Quran və Hədis Araşdırmaları

Description
Quran və Hədis Araşdırmaları-10.03.2018
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

1 month, 2 weeks ago

Xanım Zeynəbin (ə) məzarı barədə qısa araşdırma

Bu barədə tarixçilər arasında ixtilaf var...
Həzrət Zeynəb (s) Kərbəla hadisəsindən sonra bir an da olsa, susmadı və inqilabın hədəflərini yaydı.
Bundan qorxuya düşən Üməyyə hakimiyyəti həzrət Zeynəbi (s) Mədinədən sürgün etmək qərarına gəldi. Amma hara sürgün olunması barədə iki fikir var:
1. Misrə sürgün edilib və Kərbəla hadisəsindən sonra 1 il 6 ay yaşayan həzrət Zeynəbin qəbri Qahirədədir. Hicrinin 62-ci ili Rəcəb ayının 15-də vəfat etmişdir. (Məhəllati "Rəyahin əş-Şəriə", 3/34; Sadiq Ərdistani, "Qəhrəmane Kərbəla", s.398);
2. Şama sürgün edildi və vəfatından sonra Dəməşqin bir fərsəxliyində Raviyə məhəlləsində dəfn edildi. Bu gün Zeynəbiyyə adı ilə məşhurdur. (Seyid İbrahim Zəncani, "Vəsilətud-dareyn", s.433; "Rəyahin əş-şəriə", 3/37);
3. Bəziləri də deyir ki, həzrət Zeynəb (s) Mədinədə Bəqi qəbiristanlığında dəfn edilibdir.
Seyyid Möhsin Əmin (Ə`yanuş-şiə) və Məhəllati (Rəyahin əş-Şəriə) və Əllamə Bircəndi (Kibrite Əhmər) bu fikrin tərəfdarlarıdır.
Bəziləri deyibl ki, Şamda məşhur qəbir, əslində Ümmü Gülsüm adlı bir xanıma aiddir ki, o da Əhl-beytdəndir,yaxud Müslim ibn Əqilin xanımıdır.
Bəziləri deyir ki, Misrdəki məşhur qəbir isə, əslində İmam Səccadın (ə) nəvəsi Zeynəb bint Yəhyadır, yaxud İmam Həsənin (ə) nəslindən olan Zeynəb bint Həsən ibn Zeydindir.
P.S: Məkan fərq etmir, harada Zeynəbi (s) yad etsən, o xanımı ziyarət etmiş sayılırsan. Doktor Cəfər Şəhidi deyir ki, həzrət Zeynəbin (ə) qəbrini şəhərlərdə axtarma, onun məzarı ariflərin qəlbidir! (Həzrət Fatimənin (s) həyatı, Seyid Cəfər Şəhidi, s.262).
P.P.S: Qədimdən ən çox Şamın bu adla məşur olması, insanların bu müqəddəs məzardan gördükləri kəramətlər və aldıqları şəfalar göstərir ki, Kərbəla qəhrəmanı olan bu müqəddəs xanımın pak məzarı elə Əhl-Beyt (ə) düşmənlərinin ürəyinin başında (Şamda) qazılmış məzardır. Burada qazılıb ki, Qiyamətdək Aşura məktəbinin müdavimlərinə mayak və bu məktəbin düşmənlərinə ibrət dərsi və gözdağı olsun.

Mirməhəmməd Bəşirov

t.me/mirmehemmed_beshir

1 month, 2 weeks ago
Zülmətdən nura

Zülmətdən nura

Rabi Davud Benyamin Kildani kim olub?

Rum katolik kilsəsinin "Birləşmiş İsəvilər Firqəsi"nin yepiskopu Davud Benyamin Kildani 1867-ci ildə Cənubi Azərbaycanın Urmiyə şəhərində anadan olub.
İbtidayi təhsilini bu şəhərdə başa vurduqdan sonra Avropaya gedir, İlahiyyat elmləri üzrə BD dərəcəsini əldə edərək vətəninə qayıdır.
İrana qayıtdıqdan sonra 1886-1889-cu illər arasında Aşuri İsəvilərinin (Assuri / Nasturi xristianları) "Canterbury" Baş yepiskopunun təhsil missiyası elmi heyətinin aktiv üzvü olur.
Rumun katolik kilsəsinin kardinalı Herbert Alfred Henry Vaughan (1832–1903) onu 1892-ci ildə Ruma dəvət edir.
O, üç il burada İlahiyyat fəlsəfəsi və fihqi üzrə araşdırmalar aparır. 1895-ildə Rumun katolik kilsəsinin rəsmi "qissis" (keşiş) rütbəsini qazanır.
1897-ci ildə Urmiyə və Salmasın baş yepiskopu onu şərq kilsələrinin nümayəndəsi olaraq Fransada keçirilən "İlahi qonaqlıq" (Eucharistie) konqresinə göndərir. Onun buradakı çıxışı sonralar çap və nəşr edilir.
O, 1903-cü ildə İngiltərəyə gedir və "müvəhhidlər birliyi"nə üzv olur. 1904-cü ildə həmin birlik tərəfindən öz vətəninə təbliğ üçün göndərilir.
İrana qayıdarkən İstambul şəhərində qısa bir müddət üçün elmi araşdırma məqsədi ilə dayanır.
Bu arada onu Tövrat və İncilin Həzrət Məhəmməd (s) barədə verdiyi müjdələr mövzusu maraqlandırır və buna görə də həmin mövzuda geniş elmi araşdırma aparır. Araşdırmasının nəticəsi isə onun həyatında dönüş nöqtəsi olur.
O, İslam dinini qəbul edərək müsəlman olur və özünü Əbdüləhəd Davud adlandırır.
Professor Əbdüləhəd Davud ərəb, ibri, arami (siryani), latın, yunan, erməni, türk (azəri), ingilis, fransız və fars dillərini kamil bilirdi və bu məsələ onun yazdığı məqalə, kitab və elmi araşdırmalarında aşkar görsənir.
Binyamin Keldani xristianlıqdakı bütün nailiyyətlərinə və ən uca vəzifələrə çata biləcəyinə rəğmən həqiqət ona aşkar olduğu zaman hər şeyi ayaq altına alır, inandığı sələf peyğəmbərlərin verdiyi müjdələr əsasında Həzrət Məhəmmədin (s) nübüvvətini qəbul edir.
Onun bir çox əsərləri "İslamic Review" jurnalında çap və nəşr edilib. Müsəlman olduqdan sonra isə ən əhəmiyyətli əsəri "Məhəmməd (s) Tövrat və İncildə" kitabıdır ki, bu kitab Fars dilinə tərcümə edilmişdir.
O, bu kitabda "təslisi" (üçlük = ata, oğul və müqəddəs ruh) tənqid edərək, xristianlıq ilə İslam dininin ümdə fərqinin və ixtilafının "tövhid" məsələsində olduğunu isbat etmişdir.
#MirməhəmmədBəşir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

1 month, 2 weeks ago

Dünya və axirət qəmindən xilas olun

Abdullah atası Həsən Müsənnadan, o da atası İmam Həsəndən (ə), o da atası İmam Əlidən (ə), o da Həzrət Peyğəmbərdən (ə) belə nəql edir: Həzrət Peyğəmbər (s) buyurdu:
«مَنْ أَجْرَى اللَّهُ عَلَى يَدِهِ فَرَجاً لِمُسْلِمٍ، فَرَّجَ اللَّهُ عَنْهُ كُرَبَ الدُّنْيَا وَ الْآخِرَةِ».
"Hər kəs bir müsəlmanı sıxıntıdan xilas edərsə, Allah-Taala onu dünya və axirət sıxıntısından xilas edər".
«مَنْ‏ عَالَ‏ أَهْلَ‏ بَيْتٍ‏ مِنَ الْمُسْلِمِينَ يَوْمَهُمْ وَ لَيْلَتَهُمْ، غَفَرَ اللَّهُ لَهُ ذُنُوبَهُ».
"Hər kəs müsəlman bir ailəyə bir gecə və gündüz qəyyumluq edərsə (dolanışıq xərclərini verərsə, çətinlik və sıxıntılarını həll edərsə), Allah-Taala onun günahlarını bağışlayar".

Şeyx Tusi, "əl-Əmali", s.586, 25-ci məclis – (457-ci hicri ilinin Rəbiul-Əvvəl ayının 16-da, Cümə günü imla edilib), hədis: 1-1212 və 2-1213.
@mirmehemmed_beshir

4 months, 1 week ago

İmam Cavad (ə):
إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا مَنَعوها نَزَعَها عَنْهُم وَحَوَّلَها إِلى غَيْرِهِم
“Həqiqətən, Allahın elə bəndələri var ki, onları davamlı nemət verməklə xüsuslandırıb. Onlara verilən nemətləri paylaşdıqları üçün Allah da nemətini onlardan əsirgəmir. Əgər onlar verilən nemətləri başqaları ilə paylaşmasalar, Allah da nemətini kəsib başqalarına verər.”
“Biharul-ənvar”, c.72, səh.28.

Cümə axşamı gecəsi və Cümə günü verilən sədəqə və edilən yaxşılığın savabı birə mindir. Bu mübarək gecədə sədəqə verməklə bəlaları özümüzdən uzaqlaşdıraq və savabını ölənlərimizin ruhuna hədiyyə edərək onları da şad edək, İnşaallah.
Aşağıdakı bank hesabı ailə başçısı və işçi qüvvəsi olmayan ehtiyaclı ailəyə aiddir:
?Kapital kart:
4169738841617602

4 months, 1 week ago
Başqalarına yüklənməyin, sallanmayın

Başqalarına yüklənməyin, sallanmayın

İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) rəvayət edilən bir hədisdə buyurulur:
"Biz Əhli-Beytdən (ə) deyil o kəs ki, dünyasını axirəti və axirətini dünyası üçün tərk edir". (əl-Fəqih", c.3, s.156).
لَيْسَ مِنَّا مَنْ تَرَكَ دُنْيَاهُ لآِخِرَتِهِ وَ لَا آخِرَتَهُ لِدُنْيَاهُ
Həmin hədisi bir az da ətraflı şəkildə Peyğəmbərdən (s) belə nəql ediblər:
ليس بخيركم من ترك دنياه لآخرته و لا آخرته للدّنيا حتّى يصيب منهما جميعا فإنّ الدّنيا بلاغ إلى الآخرة و لا تكونوا كلّا على النّاس.
"Sizin ən yaxşınız o deyil ki, dünyasını axirəti və ya axirətini dünyası üçün tərk etsin. Sizin ən yaxşınız o kəsdir ki, hər ikisindən nəsibini qazansın. Dünya axirətə çatmaq üçün vasitədir. Və çalışın dünya dolanışığı üçün başqalarına yük olmayın". (Nəhcül-Fəsahə, s.660).
Mənbə:
Şeyx Səduq (306-381 hq), "Mən La Yəhzuruhul-Fəqih", c.3, s.156, hədis: 3568.
Əbul-Qasim Payəndə, "Nəhcül-Fəsahə", s.660, hədis:2393.
@mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

4 months, 1 week ago
İmam Əli (ə) Qəsəs surəsinin 77-ci …

İmam Əli (ə) Qəsəs surəsinin 77-ci ayəsindəki "dünyadan nəsibini unutma" ifadəsinin təfsirində buyurur:
"Sağlamlığını, gücünü, boş vaxtını, cavanlığını, təravət və şadlığını və zənginliyini (yoxsul olmadığın zamanı) unutma ki, onlarla axirətini qazanmalısan".
عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ع‏ فِي قَوْلِهِ تَعَالَى‏ وَ لا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيا قَالَ لَا تَنْسَ‏ صِحَّتَكَ‏ وَ قُوتَكَ وَ فَرَاغَكَ وَ شَبَابَكَ وَ نَشَاطَكَ وَ غِنَاكَ وَ أَنْ تَطْلُبَ بِهِ الْآخِرَةَ
Mənbə: 1). Məhəmməd ibn Əşəs, "əl-Cəfəriyyat", s.176; 2). Şeyx Səduq, "Məanil-Əxbar", s. 325.

P.S: ،Quranın Qəsəs surəsinin 77-ci ayəsini bu hədisin işığında xülasə olaraq belə təfsir etmək olar:
"Allahın dünyada sizə verdiyi ilə axirətini qazanın. Dünyadan ömür, güc, cavanlıq, sərvət, şad və xürrəm olduğunuz vaxt payınızın çox az olduğunu unutmayın və o payı israf etməyin. Bu nemətlər əlinizdə ikən gözəl işlər görün, çünki bu nemətləri itirdikdən sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edib, günahlarınızı bağışlasa da, artıq Allahın sevdiyi işləri qismən və ya təmamən həyata keçirmək imkanınız olmayacaq.
Buna görə də elə bu andan başlayaq günahları tərk edək, dini məlumatlarımızı çoxaldaq, Quran oxuyaq, ibadətlərimizi edək, namaz qılaq və oruc tutaq, Allah yolunda gözəl işlər görək, imkansızlara kömək edək, dostu, qohum və qardaşları yoxlayaq, Allahın bizə verdiyi bu nemətlərin şükrünü əməlimiz ilə ödəməyə çalışaq, İnşaallah.
@mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

4 months, 1 week ago

"Cahili həmişə bu iki haldan birində görərsən: ya ifrat edər (həddini aşar), ya da təfrit (tənbəllik edər, işi əhəmiyyətsiz və yüngül sayar)".
لَا تَرَى الْجَاهِلَ إِلَّا مُفْرِطاً أَوْ مُفَرِّطاً
İmam Əli (ə) / Nəhcül-Bəlağə" (Sübhi Saleh), s.479, hikmət: 70 (68).
@mirmehemmed_beshir

4 months, 1 week ago

SÜD
Hədislərə görə gündəlik SÜD içmək Peyğəmbərin (s) adəti idi. Həmişə SÜD içdikdən sonra deyərdi:
اَللَّهُمَّ بَارِكْ لَنَا فِيهِ وَ زِدْنَا مِنْهُ
"Əllahummə barik ləna fihi və zidna minhu" – Allahım, bu süddə bizə bərəkət ver və onu bizim üçün çoxalt".
İmam Sadiq (ə) / "əl-Məhasin", Bərqi, c.2, s.491 (yeməlilər kitabı, süd babı).
P.S: İordaniyanın Hədis Elməri professoru Məşhur Qəşitat deyir: Hədslərə görə, süd sümükləri bərkidir, bədənə sakitlik gətirir, stresi azaldır, dərini və dişləri qoruyur.
@mirmehemmed_beshir

4 months, 2 weeks ago

✍️Cümənin sübhündə başda mövlamız Həzrət İmam Mehdi Sahib-Zaman (ə.f) olmaqla, müctəhidlərimizin, alim və ruhanilərimizin, cəbhələrdə düşmənlərlə üz-üzə dayanan qardaşlarımızın, həbsdə və qəriblikdə olanlarımızın, ailəmizin və bütün sevdiklərimizin salamatçılığı niyyəti ilə sədəqə verək, İnşaallah.

?
Həzrət İmam Cəfər Sadiq (ə)
مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ حِینَ یُصْبِحُ أَذْهَبَ اَللَّهُ عَنْهُ نَحْسَ ذَلِکَ اَلْیَوْم
"Hər kəs sübh və səhər çağı sədəqə verərsə, Allah-taala həmin günün nəhsliyini (xoşagəlməz hadisələri, şərr işləri, pislikləri, bəlaları) ondan uzaqlaşdırar".
Şeyx Küleyni, əl-Kafi, c.4, s.6, hədis:7.

☀️Aşağıdakı kapital kart ailə başçısı olmayan, ruzi gətirmək üçün işləyəcək gücləri olmayan ehtiyaclı bir ailəyə aiddir:
4169738841617602

@mirmehemmed_beshir

4 months, 3 weeks ago
Axirətin üçün gördüyün beş qəpiklik yaxşı …

Axirətin üçün gördüyün beş qəpiklik yaxşı işi (hələ onu da xalis niyyətlə edibsənsə), İslam üçün, Allah üçün iş görmüşəm deyib özünü aldatma, sən heç nədən doymayan nəfsin üçün iş görmüsən.
Bir çox hallarda bizi yaxşı iş görməyə vadar edən güc imanımız və Allaha olan bağlılığımız deyil, axirət nemətlərinə tamah salan və axirət əzabından qorxan nəfsimizdir.
Nəfsimiz hey bizə deyir ki, bunu elə, onu eləmə, yoxsa, dünya və axirətdə zərər edirsən.
Sədəqə verirsən ki, ruzi çoxalsın, ömürün bərəkətli olsun və sair.
Bəs, harda qaldı Allahın razılığını qazanmaq?!
Hələ bir arada soruşursan ki, ay Seyyid, hər gün sədəqə də verirəm, nəsə işlərimin düyünü açılmıree?!
Doğrudur, sədəqənin dünya və axirət üçün saymaqla qurtarmayacaq faydaları və savabı var. Amma sən onu verəndə Allahın razılığını qazanmaq üçün verməlisən, alver niyyəti ilə deyil!
Düyünləri açan Allahdır və O bizim üçün nəyin xeyirli olacağını daha yaxşı bilir.

Hamımız üçün Allahdan xeyirlisi, İnşaallah.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago