✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
#qadın_barəsində_ziddiyyətli_fikirlər.
Deyirlər:
"Qadın evindən çölə çıxmayıb uşaq tərbiyə etməlidir".
Qəribədir,elmdən,maarifdən xəbərsiz bir insan övladını necə tərbiyə edə bilər?
🍁Bədənin əsarətdə olması pisdir, amma bundan dəhşətlisi ruhun əsarətdə olmağıdır!
Gəlin birlikdə xalq mediası vasitəsilə azad insanlar tərbiyə edək!
Orxan Məmmədov
Ps. Buna özüm şahidəm, bədənim əsarət altında olsa da ruhum azaddır. İstədiyim zaman istədiyim yerə gedə bilməsəm belə, özümü azad hiss edirəm..
Ruhumdakı azadlığı heç kim məndən ala bilməz..
🍁 **İmam Xamenei:
Allah Təala Buyurur: "Mömin kişilər və möminə qadınlar bir-birlərinin dostudurlar. Onlar yaxşı işlərə əmr edər, pis işləri qadağan edər, namaz qılar, zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah izzət və hikmət sahibidir." (Tövbə:71)
Allah Təala bildirir ki, bu birliyin nəticəsi İlahi rəhmətdir: "Allah onlara mərhəmət edəcəkdir." Yəni siz müsəlmanlar birlik qura bilsəniz, Allahın rəhməti sizə şamil olacaq. Daha sonra buyurur: "Allah izzət və hikmət sahibidir."
Bu ayədə keçən "dostluq" sözünün mənası müsəlmanların bir-birləri ilə sıx bağlılığıdır. Quranın müsəlmanlar üçün təyin etdiyi siyasət budur ki, əgər müsəlman toplumlar vəhdət yaratsalar, nəticədə Allah sizə izzət verəcək. Bununla da bütün maneələri aşacaq və düşmənlərə qələbə çalacaqsınız. Həmçinin, İlahi hikmət sizin arxanızda olacaq və yaradılış qanunları sizin hərəkət istiqamətinizdə cərəyan edəcək. Bu Quranın məntiqi və siyasətidir.
Bu siyasətin qarşısında İslam düşmənlərinin məkrli siyasəti dayanır. Onların siyasəti budur: "Parçala və hökm sür". Onlar parçalama siyasətini müsəlman ölkələrində müxtəlif formalarda icra ediblər və bugünə qədər də davam edir. Onlar bu siyasətlərindən əl çəkməyəcəklər.
Belə bir vəziyyətdə müsəlmanların qəlbləri bir-birinə möhkəm bağlanmalıdır.
Bu gün müsəlman xalqlar artıq oyanıb və düşünürəm ki, düşmənin bu hiyləsinə qələbə çalmaq iqtidarındadırlar.**
?Rza şahın hicab qadağasının mənşəyi
Rza şah zamanının simalarından sayılan Əli Əsğər Hikmət kimi məşhur mədəniyyət sahəsinin şəxsiyyətləri hicabın açılması mövzusunda mütəmadi rol ifa etdilər, yəni istismarçılıq rolu. Yəni Rza şahın həqiqi arxa səhnəsində bunlar idilər. Rza şahın əlində tüfəng var idi və bunlar da düşüncə formalaşdırıb, Rza şahı o tüfəngi harada istifadə etməsi üçün yönləndirən şəxslər idilər. Məncə, bu mədəniyyət sahəsinin şəxsiyyətləri çox effektivdirlər və onların simaları tanınmalıdır.
Rza şah təkcə bir xarici səfər etdi və o səfər də Atatürk zamanı Türkiyəyə səfər idi. Orada hicabsız qadınları gətirib ona göstərdilər. Hicabsızlıq ideyasını onun zehninə yerləşdirdilər və sonra da ətrafında olanlar dedilər ki, sivilizasiya və bu kimi işlər Atatürkün gördüyü həmin işlərdir və o zamandan bunun fikrinə düşərək, bu işin müqəddimələrinə başladı. Sonra 1935-ci ildə bu iş artıq icbari oldu.
28.03.2017
?Həlimə Sədiyyə
?Peyğəmbər(s) hələ dünyaya gəlməmişdən əvvəl atası Əbdullah dünyasını dəyişdi. İki, ya altı yaşı olmamış anası da dünyadan getdi. Əbdül-Müttəlib Məhəmmədə(s) süd vermək üçün pak və iffətli bir qadın axtarırdı. Çünki o Həzrət(s) hər kəsin südünü qəbul etmirdi. Əbdül-Müttəlib təsadüfən Məkkəyə süd vermək üçün uşaq axtarmağa gəlmiş səhrada yaşayan (köçəri) bir qadını gördü. Əbdül-Müttəlib ona dedi: “Sən kimsən?”
Qadın: “Mən bəni-Səd tayfasından olan Həliməyəm”.
Əbdül-Müttəlib: “Bəh-bəh! Səndə “səadət və helm” kimi əbədiyyətin və ruzgarın iki gözəl xisləti vardır”.
Onun adını yaxşı yerə yozdu və uşağın yanına apardı. Məhəmməd(s) onun südünü götürdü. Bundan sonra qadın Məhəmmədi(s) özü ilə yaşadığı yerə aparıb ona süd verməyə başladı.
?Beləliklə, yenə də görürük ki, ismətli qadın yaxşı xislətlərə malik olmaqla necə də dəyərli olur. Əbdül-Müttəlib onu bəyənir və Məhəmmədi(s) əmizdirmək üçün bir ana kimi onu seçir. Yəni fərqi yoxdur, qadın mal-qara saxlayan köçəri olub səhrada yaşasa da, əgər fəzilətli, əxlaqlı və yaxşı xüsusiyyətlərə malik olarsa, Həzrət Məhəmmədin(s) ikinci anası olmaq ləyaqətini qazanır.
? Şəhidə Aminə Sədr?****
Aminə Sədr Seyyid Heydərin qızı və Seyyid Muhəmməd Baqir Sədrin bacısı idi. Aminə 6 aylıq olanda atasını itirir, bundan sonra onların həyatı yoxsulluq içərisində keçir. Onu uşaq yaşlarında məktəbə oxuyub yazmağa aparsalar da, məktəbdə istilik üçün yanan sobadan qorxaraq bir daha məktəbə gedə bilmir. Buna görə də qardaşları ona evdə dərs deməyə başlayırlar. Əvvəlcə sadə ərəb dili kitablarından başlayır. Sonra isə Quran və şəriət elmlərinə dair daha çətin kitablar oxumağa başlayır. Maddi vəziyyətin çətinliyinə görə bir kitab alıb qardaşı ilə oxuyar, sonra onu satıb başqa kitab alardılar.
Aminənin bir sıra şəxsi keyfiyyətləri o dövrün qapalı və boğuq İraq mühitində qadınlara nümunə idi. Çox sadə geyinərdi. Kiminsə haqqında pis söz danışmaz və qeybət etməzdi. Azad və cəsarətli idi. Toxuculuq və dərziliyi yaxşı bacarırdı. Qardaşı uşaqları və ehtiyacı olanlar üçün paltar tikərdi. İraqda kimsəsi olmayan, işləmək və ya təhsil almaq məqsədilə evindən uzaq düşmüş ailələrə əl tutardı. Bir dəfə tələbələrdən birinin həyat yoldaşı övlad sahibi olur. Həmin vaxt yeni doğulan körpə ilə anaya qulluq etmək üçün bir müddət onun evində qalır.
Tədris həyatına qadın yığıncaqlarından- Quran oxumaqla, şəriət hökmləri və əxlaq barədə söhbətlərlə başlayır. Sonralar universitet və mədrəsədə də dərs deyir.
İraq BƏƏS Partiyasının qərbləşmə təbliğatına görə İraqın dini camiəsi müsəlman qız və qadınların məktəblərə gedib təhsil almasına icazə vermirdi. Bu vaxt "İslam Təhsili cəmiyyəti" və "əz-Zəhra" məktəbləri yaradılır və Aminə Sədrdən bu məktəblərin idarəçiliyini öz üzərinə götürməsi istənilir. Onun yeganə vəzifəsi məktəbləri idarə etmək deyildi. O həm də qızların azad oxu saatlarını, düşünüb-daşınmağa istiqamətləndirər, öz şeirləri ilə onlara düşüncə sistemi aşılayar və dərs keçərdi.
*?Müsəlman qadının özünü video'ya çəkməsi...*
?Dövrümüzdə müsəlman qadının özünü video'ya çəkməsi artmışdır. Ən gözəl geyimləri ilə! Cazibədarlığını daha da artıran filter proqramlardan istifadə edirlər. Sonra da onu, Facebook, instagram, Tik-tok və s. sosial şəbəkələrdə paylaşırlar. Allahdan salamatlıq və mühafizə diləyirəm. Mən, Allahsız qadınlardan bəhs etmirəm, əksinə mən, müsəlman qadınlardan bəhs edirəm((( Allahsız qadınlardan yox ha, müsəlman qadınlardan.... Ey Allahın bəndələri! Rəbbinə iman gətirmiş qadınları deyirəm, Rəbbinə təslim olmuşları.... Rəbb olaraq Allaha, din olaraq İslama, rəsul olaraq Məhəmmədə (s) iman gətimiş qadınlardan bəhs edirəm! Qur'ana iman etmiş bir qadından! İman etmiş olduğu o Qur'ani-Kərimdə Allah əzzə və cəllə belə buyurur:
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا.
«Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.» (Əhzab, 59)
Hazırladı:
Elvin Mürtəza Nurşəhri.
*?Allahın hüzurunda günah etmə!*
?Rəvayətə görə bir şəhərə etdikləri günahlara görə dözülməz qıtlıq üz veribmiş. Bunun üçün əhali acından ölürmüş. Bu şəhərdə dul mömin bir seyyidə xanım yaşayırdı. Onun bir neçə övladı var idi. O, bir gecə uşaqlarının aclıqdan tələf olduqlarını görüb, başqalarından dövlətli olan dəmirçi kişinin yanına getdi və ondan kömək istədi. Dəmirçi qadından onunla zina etməsini istədi. Qadın bu sözü eşidərək qəmgin halda evinə qayıtdı nə qədər fikirləşdisə, bir çarə tapa bilmədi. Yenə də dəmirçinin yanına getdi və ondan həmin cavabı eşitdi. Qadın uşaqlarını ölüm vəziyyətində görüb üçüncü dəfə dəmirçinin yanına qayıtdı. O yenə qadından günaha batmasını istədi. Qadın qəbul etdi və şərt təyin edərək dedi: Bu işi elə yerdə gör ki, məndən və səndən başqa orada heç kim olmasın. Dəmirçi onu xəlvət bir otağa apardı. O, qadının titrədiyini görüb soruşdu: Bəs, niyə titrəyirsən? Dedi: Sən niyə şərtinə vəfa etmədin? Dəmirçi dedi: Məgər burada səndən və məndən başqa kimsə varmı? Qadın dedi: Allah bizim əməllərimizi görür və mələklər yazır. Məgər, Quranda deyilmir ki: "Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"¹ O, bu sözləri eşidəndən sonra pis əməlindən əl çəkdi. Hətta, sərvətinin çox hissəsini o qadına verdi. Qadın onun üçün dua etdi: İlahi, bu kişinin bədənini heç bir atəşdə yandırma. Onun duası qəbul oldu. Bu hadisədən sonra dəmirçi dəmir kürəsindən qızmış dəmiri əli ilə götürər və amma əli yanmazdı.
İmam Həsən (ə) buyurur:
مَن عَبَدَ اللَّهَ عَبَّدَ اللَّهُ لَهُ كُلَّ شَيْ
"Hər kəs Allahın qulu olsa, Allah-təala hər şeyi ona qul və müti edər."²
¹"Qaf" surəsi, ayə: 18.
²"Biharul-ənvar", c. 71, səh. 184.
?Qeysin qızı Suda?
*?Ühüd savaşında Mədinədəki müsəlman evlərindən çoxu şəhid vermişdi. Maraqlı budur ki, qadınlar öz övladlarını, ərlərini və qardaşlarının halını xəbər almazdan qabaq Peyğəmbəri (s) soruşurdular.
Bu qadınlardan biri də Qeysin qızı Sudadır. O, iki şəhid anasıdır. Onun oğlanları Ühüd savaşında Peyğəmbərin (s) hüzurunda şəhid olmuşdular. O öz oğlanları barəsində danışmır, əksinə təkrar-təkrar deyirdi:
“Peyğəmbərdən (s) nə xəbər var?” Ona “Peyğəmbər (s) sağdır” deyiləndə, dayanmadan özünü Rəsulullaha (s) çatdırdı. Peyğəmbəri (s) sağsalamat görüb dedi: “Daha bütün müsibətlərim asandır.
Siz salamat olsanız, heç bir qəmim yoxdur”. O yüksək ruhiyyəli bir qadın idi. Döyüş meydanında oğlanlarının cənazəsini tapdı və dəvənin belinə yükləyib Mədinəyə tərəf yola düşdü. Yolda camaat ondan soruşdular: “Peyğəmbərdən (s) nə xəbər var?” O dedi: “Peyğəmbər (s) salamatdır”. Aişə ondan soruşdu: “Dəvənin belindəki yük nədir?” O dedi: “Ürəyimin parası iki oğlumdur. Onlar Allah yolunda qəhrəmanlıq göstərmişlər, aparıram torpağa tapşıram”.*
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago