ixtisas seçimi Sərvər Rüstəmov

Description
ixtisas seçimi, ixtisaslar, keçid balları, kodlaşdırma, Sərvər Rüstəmov
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

8 months ago

https://youtube.com/shorts/OPNAKmr8YaM?feature=shared

İxtisas seçimi ən az qəbula hazırlaşmaq və imtahan qədər həyəcanlı və diqqət edilməli bir məsələdir.

Nələrə diqqət etməli:
1) ixtisasın gələcəyi haqqında məlumatlı olmaq
2) ixtisasın hansı universitetdə daha prestijli olduğunu bilmək
3) ixtisasın keçid balına
4) ixtisasa ayırılan plan yerlərinə
5) topladığın bala
6) bal statistikasına
7) seçim edərkən sıralamaya

0777612345 Sərvər Rüstəmov
İxtisas seçimi edəcək tanışlarını tag elə və paylaş ?

YouTube

ixtisas seçimi diqqət edilməli

İxtisas seçimi ən az qəbula hazırlaşmaq və imtahan qədər həyəcanlı və diqqət edilməli bir məsələdir.Nələrə diqqət etməli:1) ixtisasın gələcəyi haqqında məlum...

İxtisas seçimi ən az qəbula hazırlaşmaq və imtahan qədər həyəcanlı və diqqət edilməli bir məsələdir.
8 months, 2 weeks ago

Bütün qruplar üzrə keçid balları
2024-də bu hallardan istifadə edəcəksiz

Balların qalxması və düşməsinə təsir edənlər:

  1. Abituriyentlərin seçimi
  2. Abituriyentlərin buraxılış+blok balı
  3. Universitetlər üzrə ixtisasların plan yeri

https://youtube.com/playlist?list=PLWXYi6m-Ynp179UELcO08BNeSuvw-2TYs&feature=shared

10 months, 4 weeks ago

Universitetimizdə bu ixtisaslar üzrə tədris aparılacaq:

✓ İbtidai sinif müəllimliyi,
✓ Məktəbəqədər təhsil,
✓ Riyaziyyat müəllimliyi,
✓ İnformatika müəllimliyi,
✓ Korreksiyaedici təlim,
✓ Təhsildə sosial-psixoloji xidmət,
✓ İnformasiya texnologiyaları,
✓ Kompüter elmləri,
✓ Kompüter mühəndisliyi,
✓ Qida mühəndisliyi,
✓ Şəhərsalma,
✓ İnşaat mühəndisliyi,
✓ Beynəlxalq münasibətlər,
✓ Regionşünaslıq,
✓ Tarix,
✓ Kommunikasiya və rəqəmsal media,
✓ Beynəlxalq ticarət və logistika,
✓ Biznesin idarə edilməsi,
✓ İqtisadiyyat,
✓ Maliyyə-marketinq,
✓ Menecment,
✓ Mühasibat,
✓ Turizm işinin təşkili
✓ Turizm bələdçiliyi

#Garabagheduaz #Azeuni #eduaz

Qarabağda oxumaq istəyən varmı ? Daha çox məlumat və xəbər almaq üçün vatsap kanalımızı izləyə bilərsiz https://whatsapp.com/channel/0029VaH61VbCnA7z640jB526

WhatsApp.com

Ixtisas Seçimi 2024 | WhatsApp Channel

Ixtisas Seçimi 2024 WhatsApp Channel. Ixtisaslar, keçid balları, DIM ən son xəbərləri. 9 followers

Universitetimizdə bu ixtisaslar üzrə tədris aparılacaq:
3 years, 2 months ago
3 years, 3 months ago

Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 36 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universitetinə (750 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (530 nəfər) və Bakı Biznes Universitetinə (474 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Bakı Biznes Universitetinə qəbul olunanların 52.38%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 49.47%, Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 40.33%-nin subbakalavrlar olduğunu görərik.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 7-dən 20-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

3 years, 3 months ago

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar (I mərhələdən sonra)

Ali təhsil müəssisələrinin qəbul planı 90.46% dolub

06.09.21 12:27

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi sentyabrın 3-də 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Müsabiqənin nəticələrinə əsasən 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur.

Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur.

Sentyabrın 6-dan 10-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.

Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb. I və II ixtisas qrupu üzrə boş qalan plan yerlərinin sayının (müvafiq olaraq 2040 və 1971 yer) daha çox olacağı əvvəlcədən məlum idi. Belə ki, müsabiqə şərtlərini (ümumi 200, imtahanının 2-ci mərhələsi üzrə 100 bal) ödəyən və ixtisas seçiminə buraxılanların sayı mövcud plan yerlərinin sayı ilə müqayisədə az idi.

Ən gərgin müsabiqə vəziyyətinin III qrupda formalaşacağı proqnoz edilmişdi. Nəticələrdən də görürük ki, bu qrup üzrə plan yerləri 98.68% dolub və cəmi 169 yer boş qalıb. IV qrupda da müsabiqə iştirakçılarının sayı plan yerlərindən az idi. Burada boş qalan yerlərin sayı 391, xüsusi qabiliyyət tələb edən V qrupda isə 161 yerdir.

I ixtisas qrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında məlumata baxdıqda görürük ki, ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan cəmi 8 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Onlar boş qalan yerlərin müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 2068 nəfərdir. Lakin həmin ixtisaslar (abituriyentlər şərti olaraq 150 ballıq ixtisaslar deyir) üzrə plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçimində iştirak edə bilməzlər.

II ixtisas qrupunda 200 və 100 ballıq şərtləri ödəyib qəbul ola bilməyənlərin sayı 37, 150 və 50 bal şərtini ödəyənlərin sayı isə 69 nəfərdir. Bu abituriyentlərin hamısının ikinci turda iştirak edib qəbul olunmaq şansları hələ də var.

III ixtisas qrupu ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan 557 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Həmin şəxslər boş qalan yerlərin (169 yer) müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 1680 nəfərdir. Lakin həmin ixtisaslar üzrə də plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərin seçiminə buraxılmırlar.

IV ixtisas qrupu üzrə müvafiq göstəricilər 81 və 90 nəfərdir. Burada isə 81 nəfərlə yanaşı 90 nəfərin də müəyyən ixtisaslar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak etmək imkanları var.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub.  Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75%-dən çox dolub.

3 years, 3 months ago

https://youtu.be/8LLaUNG7SAw

YouTube

Universitetə qəbul olanlar izləsin - portal.edu.az qeydiyyat necə edilir

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə! Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər…

3 years, 3 months ago

PDF endirmək üçün
Abituriyent 5 - 11 kolleclərə qəbul
https://drive.google.com/file/d/1LgZdeHF1hjmOy1tXtrtC7D8k39c8f8o2/view?usp=drivesdk

Keçid balları 11 Lər kollec üçün
https://drive.google.com/file/d/1Lgd84tE4ueLNLXRd5rgKaFgy9p5LOhyC/view?usp=drivesdk

Google Docs

abituriyent 5 kollec 11 üçün 2021.pdf

PDF endirmək üçün
3 years, 5 months ago

DiM apellyasiya şikayəti necə edilir?
https://youtu.be/Tt0FRClH3o4

3 years, 5 months ago

lll qrup ixtisasları
https://youtu.be/PIUKokjY_E8

YouTube

III qrup ixtisaslar, keçid balları,ən yaxşı ixtisaslar, universitetlər, sual-cavab

III qrup ixtisasları haqqında məlumat, Ən az neçə bal toplamaq lazımdır? Keçid balları, Universitetlər Ən yaxşı ixtisaslar hansılardı Hüquqşünaslıq, Xarici dillər, Azərbaycan dili və ədəbiyyat Tarix, Politologiya, Fəlsəfə Sosial iş, Özəl və dövlət universitetlləri…

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago