Quranla_rabitə

Description
Adminlə əlaqə: @Abdurrahman_Hajiov
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

1 month, 2 weeks ago

Peyğəmbər (s):

شَرُّ اَلنَّاسِ يَوْمَ اَلْقِيَامَةِ اَلَّذِينَ يُكْرَمُونَ اِتِّقَاءَ شَرِّهِمْ

"Qiyamət günü Allah yanında insanların ən pisi, şərlərindən qorxulduğu üçün hörmət olunan kəslərdir".

?"Əl-Kafi",c.2, səh.327

https://t.me/Quranla_rabite

1 month, 3 weeks ago

Məhəmməd ibn Zəkvan nəql edir ki, imam Sadiqə (ə) dedim: “Canim sənə fəda olsun, indi Rəcəb ayıdır, mənə elə bir dua öyrət ki, Allah-Taala onunla mənə xeyir versin.” Həzrət buyurdu: “Rəcəb ayında gecə-gündüz namazlardan sonra bu duanı oxu:

يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ

“Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yutil kəsirə bil\-qəlil, ya mən yuti mən səələh, ya mən yuti məl\-ləm yəsəlhu, və məl-ləm yərifhu təhənnunən minhu və rəhməh, ətini biməsələti iyyak, cəmiə xəyrid\-dunya və cəmiə xəyril\-axirəh, vəsrif ənni biməsələti iyyak, cəmiə şərrid-dunya və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim!”

(Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!)

Ravi deyir: “Sonra Həzrət mübarək saqqalını sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxumağa başladı:

يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ

“Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.”

(Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalı‎mı‎ (üzümü) oda – cəhənnəm oduna!)

➡️ https://t.me/Quranla_rabite

1 month, 3 weeks ago

İnsanların ən pisi zülmkara kömək edib məzlumu tərk edəndir!

Ayətullah Meşkini (r.ə)

➡️https://t.me/Quranla_rabite

4 months, 2 weeks ago

Allah (c.c) Peyqəmbərə (s) vəhy edərək buyurdu: Mən Cəfər ibni Əbu Talibi 4 xüsusiyyətinə görə təqdir edirəm. Hz.Peyqəmbər (s) Cəfəri öz yanına çağıraraq mövzunu ona xəbər verdi və Cəfər Peyqəmbərə (s) belə ərz etdi: Əgər Allah (c.c) sizə vəhy etməsəydi, məndə izhar etməzdim. Sonra isə Cəfər həmin xüsusiyyətləri belə bəyan etdi:

1) Ey Allahın Rəsulu! Mən heç zaman şərab içməmişəm, çünki bilirdim ki əgər şərab içsəm ağlım nabud olacaq.
2) Heç zaman yalan danışmadım. Çünki bilirəm ki, yalan danışmaq mərdliyə xilaf və insanın kamala çatmasının ziddinədir.
3) Heç zaman zina etməmişəm. Çünki qorxdum ki, namusumla həmin iş icra olunsun.
4) Heç zaman bütpərəstlik etmədim. Çünki bütpərəstlikdə mənfəət olmadığını bilirdim.
? Biharul-Ənvar, c 22, səh 275.

➡️ https://t.me/Quranla_rabite

5 months ago

İslam dinində insanı zillətə salacaq və onun zilləti ilə rabitəsi olan hər bir işdən çəkindirilmişdir. O cümlədən (zəruri hallar istisna olmaqla) insanlardan nəsə istəməkdə insanı zəlalətə salan amillərdən biridir. Ənsardan bir qrub insan Peyqəmbərdən (s.ə) behişt üçün onlara zamin durmasını istədikləri zaman həzrət onlara buyurdu: Bir şərtlə bunu sizin üçün istəyərəm. Buna əməl edəcəyinizə dair mənimlə bey'ət edirsinizmi?
Dedilər: Bəli, səninlə bey'ət edirik.

Hz.Peyqəmbər (s.ə) buyurdu: Mənimlə bey'ət edin ki, camaatdan heçnə istəməyəcəksiniz.

? Biharul-Ənvar, c 93, səh 158

➡️ https://t.me/Quranla_rabite

5 months ago

Qurani kərimi Allah (c.c) nazil etmişdir yoxsa Peyqəmbərin (s) öz batinindən gələn sözlərdir?

Dr. Suruş öz bu məsələ haqqında olan işqallarının birində deyir: Peyəqmbərin (s) və Quranın hər ikisinin sahibi Allahdır (c.c) və Allah Peyqəmbərə xüsusi bacarıq bəxş etmişdi, buna görədə Peyqəmbər o xüsusi bacarıq əsasında Qurani kərimi öz daxilindən alırdı.
Yəni, nəticə budur ki, Quranı Allah nazil etməmişdir. Sadəcə Peyqəmbər Allahın inayəti və öz bacarığı əsasında içində olan həqiqətləri zahirə çıxarırdı.

Cavab:
1) Peyqəmbərlikdən sonra 3-il vəhyin fasilə alması:
Təfsir alimlərinin məşhur nəzərinə əsasən, Peyqəmbərliyin ilk çağlarında 3-il müddətində Peyqəmbərə vəhy gəlməmiş və Peyqəmbər vəhy olaraq Qurandan heçnə bəyan etməmişdir. Əgər Qurani kərim vəhy deyil, fəqət Peyqəmbərin batinindən gələn sözlərdirsə o zaman nəyə görə 3-il ərzində vəhyin intizarın çəkmiş və özündən Quran ayəsi olaraq heç bir söz deməmişdir?
Bundan əlavə, Peyqəmbərin nübuvvətdən əvvəlki dövrünə nəzər saldıqda məlum olur ki, nübuvvətdən əvvəlki 40-il ərzində və hətda nübüvvətdən sonrakı dövrlərdə (Quranın xaricində) bu Quranın bənzəri və tayı olan heç bir kəlmələr Peyqəmbərdən (s) aşkar olmamışdır.
Deməli, məlum olur ki Quranın həqiqəti yalnız Allah tərəfindən gələn vəhydir.

2) Qiblənin dəyişdirilməsi:
Əgər diqqət etsək görərik ki, Mədinə yəhudilərinin çox ağır olan dil yaralarına baxmayaraq Hz.Peyqəmbər qiblənin dəyişdirilməsi məsələsində heç bir söz deməyib və ilahi vəhyin nazil olmasının intizarın çəkmişdir. Allah (c.c) özü Qurani kərimdə bu məsələni bəyan edərək buyurur:

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ ۗ

Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin...¹
Bu məsələdəndə aydın olur ki, Quran ayələrinin nazil olması Peyqəmbərin yox, birbaşa Allahın (c.c) öz ixtiyarında olan bir işdir.

3) Bir xanıma əxlaqsızlığı nisbət verərək iftira atılması:
Vəhyin ilahi bir iş olmasına ən aydın olan dəlillərdən biridə, Peyqəmbərin zamanında bir qrup insanın günahsız bir xanıma ( Məhşur əhli sünnə alimlərinin və bəzi şiə alimlərinin nəzərinə əsasən bu xanım Aişə olmuşdur) əxlaqsız bir işi iftira atdıqlarında, bu işin nə qədər ağır olmasına baxmayaraq, Peyqəmbərin özündən bir söz deməyib vəhyin intizarın çəkməsi məsələsidir. Tarixi şahidlərdədə qeyd olunduğuna əsasən Peyqəmbər təqribən 1-ay bu haqda ayə nazil olmasının intizarın çəkdi. Sonda Allah (c.c) bu haqda ayə nazil edərək munafiqlərin böhtan atdıqlarını aşkara çıxardı². Əgər Peyqəmbər Quranı özündən deyirdisə, bəs nəyə görə bu bir ay ərzində özündən bir ayə demədi?

?
1) Qurani kərim, Bəqərə-144;
2) Qurani kərim, Nur-11-16;

➡️ https://t.me/Quranla_rabite

5 months, 1 week ago

Həzrəti Rəsulullah (s.ə) və Hz.Xədicənin mübarək izdivac günü münasibəti ilə hər birinizi təbrik edirəm??

Xanım Xədicənin (s) şəxsiyyəti haqda çox şey qeyd etmək olar, amma onun hansı uca məqama və şəxsiyyətə sahib olduğunu başa düşmək istəsək, onun digər xanımlara nisbətdə Peyqəmbər (s) üçün etdiyi fədakarlıqlara  baxmaq kifayətdir.  Peyqəmbərin (s) fəthləri, qalibiyyəti və səltənəti dövründə belə, yalnız dünya malı ardınca olan bəzi xanımları Peyqəmbərə (s.ə) o qədər əziyyət etdilər ki, Allah (c.c) aşağıda qeyd olunan ayəni onların haqqında nazil etdi:
" Ya Peyğəmbər, xanımlarına de əgər siz dünya həyatını və onun bər bəzəyini istəyirsinizsə, onda gəlin sizi (mehriyyələrinizi, yaxud ondan artığını verməklə) bəhrələndirim və gözəl bir tərzdə (təlaq verməklə) azad edim."

Amma bununla belə Qüreyşin ən zəngin şəxslərindən olan Həzrəti Xədicə (s.ə), neçə-neçə Qüreyş böyüklərinin ona elçi düşməsinə baxmayaraq, heç birini qəbul etməyib və Peyqəmbərin (s) kasıb olduğu, hamının ona düşmən kəsildiyi və ondan üz döndərildiyi ağır zamanlarında, öz istəyi ilə onunla ailə qurdu və öz bütün sərvətini onun ixtiyarına qoyaraq, islam yolunda fəda etdi. Peyqəmbərin (s) ən çətin zamanlarından biri olan Əbu Talib (r.ə) dərəsindəki 3-4 illik mühasirədədə o əzəmətli və iffətli xanım, Peyqəmbərin (s) yanında olaraq, öz mülkü vasitəsiylə onlarla Müsəlmanın qıtlıqdan və yoxsulluqdan ölməyinin qarşısını aldı

Allah (c.c) hər birimizin ailəsinə bu gözəl ailənin bərəkətindən əta etsin və bizlərədə onlara laiqli həyat yaşamağı nəsib etsin inşaAllah
???

➡️ t.me/Quranla_rabite

5 months, 2 weeks ago

قال الإمامُ الْحَسَنِ الْعَسْکَری (ص) :
لا یَشْغَلُکَ رِزْقٌ مَضْمُونٌ عَنْ عَمَل مَفْرُوض.

Hz.İmam Həsən Əsgəri (ə) buyurur:
Allahın (c.c) zamin durduğu ruzi üçün çalışmaq, səni vacib olan əməli icra etməkdən saxlamasın.

(Yəni, diqqətli ol ki, ruzi əldə etmək üçün həddən artıq çalışmağın, səni o qədər məşqul etməsin ki Allahın vacib etdiklərinə əməl etməyinə maneə olsun. Çünki əgər insan müəyyən həddə çalışarsa, Allah insanın ruzisini yetirəcəyinə zəmanət veribdir)

? Tuhəful-Uqul

➡️ T.me/Quranla_rabite

5 months, 2 weeks ago

- قالَ الإمامُ الْحَسَنِ الْعَسْکَری – علیه السلام – : مَنْ وَعَظَ أخاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِیَهً فَقَدْ شانَهُ.

Hz.İmam Həsən Əsgəri (ə) buyurur:
Hər kim qardaşını xəlvət yerdə (fərdi şəkildə) moizə etsə, onu zinətləndirmişdir və hər kim qardaşına əlani şəkildə (digərlərinin yanında) moizə etsə onu rusvay etmişdir.

? Tuhəful-Uqul, səh 489

➡️ https://t.me/Quranla_rabite

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago