AYƏTULLAH NASİR MƏKARİM ŞİRAZİ

Description
📚Ayətullah Nasir Məkarim Şirazi Ağanın Şər'i Məsələləri📚

📓Müxtəlif mövzuların izah olunması📓

Kanalın yaranma tarixi
25.05.2021

Kanalın rəhbəri
👇👇👇
@mikayil_ismayilzade
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 year, 6 months ago

?Şər'i Məsələlər?

MURDAR ŞEYLƏR

?Məsələ 8⃣*8⃣
?* Vacib ehtiyyata əsasən on bir şey, murdardır. Sidik, nəcis, (məni) sperma, heyvan ölüsü, qan, it, donuz, kafir, məstedici mayelər, piyvə, murdar şey yeyən heyvanın təri.

SİDİK VƏ NƏCİS

?Məsələ 8⃣*9⃣
?* İnsanın və axıcı qanı olan, əti haram heyvanın sidiyi və nəcisi murdardır. Hətta axıcı qanı olmayan, əti haram heyvanında sidiyindən çəkinmək vacib-ehtiyyatdır. Amma ağcaqanad, milçək və s. bu kimi kiçik həşəratların nəcisi pakdır. Bu əsasla ki, siçovul, pişik və yırtıcı heyvanların nəcisindən çəkinmək lazımdır.

?Məsələ 9⃣0⃣

? Murdar yeyən heyvanın sidiyi və nəcisi murdardır. Vacib-ehtiyata əsasən, insanın cinsi yaxınlıq etdiyi heyvanında sidiyi və nəcisi murdardır.

?Məsələ 9⃣1⃣

? Donuz südü içmiş qoyunun sidik və nəcisindən çəkinmək lazımdır.

?Məsələ 9⃣2⃣

? Əti halal və haram quşların ifrazatı və sidiyi murdar deyil. Amma müstəhəb-ehtiyata əsasən, əti haram quşların, xüsusi ilə yarasanın (gecə quşunun) sidiyindən çəkinmək lazımdır.
@Ayetullah_Mekarim_Sirazi
??????????

1 year, 7 months ago

?Şər'i Məsələlər?

AYAQYOLUNDA BƏYƏNİLƏN
(MÜSTƏHƏB) VƏ BƏYƏNİLMƏYƏN
(MƏKRUH) ƏMƏLLƏR

?Məsələ 8⃣4⃣

? İnsanın sidiyə gedərkən və ya bayıra çıxarkən, kimsə tərəfindən qətiyyən görünməyən bir yerdə oturması müstəhəbdir. Sidiyə gedərkən və ya bayıra çıxarkən başı örtmək müstəhəbdir.
?Məsələ 8⃣5⃣

? *Sidiyə gedərkən və ya bayıra çıxarkən aşağıdakı hallar bəyənilmir. (məkruhdur).

1.Meyvə ağaclarının altında oturmaq.

2.İnsanların gediş-gəliş məhəllində oturmaq (kimsə görməsə belə).

3.Evlərin ətrafında oturmaq.

4.Günəş və ayla üzbəüz otursa (ayıb yerini örtsə məkruh deyil).

5.Çox oturmaq.

6.Zərurət olmadığı halda danışmaq (Amma betün hallarda Allahı zikt etmək yaxşı sayılır).

7.Ayaq üstə sidiyə getmək.

8.Suya, xüsusilə hərəkətsiz suya sidiyə getmək.

9.Heyvanların yuvasına sidiyə getmək.

10.Sidiyi sıçradacaq qədər bərk külək qarşısında sidiyə getmək.*

?Məsələ 8⃣6⃣

*?Sidiyə getmək və bayıra çıxmaq lazım gəldikdə bunun qarşısını almaq bəyənilmir. Bu işin zərəri olsa, insan üçün nöqsanı var.
?Məsələ* 8⃣*7⃣*

? Yuxudan və namazdan qabaq, sperma xaric olduqdan sonra sidiyə getmək bəyənilən işdir.

@Ayetullah_Mekarim_Sirazi *?*?????????**

1 year, 8 months ago

?Şər'i Məsələlər?

İSTİBRA (SİDİK KANALININ ŞƏR'İ
QAYDADA TƏMİZLƏNMƏSİ
)

?Məsələ 7⃣8⃣

? İstibra kişilərə aid olan bir mütəhəb əməldir. İnsan sidiyə getdikdən sonra növbəti qaydada istibra əməlini yerinə yetirir. Cinsi alət bir neçə dəfə kökündən üzü yuxarıya sıxılmış halda sığallanır. Sonra yuxarı hissə bir neçə dəfə sıxılır ki, kanaldan sidik xaric olsun. Spermanın (məni) istibrası üçün sperma xaric olduqdan sonra sidiyə getmək lazımdır. Bu halda kanalda hissə təmizlənir.

?Məsələ 7⃣9⃣

? İnsanın cinsi alətindən xaric olan rütubətlər (sidik və spermadan) başqa bir neçə qismdir.
1⃣ Bəzən sidikdən sonra azca ağ və yapışqan şəkilli su xaric olur. Bu su "vədi"* adlanır.

2⃣ Mazaqlaşma zamanı xaric olan rütubət "məzi" adlanır.

3⃣ Spermadan sonra xaric olan rütubət "vəzi" adlanır.

Əgər kanal sidik və spermaya bulaşıq deyilsə, qeyd olunan bu üç rütubət pakdır, dəstəmaz və qüslu batil etməz.
?Məsələ* 8⃣*0⃣*

? Sidikdən sonra istibranın faydası budur ki, sidik kanalı təmizlənir. Əgər istibradan sonra sübhəli rütubət xaric olarsa, o pakdır və dəstəmazı batil etmir. Amma istibra olunmadığı halda belə bir rütubət görünərsə dəstəmazı təzələmək, sidik çıxacağını yumaq lazımdır.

?Məsələ 8⃣1⃣

? Spermadan istibranın faydası budur ki, kanaldan şübhəli rütubət xaric olduqda, və onun sperma yoxsa başqa bir pak su olduğu bilinmədikd, qüsl vermək lazım olmaz. Amma istibra edilmədiyi halda, spermanın kanalda qalıb, sidiklə birlikdə xaric olduğu ehtimal edildikdə yenidən qüsl vermək lazım gəlir.
?Məsələ 8⃣2⃣

? İnsan şəkk etsə ki, istibra əməlini yerinə yetirib-yetirməyib, şübhəli rütubətlərdən çəkinməlidir. İstibra etdiyi halda onu düzgün edib-etməməsində şəkkinə etina etməməlidir.
?Məsələ 8⃣3⃣

? Qadın üçün istibra yoxdur. Ondan şübhəli rütubət xaric olarsa, bu rütubət pakdır dəstəmaz və qüslu batil etməz və almağada ehtiyyac yoxdur.

@Ayetullah_Mekarim_Sirazi
??????????

1 year, 8 months ago

Əssəlamu Aleykum və Rahmətullah və Bərakətuh.
Hər birinizi Ramazan Bayramı Münasibətilə Təbrik Edirəm. Allah ömürlərinizə Bərəkət əta etsin İnşə Allah. Neçə belə gözəl və Allah istəyən Bayramlara çıxasınız İnşə Allah.
Namaz əhli olmayan Əziz Qardaş və Bacılarımızında tez bir zamanda Namaza üz tutmalarını arzu edirəm.
Allah Arzularınızı, Qəlblərinizdə olan Gözəl Niyyətlərinizi Hasil Etsin İnşə Allah.

Allahu-Təala Hər birinizi Peyğəmbər (s) və onun Pak Əhlibeytinin (ə) hörmətinə xatir günahlarınıza əfvi qələm çəksin və doğru yolda sabit qədəm qərar versin İnşə Allah.
Quranla Yaşayıb Həyatınızı, Ömrünüzü Qurana uyğun yaşamağınızı arzu edirəm.

Allah sizləri qorusun və Bir daha bu gözəl Bayramınız Mübarək Olsun İnşə Allah.
Peyğəmbər (s) və Əhlibeytinə (ə) salavat zikr edin İnşə Allah.

@Ayetullah_Mekarim_Sirazi

1 year, 8 months ago

Əssəlamu Aleykum və Rahmətullah və Bərakətuh.

Əziz və Dəyərli İzləyicilər Məkarim Şirazi Ağaya Təqlid Edənlər Üçündə sabah Ramazan Ayının 30-cu günüdür.
Yəni
1 Şəvval Aprel Ayının 22-sinə təsadüf edir və Fitr bayramı günüdür. Çünki, Aprelin 20-si Ayın Hilalının görsənməsi qeyri-mümkün olduğu dəqiq məlumat olduğu üçün, Aprelin 21 Ramazan Ayının 30-cu günüdür. Yaxşı olar ki, Aprelin 21* məğribdən sonra Fitrələr çıxarılsın və Bayram namazına qədər Verilsin.

Bəzi hallar istisna olmaqla, əgər Fitrəni Bayram namazına qədər verə bilməyən şəxs, Zöhr namazına qədər versə daha yaxşı olar.*

Allahu-Təala İbadətlərinizi Ali Dərəcədə Qəbul Eyləsin İnşə Allah.

@Ayetullah_Mekarim_Sirazi

1 year, 11 months ago

?Şər'i Məsələlər?

AYAQYOLUNA GETMƏYİN
TƏXƏLLİNİN HÖKMLƏRİ (3)

?Məsələ 7⃣2⃣

? Nəcis çıxacağını istənilən bir halda su ilə yumaq daha yaxşıdır.

?Məsələ 7⃣3⃣

? Sidik çıxacağı yalnız su ilə paklanır. Onu az su ilə bir dəfə yumaq kifayət edər, baxmayaraq ki, iki dəfə yumaq daha yaxşıdır. Axar su hökmündə olan çox həddinə qoşulmuş sularla bir dəfə yumaq bəsdir.
?Məsələ 7⃣4⃣

? Sidik və nəcisin təbii və qeyri-təbii (plastik) çıxacaqlarının yuyulması arasında fərq yoxdur. Amma qeyri-təbii çıxacağı yeri sudan başqa şeylə təmizləmək bəs etmir.
?Məsələ 7⃣5⃣

? Əgər nəcis çıxacağı yeri üç parça, daş, kağız, və ya bu kimi bir şeylə təmizləndikdən sonra ondan yalnız, su vasitəsi ilə təmizlənə biləcək zərrələr qalarsa, eybi yoxdur. Bu vəziyyətdə namaz qılmaq olar.

?Məsələ 7⃣6⃣

? Bir parça, daş, kağız və ya parçanın üç tərəfi ilə nəcis çıxacağını təmizləmək olar.
?Məsələ 7⃣7⃣

? İnsan şəkk etsə ki, sidik və ya nəcis çıxacağını paklayıb-paklamayıb şəkkdən sonra özünü paklamalıdır. Amma namaz qıldıqdan sonra bu barədə şəkk edərsə, namazı düzgündür. Növbəti namazlar üçün isə özünü paklamalıdır.

@Ayetullah_Mekarim_Sirazi
??????????

2 years ago

?Şər'i Məsələlər?

**AYAQYOLUNA GETMƏYİN
TƏXƏLLİNİN HÖKMLƏRİ (2)

?Məsələ 6⃣*8⃣*

? Ayaqyolu (bilərəkdən və səhvən) üzü qibləyə tikilmişsə, insan elə oturmalıdır ki, üzü qibləyə və ya arxası qibləyə olmasın. Bu məsələni bilərəkdən fərqinə varmamaq haramdır.

?Məsələ 6⃣9⃣

? Ayaqyoluna gedən zaman qibləni tanımayan şəxs onu tapmağa çalışmalıdır. Əgər tapa bilməsə, bir qədər gözləməlidir. Gözləyə bilmədikdə, istənilən, bir tərəfə üz tutub oturmasının eybi yoxdur. Təyyarə və qatarda, bu nöqtə nəzərə alınmalıdır.
*?Məsələ 7⃣*0⃣

? *Bir neçə yerdə sidiyə getmək və bayıra çıxmaq haram sayılır:

1. İnsanların gediş-gəlişi olan küçə və xiyabanlarda.

2. Xüsusi bir qrup üçün vəqf olunmuş hədiyyə edilmiş yerlərdə; Tələbələrə məxsus mədrəsələrdə, namaz qılanlar üçün nəzərdə tutulmuş məscid tualetləri bu qəbildəndir.

3. Möminin qəbri üstündə və ya mömin və müqəddəsliklərə hörmətsizlik sayılacaq yerlərdə.*

?Məsələ 7⃣1⃣

? Nəcis çıxacağını yumaqla, ya üç parça kağız, daş və ya parça ilə təmizləmək olar: Amma nəcis çıxacağı adi həddən artıq bulanarsa, nəcislə birlikdə qan kimi bir murdar xaric olarsa və ya kənardan murdarlanarsa, onu yalnız su ilə paklamaq lazımdır.

@Ayetullah_Mekarim_Sirazi
??????????

2 years, 2 months ago

?Şər'i Məsələlər?**

AYAQYOLUNA GETMƏYİN
TƏXƏLLİNİN HÖKMLƏRİ

?Məsələ 6⃣3⃣
? İstər ayaqyolunda, istərsədə başqa vaxtlar, istər məhrəm (bacı və qardaş kimi), istərsədə naməhrəmlərin gözü qabağında, istər büluğ həddinə çatanların, istər büluğ həddinə çatmayanların, hətta yaxşını pisdən seçə bilməyən (müməyyiz) körpələrin hüzurunda insanın öz ayıb yerini örtməsi vacibdir. Amma ər və arvadın bir-birindən örtünməsi vacib deyil.**

?Məsələ 6⃣4⃣

? Ayıb yeri örtmək üçün hər şeydən, hətta əl və qeyri-şəffaf əşyalardan istifadə etmək olar.

?Məsələ 6⃣5⃣

? Ayaqyolunda sidiyə gedən və bayıra çıxan vaxt üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz. Ayıb yerin özünü çevirmək kifayət etmir. Amma bədən üzü qibləyə və ya arxası qibləyə olmayan vaxt vacib-ehtiyata əsasən ayıb yeri üzü qibləyə və arxası qibləyə çevrilməməlidir.

?Məsələ 6⃣6⃣

? Sidik və ya nəcis çıxacağını yuyan vaxt üzü qibləyə və arxası qibləyə olmağın eybi yoxdur. Amma "istibra" (sidik kanalının şəriət baxımından təmizlənməsi) zamanı vacib-ehtiyata əsasən üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz.
?Məsələ 6⃣7⃣

? Böyüklər körpələri, vacib-ehtiyata əsasən bayıra çıxdıqları və sidiyə getdikləri vaxt üzü qibləyə və arxası qibləyə oturtmamalıdırlar. Amma uşaq özü həmin vəziyyətdə otursa, mane olmaq vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.
@Ayetullah_Mekarim_Sirazi *?**?*????????

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago