Last updated 3 days, 18 hours ago
☆- لـ نـشـر اعلانـاتــكم $ @QQQQKS
10قنوات لتمويل @XX_2S
☆آشعار☆ستوريات☆انستا☆بنات
☆-مآ أحزَن الله عَبداً الا لـ يُسعده ♡
• لـ طلب بوت حمايه? ? @VAOD_BOT
☆-1 المنشئ #حمودي_الزعيم
☆-2المنشئ #الذهبي
✹ القنـاه الاولئ علئ التليڪرام والباقي تقليد
Last updated 2 months, 3 weeks ago
https://t.me/hjjhhhjjnkkjhgg1234
Last updated 3 weeks, 6 days ago
❗Salam Aleykum əzizlər. Bu gün sizlər üçün teleqramın gözəl kanallarını bir yerə toplamışıq. Altdakı butonlara toxunaraq bu kanallara abunə ola bilərsiniz 👇
Salam Aleykum əzizlər. Sizlər üçün teleqramın gözəl kanallarını bir araya toplamışıq. Bu kanallara abunə olmaq üçün altdakı butonlara toxunun 👇
✅ Hazırladı: @hesen_1214
🌙🌙🌙🌙🌙🌙
🚩Zəhra(s) balası İmam Həsən Əskərinin(ə) mövludu münasibətilə hər birinizi təbrik edirik!
🌙🌙🌙🌙🌙🌙
🔺Linkləri paylaşaraq dəstək ola bilərsiz.
🔗https://chat.whatsapp.com/KzZPAUm0iz7CSJG77ARoek
🔗https://www.instagram.com/p/CqkcDvrunIo/?igshid=YmMyMTA2M2Y=
🏴 Allah yolunda öldürülənlərə “ölü" deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz.
#Salam olsun Zəhra(s) balasına.
"İmamiyyənin tovhidə olan etiqadı".
?Birinci bab:
✍️ İmamiyyənin tovhidə olan etiqadı bundan ibarətdir ki, Allah təala birdir və onun şəriki yoxdur,əzəli və əbədidir,eşidən,biləndir və hər bir şeyə elmi vardır.Allah təala eyiblərdən pakdır və heç bir şeyə ehtiyacı yoxdur. Bütün yaradılmışların sifətlərindən uzaqdır. Yəni cism, məkan, zaman, hərəkət və,s sifətlər ki məxluqatda var, Allah təala bu sifətlərdən pakdır. İmamiyyənin etiqadında Allah təala heç bir halda yaratdığı məxluqatla müqaisə edilə bilməz.
✒️Allah təala bütün məxluqatın xaliqidir. Ondan qeyri xaliq yoxdur, yaratdığı bütün məxluqata elmi və lütfü vardır. Allah təala müqəddəs Qurani-Kərimdə belə buyurur:
تَبارَکَ اللَّهُ رَبُّ الْعالَمِینَ
?"Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır"!
▶️ Hər kim Allaha təalanı məxluqatla müqaisə edə və ona oxşada şirkə düçar olmuşdur və hər kim ki bu batil əqidəni İmamiyəyə nisbət verə həmin şəxs yalançıdır. Hər hansı bir hədis və alimin bəyanı Allah təalanı məxluqatına oxşadsa yalan və qurmadır.Vacibdir ki Allah təalaya verilən nisbətlər müqəddəs Qurani-Kərimlə uyğun ola əks halda batildir.
?Allah təala öz müqəddəs kitabında belə buyurur;
وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۘ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ ۚ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ
?"Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma, Ondan başqa bir tanrı yoxdur. Yalnız Onun zatından başqa hər şey məhv və puç olmağa məhkumdur. Hakimiyyət ona məxsusdur. Və Ona tərəf qaytarılacaqsınız"!
______
?Mənbə;
(1) Qəsəs surəsi_ayə/88
(2) Qələm surəsi_ayə/42
(3) Əl'etiqadat.
?"İslamın əqidə əsasları"?
'İmamət bəhsi'.
"Əlinin(ə) fəziləti".
✒️Əli(ə)-ın Peyğəmbər(s)-in başqa bütün səhabələrindən üstün və fəzilətli olması, hətta bir çox əhli-sünnə alimləri tərəfindən də qəbul edilmişdir.Əli (ə)-ın fəzilətləri Peyğəmbər(s)-in hədislərində saya gəlməz qədərdir.Şübhəsiz, bu fəzilətləri sadəcə sadalamaq belə, böyük və geniş yazıya ehtiyac duyur. Burada qısa bir cümlə ilə bunu demək olar ki, tarixin qəti şəhadətinə görə, Əli (ə) bütün insani fəzilətlərin mərkəzi, insaniyyət və əxlaq nümunəsidir. O, Peyğəmbər (s)-in səhabələri arasında ən təqvalısı, ən zahidi, ən şücaətlisi, ən səxavətlisi və ən agahıdır. Bu üstünlük o qədər aydındır ki, hətta düşmənləri belə etiraf etməkdən boyun qaçırmamışdırlar.
⚫Bundan əlavə, etibarlı hədislər və bir çox tarixi şahidlərə əsasən, Əli(ə) lədunni (öyrənilmədən hasil olan elmlər) və geniş sahəni əhatə edən elmlərə malik idi. Beləliklə, Əli(ə) imamətinin Qur`an və hədislərdə göstərilməsindən əlavə, imamətin digər şərtlərinə də o cümlədən, məsumluq, hamıdan fəzilətli olmaq və İlahi elmə malik idi. Bu sifətlərin məcmusunu özündə toplayan yeganə şəxs olduğuna görə, Peyğəmbər (s)-in vasitəsiz canişinliyinə ən layiqli yeganə şəxs sayılırdı.İbn Abbasdan nəql edilmişdir ki, İslam
Peyğəmbəri (s) buyurdu:
?“Əgər bağların ağacları qələm, cinlər sayan və insanlar yazan olsa, Əli ibn Əbi Talibin fəzilətlərini saya bilməzlər.¹
?Əhli-sünnə alimlərinin bir çox Əli(ə)-ın Peyğəmbər (s)-in digər səhabələrindən və hətta üç xəlifədən fəzilətli olmasına etiraf edirlər. Lakin fəzilətli olmağı imamətin şərtlərindən hesab etmədiklərinə görə, Əli(ə)-ı Peyğəmbər (s)-in dördüncü xəlifəsi hesab edirlər. İbn Əbil-Hədid Mötəzili, “Nəhcül-bəlağə”yə yazdığı şərhin müqəddiməsində belə bir cümlə deyir:
?“Allah təklifdə olan məsləhətə görə məfzulu (fəzilətlini, yən Əbu Bəkri) əfzəldən (daha fəzilətlidən, yəni Əli (ə)-dan) önə çəkdi.”
⚫Həqiqətdə əhli_sünnə Əli(ə)-ın fəzilətini etiraf etdikləri halda bəziləri inadkarlıq üzündən bu fəziləti danmaqdadır.Buda bilərək batilə haqq donu geyindirməkdən başqa birşey deyildir.
---------------------
?Mənbə:
1.Əhli-sünnə mənbələrində də qeyd edilmişdir. “Yənabiul-məvəddət”, səh. 121, və “Lisanül-mizan”, 5-ci cild, səh. 62
2.Qazi Nurullah Tostəri, Əli (ə)-ın bəzi fəzilətlərini Peyğəmbər (s)-in hədislərinə əsasən, çox cildli “Ehqaqül-həqq” adlı kitabında nəql etmişdir. “Ehqaqül-həqq”, 3-8-ci cildlər.
Last updated 3 days, 18 hours ago
☆- لـ نـشـر اعلانـاتــكم $ @QQQQKS
10قنوات لتمويل @XX_2S
☆آشعار☆ستوريات☆انستا☆بنات
☆-مآ أحزَن الله عَبداً الا لـ يُسعده ♡
• لـ طلب بوت حمايه? ? @VAOD_BOT
☆-1 المنشئ #حمودي_الزعيم
☆-2المنشئ #الذهبي
✹ القنـاه الاولئ علئ التليڪرام والباقي تقليد
Last updated 2 months, 3 weeks ago
https://t.me/hjjhhhjjnkkjhgg1234
Last updated 3 weeks, 6 days ago