Azərbaycan iqtisadiyyatı

Description
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı.

Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində “Economy of Azerbaijan” versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür.
Advertising
We recommend to visit

Operativ Xəbər kanalı

🌐 https://instagram.com/baku.es

🌐 https://www.facebook.com/baku.ess

🌐 https://bakues.az

🌐 https://www.tiktok.com/@bakuesaz

🌐 https://x.com/baku_es

🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXO

Reklam üçün: 070-584-84-04

Last updated 3 months, 2 weeks ago

Əlaqə üçün: @tural_05 ?
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 ?
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 8 months, 3 weeks ago

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 6 days, 17 hours ago

4 months, 1 week ago

Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar.

Sənədə əsasən ölkəmizdə keçiriləcək COP29-a və “yaşıl enerji” islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Memorandum çərçivəsində “AGAS Group” MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması və Sənaye Parkının “yaşıl enerji” ilə təmin olunması planlaşdırılır.

4 months, 1 week ago

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı”nın yaradılması ilə bağlı layihələr müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2354 nömrəli Fərmanının daha effektiv icrası ilə bağlı təkliflərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun üzvlərinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirak etdiyi iclasda müvafiq Fərmanda əks olunan məsələlər və bu kontekstdə qarşıda duran qısamüddətli və uzunmüddətli strateji hədəflər müəyyən edilib.

Həmçinin, adıçəkilən Fərmanın icrası ilə bağlı müvafiq normativ hüquqi aktlara edilməsi nəzərdə tutulan zəruri dəyişikliklər diqqətə çatdırılıb və bu mövzuda fikir mübadiləsi aparılıb. İclasın nəticəsində həmin Fərmanın vaxtında, keyfiyyətlə və mahiyyəti üzrə tam icrasını təmin edəcək növbəti tədbirlər müəyyən olunub.

4 months, 1 week ago

???? Azərbaycanla Çin arasında Orta Dəhlizlə bağlı imzalanmış sənəd təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Anlaşma Memorandumu 2024-cü il iyulun 1-də Bakı və Pekin şəhərlərində imzalanıb.

7 months ago

???? Azərbaycan və Vyetnam iş adamları arasında əməkdaşlığa dair sənədlər imzalanıb

◼️Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri və bir qrup iş adamı KOB-lar arasında əməkdaşlıq imkanlarının araşdırılması və əlaqəli təşkilatlarla institusional əməkdaşlığın qurulması məqsədilə Vyetnamın paytaxtı Hanoy şəhərində səfərdə olublar.

◼️Agentlikdən verilən məlumata görə, səfər çərçivəsində Vyetnamın biznesə dəstək göstərən müxtəlif qurumlarında görüşlər keçirilib.

◼️Səfər çərçivəsində KOBİA və Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında əməkdaşlığa dair sənəd imzalanıb. Sənəddə hər iki ölkənin işgüzar dairələri arasında birgə əməkdaşlığın inkişafına və əlaqələrin təşviqinə dair müxtəlif tədbirlər nəzərdə tutulur.

◼️KOBİA nümayəndələri və iş adamlarımız səfər zamanı Hanoyda Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) təşkilatçılığı ilə keçirilən Qlobal Biznes və İnvestisiya Forumunda iştirak ediblər. Forum çərçivəsində KOBİA və VINEN arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə KOB-lar arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, KOB-larla iş və onlara göstərilən dəstəklər üzrə məlumat və təcrübə mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, KOB-lar və əlaqədar qurumlar üçün təlim və təhsil proqramlarının təşkilinin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb. Həmçinin, forumda Azərbaycan və Vyetnam iş adamları arasında kənd təsərrüfatı, ət, qənnadı məmulatları və s. qida, kosmetik məhsulların idxal və ixracına, birgə istehsalına dair əməkdaşlıq haqqında niyyət protokolları imzalanıb.

7 months ago

????? “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib
30 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət orqanları tərəfindən bu sahədə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi üçün “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib.

*▶️ *Ətraflı: vergiler.az

7 months ago
7 months, 1 week ago

MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının növbəti iclasları keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Dövlətlərarası Texniki Komitələrinin Əlaqələndirilməsi üzrə İşçi Qrupun (РГ МТК) 13-cü iclası və Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının (НТКС) 67-ci müşavirəsi keçirilib.

▶️ Ətraflı: vergiler.az

7 months, 1 week ago

COP29 vahid onlayn rezervasiya platforması təqdim edilib
◼️COP29-a ev sahibliyi edəcək ölkə olan Azərbaycan bu gün vahid onlayn rezervasiya platformasını təqdim edib.

◼️Dövlət Turizm Agentliyinin məlumatına görə, sözügedən platforma iştirakçılara noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak üçün hotel və digər yerləşmə vasitələrini rezerv etməyə imkan verəcək.

◼️Rezervasiya platforması tədbirdə iştirak etmək istəyənlər üçün müxtəlif otaq növləri və logistika baxımından əlçatan olması kimi amillər əsas götürülməklə hazırlanıb.

◼️Hazırda sistemdə mövcud olan yerləşmə vasitələri prosesin birinci mərhələsini əhatə edir. Növbəti mərhələlərdə alternativ hotellər və yerləşmə yerləri təqdim ediləcək. Platformaya daxil olan hotellər keyfiyyət, yerləşmə və tədbir üçün təşkil olunacaq nəqliyyat xidmətləri əsasında seçilib. Agentlik tərəfindən 300-dən artıq yerləşmə müəssisəsi audit edilib və onlardan təxminən 200-ü təsnif edilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və onlarda təkrar audit həyata keçiriləcək.

7 months, 1 week ago

?? Prezident İlham Əliyev: “Tacikistanın COP29-da aktiv iştirakını gözləyirik”
*◼️*“Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu”.
◼️Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında söyləyib.

◼️“Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik”, - deyən dövlətimizin başçısı tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklərinə əminliyini bildirib. (AZƏRTAC)

7 months, 2 weeks ago

Start qiyməti ucuz olan obyektlər müsabiqə vasitəsilə icarəyə verilir
◼️İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aylıq qiyməti ucuz olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırki müsabiqəyə çıxarılan 4 obyekt Bərdə və Sabirabad rayonlarında yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 22.8 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

◼️Sifarişçilər müsabiqədə iştirak etmək üçün 10 iyun 2024-cü il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

◼️İcarə üçün təklif olunan obyektlər kiçik sahibkarlar üçün olduqca əlverişlidir.

◼️İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/3AbkD7 linki vasitəsilə tanış olmaq mümkündür.

◼️Dövlət müəssisələrinin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdiriləcək. Bu barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) öncədən yerləşdiriləcəkdir.

We recommend to visit

Operativ Xəbər kanalı

🌐 https://instagram.com/baku.es

🌐 https://www.facebook.com/baku.ess

🌐 https://bakues.az

🌐 https://www.tiktok.com/@bakuesaz

🌐 https://x.com/baku_es

🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXO

Reklam üçün: 070-584-84-04

Last updated 3 months, 2 weeks ago

Əlaqə üçün: @tural_05 ?
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 ?
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 8 months, 3 weeks ago

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 6 days, 17 hours ago