✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
KAMERA NƏZARƏTÇİSİ tələb olunur
İşəgötürən: Superfon
İş yeri: Gəncə
İş barədə məlumat
- Təhlükəsizlik kameraları vasitəsilə işçiləri, ərazini və obyektlri izləmək
- Hadisələrə qarşı diqqətli davranmaq
- Daxili təhlükəsizlik qaydalarına daim əməl olunmasına nəzarət etmək
- Təhlükəsizlik qaydalarının pozulması halı aşkar edildikdə xidməti tədbir görülməsi və birbaşa rəhbərinə məlumat verilməsi
- Kameralarla monitorinq aparılması və nəticələri barəsində birbaşa rəhbərinə məlumat verilməsi
- İşçilərin və digər şəxslərin giriş-çıxış zamanı ofisə keçirdiyi əşyalara və ofisdən çıxardığı əşyalara nəzarət edilməsi
Namizədə tələblər
- Orta ixtisas və ya ali təhsil arzu olunandır
- Kamera nəzarətçsi vəzifəsində iş təcrübəsi arzu olunandır
- İşində dəqiq və məsuliyyətli olmalı
"KAMERA NƏZARƏTÇİSİ" yazaraq CV-nizi və ya özünüz haqda məlumatı [email protected] e-mail adresinə göndərə bilərsiniz
(051) 201-55-14
Gəncə filialı üzrə Əməliyyatçı - Xəzinədar tələb olunur
İşəgötürən: "AzFinance İnvestisiya Şirkəti"
·Şəhər: Gəncə
İş haqqında məlumat:
·İş gününün əvvəlində filial müdiri və filialın mühasibi ilə birgə kassanın açılması, nəğd pul vəsaitlərini və digər qiymətli sənədlərin mövcudluğunun sayılaraq yoxlanılması;
·Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən qalıq çıxarılması
·Günün sonunda mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
·AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
·İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 18:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək.
·Əmək haqqı: müsahibə əsasında
Tələblər:
·Analitik zəka, xoş ünsiyyət;
·Cins: Xanım namizədlər;
·Yaş həddi: 21-30
CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "Əməliyyatçı - Xəzinədar- Gəncə" yazaraq müraciət edə bilərsiniz.
“Anbardar” tələb olunur (Gəncə Regionu üzrə)
İşəgötürən: “A+CO” ASC şirkəti
Tələblər:
· Təhsil: Ali , Orta ixtisas;
· Anbar sahəsində azı 1 il iş təcrübəsi;
· Planlaşdırma, təhlil və idarəetmə bacarığı;
· Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
· Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
· Dil bilikləri: Azərbaycan dili;
· Kompüter bilikləri (əsasən MS OFFİCE) yaxşı səviyyədə olmalı.
Vəzifə öhdəlikləri:
· Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlanılması;
· Qaimələr əsasında anbara daxil olan malların yoxlanılması:
· Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edilməsi.
· Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edilməsi;
· Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin edilməsi;
· Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil edilməsi.
İş şəraiti:
· İş yeri: Gəncə şəhəri
· 6/7 iş qrafiki,
· Əməkhaqqı 570 manat
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” (Gəncə) yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Dövlət Məşğulluq Agentliyinə aparıcı, böyük və baş mühasiblər tələb olunur (Bakı, Gəncə, Göyçay)
Əsas tələblər - ali təhsil, Peşəkar mühasib sertifikatı və müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
Maraqlananlar CV-lərini “Mövzu” hissəsində müraciət etdiyi vakansiyanın adını və regionu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Zəmanət üzrə mətəxəssis (Gəncə) tələb olunur
İşəgötürən: Toyota Gəncə Mərkəzi
Vəzifəyə dair tələblər:
Müştərilərə, eləcə də xidmət və satış şöbələrinə yeni avtomobillərə verilən zəmanətlə bağlı dəstəyin verilməsi. Geri cağırma qaydalarına uyğun xidmətin icra edilməsi;
Zəmanətlə vəya geri cağırma ilə bağlı müraciətin qəbul olunması, avtomobilin yoxlanılması, iddiaların razılaşdırılması və məlumatların müştəriyə təqdim edilməsi;
İlkin müraciətin təsdiq olunması üçün, sənədlərin hazırlanması və göndərilməsi;
Zəmanət vəya geri cağırma üzrə ödəniş prosesinin yoxlanılması, maliyyə şöbəsi ilə izlənilməsi;
Təsdiq olunan müraciətlər üçün ehtiyyat hissələrinin sifarişi və izlənilməsi;
Şirkətin illik və rüblük hədəflərinin izlənilməsi, zəmanətdə olan avtomobillərin işinin düzgün planlaşdırılması və bölünməsi;
Görülən işin yoxlanılması, müştəriyə işə aid sənədlərin təqdim edilməsi, imzalanması;
Dəyişilən ehtiyyat hissələrin Mərkəzin təyin etdiyi qaydaya uyğun saxlanılması hesabatların hazırlanması və audit zamanı təqdim edilməsi;
Zəmanətdə və geri çağırılmada olan avtomobillərin ehtiyyat hissələrinin sifarişi gəldikdən sonra müştərinin məlumatlandırılması;
Namizədə olan tələblər:
Ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
Avtomobil sahəsində azı 1 il iş təcrübəsi;
Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı;
Müştərilərlər ünsiyyətdə təcrübəsi olanlara üstünlük verilir;
Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması mütləqdir;
MS Office proqramları ilə sərbəst iş bacarığı;
Digər məlumatlar:
İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi
Analitik düşüncə tərzi və problem həll etmə bacarığı
6 günlük iş rejimi (bazar ertəsi – şənbə)
İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00; Şənbə: 09:00-15:00
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində "Zəmanət üzrə mətəxəssis (Gəncə)" yazaraq göndərə bilərlər.
Təchizat və inzibati işlər üzrə Menecer tələb olunur (Gəncə)
İşəgötürən: AzerBlast MMC
İş yeri: Gəncə şəhəri
Vəzifə öhdəlikləri:
Şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirmək;
Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək;
Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək, alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək;
Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq;
Cəmiyyətin büdcəsində nəzərdə tutulan xərc maddələri üzrə şöbə tərəfindən aparılan qiymətləndirmə nəticələrinə nəzarət etmək;
Müqavilə bağlanılan şirkətlərlə avtomaşınların icarə haqqının təyin olunmasını müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
Təchizat üzrə iş planını təsdiq etmək və fəaliyyəti ilə bağlı hesabatları rəhbərliyə təqdim etmək;
Cəmiyyətin satınalma planına uyğun olaraq, satınalma prosedurlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət etmək;
Tenderlərin hazırlanması mərhələsində potensial təchizatçıları izləmək və tender mərhələsində zəruri məxfiliyə zəmanət vermək;
Daxili və tənzimləyici siyasətlərə uyğunluğu təmin etmək üçün müntəzəm olaraq satınalma siyasətlərinin və təhlillərinin həyata keçirilməsinə və saxlanmasına kömək etmək;
Xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional göstəriciləri izləmək və rəhbərliyə hesabat vermək;
Təchizat İdarəetmə Strategiyalarının həyata keçirilməsini və uyğunluğunu təmin etmək və ümumi standartlara, prosedurlara və proseslərə əməl olunmasını və ən yaxşı təcrübələrdən istifadə edilməsii təmin etmək;
Əsas satış layihələrində satınalmaların erkən cəlb edilməsində iştirak etmək, layihə təkliflərini dəstəkləmək, tender strategiyalarını həyata keçirmək və əsas layihələr üçün subpodratçı resurslarının təminatı həllərinin həyata keçirilməsinə və əldə edilməsinə kömək etmək;
Namizədə qarşı tələblər:
Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
Müqavilə şərtlərini müəyyən etmək, müqavilələrin həyata keçirilməsini nəzarətdə saxlamaq;
Cəmiyyətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməli;
Çox tapşırıq rejimi və məhdud vaxt çərçivəsində işləmək, məsuliyyət və analitik düşüncə bacarığı;
Cəmiyyətin kommersiya və digər sirləri gizli saxlanılmalı;
Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq;
Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı;
Ölkədaxili təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı;
Qayda və təlimatlar:
Təchizat sahəsində sənəd dövriyyəsinin təşkilini və aparılmasını;
Satınalmalar üzrə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini o cümlədən Dövlət Satınalmaları haqqında Qanunu;
İngilis, Azərbaycan və Rus dilləri – mükəmməl səviyyədə
MS Office proqramlarını;
Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "Təchizat və inzibati işlər üzrə Menecer (Gəncə)" qeyd edib göndərə bilərsiniz.
Partlayıcı maddələr zavoduna SƏTƏM və KİS üzrə menecer tələb olunur (Gəncə)
"AzerBlast" MMC Gəncə şəhərinə SƏTƏM və KİS üzrə menecer vəzifəsinə vakansiya elan edir.
• Vəzifə öhdəlikləri:
• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
• İstehsalat zədələnmə və xəstəliklərin vəziyyətinin təhlili və onların qarşısını almaq üçün tədbirləri hazırlayıb həyata keçirimək;
• İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
• Müvafiq struktur bölmələrinin nümayəndələri ilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventilyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunu yoxlamaq;
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
• Zədələnmə və iş yerində xəstəliklərin qarşısını almaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şəraitinin yaxşılaşdırılması üçün digər struktur bölmələrlə birlikdə fəaliyyət plan və proqramın hazırlanması və həyata keçirimək;
• Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasını təşkil etmək;
• İstehsalatda baş vermiş bədbəxt hadisələri araşdırmaq;
• Namizədə dair tələblər:
• Ali təhsil ;
• SƏTƏM və KİS üzrə iş təcrübəsi olmalı;
• İSO 9001:2015, ISO 14001:2015, 45001-2018 və Beynəlxalq standartların tələbləri üzrə lazımı biliklərə və serifikatlara malik olmalı;
• Tikinti Quraşdırma İşlərində Risklərin idarə olunması üzrə biliklərə malik olmalı;
• Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində ən azı 3 ildən az olmayan iş təcrübəsi;
• Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili, rus dili arzu olunandır.
CV-nizi [email protected] elektron ünvanına " SƏTƏM və KİS üzrə menecer - Gəncə" qeyd edərək göndərə bilərsiniz.
Gəncə şəhəri və Daşkəsən rayonu ərazisində yaşayanların nəzərinə!
"Star Mining"MMC şirkəti Çovdar kənd ərazisində yerləşən istehsalat sahəsinə "İnsan Resursları şöbəsi üzrə köməkçi" vakansiyasını elan edir.
Kişi namizədlərinə üstünlük verilir.
Şirkətin servis xidməti mövcuddur. Nahar şirkət tərəfindən təmin edilir.
İş vaxtı: 05 gün, 08:00-dan 17:00-dək
Yaş həddi: 25-35
Əmək haqqı: 600 manat net
Tələblər aşağıdakı kimidir:
- Ən azı 1 il müvafiq sahədə iş təcrübəsi
- AR Əmək Məcəlləsi üzrə biliklər
- Azərbaycan dilində danışıq və yazma bacarığı
- Ofis proqramlarında sərbəst işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik
İşin təsviri:
- Kadr kargüzarlıq işinin qaydasında aparılması
- Əmrlərin və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir.
Uyğun namizədlər CV formalarını [email protected] elektron ünvanına mövzu yerində “İnsan Resursları şöbəsi üzrə köməkçi” qeyd edərək göndərə bilərlər.
Gəncə Mall-da yerləşən FLO mağazasına Mağaza meneceri tələb olunur.
İş barədə məlumat:
· Əmək haqqı razılaşma yolu ilə + satışdan bonuslar
· Karyera inkişafı perspektivləri
· Satış texnikasi,məhsul ve merçendayzinq üzrə fərdi təlimlər
Namizədə tələblər:
Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
Mağazadakı satış və merçendayzinq standartlarına riayət edilməsi;
Müştəri ehtiyacının müəyyən edilməsi;
Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq;
Kompyuter bilikləri (MS Office)
1C proqramı ilə işləmə bacarığı;
İşgüzar davranış etikası;
Uyğun namizədlər "Mağaza meneceri" başlığı altında [email protected] mail ünvanına CV göndərə bilər.
Kollektor (Gəncə) tələb olunur
İşəgötürən: NBCO KredAqro
Əsas vəzifə və öhdəliklər:
Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
Ali təhsil;
Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Etibarlı sürücülük vəsiqəsi;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Müştərilərlə davranış etikası.
İş şəraiti:
Yaşayış yeri: Gəncə
Əmək haqqı: 400-500 manat gross + aylıq bonus;
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago