✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 2 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
Duaların əvvəlində Uca Allahın adları ilə başlamaq, duaların qəbulu üçün mühimdir.
Ya Allah! Ya Əhəd! Ya Ə‘la! Ya Əkram!Ya İləhi! Ya Əvvəl! Ya Axir! Ya Zahir! Ya Batin! Ya Bəri‘! Ya Bərr ! Ya Basir ! Ya Təvvab!Ya Cəbbar! Ya Hafiz! Ya Həsib! Ya Həqq! Ya Mubin! Ya Həkim! Ya Həlim!Ya Həmid! Ya Həyyu! Ya Qayyum!Ya Xabir! Ya Xaliq! Ya Xalləq!Ya Rauf! Ya Rahmən!Ya Rahim! Ya Razzəq! Ya Raqib!
Ya Səlam!Ya Şəkur ! Ya Şəhid! Ya Saməd! Ya Aziz! Ya Azim! Ya Əfuvv!Ya Ğaffər! Ya Ğafur! Ya Ğəni!Ya Fəttəh! Ya Qadir! Ya Qahir! Ya Quddus!Ya Qarib!Ya Qaviy! Ya Qahhar! Ya Kəbir!Ya Kərim! Ya Latif! Ya Mutəali! Ya Mutəkəbbir! Ya Mətin! Ya Mucib! Ya Məcid! Ya Muhit! Ya Musavvir! Ya Muqtədir! Ya Muqit! Ya Məlik! Ya Mövla! Ya Muheymin! Ya Nasir! Ya Vahid! Ya Varis! Ya Vədud! Ya Vəkil!Ya Vəliyy! Ya Vəhhab! Ya Cəmil! Ya Cəvvad!Ya Həkəm! Ya Həyiyyu! Ya Rəbb!Ya Subbuh! Ya Şə‘fi! Ya Muqaddim! Ya Muəxxir! Ya Muhsin! Ya Mu‘ti! Ya Mənnən! Ya Vitr!
Səndən başqa ibadətə layiq haqq məbud yoxdur, Sən paksan, müqəddəssən, naqisliklərdən uzaqsan. Biz öz nəfsimizə zülm edənlərdənik!
Ya Zəl Cələli val İkram!
Allahım! Səndən diləyirik, Şəhadət edirik ki, Sən Allahsan, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən Təksən, heç kəsə möhtac qalmayan, doğmayib doğulmayan və tayı bənzəri olmayansan.
Allahım! Sənə yalvarırıq. Həmd Sənədir. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur, Təksən, heç bir şərikin yoxdur. Ya Mənnan! Ey göyləri və yeri Yaradan! Ya Zəl Cələli val İkram! ! Ya Həyyu! Ya Qəyyum! Səndən Cənnəti diləyirik və Cəhənnəmdən Sənə sığınırıq!
YƏ ZƏL-CƏLƏLİ VƏL-İKRAM!
YA HAYYU! YA QAYYUM!
Sənin heç nəyə ehtiyacın yoxdur. Bütün yaratdıqlarının sənə ehtiyacı vardır!
Ya Allah! Sənin sonsuz salamın, xeyir duan olsun Peyğəmbərmizə {sallallahu aleyhi vasəlləm} və onun ailəsinə və əshabələrinə!
Ey müttəqiləri özünə dost tutan Uca Rəbbimiz!
Ey günahkar qullarının xətalarını bağışlayan Uca Rəbbimiz!
Ey tövbələri qəbul edib qullarına mərhəmət edən Uca Rəbbimiz!
Ey istədiyinə mülkü verib, istədiyindən geri alan Uca Rəbbimiz!
Ey xəzinələri sonsuz və tükənməz olan Uca Rəbbimiz!
Ey əzəmətli ərşin sahibi!
Ey haqq gününün sahibi!
Ey İnsanlardan və mələklərdən özünə elçi seçən Uca Rəbbimiz!
Ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi olan Uca Rəbbimiz!
Ey İbrahimə ömrünün qoca vaxtında İshaqı bəxş edən Uca Rəbbimiz!
Ey Musa ilə danışan Uca Rəbbimiz! Ey Yunusu balığın qarnından, Yusufu quyudan çıxaran Uca Rəbbimiz!
Ey İbrahimi şiddətli yanan odun içərisindən çıxaran Uca Rəbbimiz!
Ey çətin anlarında gözləmədiyi yerdən qullarına yardım edən Uca Rəbbimiz!
Bu dəyərli gecədə Səndən istəyirik! sıxıntılarımızı aradan qaldır!
Ruzimizi bol və bərəkətli et!
Bizə hidayət ver!
Bizi saleh bəndələrindən et!Övladlarımızıda saleh bəndələrindən et!
Sən bağışlayansan və bağışlamağı sevənsən. Bizi bağışla!
Etdiyimiz bütün dua və İbadətləri bizlərdən qəbul et!
O gözəl Peyğəmbərmizin (sallallahu aleyhi və səlləm) mübarək əllərindən Kövsər hovuzunun suyundan içənlərdən et bizləri!
Ey mərhəmətlilərin ən mərhəmətlisi! Sənə sığınırıq hər iki dünyanın əzabından, qəbr əzabından, çirkin əməllərdən! Sonumuzu yaradılışımız kimi gözəl et! Bizi yaradan, bizi yaşadan və bu qədər gözəl nemətləri bizə bəxş edən Sənsən! Bizləri hər halına şükür edən, hər halından razı qalan kəslərdən et!
Allahım! Valideyinlərimizi bağışla, məkanlarını cənnət et!
Həyatda olanlarında ömürlərini uzun və bərəkətli et!
Allahım! Kimin nə istəyi, arzusu varsa istək və arzularına çatdır!
Ya Mənnan! Nemətlərini artır bizə və bərəkətli et!
Allahım! Ya Hafiz!
Ya Mətin! Ya Kəbir! Ya Mutaəl!
Sənsən hər şeyə qadir ola
İCABƏT SAATI DUA EDƏK
• Ey Rəbbim məni ixlaslı et.
•Ey Rəbbim məni təqvalı et.
•Ey Rəbbim məni imanlı et.
•Ey Rəbbim məni elmli et.
•Ey Rəbbim məni əxlaqlı et.
•Ey Rəbbim məni qəm kədərdən uzaq et.
•Ey Rəbbim günahlarımı bağışla.
•Ey Rəbbim məni iki üzlülərdən qoru
•Ey Rəbbim məni iki üzlü olmaqdan qoru.
•Ey Rəbbim mənə istədiklərimi ver.
•Ey Rəbbim mənə nəsib edəcəyin hər bir şeyin, ən xeyirlisini nəsib et
•Ey Rəbbim məni sənin zikrindən uzağlaşdıracaq nə varsa onları məndən uzaqlaşdır.
•Ey Rəbbim Bir Birlərini Sənin rızan üçün sevənləri qovuşdur.
•Ey Rəbbim küs olan müsəlmanları barışdır.
•Ey Rəbbim məni islah et.
•Ey Rəbbim məni riyadan qoru.
•Ey Rəbbim məni təkəbbürlü olmaqdan qoru.
•Ey Rəbbim məni şeytanın şərrindən qoru.
•Ey Rəbbim məni, Sənin sevib və razı qaldığın qullarından et.
•Ey Rəbbim tövbəmi qəbul et.
•Ey Rəbbim məni qəbir əzabından qoru.
•Ey Rəbbim məni günahlardan qoru.
•Ey Rəbbim övlad istəyənlərə, xeyirli əməlisaleh bir övlad bəxş et.
•Ey Rəbbim bütün xəstə müsəlmanlara şifa ver.
•Ey Rəbbim məni səbr edən qullarından et.
•Ey Rəbbim mənə sənin yolunda şəhid olmağı nəsib et.
•Ey Rəbbim sevdiklərimizi, xəstəlikdən, ağrıdan, acıdan, qəmdən qüssədən və kədərdən uzaq et.
•Ey Rəbbim sənin rızan üçün sevdiyimi, mənim üçün xeyirli, onuda mənim üçün xeyirli et.
•Ey Rəbbim mənə xeyirli ölüm nəsib et.
•Ey Rəbbim Məni Tövhid üzərə yaşat Tövhid üzərə canımı al.
•Ey Rəbbim məni daima doğru yola yönəlt.
•Ey Rəbbim məni cəhənnəm odundan qoru.
•Ey Rəbbim məni nəfsimin istəyinə uymaqdan qoru.
•Ey Rəbbim Möminin gizlicə mömin qardaşı üçün etdiyi duaların eynisini onada nəsib et.
•Ey Rəbbim sənin elmini öyrənməkdə mənə yardım et.
•Ey Rəbbim sənin elmini öyrənməkdə mənə asanlıq və zehn açıqlığı ver.
•Ey Rəbbim məni qəlb sındıran, kobud davranan kəslərdən etmə.
•Ey Rəbbim mənə Cənnəti qazandıran xeyirli əməllər etməyi nəsib et.
•Ey Rəbbim məni ümidsizliyə qapılan kəslərdən etmə.
•Ey Rəbbim mənə ixlaslı tövbə etməyi nəsib et.
•Ey Rəbbim məni sevdiklərimlə, sevdiklərimidə mənimlə sınama.
•Ey Rəbbim Valideynlərimi bağışla, onlara uzun, xeyirli, sağlam ömür nəsib et.
•Ey Rəbbim Valideynlərimi cəhənnəm odundan, qəbir əzabından qoru.
•Ey Rəbbim məni şükür edən qullarından et.
•Ey Rəbbim məni dinində sabit qıl.
•Ey Rəbbim məni kitabı sağ tərəfindən verilənlərdən et.
•Ey Rəbbim məni sırat köprüsünə düşməkdən qoru.
•Ey Rəbbim məni Valideynlərimə xeyirli övlad et.
•Ey Rəbbim günahlarımı, savablarımla yuyub apar.
•Ey Rəbbim məni daima sənə həmd edən qullarından et.
•Ey Rəbbim bütün namazlarımı huşu ilə qılmağı nəsib et.
•Ey Rəbbim kafir qohumlarımızı, tanışlarımızı, hidayət et və onlara haqqı çattır.
•Ey Rəbbim əsirlikdə olan bacı qardaşlarımızı oradan xilas et və onlara yardım et.
•Ey Rəbbim sənin rızan üçün sevdiyimə, qovuşana kimi qabağımıza haramlar qoyma.
•Ey Rəbbim mənə həfiz olmağı nəsib et.
•Ey Rəbbim işlərimi asanlaşdır.
•Ey Rəbbim mənim ruzimi mənim azmayacaq və sorumlu olmayacağım şəkildə bol et.
•Ey Rəbbim bizləri Firdevs cənnətinə sal
•Ey Rəbbim bizlərə Kövsər hovuzunun qırağında Rasulullahın ﷺ əllərindən su içməyi nəsib et.
•Ey Rəbbim dualarımda israrlıyam dualarımı qəbul et.
اللهم آمين اجمعين
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 2 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago