✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago
┄┉❈❥ًً❀)🕋(❀❥❈┉
**Məbəs gününün və gecəsinin əməlləri
Bismillahir-rəhmanir-rəhim**
Mübarək Rəcəb ayının 27ci günü, Həzrəti MƏHƏMMƏDİN(s.ə.a.s.) peyğəmbərliyə seçildiyi gündür. Bu günün gecəsi ən fəzilətli və ən şərəfli gecələrdən biridir. Bu mübarək günün və gecəsinin bir neçə əməli vardır ki, aşağıda onların bəzilərini qeyd edəcəyik;
Məbəs gecəsinin əməlləri barədə bir neçə rəvayətlər nəql edilmişdir ki, onlardan bəzilərini siz əzizlərin diqqətinə çatdırırıq:
Rəcəb ayında elə bir gecə vardır ki, o gün saçan hər bir şeydən yaxşıdır. O gecə rəcəb ayının 27ci gecəsidir ki, onun sübhü Həzrəti Peyğəmbər (s.ə.a.s.) risalətə seçilmişdir. Həqiqətən bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 ilin əməli əcrinə bərabərdir. Həzrətdən(ə) soruşdular: Bu gecənin əməli nədir?
Ağa(ə) buyurdu ki, İşa namazını qılıb yatdıqdan sonra gecə yarısından qabaq istədiyin vaxt yuxudan ayılıb 12 rükət namaz qılırsan.(6 dəfə sübh namazı 2 rükət namaz qılınır. Hər namazda qiyam vaxtı Fatihədən sonra istənilən kiçik surələrdən biri oxuna bilər). Hər 2 rükətlik namazdan sonra 7 dəfə Fatihə, 7 dəfə Nas, 7 dəfə Fələq, 7 dəfə İxlas, 7 dəfə Kafirun, 7 dəfə Qədr, 7 dəfə də Ayətəl Kursini oxuduqdan sonra aşağıdaki duanı oxuyun:
“Əlhəmdulillahilləzi ləm yəttəxiz vələdən və ləm jəkulləhu şərikun fil mulki və ləm yəkulləhu vəliyyun minəzzulli və kəbbirhu təkbirən. Allahummə inni əsəlukə biməaqidi izzikə əla ərkani ərşikə və muntəhər-rəhməti min kitabikə və biismikəl-əzəmil-əzəmil-əzəm. Və zikrikəl əla əl-əla əl-əla və bikəlimətikət-tammati ən tusəlliyə əla Muhəmmədin və alihi və ən təfələ bu ma əntə əhluh.”
İstənilən bir dua oxumaq. (Yəni bu gecəyə məxsus olmayan hər hansı bir duanı oxumaq)
Qüsl etmək (bu qüsl dəstəmazı əvəz etməz)
30 rükət namaz qılmaq (15 dəfə 2 rükətli sübh namazı kimi). Bu namazların hər rükətində 1 dəfə Fatihə, 10 dəfə İxlas surəsini oxumaq
Həzrəti Əlinin (ə) ziyarəti
və sair dualar və zikrlər mövcuddur.
Məbəs gününün əməlləri
Qüsl etmək (bu qüsl dəstəmazı əvəz etməz)
Oruc tutmaq (bu gün il ərzində 4 gündən biridir ki, bu günün orucunun savabı 70 ilin orucuna bərabərdir)
Bacardıqca çoxlu salavat demək
Həzrəti Peyğəmbər(s.ə.a.s.) və Həzrəti ƏLİNİN(ə) ziyarəti
12 rükət namaz qılmaq. 6 dəfə 2 rükət namaz qılmaq. Hər 2 rükət namaz bitdikdən sonra 4 dəfə Fatihə, 4 dəfə İxlas, 4 dəfə Nas, 4 dəfə Fələq surələri , 4 dəfə“lə iləhə illəllahu vəllahu əkbər və subhənallahi vəl-həmdulillahi və lə həvla və la quvvətə illa billahiləliyyil əzim” zikri, 4 dəfə “Əllahu Əllahu rəbbi lə uşriku bihi şəyən” zikri, 4 dəfə “Lə uşriku birəbbi əhədən” zikri oxunur.
Və sair əməllər , dualar və zikrlər mövcuddur ki müfəzzəl dua kitablarında qeyd edilmişdir.
📓Tərtib Kərbəlayi Anar Huseyni
✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾
Sənə lazım olana toxun və abone ol 💫
➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini
Rəcəb ayının 25-i İmam Musa Kazım (ə) şəhadəti günüdür.
Yeddinci imam olan Museyi-Kazım (ə) hicrətin 128-ci ilində (miladi 745) dünyaya gəlmişdir və 183-cü (miladi 799) ilində şəhid edilmişdir. Altıncı imam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa Kazım (ə) Əhli-beytin (ə) nurlu yolunu qoruyur, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparırdı. O Həzrət (ə), digər İmamlar (ə) kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi.
Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-beyt (ə) tərəfdarları təqiblərini bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər. Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran - böyük Əhli-beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər.
Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.
Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.
❁ ﷽ ❁
İbrətamiz hekayə.
Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti öz əsrinin alimlərindən biri idi. O, İmam Rza (ə.s) ilə çoxlu
məktublaşmalardan sonra Həzrət İmam Rzanın (ə.s ) imamətinə iman gətirdi. Bir gün İmam Rzaya (ə.s) dedi: “Əgər maneəsi olmasa və mənim gəlib-getməyim hökumət orqanları tərəfindən çətinlik yaratmazsa sizə gəlib elminizdən bəhrələnmək istəyirəm". Bir gün qürub çağı İmam Rza (ə.s ) öz şəxsi miniyini Bəzənti üçün göndərib onu öz evinə gətirdi. Gecənin yarısı elmi sual-cavabla keçdi. O, dalbadal özü üçün çətin olan sualları verir və İmam (ə.s) da onları cavablandırırdı. Bəzənti ona nəsib olan bu mövqeyə görə fəxr edir və sevincindən yerə-göyə sığmırdı. Yatmaq vaxtı gəlib çatdı. İmam (ə.s ) öz xidmətçisini çağırdı və ona dedi: “Mənim şəxsi yatağımı gətir və Bəzənti üçün sər, qoy istirahət etsin". İmamın (ə.s) Bəzəntiyə göstərdiyi bu xüsusi məhəbbət ona çox təsir etdi. Xəyal quşu uçmağa başladı. Ürəyində öz-özünə dedi: “İndi dünyada məndən də xoşbəxt və bəxtəvər bir kəs yoxdur. Bu mənəm ki, İmam (ə.s) öz şəxsi miniyini mənim üçün göndərdi və onunla məni öz evinə gətirdi. Bu mənəm ki, İmam (ə.s) gecənin yarısına kimi mənimlə tək, oturdu və suallarıma cavab verdi. Bütün bunlardan əlavə bu mənəm ki, yatmaq vaxtı çatdıqda Imam (ə.s) öz şəxsi yatağını mənim üçün sərmələrini əmr etdi. Elə isə dünyada kim məndən daha xoşbəxt ola bilər?" Bəzənti bu xəyallara elə qərq olmuşdu ki, dünyanı və dünyada olanları ayaqları altında görürdü. Qəfildən İmam Rza (ə.s) əlini yerə qoyaraq qalxıb getmək istədiyi zaman Bəzəntiyə "Ey Əhməd!” deyə xitab etdi və onun xəyallarını yarıda qoydu. O, buyurdu:
- “Heç vaxt, bu gecə baş verənləri özün üçün fəxr və qalarından üstünlük meyarı qərar vermə. Çünki Əli ibn Əbu Talibin (ə.s) böyük səhabələrindən olan Səsəə ibn Suhan bir gün xəstələnir. Həzrət Əli (ə.s) ona baş çəkməyə gedir və ona çoxlu məhəbbət göstərir. Əlini mehribanlıqla Səsəənin alnina qoyur. Lakin yerindən qalxıb getmək istədikdə ona xitab edib buyurur: “Bunları özün üçün fəxr və üstünlük bilmə. Bunlar sənin üçün heç bir şeyə dəlalət etməz. Mən bütün bunları boynumda vəzifə olduğu üçün etdim. Heç kəs bu cür şeyləri öz kamilliyinə dəlil bilməsin.”
?Biharul-ənvar, cild 12, səh 14.
✾࿐༅?????༅࿐✾
Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.
❁ ﷽ ❁
Niyə namazda özümüzə salam göndəririk?
İbadətlərin bir çoxunun, o cümlədən namazın öhdəsində olan vəzifələri vardır ki, onların səbəbləri bizə açıqlanmamışdır. Biz onları Allah Təala tərəfindən əmr olunduğu üçün yerinə yetiririk.
Hədislərimizə əsasən namazın sonunda verilən salamlar namazın təhlilidir. İmam Sadiqdən (ə) gələn hədisdə deyilir ki, namazın təhrimləri (yəni, qadağa edilənləri) dedikdə məqsəd odur ki, təkbir deyildikdən sonra namazın əksinə olan işlər yerinə yetirlməsin.
Namazın təhlili dedikdə məqsəd odur ki, namazın təslim və axırıncı salamlarını verəndən sonra namazın əksinə olan işləri yerinə yetirmək caizdir. O cümlədən danışmaq. (İslami saytlara istinadən)
Bəzi hədislərdə isə oxuyuruq ki, namazın sonunda verilən salamlar dünya və axirət bəlalarından amanda olmaq vasitələridir. İmam Sadiq (ə) bu haqda buyurur: “Hər bir namazın sonunda verilən salamlar – əmin-amanlıqdır. Yəni, hər kim İlahi əmri və Peyğəmbərin (s) sünnətini Allah qarşısında müti və təvazökar halda yerinə yetirərsə, onun üçün dünya bəlasından pənah yeri və əmin məqam olar. Axirətdə İlahi əzaba görə bəraət və xilas olmaq olar”.
Salam özü – Rəhim və Rəhman olan Allah tərəfindən deyilən sözdür. Ona görə də hər kəsə, eləcə də özümüzə salam vermək rəhmət və bərəkətin nazil olmasına səbəb olar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Nə zaman evinə daxil olsan, de: “Bismilləh və Billəh”. Sonra ev əhlinə salam ver və əgər evdə kimsə olmasa, de:
بسم الله و سلامٌ علي رسول
الله و علي اهل بيته و السلام علينا و علي عباد الصالحين
"Bismilləh və səlamun alə Rasulilləh və alə Əhli-Beytihi vəs-səlamu aleynə və alə ibədis-salihin".
Nə zaman bu kəlmələri desən, şeytan sizin evdən qaçar”.
Beləliklə deyə bilərik ki, namazda özümüzə salam vermək – İlahi rəhmət və bərəkətə səbəb olar və bizi dünya və axirət bəlalarından qoruyan vasitə olar. Bundan əlavə, salam Allah tərəfindən deyilən söz olduğu üçün onu hər kəsə, eləcə də özümüzə vermək bizə bərəkətlər nazil edər və salehlərin zümrəsinə qoşulmağımıza yardım edər.
Bizim yadımıza salar ki, Allaha məhz saleh bəndə olmaq üçün ibadət edirik.
✾࿐༅?????༅࿐✾
Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago