✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 10 months, 4 weeks ago
Qarabağın dağlıq zolağı bölgəsində ermənilər yaşayan hərbi hissələrin istənilən yerdəyişməsi şura üzvlərinin 2/3-nin razılığı ilə həyata keçirilə bilər.
Heç kəs siyasi fikrinə görə, istər məhkəmə, istərsə də inzibati qaydada təqib oluna bilməz.
Siyasi səbəblərdən getməyə məcbur edilən bütün ermənilərin öz yerlərinə qayıtmaq hüququ var.
Qarabağda erməni və müsəlman əhalinin tərksilahı Qarabağ məsələsi sülh konfransında həll olunana qədər dayandırılır.
Müsəlmanların və ermənilərin xarabalığa dönmüş kəndlərinin tezliklə bərpası məsələsində Azərbaycan Respublikası Hökuməti Qarabağ əhalisinə maddi və mənəvi dəstək göstərir.
Millətlərarası münasibətlərin daha yaxşı tənzimlənməsi üçün şura vaxtaşırı ümumi və yerli erməni-müsəlman qurultaylarını çağırır.
Hərbi vəziyyətlə əlaqədar olaraq Azərbaycanın bütün ərazisində toplantılara administrasiya tərəfindən icazə verilir.
Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin 11 iyun 1919-cu il tarixli məcburi qərarı ilə ümumi yurisdiksiyadan çıxarılan ağır cinayətlər və cinayət xarakterli əməllər istisna olmaqla, fiziki şəxslər və vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilir.
İndiyədək baş vermiş millətlərarası toqquşmalarda iştiraka görə heç kim cinayət məsuliyyətinə cəlb edilmir.
Bu saziş 7-ci Qarabağ Erməni Şurasında qəbul edildikdən sonra qüvvəyə minir.
Bu müqavilə istər sülh, istərsə də müharibə şəraitində qüvvədə qalır.
Bu müqavilə 1919-cu ilin avqustun 22-də general-qubernator Xosrov bəy Sultanov tərəfindən təsdiqlənib.
Mənbə: Libaridian, G. (1988). The Karabagh File, s. 21-22 (4/4)
Qarabağ ermənilərinin qurultayı Azərbaycan hökumətinə mülki bölmənin köməkçisi vəzifəsinə iki namizəd təqdim edir, onlardan birini təsdiq edir.
Qarabağ erməniləri mədəni öz müqəddəratını təyin etmək hüququndan istifadə edirlər.
Mədəni öz müqəddəratını təyinetmə hüququnu Qarabağ Erməni Milli Şurası hökumətin səlahiyyət verdiyi, vaxtaşırı Qarabağ erməniləri arasından çağırılan qurultaylarda seçilmiş ermənilər vasitəsilə həyata keçirir. Qurultay milli şuranı çağırır.
Azərbaycan Respublikası Hökuməti səlahiyyətli ermənilər vasitəsilə Erməni Milli Şurasının fəaliyyətinə nəzarət edir.
Hərbi hissələr sülh dövründə Xankəndi və Şuşada yerləşdirilir. (3/4)
Qarabağın dağlıq hissəsində (Dizaq, Xaçın, Vərəndə və Çiləbörd) Qarabağ Erməni Şurasının üzvlərinin təklifi ilə inzibati məmurlar təyin edilir.
Qarabağ general-qubernatoru yanında üçü müsəlman, üçü erməni olmaqla altı nəfərdən ibarət şura yaradılır.
Şuranın erməni üzvləri Dağlıq Qarabağın erməni əhalisinin qurultayı tərəfindən seçilir. Qurultayın yenidən formalaşmaq hüququ var.
Millətlərarası xarakter daşıyan bütün fundamental məsələlər şurada ilkin müzakirə olunmadan həyata keçirilə bilməz.
Şura general-qubernatorun təşkili və idarə edilməsi ilə bağlı məsələlərdə təşəbbüs göstərmək hüququna malikdir.
Şura general-qubernatorluğun işlərinə müdaxilə etmək hüququ olmadan, ümumi hökumətin idarəçiliyinə nəzarət etmək hüququna malikdir.
General-qubernatorun mülki məsələlər üzrə köməkçisi vəzifəsi təsis edilir, bu vəzifəyə erməni təyin edilir. (2/4)
105 il əvvəl-15 avqust 1919-cu ildə Dağlıq Qarabağ ermənilərinin 7-ci qurultayı səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə saziş imzaladı. Saziş nəticəsində Paris sülh konfransının yekun qərarına kimi Azərbaycan Respublikasının Qarabağın dağlıq hissəsi üzərindəki suverenliyi tanındı. Bununla yanaşı bu sazişlə Qarabağın dağlıq hissəsi muxtar idarəçilik hüququnu da əldə etmiş olurdu.
Müqavilənin bəndləri aşağıdakı kimidir:
Bu müvəqqəti saziş münaqişənin Paris sülh konfransı tərəfindən həllinə qədər tərəflər üçün məcburiyyət təşkil edir.
Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında ermənilərin yaşadığı dağlıq region (Dizaq, Vərəndə, Xaçın və Çiləbörd) özünü müvəqqəti olaraq Azərbaycan Respublikasının tərkibində hesab edir.
Şuşa, Cavanşir və Cəbrayıl qəzaları Qarabağ general-qubernatorunun xüsusi inzibati vahidi kimi qalır, onun daxili idarəetməsi ermənilər yaşayan ərazilərdə ermənilərdən ibarət qurum tərəfindən təyin edilir. (1/4)
İranın Osmanlıdakı səfiri, Qacarların Dəvəli oymağına mənsub Mirzə Mahmud Xan ilə Topçubaşov arasında İstanbulda gedən danışıqların stenoqramı, 16 noyabr 1918-ci il.
Qacarların 1918-ci ildə Cənubi Qafqazda elan edilən dövlətin adındakı "Azərbaycan" adına etirazı bununla bitmirdi. Azərbaycan adına etiraz ilk dəfə Qacarların sonuncu şahı Əhməd şah səviyyəsində edilmişdi.
Mirzə Mahmud Xan və Topçubaşov arasında danışıqlar fransızca aparılıb.
Bu gün Çar Rusiyasının Müqəddəs Georgi ordeni ilə təltif edilən (1828-ci ildə İrəvanın alınmasına görə) ilk azərbaycanlı hərbi xadimi, Qərbi Avropa (fransız) dilində yazılan ilk bədii nəsrin (Rəşid bəy və Səadət xanım) müəllifi general-mayor İsmayıl bəy Qutqaşınlının vəfatından 163 il keçir.
İsmayıl bəy Qutqaşınlı həmçinin Çar Rusiyasının ordusunun tərkibində 1826-1828-ci illərdə Zaqafqaziya Müsəlman alayının komandiri kimi Qacarlara və 1829-cu ildə Osmanlıya qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1828-ci ildə İrəvanın alınması uğrunda Sərdarabad döyüşündə fərqləndiyinə görə Müqəddəs Georgi ordeni ilə təltif edilən ilk azərbaycanlı kimi tarixə düşmüşdür. 1835-ci ildə fransız dilində qələmə aldığı ilk bədii nəsr əsəri olan "Rəşid bəy və Səadət xanım"ı Varşavada hərbi xidmətdə olan zaman yazmışdır.
Onun həyatındakı önəmli məqam isə bəy sinfindən olmasına rəğmən sinfi fərq qoymadan kəndlilərə olan xoş münasibəti ilə bağlı idi. Rəşid bəy və Səadət xanım əsərində də sinfi münasibətləri müşahidə etmək olar.
Mərhum prezident Heydər Əliyevin çıxışından, Xalq qəzetinin 2001-ci il buraxılışı:
"1920-ci ildə qurulan Azərbaycan Sovet Sosialist Respublikası müstəqil respublika olubdur. Biz bunu unutmamalıyıq, tariximizi qaralamamalıyıq. Biz tariximizin qara tərəflərini də, ağ tərəflərini də göstərməliyik, faciəni, nailiyyəti də, uğurları da göstərməliyik İnsanların çəkdiyi zəhməti itirmək olmaz."
Çalışaq tariximizə bütövlükdə sahib çıxaq. Mənə görə Heydər Əliyev Azərbaycan tarixinə realist və rasional mövqeyi ilə yanaşan, həmçinin 71 illik Sovet Respublika tariximizə istiqanlıqla yanaşan tarixçilərinin ilk sırasında gəlir və 1-ci yerdədir. (1/2)
Onu da qeyd edim ki, türk-müsəlman aləmində ilk sosialist respublika məhz Azərbaycanda qurulmuşdu. Bəhs edilən dövrdə Mərkəzi Asiya ölkələri Rusiyanın quberniyaları olduğu halda və RSFSR öz ərazisində yaşayan türk-müsəlman xalqlarına muxtariyyət hüququnu təzə-təzə verdiyi bir vaxtda türk-müsəlman əhalinin çoxluq təşkil etdiyi Azərbaycanın müstəqil sosialist respublika statusunu qazanması özü belə çox önəmli və qiymətli tarixi hadisədir. (2/2)
?Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar, 17 yaşı tamam olmamış və Azərbaycan vətəndaşı tərəfindən övladlığa götürülmüş xarici vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşı hüququ qazanırdılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına çatmamış Azərbaycan vətəndaşının xarici vətəndaşdan doğulmuş övladı, elmi və digər istedadı ilə Azərbaycana xüsusi xidmət göstərmiş və Azərbaycana köçmüş xarici vətəndaş, Azərbaycanda hərbi və mülki xidmətdə olan xarici vətəndaş da Azərbaycan vətəndaşlığı hüququ əldə edirdi. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Azərbaycan dövlətinə sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and içməli idi.
? Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, Azərbaycan vətəndaşlığı hüququnu itirirdi. Azərbaycan vətəndaşlığından çıxmaq istəyən şəxslər yerli dairə məhkəmələrinin inzibati bölməsinə ərizə ilə müraciət etməli və öz ərizələrində hansı ölkənin vətəndaşlığını qəbul etdiklərini bildirməli idilər. Azərbaycan vətəndaşlığından çıxmış şəxs yenidən Azərbaycan vətəndaşlığına qayıtmaq barədə yalnız 5 ildən sonra ərizə ilə müraciət edə bilərdi. İcazəsiz olaraq xarici vətəndaşlığı qəbul etmiş şəxslər isə yalnız Respublika Hökuməti daxili işlər nazirinin xüsusi icazəsi ilə yenidən Azərbaycan vətəndaşlığını qəbul edə bilərdilər.
?Son olaraq Qanun Sosialistlər fraksiyasından Müsavatın sol fraksiyasının üzvü Əhməd Pepinov, Azərbaycanın görkəmli maarifçi dramaturqu İttihad fraksiyasından Sultan Məcid Qəniyev və Müsavatın sağ-mühafizəkar fraksiyasından Mustafa bəy Vəkilov tərəfindən imzalanıb.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 10 months, 4 weeks ago