Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

𝕋𝕖𝕧𝕙𝕚𝕕 ℚ𝕦ℝ𝕒𝕟 𝕧𝕖 ℤ𝕚𝕜𝕚𝕣📚

Description
https://t.me/+YDYfN7p2eg5iZGMy

بسم الله الرحمن الرحيم☝️🏻



İnsanlar ilə az, Rəbbin ilə çox danış.O zaman qəlbin rahatlıq tapar... 🌸

Yəhya ibn Muaz demişdir :

Gecə uzundur onu yatmaqla qısaltma islam təmizdir onu günahlarla çirkləndirmə.
Advertising
We recommend to visit

• дᴧя ᴧюбиᴛᴇᴧᴇй🥥 | ᴄᴏхᴩᴀняᴛь💦
• нᴀɯ ғʟᴏᴡ 🌬️ | ʙᴀɯ ʙᴋуᴄ💋
• иʍᴇᴇʍ ᴄᴛиᴧь🍇 | иʍᴇᴇʍ ʙᴄᴇх 🍓
Reklama | @ch1chen

Azərbaycanın Ən Böyük Musiqi Kanalı 🇦🇿

Yalnız Yüksək Kalitəli Musiqilər 🚀

Abunə Olun Və Bütün Yeni Musiqiləri İlk Siz Dinləyin ✅

Əlaqə : @artofmusiic_bot 📩

Last updated 1 year, 3 months ago

1 week, 1 day ago
1 week, 1 day ago
1 week, 6 days ago

Bununla da Əbu Sufyanın (Allah ondan razı olsun) rəvayət etdiyi hədis dəlalət edir ki, İbn İshaqın: “Səksən neçənci ayəyə qədər olan hissəsi Nəcran qəbiləsinin nümayəndələri barədə nazil olmuşdur” sözü özündən daha səhih olan rəvayətə müxalif olduğu üçün mötəbər deyil.
Üçüncü: Ola bilsin, Nəcran qəbiləsinin nümayəndələrinin gəlişi Hudeybiyyə sülhündən əvvəl olmuşdur və onların Peyğəmbərə ﷺ verdikləri cizyə deyil, lənətləşmədən imtina etdikləri üçün barışıq və hədiyyə qəbilindən olsun. Buna uyğun cizyə ayəsinin bundan sonra nazil olması mümkündür. Necə ki qənimətlərin beşdə birə və beşdə dördə bölünməsi Abdullah ibn Cəhşin (Allah ondan razı olsun) Bədr döyüşündən əvvəl etdiyinə uyğun olaraq vacib olmuşdur. Daha sonra bu hadisəyə uyğun olaraq qənimətlərin bölünməsinə dair ayə nazil oldu.[3]
Dördüncü: Ola bilsin Peyğəmbər ﷺ Herakla göndərdiyi məktubda bu ifadələrin yazılmasını əmr etdikdə bu cümlələr hələ ayə kimi nazil olmamışdı. Sonra isə Peyğəmbərin ﷺ yazdırdığına uyğun ayə nazil olmuşdur. Necə ki qadınların hicab geyinməsi, Bədr döyüşündə alınan əsirlər və münafiqlərə cənazə namazı qılınmaması barədə ayələr Ömərin (Allah ondan razı olsun) dediyinə uyğun nazil olmuşdur. Həmçinin bu ayələrin nazil olması da Ömərin (Allah ondan razı olsun) sözünə uyğun olmuşdur: “İbrahimin dayandığı yeri namazgah edin!” (“əl-Bəqərə”, 125); “Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər” (“ət-Təhrim”, 5).[4]

[1] Tağut barədə əl-Bəqərə surəsinin 256-cı ayəsinə bax

əl-Buxari, 7.

Burada Uca Allahın bu ayəsi nəzərdə tutulur: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir” (“əl-Ənfal”, 41).

[4] “əl-Bəqərə” surəsinin 125-ci ayəsinin təfsirinə bax.

1 week, 6 days ago

🌹Ali-İmran, 64🌹Təfsir 📚

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ

  1. De: “Ey Kitab əhli! Bizim və sizin aranızda eyni olan bir kəlməyə gəlin! O kəlmə budur: “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”

Bu xitab yəhudi və xristianlardan ibarət olan bütün Kitab əhlinə və onların yolu ilə gedənlərə yönəldilmiş ümumi bir xitabdır. ”De: “Ey Kitab əhli! Bizim və sizin aranızda eyni olan bir kəlməyə gəlin!” Ərəb dilində “kəlmə”, burada olduğu kimi, tam məna ifadə edən cümləyə deyilir. Sonra Uca Allah bu kəlməni vəsf edərək belə buyurur: “Bizim və sizin aranızda eyni olan”, yəni bizimlə sizin aranızda tən olan, ortaq olan kəlməyə gəlin. Biz də, siz də bu kəlmədə eyniyik. Sonra Uca Allah bu kəlməni açıqlayaraq buyurur: “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq”– nə bütləri, nə heykəlləri, nə xaçı, nə tağutu,[1] nə atəşi, nə də başqa bir şeyi Allaha şərik qoşmayaq. Əksinə, tək və şəriki olmayan Allahı ibadətdə təkləşdirək. Bütün peyğəmbərlər məhz buna çağırmışlar. Uca Allah buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!” deyə vəhy etməyək” (“əl-Ənbiya”, 25). Həmçinin buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” deyə, elçi göndərdik” (“ən-Nəhl”, 36).
Sonra Uca Allah buyurur: “...və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. İbn Cureyc demişdir: “Yəni Allaha asilik olan işlərdə bir-birimizə itaət etməyək”.
“Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”, yəni əgər onlar bu çağırışdan və aranızda eyni olan bu kəlmədən üz döndərsələr, Allahın sizin üçün din olaraq seçdiyi İslam üzərində davamiyyətli olduğunuza onları şahid tutun. əl-Buxari Əbu Sufyanın (Allah ondan razı olsun) Rum hökmdarı Qeysərin hüzuruna girməsi hadisəsini rəvayət etmişdir. Bu hadisə Hudeybiyyə sülhündən sonra, Məkkənin fəthindən əvvəl olmuşdu. Əbu Sufyan (Allah ondan razı olsun) bu hadisə barədə danışarkən demişdir: “Qeysərə Peyğəmbərin ﷺ məktubunu gətirdilər və Qeysər onu oxudu. Məktubda bunlar yazılmışdı:
“Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Allahın qulu və rəsulu Muhəmməddən Rum imperatoru Herakla. Haqq yolu tutub gedənlərə salam olsun! Bundan sonra mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan və Allah sənin mükafatını ikiqat versin. Əgər qəbul etməsən, tabeçiliyində olanların günahı sənin boynunda qalacaqdır. (Sənə Allahın mənə buyurduğunu deyirəm): “Ey Kitab əhli! Bizim və sizin aranızda eyni olan bir kəlməyə gəlin! O kəlmə budur: “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (“Ali-İmran”, 64)”.[2]
İbn İshaq və başqaları qeyd etmişlər ki, “Ali-İmran” surəsinin əvvəlindən ta səksən neçənci ayəyə kimi olan hissəsi Nəcran qəbiləsinin nümayəndələri barədə nazil olmuşdur. əz-Zuhri demişdir: “İlk cizyə verənlər onlar olmuşlar”. Cizyə ayəsinin Məkkənin fəthindən sonra nazil olmasında heç bir fikir ayrılığı yoxdur. O halda, bu ayənin Məkkənin fəthindən əvvəl Herakla yazılan məktubda olması ilə Muhəmməd ibn İshaqın və əz-Zuhrinin qeyd etdiklərini necə cəm etmək olar? Buna müxtəlif cür cavab verilə bilər:
Birinci: Ola bilsin, bu ayə iki dəfə nazil olmuşdur. Bir dəfə Hudeybiyyə sülhündən əvvəl, bir dəfə də Məkkənin fəthindən sonra.
İkinci: Ola bilsin, “Ali-İmran” surəsinin əvvəlindən bu ayəyə qədər olan hissə Nəcran qəbiləsinin nümayəndələri barədə nazil olmuşdur. Bu ayə isə daha əvvəl nazil olmuşdur. Ardı var👉

1 week, 6 days ago
2 months, 3 weeks ago
2 months, 3 weeks ago

Günün Duası🪷

Rabbimiz! Bizim ilmimizi artır, canımızı Müslüman olarak al ve bizleri salih kulların arasına kat!

2 months, 3 weeks ago
4 months, 2 weeks ago
  1. əl-Qariə surəsi
We recommend to visit

• дᴧя ᴧюбиᴛᴇᴧᴇй🥥 | ᴄᴏхᴩᴀняᴛь💦
• нᴀɯ ғʟᴏᴡ 🌬️ | ʙᴀɯ ʙᴋуᴄ💋
• иʍᴇᴇʍ ᴄᴛиᴧь🍇 | иʍᴇᴇʍ ʙᴄᴇх 🍓
Reklama | @ch1chen

Azərbaycanın Ən Böyük Musiqi Kanalı 🇦🇿

Yalnız Yüksək Kalitəli Musiqilər 🚀

Abunə Olun Və Bütün Yeni Musiqiləri İlk Siz Dinləyin ✅

Əlaqə : @artofmusiic_bot 📩

Last updated 1 year, 3 months ago