşdırılması həmin irqçi cərəyanına mənsub olan şəxslər və mediaların da sevinci ilə qarşılanıb.

▫️Azərbaycanlı jurnalistin bu yaxınlarda verdiyi müsahibədə “İranda 30-40 milyon [Türk] Azərbaycanlının niyə ana dilində təhsil almaq hüququndan məhrum olması” barədə səfirə verdiyi sual hakimiyyətdə müəyyən qüvvələrin qəzəbinə səbəb olub.

▫️Necə ki, Tasnim xəbər agentliyi də öz xəbərində qapalı, lakin təfərrüatlı şəkildə yazıb: “Cənab Musəvi müxbirin diqqətçəkən və problemli suallarına nəinki münasib və düzgün cavablarla və şərəf və həqiqət mövqeyindən verməyib, hətta müttəhim və zəiflik mövqeyindən suallara yanaşıb."

▫️Aydın məsələdir ki, sualın əsas məsələsi türk dilinin tədrisi ilə bağlıdır, jurnalistin hicabı və bayraq bəhanədir. Çünki İranda “türk məsələsi” ideoloji məsələlərdən kənardır, fars hegemonluğu üçün ekzistensial bir məsələdir.

▫️Təbii ki, Musəvinin sözügedən suala cavab verə bilməməsi səfirin günahı ola bilməz, çünki sözügedən sualın əsas etibarilə məntiqi cavabı yoxdur. Yəqin ki, Musəviyə haqlı tənqid etmək istəsələr, ona nədən belə bir sualın verilməsinə icazə verməsi ola bilər.

▫️Diqqət edilməli olan digər bir məqam isə, rejimə qarşı fars mediasının bu xəbərə yanaşma tərzidir.

▫️Bu medialar Tasnim xəbər agentliyinin ortaya qoyduğu suala heç məhəl qoymadı və müsahibənin məzmununda gedən mövzulara toxunmadı. Çünki müsahibənin məzmununda türk məsələsi və türk dili olduğunu və səfirin nə səbəbdən ötrü uzaqlaşdırıldığını bildikləri üçün bu mövzu ilə əlaqədar sadəcə jurnalistin hicabsız şəkildə İran səfirliyinə daxil olması barədə üstünlük veriblər.

▫️Bu məsələ bir daha onu göstərir ki, məzlum xalqların (daha çox türk və ərəb, daha az kürd) hüquqları məsələsində rejimin müxalifəti rejimin özündən köklü şəkildə fərqlənmir.

*▪️Güneydən xəbər veririk
▪️***@ArazNews_az

1 month, 2 weeks ago

▫️Qərargahı Qum şəhərində yerləşən “Hüseyniyyun” terror qruplaşması Güney Azərbaycan vətəndaşlarının bəzilərinə pul qarşılığında Təbriz küçələrində şüar yazmağı və ya bayraq asmağı təklif edən Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşlarının səslərini aşkar etdiyini iddia edən video yayımlayıb.

▫️Lakin video o qədər yöndəmsizdir ki, hər bir qeyri-mütəxəssis şəxs də bu videonun Hüseyniyyun terror qruplaşmasının studiyasında hazırlandığını başa düşəcək.

▫️Videoda Quzey Azərbaycan ləhcəsi ilə danışan və sonradan hesablarına pul yatıra bilmələri üçün Güney Azərbaycanda insanlara şüar yazmaq və ya bayraq quraşdırmaq üçün pul təklif edən iki nəfərin səsi eşidilir.

▪️ Bu səslərin Hüseyniyyun terrorçularının özlərinə aid olmadığını necə bilə bilərik?!

▪️ Heç bir təhlükəsizlik xidməti qarşı tərəfin telefonunda qalan və sonra digər insanlara və ya təhlükəsizlik xidmətlərinə ötürülə bilən adi messencer vasitəsilə belə həssas söhbətlər göndərərmi? Sadə vətəndaşlar belə, gündəlik həyatlarında belə riskə getmədiyi bir yana, kəşfiyyat agenti belə bir risk edərmi?

▪️ Hər kəs bilir ki, hər ölkədə şəxsi hesab nömrəsinə pul köçürmək asanlıqla aşkarlanıb izlənilə bilər. Hansı kəşfiyyat agenti belə uşaqlıq və naşılıq edər?!

▫️Aydındır ki, məqsəd Güney Azərbaycanda Milli Hərəkat fəalları üçün yeni iddialar qaldırmaq və türk fəallara qarşı psixoloji müharibə başlatmaqdır ki, bu da Hüseyniyyun terror qruplaşmasının tərəfindən həyata keçirilir və faşist İranşəhri hərəkatının mediası vasitəsilə nəşr etdirilir.

▫️Maraqlıdır ki, sözügedən videonun aparıcısı bir neçə gün əvvəl İran dövlət televiziyasında Azərbaycan türk xalqına qarşı təxribat yönümlü çıxış edirdi və beləcə məlum olur ki, bu şəxs və onun əlbir olduğu terror hərəkatı İranda dövlət qurumlarının dəstəyinə malikdir.

▫️İllərdir Güney Azərbaycan şəhərlərinin küçələri türk fəallarının maarifləndirmə fəaliyyətinə şahidlik edir və hazırda xüsusilə sosial şəbəkələrdə təzahür edən Güney Azərbaycanda və İranın digər bölgələrində türk millətinin milli kimliyə qayıdış hərəkatı hər kəsə aydındır.

▫️Hansısa ölkənin təhlükəsizlik xidmətlərinin pul ödəməsi ilə belə böyük bir düşüncə cərəyanının yarana biləcəyini düşünmək həqiqətlərə göz yummaq üçün sadəlövhcəsinə bir cəhddir.

▫️İran İslam Respublikasının əsaslarını təşkil edən İranşəhri ideyası nə İranda türk məsələsini aradan qaldırmaq, nə də bu məsələnin həllinə nail ola biləcək gücə sahib deyildir.

*▪️Güneydən xəbər veririk
▪️***@ArazNews_az

1 month, 2 weeks ago
Araz News (Az)
1 month, 2 weeks ago
Araz News (Az)
1 month, 2 weeks ago

Milli fəal Əbdüləziz Əzimi Qədimin Evin zindanından mesajı

Höccətül-İslam Əzimi Evin zindanının 4-cü bölməsindən mesaj göndərib ki, onun mesajı yazılı şəkildə yayımlanıb.

👇👇👇

Allahın adıyla

Evin həbsxanasının 4-cü bölməsindən azərbaycanlı fəallara müraciət:
Salam Əleyküm

Bəlkə də siz dostların və əzizlərin çoxu, mənim yeni ilin ilk günü və ilk saatında yazımı görmüsünüz.

Həmin yazıda dosye haqqında təxmin etməkdən çəkinməyə çalışdım. Digər tərəfdən, məhkəmə və kəşfiyyat məsullarının məsələ ilə bağlı tələsik şərh verməkdən çəkinməsini gözləyirdim.

Təbii ki, mənə və həbsxanada olan digər yaxınlarıma çatan xəbərlər Kəşfiyyat Nazirliyi və paralel qurumların bizim işimizdə etibarlı və qanunauyğun şəkildə əməl edib-etmədiyindən və ya mənə və məhbus dostlarımıza qarşı təhlükəsizlik qurumlara bağlı olan xəbər agentliklərinin vasitəsilə təxribat yönümlü xəbərlərlə qarayaxmalara məşğul olub-olmadıqlarından əmin ola bilmərik.

Bilmirəm, ola bilsin ki, ittihamlar məhkəmədə araşdırılmamışdan əvvəl təhlükəsizlik qurumlara bağlı mediada yayılıb, ona görə də, media konspirasiyasına qarşı çıxmaq və neytrallaşdırmaq məqsədilə ictimai rəyi məlumatlandırmaq üçün bəzi məqamları təqdim edirəm.

  1. Mənim şəxsimin həbsi zamanı əməliyyat qrupunun hörmətli davranışını və bəzi digər saxlanılan şəxslərlə bağlı mənə qarşı rəftar olunduğu kimi rəftar edilməməsini bildirməklə yanaşı, hələlik, qanunsuz və əxlaqsız davranışların təfərrüatlarını qeyd etməkdən çəkinirəm.

  2. Dindirildiyim mövzuların çoxu mənim milli-siyasi düşüncələrim, Güney Azərbaycan sərhədləri, konstitusiyanın 15-ci maddəsinin şərhi, Qarabağ savaşında Azərbaycan ordusuna dəstək mövqeyim, Zəngəzur koridorunu dəstəkləməyim, Telegram kanalımda məzmunların İranşəhri hərəkatına, dövlətə qarşı olması, eləcə də nifrət yaymaqda ittiham olmağımla bağlı olub.

  3. Həbsim zamanı mənə açıqlanan ağır və ciddi ittiham olan rejimə qarşı birləşmə ittihamı dindirildiyim zamanı heç vaxt gündəmə gətirilmədi.

  4. Təhlilimə görə, İran dövlətində olan bir sıra qüvvələr Qarabağın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdən və Zəngəzur dəhlizinin açılmasının mümkünlüyündən son dərəcə qəzəblidirlər.

O da mümkündür ki, Azərbaycan Respublikasının daxildəki iranpərəst ünsürlərə zərbəsi, bəzi təhlükəsizlik qurumların qarşıdurma fikrinə sövq verib.

Hər halda, hələlik bəzi faktları, ehtimalları qeyd etməklə kifayətlənirəm və məsələləri qeyd etməkdən imtina edirəm.

Ümid edirəm ki, məhkəmə və kəşfiyyat orqanları “İslam Şəriəti”nin göstərişləri ilə bu işin müttəhimlərinə qarşı yalan xəbərlərin və əsassız ittihamların dövlət mediasında dərc edilməsinə icazə verməyəcəklər.

Qeyd etməyi zəruri hesab edirəm ki, ədliyyə və ya İİKK-ya aid mediada mənim və bu işdə təqsirləndirilən şəxslər haqqında şantaj və yalanlar yayılmaq davam edərsə, indiyə qədər üstü bağlı qalan qanunsuz davranışlar, sorğu-suallar və hökmlərlə bağlı aydınlıq gətirəcəyik.

Vəssalam
Əbdüləziz Əzimi Qədim
27/03/2024
Evin zindanı

*▪️Güneydən xəbər veririk
▪️***@ArazNews_az

1 month, 3 weeks ago

Terrorizmi zərərsizləşdirmək və Xəzər sahili və Qərbi Azərbaycan regionunun ərazi bütövlüyünü qorumaq yolu “İslam Respublikasının və onun təhlükəsizlik qurumlarının qucağından” keçmir, çünki İslam Respublikasının özü terrorizmin ən təhlükəli aktorlarından…

1 month, 3 weeks ago

Buna görə də Azərbaycan türk milləti, siyasi təşkilatları, milli hərəkat fəalları və gəncləri, Güney Azərbaycan, Quzey Azərbaycanda və Anadolu bölgəsində keçmişdə yaranan qanlı təcrübələrinə baxaraq, üzləşdiyi “Qərbi Azərbaycanda kantonizasiya layihəsi böhranını”…

1 month, 3 weeks ago

Buna görə də Azərbaycan türk milləti, siyasi təşkilatları, milli hərəkat fəalları və gəncləri, Güney Azərbaycan, Quzey Azərbaycanda və Anadolu bölgəsində keçmişdə yaranan qanlı təcrübələrinə baxaraq, üzləşdiyi “Qərbi Azərbaycanda kantonizasiya layihəsi böhranını” çox doğru bir şəkildə təhlil edərək, kiçik imkanları ilə İslam Respublikasının bütün təzyiqlərinə baxmayaraq "Qərbi Azərbaycanda aktiv terrorizmin xərçəng şişini" zərərsizləşdirmək üçün mübarizə meydanında olmaq hüququna malikdir.
Azərbaycan Milli Hərəkatının daxildə və xaricdə mediası və təşkilatları bu xərçəng şişi ilə müxtəlif forma və taktikalarla illərlə öz imkanları daxilində, müxtəlif taktikalarla mübarizə aparırlar. Cəsarətlə deyə bilərəm ki, bu antiterror fəaliyyətləri və terror şəbəkələrinin zərərsizləşdirilməsi mediada heç bir təbliğat aparılmadan və yaxud sosial mediada şou nümayiş etdirmədən həyata keçirilir.
“Qərbi Azərbaycan Müdafiə Komitəsi” Qərbi Azərbaycanda sahədə mübarizə aparan siyasi təşkilatlanma nümunələrindən biri olub ki, “Qərbi Azərbaycanda aktiv terrorizmin xərçəng şişinin böyüməsinə qarşı” ixtisaslaşmış düzgün şəkildə strategiya və taktika ilə fəaliyyət göstərib. Bu komitə Milli Hərəkatın siyasi diskursuna yenilik gətirməklə birlikdə, Qərbi Azərbaycanda Milli Hərəkata “etniklərarası qarşıdurma” diskursunun daxil olmasının qarşısını almaq üçün həmişə ehtiyatlı addımlar atmışdır.
Qərbi Azərbaycan Müdafiə Komitəsinin diskursunda meydan taktikası ilə uzunmüddətli strateji mübarizə həmişə vurğulanırdı ki, Güney Azərbaycan türk millətinə qarşı əhali tərkibinin dəyişdirilməsi məsələsi təkcə Qərbdə deyil, həm də Azərbaycanın Şərqi (Xəzər sahilləri) və Cənub bölgələrində (Zəncan, Miyana, Qəzvin, Bicar və Sunqor) həyata keçirilir. Bu isə “etniklərarası nifrət və qarşıdurma” diskursu ilə mümkün ola bilməz. Güney Azərbaycan əhali tərkibini dəyişdirmə planının qarşısını almaq, Azərbaycan türklərinin ali təhsil alımış gənc qüvvəsinin təşkilatlanması, maarifləndirici media fəaliyyəti, ixtisaslaşmış sahə fəaliyyəti və intellektual və təhsilli nəsli hazırlamaqla mümkün olacaq. Çünki tarixi səbəblərə, beynəlxalq layihələrə və dəyərli ehtiyatların və enerji mənbələrinin mövcudluğuna görə həm Tehranın, həm regional elementlərin, həm də təbii ki, beynəlxalq güclərin cəlb olunduğu çox mürəkkəb problemlə üz-üzəyik.
1900-cü illərdən Amerika, Fransız və İngilis missionerlərinin Urmiyada mövcudluğundan bu günə qədər Xəzər dənizi sahilləri və Qərbi Azərbaycan “Tehran, region və dünya” siyasi aktyorlarının siyasətlərinin prioritetlərində olmuşdur.
Odur ki, biz müstəmləkəçilik şəraitində olan bir xalq olaraq öz milli taleyimizi müəyyən etmək hüququ uğrunda mübarizə apararkən, ərazi bütövlüyümüzü qorumaq üçün mübarizə aparmalıyıq və “düşməni zərərsizləşdirmək” mübarizəsində bütün aspektlərini diqqətlə nəzərdən keçirməli, strategiyamızı və taktikalarımızı həyata keçirməliyik.
Çünki Güney Azərbaycanın, xüsusilə Qərbi Azərbaycan böhranlı bölgələr olaraq barıt çəlləyi kimi partlamağa hazırdır və siyasi və təşkilati hazırlıq olmaması vaxtsız doğumla körpəni məhv olması kimi, çoxlu itkilərə o cümlədən tarixi torpaqlarımızın əldən getməsinə səbəb olacaq.
Siyasi, informasiya, maliyyə və mafioz qütbləşmələrin regionların və xalqların taleyini müəyyən etdiyi təlatümlü dünyada ehtiyatlı olmalıyıq, “etnik və məzhəbi qarşıdurma diskursu” terrorizmin xərçəng şişi ilə mübarizənin həlli yolu deyildir və ola da bilməz.

yazının ardı👇👇👇

3 months, 3 weeks ago

🔵🔴 قاراقیشلاق اعتراضلاری؛ یئنیدن آچیلان یارالار

🔵🔴 Qara Qışlaq Etirazları; Yenidən Açılan Yaralar

https://youtu.be/CEE9SyKEsqU

🔶 گوندم اؤته‌سی پروقرامی‌‌

📺 #آرازنیوز_تی‌وی

🔗 @ArazNews

YouTube

Qara Qışlaq Etirazları; Yenidən Açılan Yaralar

We recommend to visit

تنها کانال رسمی گوناز تی‌وی
Güney Azərbaycan Televizyonu


Admin: @gunaztelevision

www.gunaz.tv

https://facebook.com/gunazTv

https://www.youtube.com/@guneyazerbaycanteleviziyasi/

صفحه جدید اینستاگرام 👇👇
https://instagram.com/gunaztv247

Last updated 2 weeks, 2 days ago

@Bahzadmolamvardi
مالک کانال = بهزاد مولام وردئ
09127932251

Last updated 3 days, 6 hours ago

العبـ.ـرة ليـ.ـست بعـ.ـدد المتـ.ـابعيـ.ـن
إنمـ.ـا العبـ.ـرة هـي فهـ.ـم مـ.ـا ننشـ.ـره . .💔🥀

مسؤول القناة
@khitabkataabbot

𓅇꙰᭄💔آּا̍ڷــمۘ ا̍ڷــڣــڕٰا̍ڦ💔𓅇꙰᭄
https://t.me/xxZrbjddbd99

Last updated 1 month, 2 weeks ago