Azərbaycan Kollecləri

Description
Ölkəmizin İlk, Ən böyük və Rəsmi Kollec Kanalı!

©️ Müəllif hüquqları qorunur!

#Azərbaycankollecləri

https://telebetehsil.az/

link:
https://t.me/azekollec

Reklam və iş birliyi üçün:

+994552219799 wp

@PN_GROUP_azedu
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated hace 2 meses, 2 semanas

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated hace 1 año, 5 meses

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated hace 1 año, 2 meses

4 weeks ago

🎓 "İLİN TƏLƏBƏLƏRİ" layihəsinin üzvü ilə tanış olaq

Qasımova Mənsurə Şahlar qızı 9 fevral 2004-cü ildə Salyan rayonu II Varlı kəndində anadan olmuşdur. 2010-cu ildə Salyan rayonu II Varlı kənd ümumi orta məktəbinə daxil olmuşdur. 2019-cu ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə rayon və zona səviyyəsində Respublika fənn olimpiadasının qalibi olmuş, Fəxri Fərmanla mükafatlandırılmışdır.

2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisasına qəbul olmuşdur. Hal-hazırda universitetin IV kurs tələbəsi olmaqla yanaşı, sonuncu imtahan sessiyasını 100 ortalama ilə başa vurmuşdur.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Qızıl Əllər Klubunun 2021-2022-ci tədris ili üzrə aktiv fəaliyyətinə görə sertifikatla təltif edilmişdir. 2023-cü ildə "Üskülü Mərziyyə" mövzusunda yazdığı məqalə "Qobustan" jurnalında dərc olunmuşdur. Həmçinin, Tələbə Elmi Cəmiyyəti çərçivəsində "Homerin İliada və Odisseya əsərindəki Polifem obrazı ilə Kitabi-Dədə Qorqud dastanındakı Təpəgöz obrazının müqayisəsi" mövzusunda uğurlu məqalə yazmışdır.

2024-cü ilin 3 iyul - 3 oktyabr tarixlərində ingilis dili kursunda iştirak edərək B1 səviyyəsini uğurla tamamlamışdır. Eyni zamanda, bu müddət ərzində kompüter kursunda iştirak edərək Microsoft Word, Excel və PowerPoint proqramlarını mənimsəmişdir.

Tədris fəaliyyəti ilə yanaşı, fərdi inkişafına da xüsusi önəm verərək müxtəlif təlim və seminarlarda iştirak etmişdir. "KitabdaGördüm" MMC-nin həyata keçirdiyi "Mart Təlim Proqramı" çərçivəsində 10 təlimdə fəal iştirakı ilə fərqlənmiş və Diplomla təltif edilmişdir.

Biliyə olan həvəsi, davamlı öyrənmə və inkişaf etmə istəyi ilə seçilən Mənsurə Qasımova nümunəvi tələbələrdən biri hesab olunur.

4 weeks ago

🎓"İlin Tələbələri" layihəsinin üzvünü gəlin birlikdə tanıyaq:

Nuranə Qədimova Natiq qızı 22 oktyabr 2002-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2009–2020-ci illərdə Gəncə şəhəri Ə.Cavad adına 2 nömrəli tam orta məktəbdə təhsil almış və buranı əla qiymətlərlə bitirmişdir.

Məktəb illərində müxtəlif fənn və bilik yarışlarında fəal iştirak etmiş və uğurlar qazanmışdır. 2021–2023-cü illərdə Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə təhsil almışdır. 2023-cü ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu ixtisasına qəbul olunmuşdur və hazırda həmin ixtisas üzrə II kurs tələbəsidir.

Nuranə Qədimova ödənişli əsaslarla təhsil alsa da, ÜOMG göstəricisinin yüksək olması səbəbindən dövlət sifarişli təhsil alan tələbələr üçün nəzərdə tutulan təqaüdə layiq görülmüşdür. Onun hazırkı ÜOMG göstəricisi 94-dür.

01 may – 01 iyul 2024-cü il tarixlərində Gəncə şəhəri ASAN Xidmət 2 mərkəzində könüllü kimi fəaliyyət göstərmiş və I dərəcəli sertifikata layiq görülmüşdür.

Hazırda təhsilini uğurla davam etdirən Nuranə Qədimova gələcəkdə mühasibatlıq sahəsində bilik və bacarıqlarını daha da inkişaf etdirməyi, ixtisasına uyğun olaraq peşəkar fəaliyyət göstərməyi hədəfləyir.

4 weeks, 1 day ago

Kolleclər arası YARIŞ BAŞLADI!

GÜCLÜ OLAN QALİB GƏLSİN✌️😎🏆

https://www.instagram.com/azerbaycan_telebeleri_?igsh=MWV3ejloNDZiYjY1Ng==

3 months, 2 weeks ago

Oyrenmeli oldugumuz 1 sualin cavabi beledi 100 deneni siz tesevvur edin

3 months, 2 weeks ago

67)Sadə faiz dərəcəsi metodu. Sadə faiz dərəcəsi alınan kreditə görə ödənilən faizin məbləğini müəyyən edir. Məsələn A müştəri B bankından 12%-lə 2 milyon manat məbləğində birillik kredit alır. Əgər müqavilədə ilin sonuna kimi əsas borcun məbləğinin hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, onda müştərinin faiz ödənişləri aşağıdakı kimi olacaqdır:
F=ƏB x FD x M
Burada F – faiz ödənişi, ƏB – əsas borc, FD – faiz dərəcəsi, M – müddətdir.
Müştəri müddət başa çatdıqdan sonra B bankına 2240 min manat (2 milyon manat əsas borc və 240000 manat (2000000 x 0,12 x 1 = 240000) faiz ödənişləri) ödəməlidir.
Diskont faiz dərəcəsi. Kredit faiz dərəcəsi əvvəlcədən borcun əsas məbləğindən silinməklə müəyyən edilir. Diskont metod faizin avans ödənişini özündə əks etdirir. Tutaq ki, bank tərəfindən müştəriyə illik 12%-lə 2 milyon manat məbləğində kredit verilir. Bu zaman kredit məbləği üzrə ödəniş faizi, yəni 240 min manat əsas borcun məbləğindən tutulur.
2000000 – 240000 = 1760000
Buradan aydın olur ki, bank müştəriyə faktiki olaraq 1760000 manat məbləğində kredit verir. Ancaq yerləşdirilmiş kredit üzrə tərəflər arasında müəyyən edilmiş müddət başa çatdıqdan sonra müştəri banka 2 milyon manatı tam ödəməlidir. Müştəri üçün bu zaman real faiz dərəcəsi 13% təşkil edəcəkdir.
ƏTF / XKM = 240/1760 = 0,136 və ya 13%
Burada ƏTF - əvvəlcədən tutulan faiz, XKM – xalis kreditin məbləğidir.
Qayda 78. Bu metodun özünəməxsus xüsusiyyəti müştəri tərəfindən kreditin banka vaxtından əvvəl ödənilməsidir. Qayda 78 özündə 1-dən 12-yə kimi sayların cəmlənməsini əks etdirir. (1+2+3+4+...+10+11+12=78). Əgər müştəri krediti vaxtından əvvəl ödəyirsə, bu zaman aşağı salınmış faiz dərəcəsini müəyyən etmək üçün yerdə qalan ayların sayı cəmlənib 78-ə bölünür. Məsələn, müştəri 1 il müddətində bankdan borc pul vəsaiti əldə etmişdirsə və bu məbləği 7 aydan sonra banka ödəyirsə, onda faiz dərəcəsi aşağıdakı kimi hesablanacaqdır:
(1+2+3+4+5)/(1+2+3+...+12)x100 =15/78 x 100 = 19,23%
Deməli bank illik faiz məbləğinin 80,77%-ni (100%-19.23%) əldə edəcəkdir.

3 months, 2 weeks ago

Salam, şikayətim ADİU nəzdində Maliyyə İqtisad kollecindəndir. Bu ilə kimi hər şey qaydasında idi, amma bu il kollecin məqsədi bizi alt qrupa saxlamaqdır. Artıq bezmişik! Etirazlarımızı nəzərə almadan, əhəmiyyət vermədən bizə zərər verəcək qərar qəbul etməyinizdən! İndi də MİDTERM adlı oyun çıxarıblar. 100 sualdan ibarət mənşəyi bəlli olmayan bir şeydir. Test, mövzu deyil, nə cavabları bəllidir, nə də tapmaq mümkündür. Artıq bu işə bir tədbir görülsün! Gücümüz 1 kitablıq material öyrənib, bundan kollekvium verməyə yetmir. Semestr imtahanı belə deyil, sadəcə kollokviumdur. Bu qədər çətin bir sistem qurmaqda məqsəd nədir? Sanki biz online dərsdə mövzu öyrənmirik, boş bekarıq, 50 səhifə əlyazma sərbəst iş yazmırıq. Bu çətin imtahanı, dərsləri niyə bizə yükləyirsiniz? Axı biz magistr, doktorantura tələbəsi deyilik, kollec tələbəsiyik!! Əgər savadsız olsaq, 51 bal üçün oxusaq vecimizə olmaz. 95-100 ortalamalarla əlaçı olan tələbələrik. Bu fənni elə formada keçirlər ki, biz heç bir şey anlaya bilmirik və dərk etmək mümkün deyil. Bu fənndən də bizə çətin bir imtahan edirlər. Artıq dərəcə də xahiş edirəm, şikayətlərimizi nəzərə alın və etirazımız qəbul olunsun.

3 months, 3 weeks ago
Azərbaycan Kollecləri
3 months, 3 weeks ago
ƏZİZ ŞAGİRDLƏR SİZ DƏ ONLAYN VƏ …

ƏZİZ ŞAGİRDLƏR SİZ DƏ ONLAYN VƏ YA ƏYANİ DƏRSLƏRƏ QATILA , TƏLƏBƏ OLA BİLƏRSİNİZ

BURAXILIŞ VƏ BLOK İMTAHANINA BİZİMLƏ HAZIRLAŞIN, SİZ DƏ TƏLƏBƏ OLUN?‼️

SİZ DƏ "TƏLƏBƏ TƏHSİL MƏRKƏZİ " hazırlıq kurslarına yazıla DİM PROQRAMI İLƏ YÜKSƏK NƏTİCƏ ƏLDƏ EDƏ, TƏLƏBƏ ADINI QAZANA BİLƏRSİNİZ‼️

"Tələbə Təhsil Mərkəzi" hazırlıq kurslarında blok və buraxılış fənlərindən DİM STANDARTLARINA UYĞUN sürət qrupları mövcuddur.

?İLK DƏRS ÖDƏNİŞSİZDİR‼️

https://wa.me/+994552998835

?Əlaqə: 0552998835 (wp+zəng)

@telebetehsil

3 months, 3 weeks ago
Azərbaycan Kollecləri
3 months, 4 weeks ago
"Şanlı zəfərimizin ildönümündə şəhidlərimizi böyük ehtiramla …

"Şanlı zəfərimizin ildönümündə şəhidlərimizi böyük ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlıq hissi ilə baş əyirik. Bu gün, hər bir azərbaycanlının qəlbində əbədi yer tutan qürur və vətən sevgisinin təcəssümüdür. Qarabağ Azərbaycandır! ??"

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated hace 2 meses, 2 semanas

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated hace 1 año, 5 meses

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated hace 1 año, 2 meses