✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
🏴"Hz,Fatimənin(ə) baxışında İmamət".
✍️Allah təala Həzrəti Muhəmmədi(s.a) Peyğəmbərliyə seçərək bütün bəşəriyyətin O həzrətə iman gətirməsini əmr etdi. Və hər kim ki, Allah Rəsuluna(s.a) iman gətirsə, onu öz Peyğəmbəri bilib O həzrətin itrəti olan Əhli_beytə(ə) məhəbbət bəsləyib, Peyğəmbərin(s.a) haqq canişinlərini öz İmamı bilməsi ona vacibdir. Allah Rəsulu(s.a) hər bir şəxsin öz zəmanə İmamını tanıması barəsində belə buyurur:
من ماتَ و لم يعرف امام زمانه فقد مات ميتةً جاهلية
📜"Kim öz zəmanəsinin imamını tanımadan ölərsə, cahiliyyət ölümü ilə ölmüşdür".¹
Hz,İmam Sadiq(ə) Allah Rəsulunun(s.a) buyurduğu "Cahiliyyət ölümünü" təfsir edərək belə buyurdu:
جاهليّة كفرٍ و نفاقٍ و ضلَال
📜"Cahiliyyət ölümündən məqsən küfr, nifaq və zəlalətdir".²
🔸İmamı tanımaq hər bir zamanda vacibdir.Hətta bir gecə belə İmamı tanımadan yatmaq insanın zəlalətlə ölməsinə səbəbdir.
📖Əhli sünnə alimi Fəxri Razi belə deyir;
Allah Rəsulu(s.a) buyurur:
من مات و لم يعرف امام زمانه فليمت ان شاء يهوديا و ان شاء نصرانيا
📜"Kim öz zəmanəsinin imamını tanımadan ölərsə, ya Yəhudi ya da Nəsrani kimi ölmüşdür".³ (Müsəlman olaraq ölməmişdir)
.
✒️Şiə və Əhli sünnənin bir çox mənbələrində bu hədis nəql olunmuşdur. Nəticədə bu sual meydana gəlir ki Peyğəmbərin(s.a) itərti Hz,Fatimə(ə) öz cəddinin buyurduqlarını inkar etmişdir!?
🔺Bu məsələni sizin əqliniz necə qəbul edir!?
✍️Bir halda ki sizin öz Əhli sünnə alimləriniz bir çox yerdə Peyğəmbər(s.a) Əhli beytinin(ə) paklığına və xətadan uzaq olduqlarına şəhadət vermişlər.Bəzi yerlərdə də mübahisədən qaçaraq öz məğlubiyyətlərini izhar etmişlər.Nəticədə Hz, Fatimənin(ə) öz zəmanə İmamını tanımamsı əsassız bir şübhədir.Ən əsasıda Peyğəmbər(s.a) qızının Əbu Bəkrə beyyət etməməsi və ömrünün son anlarında belə onu danışdırmamsı məlum məsələdir.Əgər iddia etsəz ki Hz,Fatimə(ə) Əbu Bəkrə beyyət etmişdir,bəs niyə beyyət edənin evin yandırırsınız!?
🔰Sizin öz kitablarınız "Səhih Müslim"və "Səhih Buxari" də Peyğəmbər(s.a) qızı Xanım Fatimənin(ə) Əbu Bəkrə qəzəblənməsini belə bəyan edir:
انٍّي اُشهدُ الّله وَ مَلاىِٔكتهُ اَنّكُما
اَسخَطتُمانى وَ ما اَرضَيتُمانى و لَىِٔن الَقِيتُ النَّبِىَّ لَاشكُوَنَّكُمَا
📜"Allah və onun Mələklərini şahid tuturam ki siz iki nəfər məni qəzəblədirdiniz.Peyğəmbərə(s.a) sizdən şikayət edəcəyəm".⁴
♻️Hz, Fatimə(ə) ömrünün sonunda belə Əbu Bəkr və Ömərə qəzəbli oldu və heç bir halda onlarla danışamdı. İmamı Həzrəti Əlini(ə) müdafiə etmək üçün öz canından keçrək İmamət yolunda şəhadətə çatdı.
🏴Salam olsun sənə Peyğəmbərin(s.a) ciyər parəsi.
------------
📚Mənbə:
1.Mənaqib Ali Əbitalib c,1 səh,246, Biharul Ənvar c,32 səh,331
2.Üsuli Kafi c,1 səh,377
3.Məcmuğətül Rəsail səh,384
4.İmamət və Siyasət c,1 səh,20,31.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə.
🏴"Hz,Fatimə(ə) Quranın bənzəridir".
▫️Hz,Fatimənin(ə) mübarək vücudu Quranla bərabərdir.Çünki Quranda elə bir həqiqət yoxdur ki Hz, Fatimə(ə) bilməsin və Hz,Fatimənin(ə) elə bir əməli, rəftarı yoxdur ki Quran onu deməmiş olsun.Nəticədə Hz, Fatimə(ə) bütün vücudu ilə Quranın bənzəridir.
▫️Əgər bir şəxsin vücudu İncilin bənzəridirsə və hal_hazırda bütün aləmi özünə cəzb edibsə,bu məsihiyyətin Hz,Məryəmi(ə) aləmə tanıtdırmasından ibarətdir.Amma biz hələ də o göz yaşlarında qalmışıq.
Əza məclisləri qurub göz yaşı tökmək bizim milli və mənəvi dəyərlərimizdir. Əlbəttə böyük səvabı vardır.Amma bu məclislərdə bizim ən mühüm vəzifəmiz Əhli_beyti(ə) bütün insanlara tanıtmaqdır.Bu mühüm vəzifəni də bizə Allah Rəsulu(s.a) buyurumuşdur:
یا اَیُّها النّاسُ اِنّى قَدْ تَرَکْتُ فِیکُمْ ما
اَخَذتُمْ بِهِ کِتابَ اللهِ وَ عِترَتِى، اَهْلَبَیْتِى
📜"Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız (onlara sarılsanız), heç vaxt zəlalətə düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-beytimdir!"¹
✍️Allah Rəsulu(s.a) Quran və İtrətini(Əhli beyt) birgə zikr edərək bu iki əmanətin bir birindən ayrı olmadığını və Qurandan yapışmağın eyni Əhli_beytdən yapışmaq olduğunu bəyan etmişdir.Allah Rəsulunun(s.a) itrəti olan Hz,Fatimə(ə) heç bir halda Qurandan ayrı düşməmiş və Quran da daim onunla olmuşdur.
-----------------
📚Mənbə:
1.Səhihi-Termizi", 5-ci cild, səh. 662, "Əhli-beytin fəzilətləri" bölümü, hədis: 3786
2.Fatimə Üsve Bəşər_səh,73
3.Şəriət Ayne Mərifət_səh,144
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə.
🏴"Əhli_beyti tanımağın vacibliyi".
✍️İnsan nəfsinin islahı və səadətə çatmağın ən dəyərli anları cavanlıq vaxtlarıdır.İnsan gərək bu anların qədrin bilsin, çünki cavanlıqda pak olan fitrətinin vasitəsi ilə hidayət yolunu tapa bilər və müxtəlif elmləri, saleh əməl sahiblərini və ilahi rəhbərləri tanımış olar.Bu hidayət yolunda İlahi Rəhbərlərin buyurduqları və əməlləri həqiqətə çatmaq üçün ən doğru vasitədir.Bunun bariz nümunəsi isə Hz,Siddiqə Tahirədədir(s).Çünki yalnız hidayətə qovuşmuş şəxs digərlərini hidayət edə bilər.Əks halda bu mümkün deyildir.Bəşəriyyətin əbədi hidayətə qovuşması Allah Rəsulu(s.a) və onun Əhli_beytinə(ə) məhəbbət bəsləyib, onları özlərinə nümunə qərar verilməsindən ibarətdir. Allah təala bu barədə öz Rəsuluna(s.a) belə buyurur:
ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
📜"Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.» Kim bir yaxşı iş görsə, Biz onun üçün həmin işdə yaxşılıq artırarıq. Həqiqətən Allah bağışlayan və qədirbiləndir".¹
✒️Bəşər əgər dünya və axirət səadətinə nail olmq istəyirsə, Allah Rəsulunun(s.a) Əhli beytini(ə) tanımaqdan və onları özlərinə nümunə qərar veməkdən başqa çarələri yoxdur.Çünki Quran ayələrinin əsasında İsmət və Təharət sahibi olan və Allahın yer üzərində xəlifəsi Peyğəmbər(s.a) və Əhli_beytidir. Bəşəriyyətin bu ilahi rəhbərlərin müqabilində vəzifəsi onlara məhəbbət bəsləyib, itaət etməsidir.Allah təala bu barədə öz müqəddəs kitabında belə buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ
📜"Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun".²
📖 Bir çox ayə və rəvayətlər əsasında Peyğəmbər(s.a) qızı Xanım Zəhranın(s) bütün bəşəriyyətə nümunə olması aşkar bir məsələdir.Aişə Hz,Zəhranın(ə) bir çox cəhətdən atası Rəsuləllaha(s.a) oxşamasını belə bəyan edir:
📜"Simada, danışıqda, rəftarda, oturub və durmaqda Peyğəmbərə(s.a) Fatimdən(s) başqa oxşayan görmədim".³
🔸Sonra Aişə belə dedi:
📜"Peyğəmbərdən(s.a) başqa Fatimə(ə) qədər doğru danışanı görmədim".⁴
♻️Biz həqiqətən Peyğəmbər(s.a) qızının məqamını dərk etməkdə acizik.Bəşəriyyətin vəzifəsi ismət sahibi olan Əhli_beytin(ə) həqqaniyyətini əql vasitəsilə qəbul etməsidir.
-------------------
📚Mənbə:
1.Şura surəsi Ayə/ 23.
2.Nisa surəsi Ayə/59.
3.Sünəni Termizi c,5 səh,361
4.Mənaqib Ali Əbi Talib c,3 səh,341
?Hz, İmam Hüseynin(ə) qiyamı İmam Səccadın(ə) kəlamlarında.
▫️Hz, İmam Səccad(ə) bütün vücudu ilə İmam Hüseynin(ə) və digər şəhidlərin şəhadətinə şahid olmağına baxmayaraq Allah təaladan şəhadətə çatmağını istəyirdi.O həzrət Kərbəlada belə buyurdu:
?"İlahi şəhidlər ki, düşmənin qılıncı ilə doğranaraq səadət mənzilinə çatıblar mənə də bu şəhadəti nəsib elə".
▫️ Şəhidlərin müxtəlif məqamları vardır. Məsələn bəzən Allah təala Ali Muhəmmədə(s.a) olan məhəbbətə görə şəhadəti nəsib edər.
مَنْ مَاتَ عَلَی حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ شَهِیدا
?"Hər kim ali Muhəmmədə(s.a) olan məhəbbətinə görə ölsə şəhiddir".
✒️Bu cür şəhadətin səvabı vardır amma Hz, İmam Səccad(ə) Allah təaladan Kərbəla şəhidləri kimi meydanda şəhadətə çatmağını istəyirdi.O, həzrət bu barədə belə buyurur:
فِی نَظْمِ الشُّهَدَاءِ بِسُیوفِ أَعْدَائِهِ
?"Düşmənlərinin qılıncı ilə şəhidlər cərgəsində olam".
?Hz, İmam Səccad(ə) Allahdan bu məqamı istəyirdi. Bu da o, həzrətin necə mübarizə ruhuna sahib olduğu bəyan etməkdədir.
▫️ Hüseyn bin Əlinin(ə) qıyamı bizə Əhli_beyt(ə) şücaətinin tovhid əsasında olduğunu bəyan edir. Çünki Əhli_beytin(ə) Allah təala ilə xüsusi əlaqəsi vardır.Və o şəxs ki, Allahladır heç bir qorxusu yoxdur.
?Allah təala bizə yaxındı amma biz Allahdan uzağıq. Çünki o qəlb gözü ki Allahı görməlidir o gözlər kor olub. Və Allahın lütfündən məhrum olmuşuq.Nəticədə Allah bizimlədir amma biz Allah təaladan uzağıq.Bir şəxs ki, Allahdan uzaq olsa hər şeydən qorxar amma Allahla olanın heç bir qorxusu olmaz. Allah təala belə buyurur:
فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَٰكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ
?"Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur".
▫️Hz, İmam Səccad(ə) Allah təalaya yaxın olduğu kimi Allah təala da o, həzrətə yaxın idi.Mərhum Kuleyni(r) nəql edir ki Hz, İmam Səccad(ə) bu barədə belə buyurur:
لَوْ مَاتَ مَنْ بَینَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ لَمَا اسْتَوْحَشْتُ بَعْدَ أَنْ یكُونَ الْقُرْآنُ مَعِی
?"Yer üzündə bütün insanlar ölə və mən tək qalam,Quran mənimlə olduğu halda qorxu hiss etmərəm.Çünki Quran Allah kəlamıdır mənimlə danışır və mən də onu eşidirəm".
Aləmdə hər nə istəyiriksə Allah kəlamı bizə bəyan edir. Və mənim dediklərimi aşkar şəkildə eşidir. çünki Qurani Kərim bu barədə belə buyurur:
ادْعُونِی أَسْتَجِبْ لَكُمْ
▶️Mərhum Kuleyni Hz, İmam Səccadın(ə) kəlamını belə bəyan edir. O, həzrət mütləq qüdərtin və mütləq elmin vasitəsilə tovhiddə olan məqamını bəyan etməkdədir.
▫️Hz, İmam Hüseyn(ə) bərəkətli ömrünün son anlarında övladı İmam Səccada(ə) belə buyurur:
بليغ شيعة انِّ السلام
?"Mənim salamımı şiələrimə çatdır və onlara de ki, atam qərib və məzlumcasına şəhid oldu. Onun müsibətinə ağlayın, göz yaşı tökün".
✍️Hüseyn bin Əli(ə) bu sözləri ilə bizə bəyan etmək istəyirdi ki, öz İmamınızın müsibətinə ağlayıb əza saxlayaq. Çünki şəhidlərin şəhadətinə ağlamaq insanda mübarizə, şücaət və qeyrətin nümunəsidir.
? Hz, İmam Səccad(ə) hər bir fürsətdə göz yaşı tökürdü və buyururdu ki, Aşura əza ,qəm ,fəzilət və ədalətin aradan getdiyi gündür.Çünki biz ədalətin, mənəviyyatın və kəramətin özünü itirdik.Buna görə də göz yaşı tökürük.
Hz,İmam Hüseyn(ə) İmam Səccadın(ə) xeyməsinə daxil olanda, İmam Səccad(ə) şəhidlərin şəhadət xəbərin eşitdikdən sonra soruşdu ki, atacan bəs əmim Əbbas(ə) necə?
'Çünki Hz،Əbbas(ə) olduğu halda heç kim cürət edə bilməzdi'.
Hz, İmam Hüseyn(ə) buyurdu:
?"Əbbas(ə) da şəhid oldu.Artıq kişilərdən sən və məndən başqa heç kim qalmadı. Bu vaxt Hz, İmam Hüseyn(ə) xanımları xeyməyə çağırdı, Zeynəb(s), Ümmül gülsüm və digər xanımlara belə buyurdu:
Artıq sizin zəmanə İmamınız İmam Səccaddır(ə), şəriət hökümlərinizi ondan öyrənib onun əmrinə tabe olun. Çünki sizin İmamınız İmam Səccaddır(ə).
Hz, Zeynəb(s) fətvaları Hz,İmam Səccadan(ə) alıb özü bəyan edirdi ki, Zəmanə İmamının canını hifz etsin və heç bir halda Zəmanə İmamının mübarək vücudu xətərə düşməsin.O vaxt ki qəltgahdan keçirdilər Hz, Zeynəb(s) gördü ki İmam Səccad(ə) çox narhatdır.
İmam Səccad(ə) belə buyurdu:
Salam Əleykum Vərəhmtullah
Əzizlər, həm Seyyid Əli Xamenei həm də Seyyid Sistani ağanın nəzərində sabah bayramdır. Allah tutduğunuz orucları ali dərəcədə qəbul etsin. Bayramınız mübarək olsun. Allah-təala bu günün hörmətinə xatir möminlərə və möminələrə zalımın zülmündən nicat versin və tezlikcə zalımın məhvini möminlərə nəsib etsin.
Amin ?
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago