Hüseyn Fərhadov

Description
Adminlə əlaqə qurmaq istəyənlər: @Huseyn_Ferhadov
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 3 months, 4 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago

1 month, 3 weeks ago

Onlar ticari işlərlə əlaqədar bir sıra məsələlərə aydınlıq gətirdilər. Bundan sonra Hz.Muhəmməd (s) qalxaraq sağollaşdı və evdən çıxmaq üçün qapıya qədər addımladı. Lakin bu zaman Hz.Xədicə (s.ə) o həzrətin əynindəki libasların kasıbyana olduğunu görüb qarşısını kəsdi və dedi:
- Cənab, siz səfərə bu paltarla çıxacaqsız? Sizin səfər üçün başqa libasınız yoxdurmu?
- Muhəmmədin borcdan başqa heç nəyi yoxdur. – deyə, Hz.Muhəmməd (s) gülümsəyərək cavab verdi.

Hz.Xədicə (s.ə) bunu eşidəndə doluxsundu; boğazı qəhərləndi. Rubəndin altından gözləri dolmuş halda başını qaldırıb qarşısında dayanmış Hz.Muhəmmədin üzünə baxdı və səsi titrəyə-titrəyə dedi:
- Evin anbarında ticarət malları arasında təzə kişi geyimləri var. Əgər etiraz etmirsinizsə, onlardan bəzilərini sizə hədiyyə edərdim.

Hz.Xədicə də xanım idi və bütün xanımlara məxsus olan hisslər onda da vardı. Odur ki, özünü zahirdə nə qədər qürurlu, vüqarlı, yalnız işi ilə maraqlanan işgüzar xanım kimi göstərsə də, daxildə Hz.Muhəmmədin qarşısında sanki əriyib yox olurdu. Yüzlərlə şəxsə əmr verən bu xanım, o həzrətlə üz-üzə durduqda onun əzəmətinə sığınmaq istəyirdi. Artıq gecə-gündüz onun ağlında bir şəxs var idi – MUHƏMMƏD!
Hz.Muhəmməd (s) gecələr onun röyasında, gündüzlər xəyalında idi. Bəzən yanında kimsə olanda başı qarışsa da, tək qalanda onu xatırlayır və xiffətini çəkirdi. Onu hər gördükdə qəlbi köksündə qəfəsdəki quş kimi çırpınır, ürəyi sinəsindən çıxacaqmış kimi döyünürdü; əli ayağına dolaşır, danışarkən də səsi titrərdi. Çünki o, Hz.Muhəmmədə aşiq olmuşdu və o həzrətə qarşı olan hissləri, ona xanım olduğunu xatırladırdı...!

"Həzrət Xədicə" kitabı bitdi. Xırda-para şeylər qalıb ki, onlar da inşallah, bir neçə günə həll olunar. Amma çox da həvəslənməyin. Çünki çap olunmasına pul yoxdur. 😁
Üstəlik, bir xeyli borcum da var. Hüseynin borcdan başqa heç nəyi yoxdur.
Bir sözlə, kitab 2026-cı ildə çıxsa hələ böyük işdir. 😁

1 month, 4 weeks ago

Əlbəttə, mərsiyə də lazımdır, çayxana da lazımdır. Amma hər şeyin yeri və qədəri var. Sənin müsəlman olaraq ilk görməli olduğun iş öz intellektini, dünya görüşünün səviyyəsini qaldırmaq və hər gün dünənkindən daha yüksək düşünə bilməyə çalışmaqdır. Bunun da yolu yalnız kitab oxumaq, kitab oxumaq və yenə də kitab oxumaqdır. Kitab adı gələndə "daş atıb başınızı tutmayın". Hər gün qarnınızı doldurduğunuz kimi beyninizi də oxumaqla doldurun. İlk kəlməsi "Oxu" olan bir şəriətin, bir dinin ardıcılları olaraq oxuyun!

Hüseyn Fərhadov

https://whatsapp.com/channel/0029VaFoIwJ0gcfCMNjy1U1H

1 month, 4 weeks ago

İslamdan əvvəl və ilkin çağlarında oxuyub-yazma

Şeyx Mürtəza Mütəhhəri yazır: “”Ümmi” sözünün bir mənası da “dərs oxumamış” və “xətt ilə tanışlığı olmayan” deməkdir.

Bu mənadan yola çıxsaq, İslamdan öncə və İslam gələrkən ərəblər də demək olar ki, “ümmi” idilər. Belə ki, İslam dini zühur etdiyi zaman, özündə onlarla əşirəti, yüzlərlə insanı birləşdirən bütün Qureyş qəbiləsində cəmi on yeddi nəfər yazı yazmaq qabiliyyətinə malik idi.

Yazının Qureyşlilərin əlinə yetişməsi məsələsində İbn Quteybə yazır: “Qureyşlilərdən yazının kimdən öyrəndiklərini soruşanda, Hiyrə əhlindən və onların da Ənbar şəhərindən öyrəndiklərini deyirlər. Deyilənə görə Bəşir ibn Abdullah ilk dəfə yazını Əbu Süfyan ibn Üməyyəyə öyrətmişdir”.
Bu, yazının ərəblərin arasında İslam dininin zühuruna yaxın yeni peyda olduğunu göstərir sanki.

Lakin zənnimcə Bəşir ibn Abdullahın yazını ilk dəfə kiməsə öyrətməsi, yazının Qureyş arasında həmin vaxt ortaya çıxması anlamına gəlmir. Çünki Qureyşlilər uzun illər idi ki, ticarətlə məşğul idilər və ticarətdə də hər nə qədər yazıya ehtiyac olmasa belə yenə də malların siyahısını tutmaq və qeydiyyatını aparmaq kimi işlər yazıb-oxuya bilməyin zərurətini yaradırdı. Odur ki, Qureyşlilərdən yazıb-oxuya bilən şəxslər əvvəldən var idi və Sasanilərin vassalı olan indiki İraq ərazisindəki Hiyrə dövlətinin camaatından öyrənmişdilər. Lakin çox az sayda insan öyrənmişdi və heç kimə də öyrətmirdilər. Çünki yazı və hesab-kitab ilə bağlı başqalarının işlərini də onlar görür və pul qazanırdılar. Hər kəs öz işindən dolayı onlara müraciət edirdi. Buna görə "çörək əldən çıxmasın" deyə öz övladlarından başqa heç kimə yazıb-oxumağı öyrətmirdilər. Odur ki, yüzlərlə, minlərlə insanın mənsub olduğu qəbilələrdə yazıb-oxuyan yox kimi bir şey idi.

Ümumiyyətlə, çoxluq etibarilə yazıb-oxumağa ehtiyac duymadıqlarına görə heç kim öyrənməyə çalışmırdı. Yəni, yazıb-oxumağı öyrənmək heç kimin vecinə deyildi.

Bu mövzuda Mədinə şəhəri də ürəkaçan vəziyyətdə deyildi. Çünki orada məskunlaşmış Ovs və Xəzrəc qəbilələrində də yazı yazıb oxumağı bacaranların sayı barmaqla sayılacaq qədər az idi. Lakin Mədinədə yaşayan bəzi yəhudilər, bunun əksinə olaraq, bu gün "ərəb əlifbası" dediyimiz həmin əlifbada yazıb oxumağı yaxşı bacarırdılar.

Yazıb-oxumağı bilməmək məsələsində iş o yerdə idi ki, hətta İslamın ilkin çağlarında belə ənsardan olan Hənzələ ibn Əbi Rəbi bir dəfə Hz.Rəsulullah (s) üçün bir yazı yazdığına görə onu “Katib Hənzələ” adlandırmağa başlamışdılar.

Bu mövzuda vəziyyət o qədər vahiməli olub ki, tarixçilərdən, yazıb-oxumağın ərəblər arasında eyib bir iş kimi qəbul olunduğunu iddia edənlər olub. Yəni, bunun başqa adı yoxdur. Yəqin ki, ayıb bir iş kimi qəbul etdikləri üçün öyrənmirdilər. Çünki İslamdan sonra Hz.Peyğəmbər (s), ərəbin ən böyük qəbilələrindən biri olan “Bəkr ibn Vail” qəbiləsinə bir məktub yazıb göndərdiyində, minlərlə nümayəndəsi olan o boyda qəbilədən bir nəfər də olsun həmin məktubu oxuya biləcək insan tapılmamışdı.
Təsəvvür edin, peyğəmbərdən məktub gəlib, minlərlə insan bir-birinin üzünə baxır ki, bunu kimə oxutduraq?!

Lakin İslamdan sonra hər şey dəyişdi. Məsələn, Hz.Peyğəmbər (s) əmr vermişdi ki, Bədr müharibəsində əsir düşmüş şəxslərdən kim yazıb-oxumağı bacarırsa, bunu on nəfər müsəlmana öyrətsə azad olunsun. Deyilənə görə, həmin vaxt on üç yaşında olan Zeyd ibn Sabit də yazıb-oxumağı əsir düşmüş birindən öyrənmişdi.

Qeyd edim ki, həmin dövrün bir müsəlmandan tələbi sadəcə yazıb-oxumağı bilməyi idisə, günümüzdə biz bunu artıq altı-yeddi yaşından bilirik. Odur ki, günümüzün bizdən tələbi daha yüksəkdir. Müsəlman olaraq dinini və yaşadığın dünyanı hər mənada tanımalısan və bunu da bütün günü mərsiyəyə və bu kimi şeylərə qulaq asıb edə bilməzsən. Məsciddən çıxıb çayxanaya gedib "laqqırtı vurmaqla" edə bilməzsən. Səhərdən-axşama mərsiyə dinləyib dininə və din qardaşlarına xidmət etmiş olmursan. Vallahi və billahi, tam yəqinliklə deyirəm; bu gün Hz.Peyğəmbər (s) və Hz.Hüseyn də sağ olsaydı, bu dediklərimi deyərdi.

3 months, 2 weeks ago
3 months, 2 weeks ago
3 months, 2 weeks ago
6 months ago

“Qəza ümrəsi”ndə, habelə Xeybərin fəthində döyüşçü kimi iştirak etmişdi.
Məkkənin fəthindən sonra Hüneyn müharibəsində döyüşçü kimi iştirak edən Ümmü Ümarə, müsəlmanlar qaçarkən o qaçmadı və yerdən ovucuna qum götürərək qaçan kişilərin üzünə çırpıb qışqırırdı:
- Allah və Onun rəsulundan hara qaçırsınız?

Bir dəfə də Mədinədə olarkən Hz.Peyğəmbərin yanına gələrək yarı zarafat, yarı gerçək etiraz etdi:
- Ey Allahın elçisi, bu nədir axı? Elə bütün ayələr kişilər haqqında nazil olur.

Bu etirazın qarşılığında Allah-təala Əhzab surəsinin 35-ci ayəsini nazil etmişdir. (Ayəni yazmıram. Quranı açıb özünüz oxuyarsız. Tənbəllik etməyin.)

Hz.Peyğəmbərdən sonra Yəmamə müharibəsində oğulları ilə birgə iştirak edən Ümmü Ümarə, bir qolunu itirir. Oğullarından Həbib isə həmin döyüşdə şəhid olur. Qayıdandan sonra isə Mədinədə Əbu Bəkr şəxsən onun evinə “yastığın yüngül olsun”a ziyarətə gedir.

Ümmü Ümarə hicri 14-cü / miladi 634-cü ildə ikinci xəlifənin dönəmində vəfat etmişdir.

Ailəsi barədə bunu deyə bilərik ki, o, iki dəfə ərdə olmuşdur. İlk yoldaşı Zeyd ibn Asim olmuş və ondan “Abdullah” və “Həbib” adlı oğulları dünyaya gəlmişdir. Zeyddən sonra isə Ğəziyyə ibn Əmru ilə ailə qurmuş və ondan da “Təmim” və “Xavlə” adlı övladları dünyaya gəlmişdir. Oğullarından birinin adı Həbib olduğu üçün ona “Ümmü Həbib” də deyiblər.
Bundan əlavə, Ümmü Ümarənin “Abdullah” və “Əbdürrəhman” adlı iki qardaşı da olmuşdur. Ümmü Ümarənin anası Rübab bint Abdullah da, atası Kəb ibn Əmru kimi “Mazin oğulları” əşirətindən idi.

Ümmü Ümarə, imanlı, namaz və oruc əhli olan qadın idi. Hz.Rəsulullahdan hədislər nəql etmiş və buna görə hədis ravisi kimi də tanınmışdır. Üstəlik, hədis elmində etimadlı şəxs sayılır. Bundan əlavə, doğru şəkildə yuxu yozma qabiliyyəti vardı.

Ümmü Ümarə ilə bağlı bunu da qeyd etmək yerinə düşər ki, onun adı Nəsibə bint Kəb idi. Lakin bəzi mənbələrdə onun adını “Nusəybə bint Kəb” kimi də verirlər. Həqiqətdə əsil adı Nəsibə deyil, Nusaybə də ola bilər. Amma məsələ burasındadır ki, “Nusəybə bint Kəb” adlı Hz.Peyğəmbərin başqa bir qadın səhabəsi də olub. Lakin o Nusəybənin kunyəsi “Ümmü Ətiyyə” idi. Buna görə bu səhabə xanımları adlarına görə səhv salmaq olmaz.

Hüseyn Fərhadov

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 3 months, 4 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago