✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
? İmam Rzadan (ə) belə nəql olunur:
“Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət hacətlərini rəva edər. Hər kəs bu günü imam Hüseynə (ə) matəm saxlayıb ağlasa, Allah-Taala qiyamətdə həmin günü onun üçün fərəh və sevinc günü qərar verər, behiştdə gözlərini bizimlə işıqlandırar. Hər kəs “Aşura” gününü bərəkət günü adlandırsa və həmin gün evində bir şey zəxirə etsə (qazanıb saxlasa), Allah-Taala zəxirə etdiyi (qazandığı) malı onun üçün bərəkətli etməz... Belə isə, insan “Aşura” günü dünya ilə bağlı heç bir iş görməsin, öz əziz övladının və qohum-əqrəbasına matəm saxlayıb ağladığı kimi, imam Hüseynə (ə) də matəm saxlayıb ağlamaqla məşğul olsun”.
عن أبي الحسن علي بن موسى الرضا ( عليه السلام ) ، قال : من ترك السعي في حوائجه يوم عاشوراء قضى الله له حوائج الدنيا والآخرة ، ومن كان يوم عاشوراء يوم مصيبة وحزنه وبكائه جعل الله عز وجل يوم القيامة يوم فرحه وسروره ، وقرت بنا في الجنان عينه . كما روى شيخ الطائفة الطوسي رحمه الله بسنده
? “Vəsailuş-şiə”, c.14, səh.509.
*? Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 111-ci ayəsində belələri haqda buyurur:*
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canları və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır…”
إِنَّ اللَّهَ اشْتَرى مِنَ الْمُؤْمِنينَ أَنْفُسَهُمْ وَ أَمْوالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ يُقاتِلُونَ في سَبيلِ اللَّهِ فَيَقْتُلُونَ وَ يُقْتَلُون
?Bu ayədə Allah yolunda mübarizə aparanların axirət mükafatından söz açılsa da, şübhəsiz ki, Allah-Taala, öz canını Ona vəqf edənlər üçün elə bu dünyada da mükafatlar nəzərdə tutmuşdur.
? Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə buyurulur:
“Hər kəs Allah üçün olarsa (çalışarsa), Allah da onun üçün olar (çalışar), hər kəs Onun dinini islah edərsə, Allah da onun dünya işini islah edər və hər kəs özü ilə Allah arasında islahat apararsa, Allah da onunla camaat arasında islahat aparar.”
من کان للَّه کان اللَّه له وَ مَنْ أَصْلَحَ أَمْرَ دينه أَصْلَحَ اللَّهُ لَهُ أَمْرَ دُنْيَاهُ و مَنْ أَصْلَحَ مَا بَيْنَهُ وَ بَيْنَ اللَّهِ أَصْلَحَ اللَّهُ مَا بَيْنَهُ وَ بَيْنَ النَّاسِ.
? “Biharul-ənvar”, c.79, səh.197.
? Musa ibn Ümeyr atasından nəql edir ki, İmam Hüseyn (ə) Aşura günü mənə belə buyurdu:
“(Bütün dostlarıma) elan et ki, kimin borcu varsa, mənimlə ölümə getməsin, çünki mən Allah Rəsulundan (s) eşitmişəm ki, buyurub: “Kim dünyadan borcu olan halda getsə, Qiyamət günü onun yaxşılıqlarından götürüləcək.”
نادِ أَنْ لا يُقْتَلَ مَعي رَجُلٌ عَلَيْهِ دَيْنٌ وَ نَادِ بِها فِي الْمَوالي فَإِنّي سَمِعْتُ رَسُولَ اللّهِ(صلى الله عليه وآله) يَقُولُ: مَنْ ماتَ وَ عَلَيْهِ دَيْنٌ أُخِذَ مِنْ حَسَناتِهِ يَوْمَ الْقِيامَةِ
? “İhqaqul-həqq”, c.19, səh.429.
*⚫️ İmam Rzanın (Ə) MUHƏRRƏM AYI barədə göstərişləri*
? Rəyyan ibn Şəbib belə rəvayət edir: Muhərrəm ayının əvvəlində İmam Rzanın (ə) hüzuruna daxil oldum. O, məndən soruşdu: “Ey Şəbibin oğlu, oruc tutmusanmi?” Mən dedim: “Xeyr”. İmam (ə) buyurdu: “Bu gün həmin o gündür ki, Zəkəriyyə Rəbbinə dua edərək “Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən” (“Ali-Imran” surəsi, 38-ci ayə) - söyləmiş, Allah da onun duasına icabət edərək mələklərinə mehrabda ayaq üstə dua etdiyi zaman ona belə nida etmələrini əmr etmişdi: “Allah səni Yəhya ilə müjdələyir” (“Ali-İmran" surəsi, 39-cu ayə). Kim bu gün oruc tuta, sonra Allaha dua edərsə, O, Zəkəriyyənin (ə) duasına icabǝt etdiyi kimi, onun da duasına icabət edər.
? Ey Şəbibin oğlu! Muhərrəm o aydır ki, keçmiş cahiliyyət əhli onun ehtiramına görə zülm və qətli haram etmişdir. Lakin bu ümmət nə bu ayın, nə də Peyğəmbərinin (s) ehtiramını tanımadı. Onlar bu ayda onun zürriyyəsini qətlə yetirdilər, qadınlarını əsir götürdülər və əşyalarımızı qarət etdilər. Allah bunu onlara heç vaxt bağışlamayacaq.
? Ey Şəbibin oğlu! Əgər bir şey üçün ağlayarsansa, Hüseyn ibn Əli ibn Əbu Talib (ə) üçün ağla, çünki onun başı qoçun başının kəsildiyi kimi kəsilmişdir. Onunla birgə ailəsindən on səkkiz nəfər də qətlə yetirilmişdir. Hansı ki, yer üzündə onların bənzəri yoxdur. Onun qətlinə yer və yeddi göy ağladı. Kömək etmək üçün yer üzünə dörd min mələk nazil oldu və onun artıq qətlə yetirildiyini gördülər. Onunla məzarının yanında toz-torpaq içində Qaimin (a) zühurunu gözləyirlər. Onlar onun (Qaimin) köməkçiləri olacaqlar. Onların şüarı belədir: “Ey Hüseynin intiqamını alanlar!”.
? Ey Şəbibin oğlu! Atam öz babasından belə nəql etmişdir: “Babam Hüseyn (a) qətlə yetirildiyi zaman səma qan və qırmızı torpaq yağdırırdı”.
? Ey Şəbibin oğlu! Hüseynə (ə) ağlayarkən göz yaşların yanaqlarına süzüldükdə, Allah sənin - istər böyük olsun, istərsə kiçik, istər az olsun, istərsə də çox - bütün günahlarını bağışlayar.
? Ey Şəbibin oğlu! Əgər Allaha günahsız qovuşmağı istəyirsənsə, o zaman Hüseyni (ə) ziyarət et.
? Ey Şəbibin oğlu! Əgər Cənnətdə inşa edilmiş otaqlarda yaşamaq istəyirsənsə, o zaman Hüseynin (ə) qatilinə lənət oxu.
? Ey Şəbibin oğlu! Əgər Hüseynlə (ə) bərabər şəhid olan kəsin savabının sənə də verilməsini istəyirsənsə, o zaman hər dəfə onu xatırlayanda belə söylə “Kaş mən də onlarla birgə olub, böyük bir feyzə nail olaydım” (“Nisa” surəsi, 73-cü ayə).
? Ey Şəbibin oğlu! Əgər Cənnətin yüksək dərəcələrində bizimlə olmaq istəyirsənsə, o zaman kədərimizə kədərlən və sevincimizə sevin. Sən bizim vilayətimizdə (dostluğumuzda) olmalısan. Əgər hər hansı bir insan hər hansı bir daşı özünə vəli (dost) seçərsə belə, Allah Qiyamət günü onu həmin daşla həşr edər”.
? Şeyx Səduq (r), “əl-Əmali”, səh.130.
? “Uyunu-əxbari-Rza”, səh.299.
*? MÖMİNİN, MÖMİN QARDAŞININ ÜZƏRİNDƏ OLAN HAQQI*
? İmam Sadiq (ə) buyurur:
?Möminin mömin üzərində Allah-Taala tərəfindən vacib buyurulmuş yeddi haqqı vardır:
13 - وباسناده عن مسعدة بن صدقة، عن الصادق قال: قال رسول الله صلى الله عليه وآله للمؤمن على المؤمن سبعة حقوق واجبة من الله عز وجل: الاجلال له في غيبته، والود له في صدره، والمواساة له في ماله، وأن يحرم غيبته، وأن يعوده في مرضه وأن يشيع جنازته، وأن لا يقول فيه بعد موته إلا خيرا وفي (المجالس) عن محمد ابن الحسن، عن الحميري، عن هارون بن مسلم، عن مسعدة بن صدقة مثله. وفي (الخصال) عن محمد بن الحسن، عن الصفار، عن هارون بن مسلم، وعن أبيه، عن الحميري مثله.
? “Vəsailuş-şiə”, c.8, səh.546.
*? MÜBAHİLƏ AYƏSİ*
? (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”
فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
? “Ali-imran surəsi”, 61 ayə.
? Süleyman ibn Ömər İmam Sadiqin (ə) öz atası İmam Baqirdən (ə) belə nəql etdiyini deyir:
“Üç xislətə malik olmayan şəxsin həqiqi imanı kamil deyildir: Dində anlayışlı olmayanın, məişətini (yaşam xərclərini) gözəl şəkildə dəyərləndirməyənin (nizamlamayanın) və bəlalara səbr etməyənin”.
27 - المحاسن: عن أبيه، عن الحسن بن سيف، عن أخيه علي عن سليمان بن عمر عن أبي عبد الله، عن أبيه عليهما السلام قال: لا يستكمل عبد حقيقة الايمان حتى يكون فيه خصال ثلاث: التفقه في الدين، وحسن التقدير في المعيشة، والصبر على الرزايا.
? “əl-Məhasin”, c.1, səh.5.
? “Biharul-ənvar”, c.64, səh.300.
*? ŞİƏ ALİMLƏRİNİN MƏQAMI*
? İmam Həsən-Əskəri (ə) İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir:
“Şiələrimizin alimləri İblis və onun ifritləri ilə sərhəddə üzbəüz mövqe qurublar. İblis və onun tərəfdarlarının bizim zəif şiələrimizə hücum etmələrinin, eləcə də nasibilərin¹ onlara hakim olmalarının qarşısını alırlar. Şiələrimizdən kim bu məqamda olarsa, rum, türk və xəzər qövmləri ilə cihad edənlərdən min-min dəfə üstündür, çünki o bizi sevənlərin dinini, digəri isə bədənlərini qoruyur”.
قال جعفر بن محمد عليه السلام: علماء شيعتنا مرابطون في الثغر الذي يلي إبليس وعفاريته، يمنعونهم عن الخروج على ضعفاء شيعتنا، وعن أن يتسلط عليهم إبليس وشيعته النواصب، ألا فمن انتصب لذلك من شيعتنا كان أفضل ممن جاهد الروم والترك والخزر ألف ألف مرة، لأنه يدفع عن أديان محبينا، وذلك يدفع عن أبدانهم.
¹ Əhli-beyt (ə) düşmənlərinə “Nasibi” deyilir.
? Şeyx Təbərsi, “əl-İhticac”, c.2, səh.155.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago