N1 Bürclər🔮

Description
Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓
We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

? https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

? https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

? https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 3 months ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 1 month ago

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz

Last updated 1 month, 2 weeks ago

1 month ago

Salam dəyərli kanal və qrup üzvləri.

Burda paylaşılan paylaşımlar eyni deyil. Bəziləri sadəcə səhv tarixə baxır. Paylaşıma baxdıqda tarixə nəzər yetirin .
Əgər belə hal gözünüzə görürsə,sübut edin göstərin. Əks halda səhv məlumatla kimlərisə də çaşdırmayın!!!

1 month ago

24.02.2025 Tarixinin bürc proqnozu 🔮

Qoç
Motivasiya: Bugün enerjinizi düzgün istiqamətə yönləndirsəniz, böyük uğurlar qazana bilərsiniz. Özünüzə güvənin!
Sevgi: Partnyorunuzla aranızdakı anlaşılmazlıqları həll etmək üçün səmimi söhbətlər vacib olacaq. Subay Qoçlar üçün yeni tanışlıqlar mümkündür.
Karyera: İş yerində təşəbbüskar olsanız, rəhbərliyin diqqətini çəkəcəksiniz. Yeni imkanlara açıq olun.

Buğa
Motivasiya: Səbrinizin bəhrəsini görəcəyiniz bir gündür. Əzm və iradə ilə istədiyiniz nəticələri əldə edəcəksiniz.
Sevgi: Romantik anlar sizi gözləyir. Sevdiyiniz insanla duyğusal paylaşımlar dərinləşəcək.
Karyera: Maliyyə məsələlərində diqqətli olun. Gələcək üçün yatırım planları qurmaq üçün yaxşı zamandır.

Əkizlər
Motivasiya: Zəkanız və çevikliyinizi istifadə edərək problemləri asanlıqla həll edəcəksiniz. Yeni fikirlərə açıq olun.
Sevgi: Qarşı tərəfi daha yaxşı dinləməyə çalışın. Anlaşılmazlıqları aradan qaldırmaq üçün empati önəmlidir.
Karyera: Gözlənilməz fürsətlər çıxa bilər. Qərar vermədən əvvəl detalları nəzərdən keçirin.

Xərçəng
Motivasiya: Duyğularınızı idarə etməyi öyrənmək gününüzü daha məhsuldar edəcək. Özünüzə zaman ayırın.
Sevgi: Romantik jestlər münasibətinizə yeni bir rəng qatacaq. Subay Xərçənglər üçün maraqlı görüş ehtimalı var.
Karyera: İş həyatında planlı olmaq sizə üstünlük qazandıracaq. Emosional qərarlardan çəkinin.

Şir
Motivasiya: Liderlik qabiliyyətiniz sayəsində diqqət mərkəzində olacaqsınız. Öz ideyalarınızı paylaşmaqdan çəkinməyin.
Sevgi: Münasibətlərdə eqonuza nəzarət edin. Sevdiyiniz insanın ehtiyaclarına daha çox diqqət yetirin.
Karyera: Yeni layihələr üçün əla gündür. İşinizdə yüksəlmək şansınız var.

Qız
Motivasiya: Ətrafınızdakı detallara diqqət edərək problemləri həll edə biləcəksiniz. Planlı hərəkət edin.
Sevgi: Romantik münasibətlərdə güvən vacibdir. Qarşı tərəflə açıq ünsiyyət qurmağa çalışın.
Karyera: Detallara həssas yanaşmağınız sizə uğur gətirəcək. İş yoldaşlarınızla yaxşı əlaqələr qurun.

Tərəzi
Motivasiya: Bugün balansı qorumaq sizin üçün əsas olacaq. Özünüzə və başqalarına qarşı ədalətli olun.
Sevgi: Romantik münasibətlərdə tarazlığı qorumaq vacibdir. Gözlənilməz etiraflar ola bilər.
Karyera: Komanda işində uğur qazana bilərsiniz. Yaradıcı ideyalarınız ön plana çıxacaq.

Əqrəb
Motivasiya: İradəniz güclüdür, bunu öz xeyrinizə istifadə edin. Bugün risk almaq sizi irəli aparacaq.
Sevgi: Dərin duyğularınız partnyorunuzla daha güclü bağ qurmanıza kömək edəcək. Səmimi olun.
Karyera: Gizli fürsətləri araşdırın, böyük dəyişikliklər edə bilərsiniz.

Oxatan
Motivasiya: Sərbəstliyiniz və macəra ruhunuz sizi yeni fürsətlərə aparacaq. Hərəkətə keçin!
Sevgi: Münasibətlərdə spontan olmaq sizi daha da yaxınlaşdıracaq. Sevdiyiniz insanla birlikdə yeni təcrübələr yaşayın.
Karyera: Xaricə bağlı işlərdə uğur qazana bilərsiniz. Yeni bir təklif ala bilərsiniz.

Oğlaq
Motivasiya: Məsuliyyətli və səbirli yanaşmanız sizə uğur gətirəcək. Uzunmüddətli planlar qurun.
Sevgi: Münasibətinizdə ciddi mövzuları müzakirə etmək üçün ideal gündür. Duyğularınızı ifadə etməkdən çəkinməyin.
Karyera: İş həyatında səbriniz və intizamınız sizi bir addım öndə edəcək.

Dolça
Motivasiya: Fərqli düşüncələriniz sizə yeni qapılar açacaq. Yaradıcı olun!
Sevgi: Münasibətinizə yenilik qatmaq üçün fərqli planlar qura bilərsiniz. Əyləncəli vaxt keçirmək üçün fürsət yaradın.
Karyera: Texnologiya və innovasiya ilə bağlı işlərdə uğurlarınız arta bilər.

Balıq
Motivasiya: İntuisiya və duyğularınızı doğru istiqamətdə istifadə edin. Bugün yaradıcılığınız yüksək olacaq.
Sevgi: Hisslərinizi açıq şəkildə ifadə etmək münasibətinizə müsbət təsir edəcək. Yeni emosional bağlar qura bilərsiniz.
Karyera: Ruhən sizi daha çox sevindirən işlərə yönəlməyə çalışın. İlhamverici bir gündəsiniz.

@N1burcler🔮

1 month ago

Qrupa gəlib bürcünüzü yazın bürcünüz haqqında məlumat gələcək. @artemidasohbet qoşulub burcunu yazanlar + atsin.

6 months, 1 week ago

25.09. 2024 Tarixinin bürc proqnozu ?

Qoç
Bu gün məqsədlərinizə çatmaqda ciddi çətinliklər yaşamayacaqsınız. Ancaq səbrinizi qorumaq vacibdir. Sorumluluqlarınıza diqqət yetirsəniz, hər şeyin yaxşıya doğru dəyişməsi mümkündür

Buğa
Başqalarına qarşı çox ədalətli və yardımsevər olursunuz, lakin öz problemlərinizlə üzləşərkən eyni səviyyədə obyektiv olmaqda çətinlik çəkirsiniz. Bu xüsusiyyəti cilalamaq önəmlidir

Əkizlər
İçində olduğunuz vəziyyətlər çətin görünsə də, hər şeyin öhdəsindən gələcəksiniz. Sadəcə tarazlığı qoruyun və hərəkət etməyə hazır olun

Xərçəng
Ruhən özünüzü çox yaxşı hiss etməyəcəksiniz. Ən vacib məsələlərə diqqət yetirməli və daha çox planlı şəkildə hərəkət etməlisiniz

Şir
Bir sıra qərarsızlıqlar sizi narahat edə bilər, lakin ətrafınızdakılardan məsləhət alaraq, bu problemlərin öhdəsindən gələ bilərsiniz

Qız
Gün ərzində bəzi gözlənilməz problemlərlə üzləşəcəksiniz. Ancaq sakit qalmağa və bütün vəziyyətləri daha geniş çərçivədən görməyə çalışın

Tərəzi
Bu gün insanlarla əlaqələrinizdə bəzi çətinliklər və həll etməli olduğunuz mövzular olacaq. Sakit olun və düşüncələrinizi aydın ifadə edin

Əqrəb
Peşəkar həyatınızdakı yeni imkanları kəşf etmək üçün güclü motivasiya hiss edəcəksiniz. Emosional olaraq isə nəzarətli olmağa çalışın

Oxatan
Bu gün macəra arzularınız daha da güclənəcək, ancaq başqalarının hisslərini görməzdən gəlməməyə çalışın

Oğlaq
Gün həm gərgin, həm də məhsuldar ola bilər. Hədəflərinizə çatmaq üçün ətrafınızdakılara daha çox diqqət ayırın

Dolça
Yeniliklərə açıq bir gündəsiniz. Sosial və peşəkar həyatınızda ortaya çıxan imkanlardan yararlanmağa çalışın

Balıq ♓️
Bu gün sizin üçün yaradıcılıq və həssaslıq ön planda olacaq. Kiçik şeylərin gözəlliyinə diqqət yetirin və stresdən uzaq durun

@N1burcler?

6 months, 1 week ago

Bürclərə ləqəb veriləcək olsaydı hansı ləqəblər verilərdi

-Cəsur ürək ??
-Kral?
-Səhər şəkəri?
-yumşaq ürək ❤‍?
-O,möhtəşəmdir??
-Madmazel??
-Problem yaradan?
-Sir saxlayan?
-Dürüst ?
-Böyük müdür?
- Enişteyn?
-Sevgi böcəyi?

@N1burcler ?

6 months, 1 week ago

24.09.2024 Tarixinin bürc proqnozu ?

Qoç
Bu gün həyatın hər sahəsində diqqətli olmaq və səbrli davranmaq önəm daşıyacaq. İş yerində qarşınıza çıxan çətinliklər, əslində sizə bir fürsət kimi təqdim edilə bilər. Həmkarlarınızla ünsiyyət qurarkən empati qabiliyyətinizdən istifadə etməyiniz vacibdir. Xüsusilə kollektiv işlərdə liderlik xüsusiyyətlərinizlə diqqət çəkəcəksiniz. Maliyyə mövzusunda yeni qərarlar alarkən daha diqqətli olun

Buğa
Bu gün emosional dərinlik və romantik harmoniyaya üstünlük verilən bir gün olacaq.Duyğusal açıqlıq və səmimiyyət bu gün sizə uğur gətirəcək. Həmçinin, münasibətlərinizi daha da möhkəmləndirə biləcək gözlənilməz bir sevgi jesti ala bilərsiniz.Maliyyə baxımından isə, diqqətli olmaq vacibdir. Həyatınızda daha çox sabitlik yaratmaq üçün büdcənizi yenidən nəzərdən keçirmək faydalı olacaq.

Əkizlər
Bu gün ünsiyyət və sosial əlaqələrdə aktivlik yüksək olacaq.Sizi maraqlandıran mövzularda yeni məlumatlar öyrənmək və fərqli insanlarla fikir mübadiləsi aparmaq günün əsas mövzusu ola bilər. Xüsusilə dostlarınız və ya iş yoldaşlarınızla müzakirə edəcəyiniz mövzular sizin üçün ilham verici ola bilər. İntellektual enerjiniz çox yüksəkdir, bu da sizi həm işdə, həm də şəxsi həyatda irəli aparacaq.

Xərçəng

Bu gün emosional dünyalarını daha dərindən araşdıracaqsız. İşdə, kollektiv layihələrdə harmoniyanı qorumaq önəmlidir, lakin şəxsi sərhədlərinizi çəkməyi unutmayın.Evinizlə və ailənizlə bağlı məsuliyyətlər artacaq,amma bunu sevgi ilə qarşılayacaqsınız.Günün sonunda ailənizlə zaman keçirmək və evinizdə sakit bir mühit yaratmaq, daxili harmoniyanıza töhfə verəcək.

Şir
Bu gün yaradıcı enerji və öz ifadələrini gücləndirmək imkanı çox yüksəkdir. Sənət və ya yaradıcı layihələrlə məşğul olan Şirlər ilham dolu bir gün keçirə bilərlər. Özünüzü ifadə etmək istədiyiniz sahələrdə daha cəsarətli addımlar ata bilərsiniz.Günün sonunda özünüzü mükafatlandırmaq və zövq aldığınız bir şeylə məşğul olmaq sizi rahatladacaq.

Qız
Bu gün səliqə-sahman və planlaşdırma qabiliyyəti ön planda olacaq.İş yerində detallar üzərində işləmək və diqqətli olmaq vacibdir.Şəxsi həyatda isə münasibətlərdə daha anlayışlı və dəstəkverici olmağa çalışın, çünki bu, partnyorunuzla aranızdakı əlaqəni möhkəmləndirəcək.

Tərəzi
Bu gün Tərəzilər üçün tarazlıq və harmoniya ön planda olacaq. Xüsusilə şəxsi münasibətlərdə anlayışlı və kompromisə meylli olmaq vacibdir.Axşam saatlarında sakit bir mühitdə zaman keçirmək və özünüzə vaxt ayırmaq ruhunuza yaxşı təsir edəcək.

Əqrəb
Bu gün özlərini daha dərin və emosional şəkildə ifadə etmə imkanı olacaq. Özünüzü təcrid etmək əvəzinə, duyğularınızı yaxın dostlarınız və ailənizlə paylaşmaq sizə müsbət təsir edəcək.Qərarlarınızda hər zaman olduğu kimi intuitiv davranmaq sizi doğru istiqamətə yönləndirəcək.Ancaq diqqətli olun, qısqanclıq və ya həddən artıq nəzarət etmə meyllərinizdən qaçın

Oxatan
Bu gün yeni biliklər öyrənmək və macəra axtarışı gündəmdə olacaq. Beyniniz müxtəlif mövzulara açıqdır və siz yeni layihələr və maraqlı ideyalar üzərində işləmək üçün motivasiyalı olacaqsınız. Səyahət planları və ya yeni kurslar gündəmə gələ bilər. Həyatınızda dəyişikliklər etmək istəyirsinizsə, bu gün bunun üçün əla zamandır.

Oğlaq
Bu gün iş və şəxsi həyat arasında balans qurmağa çalışacaq. Karyeranızda yeni layihələr və ya məsuliyyətlər gündəmdədir. Bu, irəliyə doğru böyük bir addım ola bilər, lakin iş yükünüzü düzgün idarə etmək vacibdir. Maliyyə baxımından isə ehtiyatlı olmaq lazımdır.Şəxsi həyatda ailə və ya partnyorla daha çox vaxt keçirmək vacibdir

Dolça
Bu gün yeni ideyalar və yeniliklər üçün ilham dolu bir gün keçirəcəklər.Beyniniz aktiv və yaradıcılıqla doludur, bu da sizi hər sahədə fərqli və innovativ addımlar atmağa təşviq edəcək.Dostlarınızla ünsiyyət qurmaq da sizi yeni imkanlara açacaq.

Balıq ♓️
Bu gün duyğularını daha çox hiss edəcək və dərin düşüncələrə qərq olacaqlar.
İş yerində isə öz intuisiya və yaradıcılığınızı istifadə edərək yeni yanaşmalar tətbiq etmək sizin üçün faydalı olacaq. Maddi məsələlərdə isə ehtiyatlı olmaq vacibdir

@N1burcler?

6 months, 1 week ago

İmtahan model yeni cavablı sınaqlara, videoizahlara, lazımlı pdflərə və daha çoxuna nəzər yetirmək üçün seçim edin

6 months, 1 week ago

Bürc uyğunluğu Tam dəqiq sevgidə evlilikdə bürc və il uyğunluğunu bilmək istəyənlər varsa bu hesaba doğum tarixini tam dəqiq göndərsinlər  @Baku_12_12 vaxt olduqca cavablanacağ. Təmənnasızdır kişi qadın fərg etmir hamı yaza bilər buyurun..

@Baku_12_12

6 months, 1 week ago

Bürclər istədiklərinə necə nail olurlar?

Qoç
İstəklərini mümkün qədər aydın şəkildə formalaşdırır, onu məqsədə çevirir, addım-addım planı təsvir edir, son tarix təyin edir və hərəkətə başlayır.

Buğa
Bütün mümkün tələləri nəzərə alaraq, bir neçə ssenari hazırlayır, ən optimalını seçir və dərhal onu həyata keçirməyə başlayır.

Əkizlər
Taktika, strategiya və imkanlar haqqında düşünmədən dərhal hərəkətə başlayırlar. İlk maneə ilə qarşılaşdıqda, fikirlərini dəyişir və növbəti istəklərini həyata keçirməyə çalışırlar.

Xərçəng
Ən asan yolları və variantları axtarır. Başqalarını inandırır, manipulyasiya edir, hiyləgərlik edir və aldadır. Ümumiyyətlə, Xərçənglər məqsədinə yalnız başqalarının əli ilə çatır.

Şir ♌️
Arzusunu yüksək səslə bəyan edir və kiminsə onu yerinə yetirməsini gözləyir. Gözləmə uzanarsa, bu, böyük bir qalmaqal yaradır.

Qız ♍️
Arzularını, xəyallarını gündəliyə yazır, onu vacib bir hadisə kimi qeyd edir və təyin olunmuş vaxtda sadəcə yerinə yetirməyə başlayır.

Tərəzi
Tərəzilər istəklərini başqalarına etdirməyi xoşlayır. Əgər onlar yerinə yetirilməsə, dünyadakı hər şeyi unudurlar və yalnız istəklərini yerinə yetirməklə məşğul olurlar.

Əqrəb
Başqalarının narazılığına və narahatlığına fikir verməyərək, məqsədinə doğru irəliləyir. Məqsədinə çatdıqdan sonra özü ilə hədsiz qürur duyur.

Oxatan
Hər şey diqqətlə təhlil edilir, düşünülür, hesablanır. İşlə məşğul olduqdan sonra heç bir səyini, pulunu, vaxtını əsirgəmir. Başqalarının maraqlarına toxunmamağa çalışır.

Oğlaq
İstəklərini heç kimlə müzakirə etmir, sakitcə hamıdan istifadə edir. Və bunu o qədər ustalıqla edir ki, heç kim onun manipulyasiyaları haqqında düşünmür.

Dolça
Arzularını yerinə yetirə bilənlərin yanına gedir, dualar edirlər. Kədərli gözləri istədiklərinə çatana qədər getmir.

Balıqlar ♓️
Uzun müddət düşünürlər, qərar vermək üçün çox vaxt tələb edirlər, amma sonda hərəkətə başlayırlar. Son qərarları ilə ətrafındakıları heyrətlənirlər.

6 months, 2 weeks ago

Yeni tədris ilində hər kəsə lazım olacaq kanallardan faydalanmaq üçün seçim edin, qoşulun və imtahanlarınıza ödənişsiz hazırlaşın ⤵️

We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

? https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

? https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

? https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 3 months ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 1 month ago

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz

Last updated 1 month, 2 weeks ago