Tövhid və Sünnə uşaqlar üçün

Description
Bu kanalda uşaqlar üçün İslam dini barədə təməl biliklər təqdim edilir.
Advertising
We recommend to visit

🇹🇷 𝐓ü𝐫𝐤 𝐬𝐢𝐥𝐚𝐡𝐥ı 𝐤𝐮𝐯𝐯𝐞𝐭𝐥𝐞𝐫𝐢 𝐨𝐧𝐮𝐫𝐮𝐦𝐮𝐳𝐝𝐮𝐫.
Kardeş kanalımız; https://t.me/muhafizhaber

Last updated 2 weeks ago

1)Söyüşlü rəy qadağandır
2)Küçə jarqonu qadağandır.
3)Siyasilərə qarşı qeyri nizami üslub qadağandır
4)Mübahisələri dava səviyyəsində böyütmək qadağandır
5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır
6)Milliyətə qarşı təhqir qadağandır

Last updated 3 weeks ago

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı

Last updated 2 months, 3 weeks ago

1 month, 3 weeks ago

31-ci məclis. Peyğəmbərimizi tanıyaq-3.

1 month, 3 weeks ago

31-ci məclis. Peyğəmbərimizi tanıyaq-3.

- Peyğəmbərimiz ﷺ ətir sevərdi və çox ətirlənərdi. Onun gəlişi gözəl qoxusu ilə bilinərdi. Ən çox sevdiyi ətir müşk idi. Ona hədiyyə olaraq verilən heç bir ətri geri qaytarmazdı.
- Allahın Elçisi ﷺ həmişə öz təmizliyinə diqqət yetirərdi və ümmətinə də təmizkar olmağı əmr edərdi. Əyin-başın, həyət-bacanın təmiz saxlanılmasına təşviq edərdi. Kölgəliklərin, yolların, suların və camaatın istifadə etdiyi yerlərin bulaşdırılmasını qadağan edərdi. Peyğəmbərimiz ﷺ ağız təmizliyinə də önəm verirdi. Ərak ağacından düzəldilmiş misvakı çox sevirdi; yuxudan oyananda, dəstəmaz aldıqda, namazdan öncə və evinə daxil olarkən, adi günlərdə və oruclu olduğu vaxtlarda misvakdan istifadə edərdi.
- Məhəmməd Peyğəmbər ﷺ nəyə imkanı çatırdısa, o paltardan geyinərdi. Bəzən pambıqdan, bəzən yundan, bəzən isə kətandan olan və sahib olduğu ən gözəl paltarlarını geyinirdi. Ən çox sevdiyi ağ rəngdə paltarlar idi.
- Peyğəmbərin ﷺ ən çox sevdiyi içki sərin şirin su idi (quyu suyu, bulaq suyu). Suyu üç nəfəsə (üç qurtuma) içərdi. Balı, halvanı, dəvə əti, qoyun əti, toyuq əti, dəniz məhsullarını, közdə bişmiş yeməkləri, quru və yaş xurma növlərini və s. sevirdi. Əksər vaxtlarda süfrəsi yerdə açılardı. Üç barmaq ilə yeyərdi və yedikdən sonra barmaqlarını yalayardı. Heç vaxt dirsəklənmiş (nəyəsə söykənmiş) halda yemək yeməzdi. Su içməzdən və yeməkdən əvvəl həmişə “bismilləh” deyirdi, qurtardıqdan sonra isə “əlhəmdulilləh” deyirdi.
- Peyğəmbərimizin ﷺ susması danışmasından daha çox olardı. Ehtiyac olmadıqca, yaxud ona aidiyyatı olmayan məsələlər barədə danışmazdı. Peyğəmbərin ﷺ danışıq tərzi açıq-aydın idi. Dinləyən hər kəs onu rahat şəkildə anlayırdı. Danışanda ancaq xoş sözlər deyərdi. Peyğəmbərimiz ﷺ insanların ən düzdanışanı idi, heç vaxt yalan danışmamışdı. Hətta zarafat edəndə ancaq düz söz danışaraq zarafat edərdi.
- Peyğəmbərimiz ﷺ ən təvazökar, ən mülayim insan idi. Kasıbın dəvətinə “yox” deməmiş, ən kiçik hədiyyəni belə geri çevirməmişdir. Kasıb və zəif müsəlmanları ziyarət edər, xəstələrinə baş çəkər və cənazələrində iştirak edərdi.
- Allahın Elçisi ﷺ insanların ən səxavətlisi və ən comərdi idi. İnsanlara yardım etmək, onlara hədiyyə vermək Peyğəmbərə ﷺ ən xoş gələn əməllərdən idi. Ondan kimsə nəsə istəyəndə, heç vaxt cavabında “xeyr” demirdi.
- Peyğəmbər ﷺ Uca Allahı zikr etməkdə ən kamil insan idi. Belə ki, oturarkən, uzanarkən, ayaq üstə olarkən, yürüdükdə, minik üzərində olduqda, səfərdə və evdə, bir yerdə qonaqladıqda – bir sözlə, daima və hər nəfəsində Uca Allahı zikr edərdi. Səhər yuxudan oyandıqda belə deyərdi:
الحمدُ لله الذي أَحْيَانا بعْدَ ما أماتَنا، وإليه النُّشُورُ
“Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun! Dönüşümüz də yalnız Onadır!”
Sübh namazını qıldıqdan sonra elə namaz qıldığı yerdə oturar və günəş çıxanacan Rəbbini zikr edərdi. Evə girərkən, evdən çıxarkən, yemək yedikdə, su içdikdə, paltarını geyindikdə, habelə ayaqyoluna girərkən və təharətdən çıxarkən daima Rəbbini zikr edərdi.

2 months ago

Uşaqlar üçün Məhəmməd Peyğəmbərinhəyat hekayəsi 📚

4 months, 2 weeks ago

25-ci məclis.

4 months, 2 weeks ago
4 months, 2 weeks ago
7 months, 1 week ago
7 months, 1 week ago
7 months, 1 week ago
9 months, 1 week ago

11-ci məclis.

We recommend to visit

🇹🇷 𝐓ü𝐫𝐤 𝐬𝐢𝐥𝐚𝐡𝐥ı 𝐤𝐮𝐯𝐯𝐞𝐭𝐥𝐞𝐫𝐢 𝐨𝐧𝐮𝐫𝐮𝐦𝐮𝐳𝐝𝐮𝐫.
Kardeş kanalımız; https://t.me/muhafizhaber

Last updated 2 weeks ago

1)Söyüşlü rəy qadağandır
2)Küçə jarqonu qadağandır.
3)Siyasilərə qarşı qeyri nizami üslub qadağandır
4)Mübahisələri dava səviyyəsində böyütmək qadağandır
5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır
6)Milliyətə qarşı təhqir qadağandır

Last updated 3 weeks ago

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı

Last updated 2 months, 3 weeks ago