Kitab və Hikmət

Description
Kanalın admini:

Beynəlxalq Mədinə İslam Universitetinin məzunu

Elvin Məhərrəmov
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

3 weeks, 2 days ago
Namazda sol tərəfə salam vermək haqda.

Namazda sol tərəfə salam vermək haqda.

İmam Nəvəvi (rahiməhullah) "əl-Məcmu" (3/462) kitabında belə deyir:

"Məzhəbimizdə doğru olan budur ki, müstəhəb (bəyənilən) olan iki salam verməkdir. Bu, səhabələrin, tabiinlərin və onlardan sonrakı alimlərin əksəriyyətinin görüşüdür. Tirmizi, Qazi Əbu Təyyib və başqaları bunu əksər alimlərdən nəql etmişlər. İbn Münzir bunu Əbu Bəkr Siddiq, Əli ibn Əbu Talib, Abdullah ibn Məsud, Əmmar ibn Yasir, Nafi ibn Əbdülharis (Allah onlardan razı olsun) və tabiindən Ata ibn Əbu Ribah, Alqəmə, Şəbi, Əbu Abdurrahman Süləmi haqqında nəql etmişdir. Həmçinin, Sövri, Əhməd, İshaq, Əbu Saur və "rə'y əhli" (hənəfi alimləri) də bu görüşdədirlər.

Digər bir qrup alim isə bir salam verməyin kifayət olduğunu söyləmişdir. Bu görüşü İbn Ömər, Ənəs, Sələmə ibn Əkva, Aişə (Allah onlardan razı olsun) habelə Həsən əl-Bəsri, İbn Sirin, Ömər ibn Əbdüləziz, Malik və Əvzai rəvayət etmişlər.

İbn Münzir demişdir: "Əmmar ibn Əbu Əmmar belə nəql etmişdir: Ənsarların məscidində iki salam verilirdi, mühacirlərin məscidində isə bir salam verilirdi." Daha sonra İbn Münzir belə demişdir: "Mən birinci görüşü (iki salam vermək) üstün tuturam."

Sonra Nəvəvi belə deyir:
"Məzhəbimizdə vacib olan bir salam verməkdir, ikinci salam vacib deyil. Bu, cumhur alimlərin və ya bütün alimlərin görüşüdür. İbn Münzir demişdir: ‘Alimlər yekdilliklə qəbul ediblər ki, yalnız bir salam verməklə, qılınan namaz səhihdir.’"

Tahaavi, Qazi Əbu Təyyib və başqaları isə Həsən ibn Salehdən belə nəql etmişlər:
"O, iki salamı da vacib hesab edirdi. Bu, Əhməddən nəql edilən bir rəvayətdir və bəzi Malik məzhəbi alimləri də bu görüşdədirlər."

"Allah daha yaxşı bilir."

https://t.me/kitabvehikmet

3 months ago

İbn əl-Cövzi (Allah ona rəhmət etsin) demişdir:

"Bilin ki, zaman o qədər dəyərlidir ki, ondan bir an belə itirilməməlidir. Peyğəmbər ﷺ demişdir: "Kim "Subhanəllahil azim və bihəmdihi" deyərsə, onun üçün cənnətdə xurma ağacı əkilər."
İnsan neçə-neçə saatlarını itirir və böyük savabları qaçırır."

?(Seyd əl-Xatir)

https://t.me/kitabvehikmet

3 months, 1 week ago
Kitab və Hikmət
3 months, 1 week ago
İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) …

İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) belə demişdir:

"**Qəlbivi üç yerdə axtar:

︎ Qur'anı dinlədiyində
︎ Zikir məclislərində
︎ Xəlvətdə, (təklikdə olduğun) vaxtlarında

Əgər bu yerlərdə qəlbini tapmasan, Allahdan özünə bir qəlb verməsini dilə, çünki sənin qəlbin yoxdur!"**

[Bədai əl-Fəvaid, 1/149].

https://t.me/kitabvehikmet

3 months, 1 week ago
***?*** İmam İbn əl-Qeyyim (Allah ona …

? İmam İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) belə demişdir:

"Bizim dinimizdən biri də budur ki, biz cümə namazını, bayram namazlarını, digər fərz namazları və camaat namazlarını hər bir saleh və günahkar imamın arxasında qılarıq."
? [İctimaul-Cuyuş əl-İslamiyyə, 293/2].

https://t.me/kitabvehikmet

3 months, 1 week ago

"Əməllərin üstünlüyü onların zahirinə və sayına görə deyil, qəlblərdə olana görə üstün olur.
İki nəfər namazda eyni safda ola bilər, amma onların namazları arasındakı fərq göylə yer arasındakı kimi olar."

▪️İbn əl-Qeyyim (Allah ona rəhmət etsin)

t.me/kitabvehikmet

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago