@menbeli_hedisler

Description
Bu İslami kanalda Əhli-beytin (ə) hədisləri mənbəsi ilə paylanılır. Mənbə hədisin əsasıdır, söykənəcəyidir.
Ümidvarıq ki, İslami maarifi əldə etməyinizdə bu kanaldan istifadə edərsiniz.
اِتَّبِعْ مَذْهَباً يُثْبِتُ حَقَّانِيَّتَهُ مِنْ كُتُبِ الآخَرِينَ.
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 2 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago

3 weeks ago

عن البزنطي قال: سألت أبا الحسن الرضا عليه السلام في أي شهر تزور الحسين عليه السلام؟ قال: في النصف من رجب والنصف من شعبان.
Ravi deyir ki, İmam Rzadan (ə) soruşdum ki, hansı ayda İmam Hüseyni (ə) ziyarət edirsən? İmam buyurdu ki, Rəcəbin ortası (yəni 15-i) və Şə'banın ortası (yəni 15-i).
(Kamiluz-Ziyarat; səh 182, hədis 1)

عن أحمد بن محمد بن أبي نصر قال: سألت أبا الحسن الرضا عليه السلام أي الأوقات أفضل أن نزور فيه الحسين عليه السلام؟ قال: النصف من رجب والنصف من شعبان.
Ravi İmam Rzadan (ə) soruşur ki, nə vaxt İmam Hüseyni (ə) ziyarət etsək daha üstündür? Həzrət buyurdu ki, Rəcəb ilə Şə'banın ortası.
(İqbalul-Ə'mal (qədim); səh 657, c 2)

Qeyd: Görəsən, İmam Rza (ə) niyə sualı verənə ilin məhz bu iki gününü məsləhət bilir?
Bilirik ki, Mə'sum İmam (ə) sözünü hikmət üzündən söyləyən kəsdir.
Xüsusən də, biləndə ki, Rəcəbin 15-i İmam Hüseynin vəfalı bacısı, səfiri və Aşura məktəbini diri saxlayan Həzrəti Zeynəbin şəhadətidir və həmçinin, Şə'banın 15-i də İmam Hüseynin intiqamını alacaq şəxsin - İmam Zamanın (ə.f) mübarək viladət günüdür, hədisləri oxuyanın zehninə maraqlı bir məna gəlir. Görür ki, qeyd olunan hər iki gün Hüseynə bağlıdır. Birinci günün sahibi Hüseynin qanının batmasının qarşısını alıb, ikincisinin sahibi isə tökülən həmin qanın intiqamını alacaq kəsdir.
Sizcə, ilin günləri içindən yalnız bu iki günün qeyd olunması təsadüf ola bilərmi?! Mə'sum İmam (ə) təsadüfə əsasən söz deyərmi?! Fərz edək ki, birincisi təsadüf oldu, ikinci tarix də təsadüfənmi söylənildi?!
Alimlərdən biri söyləyir ki, çox düşünürdüm ki, Əhli-beytin (ə) bir çox üzvlərinin barəsində Mə'sum İmam tərəfindən söylənilən ziyarətnamələr olduğu halda, niyə Həzrəti Zeynəbin ziyarətnaməsi yoxdur?
Yuxarıda qeyd olunan hədisi oxuyarkən anladım ki, bəlkə də Həzrəti Zeynəb ziyarət olunmasının qardaşının ziyarət olunması günü (yəni 15 Rəcəbdə) ilə birgə olmasını istəyibdir.
Yəni necə ki, Həzrəti Zeynəb ərindən istəmişdir ki, istədiyi zaman qardaşı Hüseynlə (ə) birgə olsun, ziyarət olunmasında da Hüseynlə birgə olmasını istəyibmiş. Yəni kim Hüseynin ziyarətinə getsə, Zeynəbi də öz önündə görər. Kim Hüseynin görüşünə getsə, Zeynəblə də qarşılaşar. Çünki o iki nəfər əslində, bir vücuddurlar.
Kim "Ya Hüseyn" desə, Zeynəb orada hazır olar.
Ya Hüseyn!
https://t.me/quranhadisecazi

3 weeks, 2 days ago

"QUR'AN İNCİLƏRİ" SİLSİLƏSİNDƏN

{ اللَّهُ الَّذِي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً }
{ Allah sizi zəiflikdən yaratdı, zəiflikdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) güc verdi və yenə də gücdən sonra zəiflik və qocalıq bərqərar etdi. } (Rum; 54)

❗️Ey iki zəiflik arasında olan varlıq, ey insan, nəyə qürurlanıb lovğalanırsan?!
https://t.me/quranhadisecazi

1 month, 1 week ago

İmam Baqirin (ə) mübarək viladəti ilə İmam Əlinin adına olan Rəcəb ayı, Peyğəmbərin adına olan Şə'ban ayı və Allahın adına olan Ramazan ayı başlanır.
İmam Baqir (ə) "Allah Muhəmməd ya Əli"nin təfsirçisidir!

3 months, 1 week ago

QUR'AN İNCİLƏRİ SİLSİLƏSİNDƏN

{ وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ }
{ və kişi və ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı iş görsə, belələri Cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən və möminin hesabından xaric həddə) ruzi veriləcəkdir. } (Ğafir; 40)

? Ayədə keçən
بِغَيْرِ حِسَابٍ
ibarəsi bir neçə cür tərcümə oluna bilir və bu cür çoxmə'nalı ibarələr Qur'anın e'cazkarlığına dəlildir.

? Alimlərdən biri bu ibarəni "hesab-kitabsız" kimi də tərcümə edərək buyurur ki, kim dünyada etdiyi yaxşı işləri tacirlər kimi saysa və desə ki, bu qədər həccim var, bu qədər zəkatım, xümsüm, sədəqəm var, filan qədər yetimə, əlsiz-ayaqsıza əl tutmuşam, belə halda, o tərəfdə onun əməllərini diqqətlə sayacaqlar. Yəni xeyir işlərini diqqətlə sayan bəndənin əməllərini o aləmdə diqqətlə sayarlar.
Kimlər də yalnız öz vəzifəsini yerinə yetirməkdən ötrü yaxşı işlər görürmüşsə, o adamları hesabsız Cənnətə aparacaqlar.
Yəni ey bəndə, sən öz vəzifəni yerinə yetir, əməllərini sayma. Mühüm o deyil sən əməllərindən nə qədər yaxşı əməl saymısan, gərək əməlin səma tərəfindən sayıla. Əks halda, Allah əvəzinə öz əməlinə güvənmiş olacaqsan. Öz əməlinə güvənən kəslər üçün də hətta mömin də olsalar belə, o biri aləmdə ağır və incəliyinə qədər hesabat vardır. Elə ona görə də Qur'an buyurur:
{ وَعَلَى اللهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ }
{ Təvəkkül edənlər gərək yalnız Allaha söykənsinlər (e'timad etsinlər)». } (İbrahim; 12)
Ayə buyurmur "yaxşı əməllərinə söykənsinlər, güvənsinlər".
Elə isə Allaha güvənək, əməllərimizə deyil.
https://t.me/quranhadisecazi

3 months, 3 weeks ago

Elə bilirsən sosial mediada hansısa bir məsələyə görə yazıb göndərdiyin ? və ya ? işarələri elə internet məkanında da qalacaq? Xeyr, o ikisi səninlə birlikdə qəbrinə girib sənə şahidlik edəcəklər. Bax, gör, nəyə razısan (?), nəyə narazı (?). Vacib deyil ki, cəhənnəmə getmək üçün peyğəmbər ya da imam öldürəsən. Elə onların yolu ilə gedənlərə qarşı nəzərin ?-dirsə, deməli, özünçün bolluca od-oduncaq yığa bilmisən və o "tərəflər"də uzun-uzun hekayətin var..
{ إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ }
{ Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ. } (Ali-İmran; 21)
Yəni bu gün peyğəmbər tapıb öldürə bilməyən kafirlər, onların yolunu davam etdirən mömin və azadə insanları öldürməklə haqqa düşmən kəsiliblər.

4 months, 3 weeks ago

Allahın rəhmətindən naümid olmayın ey müsəlmanlar! Çətinlik üstünə çətinlik gəldikcə qurtuluşa daha çox ümid bəsləyin!

Hz. Yəqub (ə) peyğəmbərin ikinci oğlu da əlindən çıxanda ümidi daha da çoxaldı. Dedi:
{ يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللهِ }
{ Ey mənim oğlanlarım, gedin Yusifi və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın. } (Yusif; 87)
Ona görə də Hz. Muhəmmədin (s) ümmətinin torpaqlarının və etiqadının düşmən tərəfindən işğal olunduğunu və onların pərəm-pərəm edildiyini gördükcə, sonuncu Muhəmməd Hz. Məhdinin (ə.f) gələrək onları birləşdirməsi gününə ümidimiz daha da çoxalır. Necə ki, Hz. Yəqub (ə) buyurmuşdur:
{ عَسَى اللهُ أَنْ يَأْتِيَنِي بِهِمْ جَمِيعًا }
{ Ümid var ki, Allah onların hamısını (balalarımı) mənə qaytarsın. } (Yusif; 83)
Biz müsəlmanlar da İmam Məhdinin (ə.f) balalarıyıq. Mütləq Allah bizi bir gün o Atanın (ə.f) başına yenidən yığacaq.

Ümmətin atası Hz. Muhəmmədin (ə) və haqq məzhəbin banisi İmam Sadiqin (ə) mövludları siz müsəlmanlara mübarək və düşərli olsun! İmam Zamanın (ə.f) zühuru ümidi ilə..?****
https://t.me/quranhadisecazi

5 months, 1 week ago

Zehnimə sual gəldi ki, görəsən, niyə insanlar çətinliklə üzləşəndə onun aradan getməsindən ötrü adətən şirni paylamaqla ehsan verirlər? Niyə məhz şirni?
Cavab: Kimsə bəlanın acılığını dadanda, ehsan olaraq şirni paylayır ki, bəlanın acılığı ilə bərabər onun şirinliyini də dada bilsin.
Şirni paylayır, çünki bilir ki, bugünün acılığı öz ardınca sabahın şirinliyini gətirər. Necə ki, Qur'an buyurur:
{ وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُهُ }
{ (Allah Onun yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. } (Səbə surəsi; ayə 39)

ALLAH VERİLƏN BÜTÜN EHSANLARI QƏBUL ELƏSİN! AMİN! ?*?***
https://t.me/quranhadisecazi

6 months, 2 weeks ago

ƏXLAQİ VƏ E'TİQADİ DUA

Hz. Muhəmməd Peyğəmbər (s) tərəfindən mübarək Ramazan ayında vacib namazlardan sonra oxunulmasına tövsiyə olunan bir duada buyurulur:
"اَللَّهُمَّ اِشْفِ كُلَّ مَرِيضٍ."
"İlahi, hər bir xəstəyə şəfa ver."

? Bu peyğəmbərlik cümləsindən iki fayda əldə etmək olar:
1- İnsan dua edərkən çalışsın ümumi dua edə, yəni hər kəsə dua etməyi bacarmaq dua edən kəsin ucalığı və insanpərvərliyindən xəbər verir. Dua edərkən paxıl olmaq doğru deyil. Necə ki, hədislərdə gəlmişdir ki, dua edərkən öncə digərlərinə, sonra isə özünə dua et. Habelə, digərlərinə dua edərkən istisnasız hamıya dua etməyə çalışın. Bu yolla həm Allah səni sevib duanı qəbul edər (çünki Allahın xoşuna gəlir bir bəndəsi dua edərkən başqalarını önə verə), həm də bu yolla nəfsini tərbiyələndirərək onu yalnız özünüsevmək kimi bir təkəbbürlük və simiclik xislətindən xilas edə bilərsən.

2- Digər bir məsələ də budur ki, öz nəfsimizi tərbiyələndirməkdən ötrü ümumi dua etsək də, özümüz də bilirik ki, Allah hər bir xəstəni sağaltmır (çünki bəzi bəndələrin islah olunması məhz onların xəstə olmalarındadır, həmçinin, sağlam adamlar sağlamlıq nemətinin qədrini bilsinlər deyə, Allah onların ətrafındakılardan bəzilərini xəstəliklə imtahan edir ki, şükür etsinlər və Allahı unutmasınlar). Elə isə, Hz. Muhəmməd Peyğəmbər (s) bizə niyə tövsiyə edir ki, ümumi dua edək? (Halbuki, bu cür bir duanın kamilcəsinə qəbul olmasını heç ağlımıza da gətirə bilmirik.)
Cavab olaraq bunu deməliyik ki, bəzi hədislərdən öyrənmişik ki, İmam Mehdi (ə) zühur edəndən sonra bütün xəstəliklər aradan gedəcək və xəstəliklərə səbəb olacaq hər bir amil yox ediləcək, bədənində nöqsanı olan kimsə tapılmaz, hamının bədəni sağlam və kamil olar.
Deməli, bu ümumi mənaya malik olan duadan anlayırıq ki, Hz. Muhəmməd Peyğəmbər (s) şüuraltı bizə demək istəyir ki, İmam Mehdinin (ə) zühurunun tezləşməsinə çalışın ki, bütün xəstəliklər aradan qalxsın və yer üzündə xəstəliyi olan bircə nəfər belə qalmasın.

? Elə isə biz də ümumi dua edək:
İlahi, nəfsimizi ədəbləndirmək yolunda bizlərə yardımçı ol, bizi dualarında simiclik edənlərdən etmə və İmamımızı (ə) bizə tez bir zamanda göndərərək yer üzündə bircə nəfər də maddi və mənəvi xəstəliyi olan kimsə saxlama, hamıya şəfa ver, hamımıza şəfa ver. Amin!
https://t.me/quranhadisecazi

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 2 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago