✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
? "Paris-2024" Yay Olimpiya Oyunlarında ən çox müzakirələrə səbəb olan məsələlərdən biri də breyk-dansın proqrama salınması ilə bağlı idi. ?
Lakin tarixdə olimpiya proqramına daha qəribə idman növləri daxil olub. Onlardan biri də tapança dueli idi. ?
⚠️ İştirakçılar bir-birilərinə qarşı tapançadan atəş açırdılar. Lakin bu tapançaların güllələri mumla doldurulurdu. Həmin güllələr ölümcül olmasa da, bəzən iştirakçılara ciddi xəsarət yetirə bilirdi.
? Hətta zarafat edirdilər ki, bu idman növündə uğurlu olsan, gümüş medal heç kimə qismət olmayacaq.
?♀️ "Paris-2024" Yay Olimpiya oyunlarında qadınların 50 kiloqram çəki dərəcəsində güləş yarışlarında ukraynalı Oksana Livaç üzərində 7:5 hesabı ilə qalib gələrək yarımfinala çıxan ilk idmançı Vineş Foqat oldu.
? Maraqlıdır ki, Foqat soyadı Hindistan güləş tarixində xüsusi bir yerə malikdir. Hətta Amir Xanın baş rolda oynadığı məşhur hind filmi olan "Danqal"da ata obrazı Vineşin atası (Mahavir Sinqx Foqat), qız obrazı isə bacısı (Gita Foqatı) təmsil edir.
1 avqust - Azərbaycan Dili və Əlifbası Günüdür
Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik əldə etdikdən sonra əlifba məsələsinin də həllinin tapması üçün işlər aparılırdı. Hətta hökumət tərəfindən yeni əlifbanın qəbul olunması ilə bağlı komissiya yaradılmışdı. Nəticədə görkəmli pedadoq Abdulla bəy Əfəndizadənin tərtib etdiyi əlifba layihəsi bəyənilmişdi. Həmin layihədə indi istifadə edilməyən “W” (dablyu) hərfinə də rast gəlmək olardı. Bundan başqa ingilis dilində [Ş] səsi verən s (se) və h (he) hərflərinin birləşməsi də mövcud idi. Lakin Cümhuriyyətin süqutu bu əlifbanın istifadəsinə mane oldu. Ölkəmizdə latın qrafikalı əlifbaya yalnız 1929-cu ildə keçid edildi. 1940-cı ilə qədər Azərbaycanda latın əlifbasından istifadə olundu. Daha sonra kiril əlifbasına keçildi. Latın qrafikalı əlifbaya keçid yalnız müstəqilliyi bərpa etdikdən sonra baş tutdu.
??Vyetnam əsgəri Trịnh Tố Tâma 53-cü dəfə "Qəhrəman amerikalı qatili" medalının verildiyi an. 1971-ci il.
?? 1944-cü ildə sovet qoşunları Rumıniya sərhədini keçəndə 23 yaşlı kral I Mixay ölkənin faktiki idarəedici olan Yon Antoneskunu yanına çağırıb onu həbs elətdirmişdi.
?? Almaniyanın tərəfində döyüşən Rumıniya Almaniyaya müharibə elan eləmişdi.
?? Buna görə I Mixay SSRİ-də ən ali hərbi orden hesab edilən "Qələbə" ordeni ilə təltif olunmuşdu.
?? 1944-47-ci illərdə Rumıniyada qəribə siyasi vəziyyət hökm sürürdü. Rəsmən hakimiyyətdə kral idi. Amma faktiki olaraq rəhbərliyi kommunistlər həyata keçirirdi. Moskvada hətta I Mixaya “Komsomolçu kral” deyirdilər.
?? 1947-ci illərdə kommunistlərin təzyiqi ilə I Mixay taxtdan əl çəkdi, ölkədən qovuldu. O, bir də Rumıniyaya 1992-ci ildə qayıdacaqdı.
⚫ Sovet hakimiyəti dövründə qurulmuş Milli Azadlıq Qərargahının rəhbəri Oqtay Eldəgəzin anım günüdür.
? 1962-ci ildə onun da daxil olduğu 95 nəfər ziyalı Milli Azadlıq Qərargahında toplanmışdı. Oqtay Eldəgəz 25 il bu hərəkata rəhbərlik etmişdi.
? Oqtay Eldəgəz 1958-ci ildə Sumqayıtda rejimin əleyhinə təşkil olunmuş mitinqin təşkilatçılarından olub. Həmin mitinqin nəticəsində bir çox vəzifələrə azərbaycanlılar gətirildi.
? Bu gün Məmməd Yusif Cəfərovun anım günüdür.
? Məmməd Yusif Cəfərov Rusiya İmperiyasının 4-cü Dövlət Cənubi Qafqazdan yeganə müsəlman deputat olub. O, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində əvvəlcə ticarət və sənaye naziri, daha sonra isə xarici işlər naziri vəzifələrində çalışıb.
? 1920-ci ilin fevralında parlamentin sədr müavini seçilən Məmməd Yusif Cəfərov Əlimərdan bəy Topçubaşovun Paris sülh konfransında iştirakı ilə əlaqədar olaraq parlament iclaslarına sədrlik edib. Parlamentin sonuncu, 145-ci iclası da məhz Məmməd Yusif Cəfərovun sədrliyi ilə keçilirib.
???? Birinci Qarabağ müharibəsinin bitməsindən 30 il ötür.
? 1994-cü ilin bu günü atəşkəs barədə razılaşma imzalanmışdı. Beləcə, aktiv hərbi əməliyyatlar dayandırılmışdı.
? 11 may İstanbul şəhərinin əsasının qoyulduğu gündür.
? Eramızın 330-cu ilinin məhz bu günü Konstantinopol şəhərinin əsası qoyulub. Roma imperatoru I Konstantin paytaxtı Konstantinopola dəyişib.
? 1453-cü ildə II Mehmet şəhəri ələ keçirib. Bundan sonra şəhərin adı İstanbul olaraq dəyişdirilib. 1930-cu ildə Türkiyə Böyük Millət Məclisi qərb ölkələrində şəhərin hələ də Konstantinopol adlandırılmasına son qoymaq üçün şəhərin adını rəsmən İstanbul adlandırıb.
? 1945-ci ilin 9 mayında səhərdən Moskva küçələrində izdiham idi. Xəbər yayılmışdı ki, deyəsən müharibə bitib.
? Hamı radiodan diktor Yuriy Levitanın elanını gözləyirdi.
? O isə izdihamın içində ilişib qalmışdı. Radioya özünü tez çatdıra bilmirdi.
? Levitan "mənə yol verin, tələsirəm" deyəndə camaat "imkan ver, indi Levitan danışmalıdır" deyə irad bildirirdi.
? Hamı onun alovlu səsini tanıyırdı. Çox adam onun nə üzünü görmüşdü, nə də adi həyatdakı danışığını bilmirdi.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago