✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Quran yandıran hələ də cəzasız qalıbsa...
Neçə gündür ki, bir ləyaqətsiz Azərbaycanda Qurani-Kərimi yandıraraq Azərbaycan xalqını, ümumiyyətlə bütün dünyada yaşayan saysız-hesabsız müsəlmanları təhqir edib. Əlbəttə bu hadisə digər tərəfdən bir çoxlarının maskasını da cırıb. Kimlərin? Qeyrətli dindarları və ruhaniləri İran agenturası hesab edən və sionist rejimin Azərbaycanda fəaliyyət göstərən agenturasının bir parçası olan saxta müsəlmanların maskası əməlli-başlı cırılıb. Hacı Tale, Hacı Abgül kimi qeyrətli oğlanları hicabı müdafiə etdikləri halda İranın sifarişi ilə iş görməkdə ittiham etdilər, onların dərdinin din, hicab yox, İranı razı salmaq, ölkədə şəriət dövləti qurmaq olduğunu əllərinin altında olan media vasitəsilə elan etdilər. Bu cür qeyrətli oğulların alternativi olaraq daim Dini Qurumlar, QMİ ruhaniləri dövlətini, dinini, xalqını, vətənini sevən insanlar kimi qələmə verildi. Olsun. Kim nə deyir ki?
Bu günlərdə Hacı Tale, Hacı Abgül, Hacı Sərdar, Hacı Zülfüqar öz mövqelərini ortaya qoymaqla gündəm yaratmayıb ki, onların müqabilində QMİ ortaya çıxıb özlərindən vətənini, xalqını sevən dindar imici yaratsın. Bu dəfə ölkə başçısının belə andiçmə mərasimində əl basıb and içdiyi müqəddəs Qurani-Kərim təhqir edilib. Ölkədə yaşayan şiələrin, sünnülərin, vəhhabilərin, quranilərin müştərək kitabı təhqir edilib. Halbuki QMİ, Dini Qurumlar başda olmaqla heç kimsədən lazımı həddə səs çıxmır. Hətta İranla Azərbaycan arasında soyuqluq yarananda və bu səbəbdən kütləvi dindar ovuna çıxıldığı bir vaxtda bir sıra sionist nökəri olan yerli media orqanları, YouTube kanalları ortaya çıxıb özlərini həqiqi müsəlman kimi qələmə verməyə çalışdılar. Həmin sionist nökərləri görəsən, niyə çıxıb öz müqəddəs kitablarını müdafiə etmir, Quran yandıran şərəfsizi məhkum etmirlər? Niyə çıxıb dövlətin müvafiq orqanlarını süstlük etdiyi üçün qınamırlar? Çünki onlara öz ağaları olan sionist rejimdən belə əmr gəlib.
Dövlətin bu vaxta qədər heç bir reaksiya verməməsi isə insanda təbii olaraq sual yaradır. Niyə görə dövlətin hansısa siyasəti tənqid edildiyi üçün kütləvi həbslər baş verdiyi halda bu hadisəyə səssizcə tamaşa edilir? Yoxsa məlun Rafiq Tağının öldürülməsi, Gəncə icra hakiminin güllələnməsi kimi bir hadisənin olması kimlərinsə marağındadır? Yoxsa İranla sionist rejimin arasının hər dəfəsindən daha gərgin olduğu bir dövrdə yenə kütləvi dindar, ruhani həbsi dalğası hazırlayırlar? Yoxsa bu elə müvafiq orqanların öz planıdır? Fazil şousundan başqa növbəti şou gözlənilir? Yoxsa ölkədə parlament seçkisi prosesindən diqqətləri yayındırmaq üçün bu proqram xüsusi olaraq ortaya atılıb?
- İlahiyyatçı Toğrul Nuriyev
Ağayev Ruslan: "Bondatdeldə mənə zülüm etdilər"
İlahiyyatçı Ruslan Ağayev:
"Mən bölməyə girən kimi əlimi bağladılar, banditizme apardılar, qapıdan təpiklə içəri atdılar, orda nalayiq söyüşlər, sözlər dedilər, nəyi var döydülər. "İran satqını, niyə gizlənirsən? Biz neçə vaxtdı səni axtarırıq, amma sən siçan deşiklərində gizlənmisən", dedilər. 4 gün heçnə yemədim, halsız idim, yalnız su içirdim. Qorxurdum ki, yeməyimdə mənə narkotik verələr, sonra birdə yeməyə görə döydülər. "Bura oruc tutmaq yeri deyil sənin üçün" deyə, qışqırırdılar. Ağzımı güclə açdılar, suyu buğazıma tökdülər. 5 dəqiqə çəkmədi bütün bədənim keyidi, bircə qulağım eşidirdi. Çox pis halda idim, bədənim işləmirdi. Rəisləri gəldi, işçilərə "siz neyləmisiz, ölsə neyləyərik, təcili yardım çağırın" deyə, qışqırırdı. Rəisləri polislərə deyirdi ki, təmiz bədənə bu qədər dozada natkotik verərlər?
Təcili yardım gəldi, ilkin yardım göstərsədə, mən dəli olmuşdum. Bədənim key idi, sidiyə gedə bilmirdim. Sidik qovucu dərmanlar verirdilər ki, analiz götürsünlər. Xeyri olmadı, sonra gətirdilər kurdəxanıya atdılar. Orda 5 gunə ancaq özumə gəldim. Elə bildim ölmüşəm, bunların hamsı yuxudur. Öz ölkəsinin vətəndaşına, gəncinə, aliminə bu qədər zülm etməyin səbəbi nədir?! Sizi bu qədər narahat edən nədir?!
Allahdan qorxun! Bu olanlar inşallah övladlarınızın başına gələcək!"
Qəhhar Allahın adi ilə
SƏQƏLEYN FİQH VƏ HÜQUQ MƏRKƏZİNİN QURANIN YANDIRILMASI İLƏ BAĞLI BƏYANATI
"Həqiqətən bu Quran, (insanları) ən möhkəm yola hidayət edir və yaxşı işlər görən möminlərə onlar üçün böyük bir mükafatın olması müjdəsini verir. (Şübhəsiz) Axirətə iman gətirməyənlər üçün ağrılı bir əzab hazırlamışıq!" (İsra 9 və 10)
Şübhə yoxdur ki, İslama, xüsusilə də islami müqəddəslərə edilən hörmətsizlik pak dinimizin əzəmətinə xələl gətirmir, əksinə inadçı və xainlərin acizliyini göstərir.
Əziz xalqımıza bir neçə məsələni xatırlatmaq istəyirik:
Ölkəmizdə Qurani-kərimə və digər dini müqəddəslərə edilən hörmətsizlik Azərbaycan xalqına qarşı edilən dini hücumların ilkin mərhələsidir və bu kimi hadisələrin ciddiyyətlə qarşısının alınması olduqca zəruridir;
Böyük əksəriyyətlə müsəlman olan və tarix boyu həmişə öz dini inancına bağlı qalan bir millətdən belə şəxslərin üzə çıxması, yaxud yetişdirilməsi təəssüfləndirici və qəbuledilməz bir haldır;
"Tolerantlıq" adı altında Azərbaycan xalqının dini inancını təhqir etmək və dinimizə layiq olmayan davranışlar sərgiləmək şübhəsiz ki, heç bir müsəlman tərəfindən qəbuledilməzdir;
Müqəddəs dinimiz bu kimi qanunsuzluqların qarşısını almaq məqsədilə ən ağır cəzaları müəyyən etmişdir;
Beynəlxalq qanunlara əsasən, dini ayin və inancları təhqir etmək cinayət hesab edilir.
Son günlərdə Qurani-kərimə edilən həqarət hər bir müsəlman kimi "Səqəleyn" kollektivinin də ciddi narazılığına səbəb olmuşdur.
Dinimizə qarşı edilən bu və bu kimi hörmətsizliyi şiddətlə qınayır, müvafiq orqanlardan bu və buna bənzər özbaşınalıqların qarşısının alınmasını, habelə cinayətkarın layiqincə cəzalandırılmasını tələb edirik.
"Həqiqətən bu zikri (Quranı) biz nazil etdik və şübhəsiz, onu biz özümüz qoruyacağıq". (Hicr 9)
- Hörmətlə, Səqəleyn Fiqh və Hüquq Mərkəzinin İstifta Heyəti
12 Avqust, 2024.
https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
Telegram
MBH Media
Müsəlman Birliyi Hərəkatının rəsmi teleqram kanalı
"Azərbaycanda hicab məhbusu, vəhdət məhbusu, namaz məhbusu, quran məhbusu var, birdənə rüşvətxor məmur məhbusu yoxdur."
- MBH üzvü Alik Aslanov
"Məni bandotdeldə (BMCMİ) döyəndə deyirdilər:" deyirdin arxanda Allahın var, bəs nə oldu?" Mən də ona cavab verdim ki, məni saxlayan Allah var ki, sənin kimisinin qarşısında sınmıram!"
- MBH sədri Hacı Tale Bağırzadə
"Ədalətsizliyə qarşı çıxan insanların həbs və təqib edilməsi boğaza qədər cinayətə bulaşmış iqtidar təmsilçilərinin pis vərdişinə çevrilib."
- MBH sədri Hacı Tale Bağırzadə
Başda İsmayıl Haniyə və Fuad Şükri olmaqla dünəndən etibarən İslam ümmətinin öndə gedən müqavimətçi və xidmətçilərinə qarşı həyata keçirilən mənfur terror aktlarını qətiyyətlə pisləyir, şəhidlərin yaxınlarına və İslam ümmətinə başsağlığı veririk.
Baş verən hadisələrin təfərrüatlarını an etibarı ilə izləmək istəyirsinizsə, aşağıdakı teleqram kanalına abunə olun ?
➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
Telegram
Təhlil və Tənqid Tv
Elmi-Mədəni və ictimai-siyasi xəbərlər, təhlil və tənqid
Məhkəmə elanı:
1 avqust saat 11:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində MBH üzvü İbrahim Muradovun məhkəmə prosesi keçiriləcək.
Niyə kafirlər, Allahı dananlar, günahkarlar və s. sərvət içərisindədir, ancaq möminlər yoxsul yaşayır, çətinlik içərisindədirlər?
Quranda: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirib təqvalı olsaydılar (günahlardan çəkinsəydilər), sözsüz ki, göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq”, - deyə buyurulur. Halbuki biz möminlərlə müqayisədə çox vaxt kafirlərin ilahi nemətlərdən daha çox faydalandıqlarını, naz-nemət içərisində olduğunu görürük.
Allahın verdiyi cavablardan biri:
Qeyd etmək lazımdır ki, var-dövlət və bərəkət fərqli anlayışlardır. Hər mal-mülk bərəkət deyil. İnsanın səadət və xoşbəxtliyi malda deyil, bərəkətdədir. Allah-taala Quranda buyurur: “Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onları xaredici bir əzab gözləyir”. (Ali-İmran, 178)
Quranın başqa bir ayəsində bu şübhəyə belə cavab verilir: “Kafirlərin şəhərbəşəhər (məğrur-məğrur) gəzib-dolaşması səni aldatmasın! Bu, çox cüzi bir qazancdır. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yerdir!” (Ali-İmran, 196-197)
Quran günahkarların mülkləri və övladları haqqında belə buyurur: “Onların malları və oğul-uşağı səni təəccübləndirməsin. Allah onlara dünya həyatında bu vasitə ilə əzab vermək, kafir olduqları halda, canlarını almaq istəyir”. (Tövbə, 55)
Deməli, var-dövlət, mal-mülk və övladların asayiş səbəbi olduğunu düşünmək olmaz. Ayələrin birində belə deyilir: “Ayələrimizi yalan hesab edənləri tədricən bilmədikləri yerdən əzaba düçar edəcəyik. Mən onlara möhlət verirəm. Çünki Mənim planım və tədbirim güclüdür. (Kimsə ondan yaxa qurtara bilməz)”. (Əraf, 182-183)
Əllamə Cavadi Amuli - Quranda məad – İsra nəşrləri
https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
Telegram
MBH Media
Müsəlman Birliyi Hərəkatının rəsmi teleqram kanalı
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago