Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Tövhid və Sünnə uşaqlar üçün

Description
Bu kanalda uşaqlar üçün İslam dini barədə təməl biliklər təqdim edilir.
Advertising
We recommend to visit

Last updated 1 month, 1 week ago

😍😍 Jօռɨ aռɖ sɦaʀɛ ʍʏ ċɦaռռɛʟ քʟs 🙏🙏
👇👇👇
😘✌️Aɮօʊt channel🤘😍
#ռɛա ʍʊsɨċ 🕺💃🎧
#քɨċtʊʀɛ 💏📸
#ʄa𝚗̸ռɛ ʋιԃҽσ😂🤣
𝙹̶𝚘̶𝚒̶𝚗̶&̶ 𝚂̸𝚑̸𝚊̸𝚛̸𝚎̸ 𝚙♥𝚕♥𝚜♥🙏🙏
👇👇👇
@All_music_Faf
@All_music_Faf
Any question&comment👉 @Danger_boy2

Last updated 7 months ago

1 week, 4 days ago
1 week, 4 days ago
1 week, 4 days ago
2 months, 1 week ago

11-ci məclis.

2 months, 1 week ago

5️⃣-ci şərt məhəbbətdir. Bunun əksi nifrətdir. Biz Allahı, Onun Elçisini ﷺ, islam dinini və ləə iləəhə illəllah kəlməsini deyib onun tələblərini yerinə yetirən hər bir müsəlmanı sevməliyik və onlara nifrət edənlərdən olmamalıyıq. Uca Allah Bəqara surəsinin 165-ci ayəsində buyurur:

**وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ

"İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) *tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür."6️⃣-cı şərt qəbul etməkdir. Bunun əksi inkar etməkdir. Biz ləə iləəhə illəllah* kəlməsini həm dilimizlə, həm də qəlbimizlə qəbul etməliyik. Bu kəlməni qəbul etməyən müşriklər barədə bəzi ayələri sizinlə əvvəlki məclislərimizdə oxumuşuq.

7️⃣-ci şərt təslim olmaqdır. Bunun əksi tərk etməkdir. Biz ləə iləəhə illəllah kəlməsinin bütün tələblərinə gizlində və aşkarda təslim olmalıyıq. Ləə iləəhə illəllah kəlməsini deyən kəs Allahın hökmünə boyun əyməlidir. Luqman surəsinin 22-ci ayəsində Uca Allah buyurur:
**وَمَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar."**

❗️Əsas bunları sadəcə əzbərdən demək deyil. Əsas odur ki, biz bu əzəmətli kəlməni və onun tələb etdiyi məsələləri öyrənib həyata keçirək. Buna müvəffəq edən isə ancaq Allahdır. Allahdan istəyirik ki, bizi bu tövhid kəlməsini öyrənib haqqı ilə həyata keçirənlərdən etsin!

2 months, 1 week ago

11-ci məclis.

Ən əzəmətli və ən fəzilətli kəlmə ləə iləəhə illəllah kəlməsidir. Bu tövhid kəlməsini öyrənmək çox vacibdir, çünki ləə iləəhə illəllah islam dininin ən böyük bünövrəsidir. Bu kəlməyə iman gətirməyən müsəlman olmur.

Ləə iləəhə illəllah kəlməsinin 7 şərti var.

1️⃣-ci şərt elmdir, bunun əksi də cəhalətdir. Biz bu kəlmənin mənasını bilməliyik. Uca Allah Muhəmməd surəsinin 19-cu ayəsində buyur:

**فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ

“Bil ki, Allahdan başqa (ibadətə layiq) heç bir ilah yoxdur.”**

Osman ibn Əffandan (radiyAllahu anhu) rəvayət olunan səhih hədisdə Peyğəmbərimiz ﷺ demişdir:
**مَن ماتَ وهو يَعْلَمُ أنَّه لا إلَهَ إلَّا اللَّهُ، دَخَلَ الجَنَّةَ

“Kim Allahdan başqa (ibadətə layiq) heç bir ilahın olmadığını bilərək vəfat edərsə, cənnətə daxil olar.”** (Sahih Muslim, 26)

*❕Ləə iləəhə illəllah kəlməsi iki hissədən və ya iki rükndan ibarətdir: 1-ci hissəsi inkardır, 2-ci hissəsi isə isbatdır. Biz ləə iləəhə deyəndə bütün batil ilahları inkar edirik, illəllah deyəndə isə yalnız Allahın ibadətə layiq olduğunu deyirik. Zuxruf surəsinin 26-27ci ayələrində Uca Allah buyurur:
*وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِمَّا تَعْبُدُونَ

Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam.

إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ

Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.**

2️⃣-ci şərt yəqinlikdir. Bu da şək və şübhənin əksidir. Ləə iləəhə illəllah kəlməsini deyəndə biz bunun mənasına heç bir şübhə etmədən tam yəqinliklə inanmalıyıq. Hucurat surəsinin 15-ci ayəsində Uca Allah möminləri vəsf edərək buyurur:
**إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا

“Möminlər o kəslərdir ki, Allaha və Peyğəmbərinə iman gətirər, sonra da bundan əsla şübhəyə düşməzlər”**.

Abu Hureyra (radiyAllahu anhu) rəvayət edir ki, Allah Elçisi ﷺ belə dedi:

**أشهَدُ أنْ لا إلهَ إلَّا اللهُ ، و أنِّي رسولُ اللهِ ، لا يلْقَى اللهَ بِهِما عبدٌ غيرُ شاكٍّ فِيهِما إلَّا دخَلَ الجنةَ

“Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur və mən Allahın rəsuluyam. Bu iki kəlməni şəkk etmədən deyib Allahla qarşılaşan kəs cənnətə daxil olar.”** (Sahih Muslim, 27)

3️⃣-cü şərt ixlasdır. Bunun əksi şirk və riyakarlıqdır. Biz ibadəti ixlasla, ancaq Allah üçün etməliyik. Zumər surəsinin 3-cü ayəsində Uca Allah buyurur:

**أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ

"Həqiqətən, əsl din ancaq Allaha məxsusdur."**

Beyyinə surəsinin 5-ci ayəsində Uca Rəbbimiz buyurur:

**وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ

"Onlara dini yalnız Allaha məxsus edərək Ona ibadət etmələri əmr olunmuşdu."**

Səhih hədisdə Allahın Elçisi ﷺ demişdir:

**أسْعَدُ النَّاسِ بشَفَاعَتي يَومَ القِيَامَةِ مَن قالَ لا إلَهَ إلَّا اللَّهُ خَالِصًا مِن قَلْبِهِ

“Qiyamət günü mənim şəfaətim sayəsində ən xoşbəxt adam, səmimi-qəlblə ləə iləəhə illəllah deyən kəs olacaq".** (Sahih əl-Buxari, 99)

4️⃣-cü şərt sadiqlikdir. Bunun da əksi yalandır. Biz ləə iləəhə illəllah kəlməsini söyləyəndə qəlbimizlə də buna sadiq olmalıyıq. Bu kəlməni dildə deyib amma qəlbdə sadiq olmayan münafiqlər barədə Uca Allah Munafiqun surəsinin 1-ci ayəsində deyir:

**إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ

"Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər yalançıdırlar."**

Ənkəbut surəsinin 3-cü ayəsində Uca Allah buyurur:

**فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ

“Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.”**

2 months, 2 weeks ago

10-cu məclis.

2 months, 2 weeks ago

Ləə iləəhə illəllah (Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur) kəlməsinin çoxlu fəzilətləri var. Gəlin sizinlə bəzilərini qeyd edək.

🔹 Ali İmran surəsinin 18-ci ayəsində Uca Rəbbimiz bizə bildirir ki, O (Subhənəhu və Tə'alə), Özünün ibadətə layiq olan yeganə ilah olduğuna şəhadət edir. Uca Allah buyurur:

**شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ

Allah şahidlik etdi ki, Özündən başqa (ibadətə layiq) heç bir ilah yoxdur.**

🔹 Quranda Nəhl surəsi kimi tanıdığımız surənin başqa bir adı da var: Ni'əm surəsi, yəni Nemətlər surəsi. Bu surədə Uca Allah çoxlu nemətləri barədə danışır, ona görə bu surəyə belə ad da verilib. Və bu surədə Allah ilk olaraq ən vacib və ən böyük neməti qeyd edir, bu da ləə iləəhə illəllah, tövhid nemətidir. Uca Allah Nəhl surəsinin 2-ci ayəsində buyurur:

يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنْذِرُوا أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاتَّقُونِ(Allah) Öz əmri ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “(Qullarımı) qorxudub xəbərdar edin ki, Məndən başqa (ibadətə layiq) ilah yoxdur. Məndən qorxun!”

🔹 Allah Quranda ləə iləəhə illəllah kəlməsini “gözəl söz” adlandırır. İbrahim surəsinin 24-cü ayəsində Uca Allah buyurur:
**أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (ləə iləəhə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac), Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.**

Təfsir alimləri qeyd edirlər ki, bu ayədəki "gözəl söz" ləə iləəhə illəllah kəlməsidir, o ağac isə palma, xurma ağacıdır.

🔹 Allah ləə iləəhə illəllah kəlməsini həmçinin “möhkəm söz” adlandırır. İbrahim surəsinin 27-ci ayəsində Uca Allah buyurur:

**يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ

Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar.**

🔹 Bəqara surəsinin 256-cı ayəsində Uca Allah ləə iləəhə illəllah kəlməsini “heç vaxt qırılmayan ən möhkəm dəstək” adlandırır. Uca Allah buyurur:

فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انْفِصَامَ لَهَا
Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar.

🔹 Həmçinin, Uca Allah ləə iləəhə illəllah kəlməsini müxtəlif surələrdə başqa adlarla da qeyd edib. Məsələn, Fəth surəsinin 26-cı ayəsində: كَلِمَةَ التَّقْوَىٰ - təqva kəlməsi; Rad surəsinin 14-cü ayəsində: دَعْوَةُ الْحَقِّ - haqq çağırış.

🔹 Bu kəlmənin fəzilətlərindən həmçinin odur ki, o, yaxşı əməllərin ən əfzəlidir.

🔹 Qiyamət Günü tərəzidə ən ağır bu kəlmə olacaq.

🔹 Kim bu kəlməni səmimi qəlbdən desə Qiyamət Günü Peyğəmbərin ﷺ şəfaətinə nail olacaq.

4 months, 2 weeks ago

2-ci məclisin 2-ci hissəsi.

4 months, 2 weeks ago
We recommend to visit

Last updated 1 month, 1 week ago

😍😍 Jօռɨ aռɖ sɦaʀɛ ʍʏ ċɦaռռɛʟ քʟs 🙏🙏
👇👇👇
😘✌️Aɮօʊt channel🤘😍
#ռɛա ʍʊsɨċ 🕺💃🎧
#քɨċtʊʀɛ 💏📸
#ʄa𝚗̸ռɛ ʋιԃҽσ😂🤣
𝙹̶𝚘̶𝚒̶𝚗̶&̶ 𝚂̸𝚑̸𝚊̸𝚛̸𝚎̸ 𝚙♥𝚕♥𝚜♥🙏🙏
👇👇👇
@All_music_Faf
@All_music_Faf
Any question&comment👉 @Danger_boy2

Last updated 7 months ago