Azərbaycan iqtisadiyyatı

Description
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı.

Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində “Economy of Azerbaijan” versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür.
Advertising
We recommend to visit

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Last updated 1 Monat, 1 Woche her

Əlaqə üçün: @tural_05 📲
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 🎰
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 1 Monat her

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 1 Monat, 1 Woche her

17 hours ago

İstismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir
◼️Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanına uyğun olaraq, 2023-cü il iyunun 1-dək tikilən qeyri-yaşayış sahələrinin sahiblərinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mülkiyyət sənədlərinin təqdim olunması davam etdirilır. Dövlət Xidmətinin məlumatına görə, bu günədək 5929 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib, 384 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin olunub. Mülkiyyət sənədlərini - qeyri-yaşayış binalarına dair çıxarışı və texniki pasportu əldə edənlər arasında paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sahibkarlar da var.

◼️Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına əlavə imkanlar açır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.

ℹ️ Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.

18 hours ago

🔤🔤🔤🔤🔤 Azərbaycan nümayəndə heyəti üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib◼️İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib. Forum çərçivəsində təşkil edilən “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri müzakirə olunub.

◼️Sessiyada Özbəkistanla enerji sektoru, yüngül sənaye, avtomobil sənayesi, tikinti, turizm və digər sahələrdə perspektiv layihələr, həmçinin nəqliyyat-logistika, Orta Dəhliz müstəvisində səmərəli işbirliyinin qurulmasına dair fikir mübadiləsi aparılıb.

18 hours ago

🇦🇿🇺🇿 Son beş ildə Azərbaycanın Özbəkistan və Mərkəzi Asiya ölkələri ilə ticarət və nəqliyyat dövriyyəsinin dinamikası istənilən digər coğrafi regionun dinamikasını üstələyir.

◼️Bunu “Özbəkistan 24” telekanalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

◼️Nazir qeyd edib ki, bunun ən yaxşı təsdiqi Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Azərbaycandan çoxlu sayda özəl və dövlət şirkətlərinin iştirakıdır.

◼️Nazir əlavə edib ki, forum çərçivəsində bir sıra investisiya layihələrinin, o cümlədən Azərbaycan kapitalı ilə layihələrin icrası elan ediləcək.

1 week, 2 days ago

📈 Azərbaycana turist axını 40 faizədək artıb
◼️Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

◼️"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31 faiz artaraq 198,3 min nəfər olub.

◼️Ölkəyə gələn əcnəbilərin 67,6 faizi hava, 30,9 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

◼️Bununla yanaşı, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 31,7 faiz artaraq 472,3 min nəfər təşkil edib.

◼️İrana gedən ölkə vətəndaşlarının sayı 40,6 faiz, Gürcüstana gedənlərin sayı 29 faiz, Türkiyəyə gedənlərin sayı 28,1 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 20,1 faiz artıb.

◼️2024-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 faizi hava, 30,3 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

1 week, 2 days ago

🇦🇿 Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib
“Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüşdürülür”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

“Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi. Vəziyyəti təsəvvür edə bilərsiniz. İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir”, - deyə dövlətimizin başçısı əlavə edib. (AZƏRTAC)

1 week, 2 days ago

📊 Bu ilin birinci rübündə dövlət büdcəsində 821,7 milyon manat profisit yaranıb
◼️2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9234,3 milyon manat, xərcləri 8412,6 milyon manat olub, 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

◼️Bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında bildirilir.

◼️Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.

◼️2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4 faiz və ya 944,3 milyon manat çoxdur. Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.

2 weeks, 2 days ago
2 weeks, 2 days ago

✈️ Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya uçuşlara başlayıb
◼️Rusiyanın “İrAero” aviaşirkəti Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.

◼️"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Nijni Novqorod hava limanının məlumatına istinadən xəbər verir ki, Azərbaycanın paytaxtına uçuşlar bütün yaz-yay cədvəli üzrə həftədə bir dəfə, cümə axşamı günləri “Sukhoi Superjet 100” təyyarəsi ilə planlaşdırılır.

2 weeks, 2 days ago

2024-cü ilin ilk rübündə Naxçıvanda 2052 çıxarış verilib
◼️2024-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2052 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

◼️Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin ilk rübündə mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 789-u fərdi yaşayış evi, 300-ü mənzil, 840-ı torpaq sahəsi, 32-ü qeyri-yaşayış binası, 81-i qeyri-yaşayış sahəsi, 9-u əmlak kompleksi, 1-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 931-i və ya 45,4 faizi Naxçıvan şəhərinin, qalanı isə rayonların payına düşür.

◼️Cari ilin ilk üç ayında 1850 texniki sənəd parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Həmin dövr ərzində 1313 texniki sənəd tərtib edilib.

3 weeks, 3 days ago

📊 Naxçıvanda özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb

◼️Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və dövlət mülkiyyətində olan 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.

◼️"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, rüb ərzində dövlət büdcəsinə daxilolmalar 648,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.

We recommend to visit

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Last updated 1 Monat, 1 Woche her

Əlaqə üçün: @tural_05 📲
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 🎰
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 1 Monat her

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 1 Monat, 1 Woche her