Əxlaq və Mərifət

Description
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

1 month, 1 week ago

Geri dönməz sərmayə və kapital.

İmam Musa-Kazim əleyhissalam buyurur:

اَلْمَغْبُونُ مَنْ غُبِنَ عُمُرَهُ سَاعَةً

"Ömrünün bir saatını belə itirən şəxs zərər görmüşdür."

📚 Tənbihul-xəvatir 1-ci cild 123-cü səhifə

🌐 Ömür insana verilmiş bəxşiş və ya hədiyyə deyil👇

🌍 İnsanın ömrü onun ən mühüm kapitalı və sərvətidir; İtirildikdə artıq əldə edilə bilməyən kapital.

💠 Ona görə də hətta hər günün, hər saatın, hər dəqiqənin qədrini bilməliyik.

@axlaq

1 month, 1 week ago

🌍 Dünyanın həqiqəti.

🌐 Tarix, dünyanı mütaliə edərək ibrət dərsi almaqdır.

🌰 Dostlar, bazardan aldığımız fındıqları sındıranda bəzi fındıqların içinin boş və çürük olduğunu görürük.

🌐 Odur ki, tarix əslində, dünyanın "fındığını" qırıb onun içinin boş və çürük olduğunu insanlara anlatmaq üçün vasitə deməkdir.

🪐 Həyatda baş verən bəlalar, müsibətlər, bədbəxtliklər, sıxıntılar, çətinliklər, xəyanətlər və etibarsızlıqların vasitəsilə Allah-taala sənin gözünün qarşısında dünyanın" fındığını" sındırıb onun içinin boş və çürük olduğunu sənə göstərir ki, ibrət götürəsən və dünyaya qəlb verməyəsən.

@axlaq

1 month, 2 weeks ago

Məbəs gecəsi.
Peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) gəlişinin, yəni besətinin əsas 5 hədəfi.

4 months ago
***?*** Həyatda sabitqədəm və əzmlı olmağın …

? Həyatda sabitqədəm və əzmlı olmağın yolları.

? Qurani-kərim Muhəmməd surəsinin 7-ci ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ

"Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər."

? Məqsədimizin doğru olduğunu, Allah və ağılın da bunu bəyəndiyini nəzərə alaraq, bir neçə məqamı qeyd etməliyik:

1⃣ Məqsədləri nəzərdən keçirmək:

✔️ Son hədəfimizi nəzərdən keçirməyə davam etməliyik ki, süstlük, səhlənkarlıq və vəsvəsələrə düçar olmayaq.

2⃣ Hədəfimizə çatmaqda bizə vasitə ola biləcək məkanlarda qərarlaşmaq.

? Yaxşı bir dost və yoldaşın olması gözəl nümunələr götürməyimizə, həmçinin uğura nail olmaq və gücümüzün çoxalmasına səbəb olur.
Halbuki hədəfimizə uyğun olmayan mühitdə olmaq isə ləng addımla nəticələnə bilər.

3⃣ Təcili tədbir:

? İşlərinizi mümkün qədər təxirə salmayın.

4⃣ Dayanmaq olmaz:

? Eyibi yox, yavaş-yavaş olsun, lakin davamlı və daim hərəkət edin.

5⃣ Özünü həvəsləndirmək:

? Başqalarından təşviq, alçaldılma və ya istehza gözləməyək; Özümüzə enerji verək.

6⃣ Məqsədlərin təfərrüatlarını aşkara çıxarmamaq:

? Məqsədlərimizi və onlara necə çatmaq fikrində olduğumuzu başqalarına faş və aşkar etməyək.

? Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

"Ağıllı insanın sinəsi onun sirlərinin xəzinəsidir."

♻️ Buna görə də qərarların məqsədlərini heç kimə açıqlamayın ki, bəzilərinin sizi bu işdən soyutmağa çalışması, göz dəymə, pis insanların sizə qarşı mənfi mübarizəsi, bəzi adamların sizə paxıllıq etməsi kimi xoşagəlməz hallara rast gəlməyəsiniz.

7⃣ Dua edin.

Düz yolda sabitqədəm olmağınız üçün gecə-gündüz dua edin.

رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

"Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbir və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində kömət et." (Bəqərə/250)

t.me/axlaq

4 months ago

Nə üçün bəzən hacət namazımız, dualarımız... qəbul olmur?
Çox vacib bir sualın cavabı.

4 months ago

? Bəzi insanlar gileylənib deyirlər ki:
"Bizim yaxşılıq etdiyimiz bəzi insanlar bizə qarşı elə rəftar edirlər ki, etdiyimiz yaxşılığa görə peşman oluruq".

? Bəli, bu bir reallıqdır. Bu qədirbilməzlik bəzən insanın həyat yoldaşı, bəzənsə dostu, qohumu və ya hər hansı bir şəxsdən olur. Onların yaxşılıq edən şəxsə qarşı pis rəftarları insanda narahatlıq yaradır.

✍? Belə insanlar barədə İmam Cəfər Sadiq əleyhissalamın yanında danışdıqda o həzrət buyurdu:

لَعَنَ اللهُ قَاطِعِي سُبُلِ الْمَعْرُوفِ قِيلَ وَمَا قَاطِعُو سبُلِ الْمَعْرُوفِ قَالَ الرَّجُلُ يُصْنَعُ إِلَيْهِ الْمَعْرُوفُ فَيَكْفُرُهُ فَيَمْتَنِعُ صَاحِبُهُ مِنْ أَنْ يَصْنَعَ ذَلِكَ إِلَى غَيْرِهِ

"Allah lənət eləsin yaxşılığın oğrularına."
Soruşdular ki, yaxşılıq oğruları kimlərdir?
Həzrət buyurdu: "O kəsdir ki, ona yaxşılıq edənə qarşı nankorluq edir, nəticədə yaxşılıq edən şəxsin (ona və) başqalarına (bir daha) yaxşılıq etməsinə mane olur."

? Əl-Kafi 4-cü cild 33-cü səhifə

@axlaq

4 months, 1 week ago

Həzrət Zeynəb əleyhasalamın həqiqi məqamı.
İlahi şəxsiyyət ilə dahi şəxsiyyətin fərqi...

4 months, 1 week ago

⚠️ Dünyanın əhəmiyyəti bizim gözümüzdə yüksəldikcə, həyatımızda Allahın əhəmiyyəti kiçilir.
O qədər kiçilir ki, dünyanı vasitə Allahı isə hədəf bilməyimiz vacib olduğu halda, biz əksinə, Allahı vasitə dünyanı hədəf bilirik. Allaha məxsus əməllərimizi də dünya niyyəti və dünya məqsədilə yerinə yetiririk.

@axlaq

4 months, 1 week ago

İnsanın xilaskarı onun fikir və düşüncəsidir.

⭕️ Əsirlikdə olan düşüncə insana xeyir verə bilməz. Belə ki bəzən insanın fikir və düşüncəsi "pis vərdiş" , "mənafe" , "təəssübkeşlik" , "şəhvət" , "xəyal" və "qəzəb"in əsiri olur.
Əziz dost! Fikir və düşüncən bu altı hökmdarın əsirliyindən qurtulmayınca sənə nicat verə bilməz.

@axlaq

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago