✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 3 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 6 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 3 months ago
Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.
Bir neçə ay sonra, günlərin birində səhər-səhər iş yerimə,
dəmirçilər bazarına gedərkən divarın üzərində yazılmış şüarı
gördükdə ovqatım təlx oldu. Bir müddət olardı ki, əhvalım
yaxşı deyildi. Seyid Əlinin vəfatından sonra hələ də özümə
gələ bilməmişdim. Motosikletimdən endim. Divara tərəf
qaçıb, orda yazılan şüara yumruq-təpik atmağa başladım.
Payızın sərin havasında ürəyimin döyüntüləri artdı.
Daxilən mənə bir istilik gəldi və bir anlıq nəfəsim dayandı.
Motosikletə cumub, iş yerimə qədər sürətlə sürdüm. İş yerinə
çatanda müdirim Hacı, zəhər tuluğuna dönmüş sifətimi
görüb, əhvalımın yaxşı olmadığını anladı.
Həmən gün nahardan sonra evə qayıdarkən, sprey boya
alaraq şüarı rənglədim. Ürəyim soyudu və rahatlaşmış halda
evə qayıtdım .
Səhərlər işə getməzdən əvvəl küçələri gəzirdim, gözümə
mənfi şüarlar dəyəndə, onları sprey boya ilə rəngləyirdim.
Bir gün, payızın tez düşən qaranlığında, piyada keçidinin
yaxınlığındakı divarın üzərində, əvvəldən mənə tanış olan
dəstxətlə yazılmış şüar gördüm. Özümdən çıxmağa
başlamışdım ki, telefonum zəng çaldı. Telefonun ekranına baxanda, zəng edənin kim olduğunu anlayaraq, nəfəsimi çölə
verib, əsəbi halda və uca səslə dedim: "Bəli?"
Mürtəza salam verərək dedi: "Nə isə olub, qardaş?
Qorxdum ki, telefondan çıxıb məni yeyəsən!"
Dedim: "Əhməd, pis vaxtda zəng etmisən. Əlimdə işim
var, mühüm bir sözün yoxdursa, sonra özüm zəng vuraram!"
Gülərək dedi:
-Əlində nə işin var? De, gəlim kömək edim. Təkbaşına iş
görürsən?
Motosikletin sükanından asılmış sellofandan sprey boyanı
çıxardım. Boyanı şüarın üstünə səpə-səpə cavab verdim:
-Lazım deyil gələsən. Adəti üzrə sprey səpməklə
məşğulam. Bilmirəm, bu təhqiramiz şüarların yazılması nə
vaxt bitəcək!
Mürtəza ciddi və biz az da dilxor halda dedi: "Bildiyindən
əl çəkmirsən də. Sözə qulaq asmırsan! Yüz dəfə demişəm ki,
özünü oda-közə vurma! Axı bunun nə mənası?! Bu qədər
vaxt sərf edirsən, axı nəyə görə. Nə vaxta qədər o küçə sənin,
bu küçə mənim gəzib, divarlardakı şüarları spreylə
rəngləyəcəksən? Sən silirsəm, amma o Allahdan bixəbərlər
yenidən yazırlar".
Dilxor və narahat halda cavab verdim:
-Dostum, deyinmək əvəzinə məni başa düşməyə çalış.
Əminəm ki, bu şüarları yazanların sayı çox deyil. Yazı
üslublarından bilirəm ki, bir-iki nəfərdən artıq deyillər. Nə
qədər istəyirlər, yazsınlar. Mən də siləcəyəm. Ya onlar bu
işdən əl çəkəcək, ya mən. Əlbəttə, elə-belə əl çəkən deyiləm.
Özün yaxşı bilirsən, Əhməd!
📚 Reyhan ətirli ev kitabından.
Ali Rəhbər Həzrəti Ayətullahul Uzma Seyyid Əli Xameneinin “Tək ağla” (tənha gerye kon) kitabına münasibəti:
"Böyük şövq, həvəs və istəklə bu heyrətamiz kitabı oxuyub qəlbimi, gözlərimi onunla yudum. Bu kitabda hər bir şey alidir! Nəql olunan rəvayətlər ali, rəvayətləri nəql edən ravilər ali, yazı üslubu ali, məzmunun çatdırılması alidir. Şəhid və şəhid anasına olan sevgi və mərhəmətlə dolu münasibət özünün ən yüksək zirvəsindədir. Millət və İnqilab üçün bundan dəyərli və üstün mənəvi sərmayə ola bilməz. Başqa bir dəyərli mənəvi sərmayə analıq sevgisinin ehtiyac duyduğu belə bir zərif və ifadəli hekayədir.
1399 cu il 10 İsfənd-2021 ci il 28 Fevral
Yazıçıya bir daha təşəkkür olunmalıdır."
Allahın iznilə tərcümə olunur. Tərcüməsi bitən kimi kanalda kitabın PDF-i paylaşılacaq. Şəhidlər haqqında yazılmış çox ali kitablardandır.
Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.
Bismilləh…?**?***
“Həyatın yalnız və yalnız şəhidlər həyatı kimi olduqda gözəlləşdiyini öyrəndim. Həmidlə ailə quranda onun qəribə insan olduğunu anladım. Onun hər baxışı, hər nəfəsi, hər sözü mənə dərs idi. Müştərək həyatımızın onun fiziki yoxluğu ilə başa çatdığı zamandan çiynimdə xatirələr dolu boğçamla yoluma davam edirəm. Mən inanıram ki, həyat yoldaşımla birlikdə keçirdiyim üç il ömrümün ən gözəl anları olub. İndi isə şəhid olduğu yerin adını belə bilmirəm. Ona bir daha deyə biləcəyim “bəli”nin və ona yenidən qovuşacağım anın ümidi ilə günlərimi geridə qoyuram; elə bir qəlblə ki, hər gün parça-parça olur, elə əyilmiş bel ilə ki, onunla həyat yükünü tək daşıyıram. Salam olsun o şərəfli oğullara ki, Allahın namusu Həzrəti Zeynəbi-Kübra (s.ə) uğrunda fəda olublar…”
Şəhidlərin pak ruhuna salavat zikr edək.
Bismilləhir-Rahmənir-Rahim*…??**
Şəhidin Xanımı: "Həmidin şəhadətindən bir neçə ay sonra Kərbəlaya getdim. Bu səfərə Həmidlə birlikdə getmək üçün pasport belə almışdıq. Həmid o pasportla Suriyaya getdi, Hz.Zeynəbin (ə) yanından kəfənsiz Ağasının yanına uçdu. Kərbəla Həmidin bütün eşqi idi. Həmid bu Kərbəlanı görmək üçün həmişə səbirsizlənirdi. Cümə axşamı idi. Tək-tənha beynul-hərəmeyndə üzü günbəzə dayanmışdım. Ayaqüstə dayanmağa taqətim yox idi. Sonsuz bir həsrət içində Həmidə dedim: "Əzizim, mən indi Kərbəladayam. Bu həmin Kərbəladır ki, birlikdə gəlib mənə gəlin çadrası alacaqdın. Ancaq qismət olmadı. Sənə görə heç bir çadra mağazasına baxmadım. Dedim, birdən mənə söz verdiyin hədiyyəni ala bilmədiyin üçün xəcalət çəkərsən.
"Bütün yol boyu özümü 2 nəfər hiss edirdim."??#YadındaQalsın Şəhidlərin pak ruhuna salavat zikr edək.
Bismilləhir-Rahmənir-Rahim..?**?***
-Bir şey olmayıb, qızım! Həmidin dostlarından bir-ikisi şəhid olub. Atam bunu deyən kimi o günə qədər oxuduğum bütün şəhid xatirələri bir-bir yadıma düşdü. Yeni bir həyata qədəm qoymaqda olduğumu hiss edirdim. Elə bir həyat ki, orada Həmid olmayacaqdı. Mən bu həyat barədə bir kəlmə belə eşitmək istəmirdim.
-Qızım, sən səbirli olmalısan. Məgər ikiniz də bunu istəmirdiz?! Məgər mən Həmidin adının üstündən xətt çəkəndə özün vasitəçilik etmədin?! Demədin ki, qoy getsin?! İndi də səbirli olmalısan. Bu sözləri eşidəndə öz-özümə dedim: "Hər şey bitdi! Həmid şəhid olub!" ?*?
Dedim: "Həmid, səni and verirəm Allaha! Səni and verirəm Həzrət Zəhraya (s)! Qapını aç, içəri gir. Gəl, de ki, hər şey yalandır; de ki, qayıdacaqsan". Bu cümləni təkrar-təkrar deyib ağlayırdım.?**?#YadındaQalsın?*?
Şəhidlərin pak ruhuna salavat zikr edək.
Faydalı və biri-birindən maraqlı olan kanallarla qarşınızdayıq. Buttonlardan birinə toxunmaqla kanallara abunə ola bilərsiniz.
Hazırladı: @toplu_admini
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 3 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 6 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 3 months ago