Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

𝑴𝑨𝑾𝑨𝑫𝑫𝑨𝑯.•♥️

Description
"𝑪𝒆𝒏𝒏𝒆𝒕𝒅𝒆 𝒃𝒊𝒓 𝒔𝒆𝒗𝒈𝒊 𝒗𝒂𝒓, 𝒂𝒚𝒓𝒊𝒍𝒊𝒈𝒊 𝒐𝒍𝒎𝒂𝒚𝒂𝒏.." ♥️
➺❀ 𝑆𝑖𝑛𝑐𝑒: 𝟷𝟽.𝟶𝟷.𝟸𝟶𝟸𝟹 ♡
Advertising
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 6 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 weeks ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 days, 14 hours ago

1 month ago

Ramazanla vidalaşdıq.

Sən yenə gələcəksən, biz yenə olacağıqmı bilmirəm.
Gəldin gedirsən gözəl yola saldıqmı bilmirəm.
Birə min verdin ey uca Allahım biz ala bildikmi bilmirəm.
Layiqincə dəyərləndirə bildikmi bilmirəm.
Rəbbim bizləri bu ayda təmizlənmiş halda çıxarsın.

Rəbbim bizləri növbəti ramazana yetişdir .. Allahummə əmin.🌸

𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌: t.me/z_zikr

1 month ago
1 month ago

— İbrahim ət-Teymi {rahimahullah} deyir: 💎**

Nəfsimi Cənnətdə təsəvvür etdim — onun meyvələrindən yeyir, çayından içir və orda olan gənc qadınları qucaqlayırdım.

"مثَّلت نفسي في الجنَّة آكلُ من ثمارها، وأشرب من أنهارها، وأعانق أبكارها..

Sonra özümü Cəhənnəmdə təsəvvür etdim — onun zəqqumundan yeyir, irinli-qanlı suyundan içir və onun zəncir-qandallarından qurtulmağa çalışırdım.

ثم مثَّلت نفسي في النار آكل من زقُّومها، وأشرب من صديدها، وأعالج سلاسلها وأغلالها.

— Sonra nəfsimə dedim: "Ey nəfs, sən hansını istəyirsən?"**

فقلت لنفسي: "أَيْ نفسي! أي شيء تريدين"؟

— Dedi: "Dünyaya qayıtmaq və saleh əməllər işləmək istəyirəm".**

قالت: "أريد أن أُرَدّ إلى الدنيا فأعملَ صالحاً".

Mən də ona dedim: "Sən möhlət diyarındasan, elə isə əməl et".**

قال: قلت: "فأنت في الأُمنيَّة، فاعملي".

🪴 محاسبة النفس؛ لابن أبي الدنيا (ص٣٤).

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦//𝐌𝐚𝐰𝐚𝐝𝐝𝐚𝐡♥️

1 month ago
1 month ago

Video da danışılan Ramazan ayının 27-ci gecəsində baş verib...🔻****

*— Bir gün Şeyx Abdur-Rəzzaq əl-Bədr حفظه الله danışır:

«Mən sizə bir hekayəni başqa səbəbə görə deyil, faydasına görə danışacağam.

Ötən illərdə, Ramazan ayının 27-ci gecəsi mən atam və babam ilə birlikdə təravih namazını qılmaq üçün Əl-Harama gedirdik.

Evdən xeyli aralıda yüksək musiqi səsi gələn maşın gəlirdi. Bu hadisə (Ramazanın) 27-ci gecəsi, hansı ki bu gecənin Qədr gecəsi olması ehtimalı ən yüksək olan gündə baş verdi.

Maşına yaxınlaşdım və bir qrup gənc gördüm. Mən onlara dedim:
“Ey gənclər! Əgər bu mübarək gecədə insanlarla birlikdə namaz qılıb Uca Allaha dua edə bilmirsinizsə, heç olmasa bu gur musiqini söndürün”
və onu söndürdülər.

Sonra mən onlara Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədis danışdım ki - O, bir dəfə Rəsulullahdan ﷺ soruşdu:
«Ey Allahın Rəsulu! Mən, Qədr gecəsinin hansı gecə olduğunu bilsəm həmin gecə nə deyim?»
– O, dedi: «De ki,

«اللهمَّ إنَّك عَفُوٌّ تُحبُّ العفوَ، فاعْفُ عني»

[Allahummə innəkə afuvvun tuhibbul-afvə, fə'afu anniy]

Allahım həqiqətən Sən əfv edənsən! Əfv etməyi sevirsən. Məni əfv et».

Sonra mən (Şeyx Abdur-Rəzzaq əl-Bədr deyir) mənə ən yaxın olana dedim:

"Sən bu duanı öyrəndinmi?!"
O dedi: “Bəli” .
“Onda təkrar et”- dedim, o, təkrarlamaq istədi, amma bacarmadı.

Sonra ona iki dəfə də, həmin hədisi dedim və sonra dedim:
"İndi təkrarla" və təkrar etdi.
Mən dedim:
“Bu duanı daima təkrar et!
Dilliniz onu daim tələffüz etsin!

Sonra bu hadisəni artıq unutmuşam, beş-altı il keçdi, dini işlərlə bağlı şəhərlərin birinə getdim və məni dəvət edən dini qurumda işləyənlərlə görüşdüm. İşimiz bitəndən sonra bir gənc gəlib yanıma oturdu. Saqqalı vardı və onda xeyir əlamətləri vardı.

Mənə dedi:
“Başına filan-filan iş gələn gəncləri xatırlayırsanmı?!” və o, mənə bu əhvalatı xatırlatdı. Yadıma düşdü, sonra dedi:
“Mən də onlardan biriyəm.
Uca Allah o gecə məni haqq yoluna yönəltdi”.
Və dedi ki, o gecədən bəri bu duanı davamlı olaraq oxuyur.  Dedi:
  “Allaha yalvardım və bu duanı davamlı olaraq təkrar etdim, ondan sonra köksüm açıldı.
Qəlbimdə batil və haram sevgi var idi, amma Allah bütün bunları qəlbimdən sildi”.

Ona görə də deyirəm: biz yaxşılıq üçün bir-birimizə kömək etməliyik. Xüsusən də, indiki müasir rabitə vasitələrinin mövcud olduğu vaxtlarda.
Əgər bilsən ki, sənə yaxın olan kimsələr günah edir, ona bu hədisi göndər.

De: “Allahın rizası üçün sizə nəsihət edirəm!  Bu duanı mümkün qədər tez-tez təkrarlayın:
“Allahım həqiqətən Sən əfv edənsən! Əfv etməyi sevirsən. Məni əfv et!”

Ramazanın son on gecəsində bu böyük duanı bacardıqca tez-tez deyin, Allah istəsə, faydasını görərsiniz!*

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦//𝐌𝐚𝐰𝐚𝐝𝐝𝐚𝐡♥️

1 month, 1 week ago
1 month, 1 week ago
1 month, 2 weeks ago

— Saleh sələflərdən biri demişdir: 💎*

**«Əgər mən müsəlman qardaşlarımdan birinin saqqalından şərab damcısı görsəydim: "Ola bilsin ki, onun üzərinə bilmədən şərab töküldüyünü" - zənn edərdim».

«Əgər mən qardaşlarımdan birinin dağa çıxıb: “Sizin ən uca rəbbiniz mənəm!” dediyini görsəydim, Quran ayəsi oxuduğunu [Naziət surəsi, 24-cü ayə] zənn edərdim».

— Bəzi elm əhli isə demiş ki, müsəlman qardaşlarına, qohumlarına, ailəsinə qarşı münasibətdə sinəsi sağlam (hüsnü zənndə) olanınız, artıq Cənnət ləzzətlərindən birini yaşamışdır!***

وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٰنًا عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ

🍃 «Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar». [15/47]

— İbnu'l Qayyim {rahimahullah} demişdir: 💎*

«And olsun Allaha! Qul öz əməlində olan niyyətini bilməkdə çətinlik çəkir. Bəs onun, (Allahın) başqa qullarının niyyətləri haqqında hökm verməsinə nə deyə bilərik?!»*
"والله إن العبد ليصعب عليه معرفة نيته في عمله، فكيف يتسلط على نيَّات الخلق" ~ ابن القيم 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦//𝐌𝐚𝐰𝐚𝐝𝐝𝐚𝐡♥️

1 month, 2 weeks ago

BACILAR, ÖZÜMÜZƏ NÜMUNƏ GÖTÜRƏK..‼️*♥️*

🌷— Umm Suleym bint Milhan - İslamı qəbul edən ilk ənsar qadınlarından bir olub.**

*O, Malik ibn ən-Nədrin zövcəsi olub və onun oğlu Ənəsi dünyaya gətirmişdi. Əri umm Suleymin İslamı qəbul etməsinə hədsiz dərəcədə narazı olur və qəzəblə qadını tərk edir.

Lakin umm Suleym, ərini məmnun etmək üçün İslamdan imtina etmir. Bir müddət sonra isə ərinin ölüm xəbərini gətirirlər.

O vaxtlar o, gəncliyinin ən yaxşı çağında, çox gözəl bir qadın olub. Başına gələn hər şeyin Uca Allahın bir imtahanı olduğuna əmin idi, və Allahdan bütün bu başına gələn imtahanların mükafatını istəyirdi. Bir gün qadın, oğlu Ənəsi götürüb Rasulullahın (sallallahu aleyhi və səlləm) yanına getdi və oğlunun ona xidmətçilik etməsini istədi. Çox keçmədən umm Suleymə Mədinənin ən yaxşı, gənc, güclü və ən varlı bir kişisi elçi düşür.

O, hələ o vaxtlar bütpərəst olan Əbu Talha idi. Mədinəli qızlar onunla evlənmək arzusunda idilər və o elə fikirləşirdi ki, umm Suleyim də onunla evlənmək təklifinə çox sevinəcək.

Lakin qadın, onu belə bir sözlə qarşılaşdı: “Ey Abu Talha, sən bilmirsən ki, sənin ibadət etdiyin tanrın yerdən bitən bir ağacdır və onu filan qəbilədən olan bir həbəş kəsib?!"

Əbu Talha cavab verdi: “Bilirəm...”
Qadın dedi: “Məgər filan qəbilədən olan bir həbəşin biçdiyi ağaca sitayiş etməkdən utanmırsan?!"

Əbu Talha qadının sözlərinə razılaşmadan inadkarlıq göstərdi və ona bahalı evlilik hədiyyəsi (mehr) və xoşbət-firavan həyat vəd etdi.

Bütün bu təkliflərə rəğmən qadın möhkəm dayandı. Ona birbaşa dedi:
“And olsun Allaha, ey Əbu Talha, çox qadınlar sənin kimiləri rədd etməz amma mən edirəm...

Sən kafirsən, mən də müsəlmanam və səninlə evlənməyə icazəm yoxdur.

İslamı qəbul etsən, bu mənim evlilik hədiyyəm olacaq. Başqa da, heç nə istəmirəm...

Ertəsi gün Əbu Talha, daha qiymətli hədiyyələrlə qayıtdı və daha böyük sözlər vəd etdi. Lakin qadın, yenə də bu vəsvəsələrə müqavimət göstərdi.

Umm Suleymin bu inadkarlığı onu Əbu Talhanın gözündə daha da qaldırıb əlçatmaz bir qadın edirdi. Bu dəfə də o Əbu Talhaya deyir: “Məgər bilmirsən ki, sənin ibadət etdiyin bütlər filan ailədən olan dülgər qulun işidir və onları yandırsan, yanacaqlar?!"

Qadının bu sözləri Əbu Talhanın içini alt-üst etdi. O, öz-özünə bu sualı verdi: "Məgər heç "tanrılar" da yanıb sönə bilər ki?!"

Bir müddət susqunluqdan sonra Əbu Talha bu sözləri təkrar etməyə başladı:
"Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq mə'bud yoxdur və Muhamməd O'nun qulu və elçisidir."

Sevincdən qəhərə boğulan umm Suleym oğlu Ənəsə dedi: “Qalx, Ənəs! Əbu Talha ilə evlənirəm!” Ənəs şahidlər gətirdi və nikah bağlandı.

Əbu Talha o qədər sevindi ki, bütün var-dövlətini umm Suleymin qabağına qoydu, lakin o, səmimi, alicənab və fəzilətli bir müsəlman olaraq dedi:

"Ey Əbu Talha! Həqiqətən, mən səninlə Allah rizası üçün evləndim və başqa heç bir evlilik hədiyyəsinə ehtiyacım yoxdur"... Umm Suleym heç bir mehri qəbul etmir...*

★ P.S. Ummu Suleym Ənəs ibn Malikin (radiyallahu anhumə) anası olub

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦//𝐌𝐚𝐰𝐚𝐝𝐝𝐚𝐡♥️

3 months, 2 weeks ago
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 6 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 weeks ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 days, 14 hours ago