Əlaqə üçün: @tural_05 ?
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 ?
Depositlərinizi M10 və ya Master kartla edin.
Qaydalar sabit mesajda
Last updated 8 months, 3 weeks ago
📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)
📝📊📈 Economics • Capitalism • Finance
✅ Facebook.com/eco.expert
✅ Instagram.com/eco.expert
✅ X.com/eco_expert_
✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert
Last updated 5 days, 16 hours ago
Oğullarıma!
Həyatı öyrənmək lazım,
İki daşın arasında cücərmək kimidir umud.
Kimisi ağappaq pənbə bulud,
Kimisi qaranlıq içində ev qurur.
Sərt qayalar üzərində mamırı,
dünyada ədaləti,
İnsanlardan mərhəməti,
gözləmə...!
Baharı gözləməyən qardələnlərən kimi...
qəfildən bir çiçək ol ümidsizliyin səhrasında.
Özünü daşı çiyinlərində,
Lazım olan, alında tərdir,
ürəkdə qürur...
Kimisi ağappaq pənbə bulud,
Kimisi qaranlıq içində ev qurur.
Bir sarı gülü görüncə,
bir qıza vurul gönülcə.
Həyatı öyrənmək lazım.
Ancaq buludlara gəlincə,
öyrənmə...
Ağlamağı öyrənmə, oğul!
Umid Najjari ©
*ÖZÜNÜ ALDATMA.
Bəzən insanın nəfsi onu aldadır, yə᾽ni şəxs özü-özünü aldadır. İnsanın öz batini tərəfindən aldanması nə deməkdir? Qur᾽an da buyurur: "...Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi [pis əməlinizi sizə yaxşı göstərdi"...(Yusif-83). Təsvil (nəfsin insanı aldatması) çox dəqiq psixoloji terminlərdəndir ki, Qur᾽anda işlədilib. Bu kəlmənin mə᾽nası nədir? Onun mə᾽nası budur ki, insan bə᾽zən öz batini istəkləri tərəfindən aldadılır. İnsanın nəfsi bir şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi onu aldatmaq üçün görür. Təsvil termini çox maraqlı və təəccüblü bir ifadədir. Psixologiya elmi inkişaf etdikdən sonra bu gün həmin nöqtələrə çox dəqiqliklə çatıb. Onlar hətta belə bir nöqtəyə çatıblar ki, insan bə᾽zən heç bir cismi və sinir sistemi problemi olmadan yalnız batini və psixoloji səbəblərdən dəli olur. Məsələn, müsibət və çətinliklərə dözüm çox olduqda insanın ruhu həmin qəm-qüssənin şərindən xilas olmaq üçün ağılı tərk edir. Şair demişkən:
Zehuşyarane aləm hər kera didəm ğəmi darəd Dela, divane şo, divanəgi həm aləmi darəd.
Yə᾽ni: Dünyada olan ağıllılardan kimi gördümsə qəmi var idi, ey qəlb dəli ol ki, dəliliyin də öz aləmi vardır. Bu psixologiya elmində olan əsaslardan biridir.
Hər halda nəfsin məkr və hiylələri – insan nəfsinin başqasına qarşı olan hiylələri – çox mühüm bir məsələdir və irfanda bu məsələlərə çox yaxşı diqqət edilib. İnsanı əxlaqa zidd məsələlərə daxil edərək ruhi cəhətdən xəstələndirən və heyvandan da aşağı salan son iki hissə irfanda çox yüksək dərəcədə bəyan edilib və onlar bə᾽zi nöqtələrə toxunublar ki, doğrudan da heyrətləndiricidir. Yə᾽ni adam onların psixologiya elminin müasir dövrdə kəşf etdiyi incə nöqtələri 600-700 və ya min il bundan qabaq necə əldə etdiklərinə təəccüb edir. Əlbəttə qeyd etdiyimiz bütün bu məsələlərin kökü təsvil məsələsi kimi Qur᾽andan götürülüb. Amma onlar iste᾽dadlı adamlar olduqları üçün, Qur᾽anın verdiyi kələfin ucundan yapışaraq məsələnin kökünə gedib mətləbi tapa biliblər.
📚Mürtəza Mütəhəri*
*BAĞIŞLANMA VƏ TÖVBƏ
Bir ilahi hökm olaraq Allah insanların xətaları və ya günahları ola biləcəyini, lakin bunda inad etməmələrini Quranda bildirmişdir. Mömindən gözlənilən işlədiyi bütün xəta və günahlar üçün hər zaman Allahdan bağışlanmasını diləməsidir.
Məhz inkar edənlər ilə möminləri bir-birindən ayıran ən önəmli xüsusiyyətlərdən biri də budur. İnkarçılar özlərini xətasız və günahsız saymağa çalışırlar. Halbuki möminlərin belə bir iddiası yoxdur. Əlbəttə, Allaha qarşı heç bir günah işləmək istəməzlər. Ancaq insan bəzən nəfsinə aldanıb günah işlədə bilər. Allahın hökmlərini yerinə yetirən zaman zəiflik göstərərək qəflətə düşə bilər. Amma nəticədə bütün bunlardan peşman olub Allaha üz tutması və Ondan bağışlanma diləməsi önəmlidir.
Allahdan bağışlanmasını istəmək möminin təbii və daimi xüsusiyyəti olduğunu görərik. Allah bizə Quran ayələrində möminlərin heç bir zaman özlərini günahdan uzaq görmədiklərini əksinə, qüsur və nöqsanları üçün hər zaman Allahın rəhmətinə güvəndiklərini göstərir. Bir ayədə tövbə etmək möminin ən əsas xüsusiyyətlərindən biri kimi göstərilmişdir:
"Onlar Allaha tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!"
Tövbə" surəsi, 112
Burada tövbə ilə bağışlanma anlayışları arasındakı fərqə də diqqət etmək lazımdır.
Quranda Allahdan bağışlanma diləmək möminin hər zaman etdiyi ibadət olmalıdır.
"Rəbbimiz, bizim günahlarımızı bağışla, pisliklərimizi keç və bizi də yaxşılıq edənlərlə birlikdə öldür"
Ali-İmran" surəsi, 193
deyə yalvardıqları bildirilir. Buna
cavab olaraq Allah bu hökmü verir:
"…Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o artıq doğru yoldan azmış olar!""
"Maidə" surəsi, 12
Bildirdiyimiz kimi bağışlanma insanın fərqində olduğu, ya da olmadığı bütün günahları üçün və digər möminlər üçün də edilə bilər. Tövbəni bağışlanmadan ayıran ən önəmli fərq isə budur: Yalvarmaq – bağışlanmaq məqsədi ilə edilən bir dua mahiyyəti daşıyırsa, tövbədə işlədilən bəlli bir günaha qarşı əməli bir maneə, konkret bir davranış nəzərdə tutulur. Tövbə insanın özünün etdiyi müəyyən bir günah üçün Allahın rəhmətinə sığınması və bir daha o günahı işlətməmək üçün Allaha söz verib Ondan bunun üçün yardım diləməsidir. Kəlmənin tam anlamı "dönmək"dir. Buna görə tövbə qətiyyətlə bir günahdan dönməyi, ondan peşmanlıq duyub imtina etməyi bildirir.
Tövbədəki niyyət bir daha eyni günahı etməmək olmalıdır. Həmçinin Allah "Ey iman gətirənlər, Allaha ciddi bir tövbə ilə tövbə edin. Ola bilər ki, Allah sizin pisliklərinizdən keçər və altından çaylar axan cənnətlərə salar" ("Təhrim" surəsi, 8) deyə əmr etmişdir. Tövbənin bir daha o günahı əsla işlətməmək niyyəti ilə edilməsi vacibdir. Lakin bu vəziyyət insanın bir günah üçün yalnız bir dəfə tövbə edəcəyi mənasını vermir. İnsan bir günah üçün tövbə edə bilər, sonra yenə qəflətə qapılıb yenə eyni günahı işlədə bilər. Bu insan bəlkə dəfələrlə etdiyi tövbəni pozmuş və yeni günaha batmış ola bilər. Amma Allah yenə də ona olan rəhmətini göstərməkdə davam edir. Bu rəhmətə görə insan dəfələrlə tövbəsini pozmuş olsa belə, son dəfə həqiqətən nasuh bir tövbə edib yenə Ona sığına bilər. Bir ayədə Allahın bu sonsuz mərhəməti və bağışlayan olması insanlara belə bildirir.https://t.me/kamiilvenaqis ✧══════📚📚══════✧*
**Bayaqdan düşünürdüm ki, bunu yazım, ya yox. Vəzifə bilib, yazıram.
Bilirsiz ki, son bir neçə ildə dəstə-dəstə yeni cərəyanlar peyda olmaqdadır. Hətta bir zaman bitmiş, izi-tozu silinmiş qədim məzhəblər Azərbaycanda dirilir. Çox təəssüf ki, dünya müsəlman ölkələri artıq bu mərhələni keçiblər. Biz isə həmişə yad ünsürlərin maraq dairəsində olduğumuz üçün bizdə yeni cürərir.
Sabah biri gün burada İsmailiyyə, Vaqifiyyə də görsək, gərək təəccüb etməyək.
Xüsusilə mötədil din xadimləri var ki, heç nəyə qarışmırlar. Qarışsalar, gərək ki, müəyyən bir zümrə ilə üz-üzə gəlsinlər. Dünən onlara ustad deyən kəs bu gün onları söyəcək. Lakin və amma tarix baxımından tam qətiyyətlə həll olunmayan məsələ üstündə məclislər təşkil edən əzizlər, bu binəva inanclı adamlara ürəyiniz yansın. "Filan" tarixi şəxsiyyət olsa da olmasa da əqidən dağılmaz, amma artıq sənin əqidənin kökləri laxladılır.
İndi isə "əxbari", "rafizi" adları altında yeni cərəyanlar ortaya çıxır. Petraçılardan canımızı qurtarmışdıq ki, indi də xeyli vaxtdır mənə "əxbari kimlərə deyilir?" sualları verilir. Bu neoəxbarilik təbliğ edənlərin çoxu hicrətin 11-ci əsrindən sonra şiddətlənən "Əxbari-Üsuli" qarşıdurmasını canlandırmağa çalışırlar.
Mən başa düşürəm, hansısa müctəhidə nifrət edə bilərsiz, yaxud bunu özünüzə siyasi sığorta da edə bilərsiz. Lakin düşmənçiliyi həmin müctəhidlə edin.
Bilmirsiniz ki, siz bilmədən, başınız çıxmayan sütunları tərpətmək və savadsız dindarları hərəkət etdirmək istəyirsiz. Özü də bu zümrə Quranilər, petraçılar, əməvilər və sairlərindən daha qatı və sərtdirlər. Bəziləri hətta daha ədəbsizdilər. Qurani ilə dil tapmaq olar, petraçı ilə də, amma bunlarla çətin. Onlar bir sıra uydurma hədislərə əsaslanıb, adama şərr və böhtan atmağı da caiz bilərlər.
Elmi rəqabətdə məğlub olmuş bir cərəyanı diriltmək istəyənlər, inanın ki, çoxu əxbariliyin əsaslarını bilmir. Əxbarilik həssas bir məsələdir. Onların da böyük rolu olub. Lakin elmi dartışmada məğlub olublar. Hansısa müctəhid, alim, siyasi görüşə görə, bilmədiyiniz işlərə girməyin.
Yoxsa sizi bu yolda susuz aparıb, susuz gətirərlər, bir də ayılarsız ki, hansısa batil bir məzhəb qurmusuz.
Qarışıq durumu bir az da qarışdırmayın. Məsələni elmi səviyyədən kənara çəkməyin. Müzakirə edin, suallar və iradlar verin, eybi yox. Amma bundan alət düzəltməyin. Heç olmasa alimlərin ruhundan həya edin. Məsuliyyət daşıyırsınız.
Fərid Abdulla**
“Kimə haqqın sirrini öyrətdilərsə, ağzına möhür və tikiş vurdular”.
Ustad Fatimi Niya
"İlahi, bəzi bəndələrinin düşüncələrinin səsini susdur ki, Sənin səsini eşitsinlər.
Onlar mühakimə etməklə o qədər məşğuldurlar ki, Sənin Hakim olduğunu unudurlar."
?Əli Şəriəti
Allahım Səndən gücüm qədərin isdiyirəm, onunda qədərin Sən bilirsən .
#Mən_və_cəmiyyət Özündən* zəiflərə qarşı kobud, təkəbbürlü və aqressiv, özündən güclü qabağında isə yaltaq, müti və təvazökar insanları yetişdirən ya bir ictimai sistem** var, ya bir ailə var, ya da bir genetik kod var.
Neqativliyi yaradan o qədər çox var ki, çaş-baş qalırsan ki, hansı ilə mübarizə aparasan. Əjdahanın yeddi başı kimi. Birini kəsirsən yerinə ikisi çıxır. Cəmiyyətimiz diabetik xəstə kimidir. Hansısa üzvü xəstələnsə müalicə oluna bilmir, çünki ümumi ictimai immun sistemi zəifdir. CƏMİYYƏT Özü pisi nəzəri olaraq sevmir, amma praktiki olaraq özünü pisliyə çox rahat bulaşdırır.
Qeyd: Bizim vəzifəmiz eşitdiklərimizi təməli şəkildə araşdımaq ,gördüklərimizinsə pərdə arxası nədən ibarətdir mütləq süzgəcdən keçirməliyik .Məndən nə olar deməməli elə hər şeyin məndən başladığını yuxarı bizə doğru getdiyini öyrənməliyik*https://t.me/kamiilvenaqis
**Bu bir qaydadır, insanın fikrini bir şey məşğul edərsə, həmin davranışa qarşı meyil və istəyi artar.
Əmirəl-möminin Əli (ə) buyurmuşdur:
“Fikir və düşüncəsi günaha bulaşmış adamı günahlar
özünə cəlb edər”.**
Cahil adam qorxaq olur. Qorxaq qorxduğunun məhv olmasını istəyir. Cahil hər şeydən qorxduğu üçün hər şeyi məhv etməyə çalışır.
Cahilin məntiqiP. S. Nəsiminin cəhalətə əjdaha deməsi təsadüfi deyildi. Hikmətli adamların işlətdiyi hər sözün öz mənası olur.
Əlaqə üçün: @tural_05 ?
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 ?
Depositlərinizi M10 və ya Master kartla edin.
Qaydalar sabit mesajda
Last updated 8 months, 3 weeks ago
📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)
📝📊📈 Economics • Capitalism • Finance
✅ Facebook.com/eco.expert
✅ Instagram.com/eco.expert
✅ X.com/eco_expert_
✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert
Last updated 5 days, 16 hours ago