Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Xeber24_tg

Description
ℹ️ Ölkədə və qlobalda baş verən ən son rəsmi xəbərləri bizim kanalımızdan izləyin.
We recommend to visit

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 3 месяца, 2 недели назад

Last updated 1 месяц, 2 недели назад

O qədər böyüyüb ki, içimizdəki tənhalıq. Sevilməyi gözləyərkən, gözləməyi sevmişik... 🌾
                             
📍𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 @Quliy3ffha 🦂

Last updated 1 месяц назад

1 month ago

*🇦🇿*🇷🇺 İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib**
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.

Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.

1 month ago

⚠️🇩🇪Almaniyanın federal daxili işlər naziri Nensi Fazer ölkənin İŞİD tərəfindən böyük təhlükə ilə üzləşdiyini bildirib.

1 month ago

⚡️ Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə gedən silahlı qrup saxlanılıb.

🇦🇲 "Döyüş Qardaşlığı" adlı dəstənin, ümumilikdə, 24 üzvünün saxlanıldığı və silah-sursatlarının müsadirə edildiyi bildirilir.

🚨 Ermənistan DİN onları qanunsuz silah-sursat daşımada ittiham edib.

📌 Sözügedən silahlı dəstə Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd edirdi.

3 months ago

🆘 “Koroğlu” metrosu yaxınlığında qətl hadisəsi olub

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, “Koroğlu” metro stansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

📍 @xeber24_tg

3 months, 1 week ago

⚡️⚡️⚡️Partlayışda 3 nəfər xəsarət alıb.

Baş Prokurorluq: Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

📍 @xeber24_tg

3 months, 1 week ago

🔴Bakı–Quba–Rusiya Federasiyası ödənişli yoluna radar nişanı quraşdırılıb.

Ötən günlərdə AAYDA sədri jurnalistlərə bildirmişdi ki, yolda maksimal sürət həddi 110 km/s olsa da, radar yoxdur, kim istəyirsə, daha artıq sürə bilər.

📍 @xeber24_tg

3 months, 1 week ago
Xeber24_tg
3 months, 1 week ago

‼️Sumqayıtda yataqxanada yanğın məhdudlaşdırılıb

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

📍 @xeber24_tg

3 months, 1 week ago

Bakıda sexdə partlayışda ölənlərin adları açıqlanıb - SİYAHI

  1. Abbasova Solmaz Paşabəy qızı (1983)
  2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964)
  3. Cəfərov Zaur Qulu oğlu (1980)
  4. Dadaşova Ülviyyə Hümbət qızı (1969)
  5. Məmmədov Elvin Qəfər oğlu (1993)
  6. Məmmədov İlqar Habil oğlu (1964)
  7. Qubadov Fərid Hüseyn oğlu (1983)
  8. Quliyeva Əsmayə Cümşüd qızı (1977)
  9. Yusubov Saraj Oruc oğlu (1985, Gürcüstan Respublikası vətəndaşı)

📍 @xeber24_tg

3 months, 2 weeks ago

🏛"Kapital Bank" kart istifadəçilərinə bəd xəbər var: 15 yanvardan etibarən "Birbank Cashbak" və "Birbank Miles" kartlarındakı pulu ölkədaxili başqa bankların ATM-lərində nağdlaşdırmaya görə 2 AZN komissiya tutulacaq.

Bu barədə "Kapital Bank" məlumat yayıb.

📍 @xeber24_tg

We recommend to visit

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 3 месяца, 2 недели назад

Last updated 1 месяц, 2 недели назад

O qədər böyüyüb ki, içimizdəki tənhalıq. Sevilməyi gözləyərkən, gözləməyi sevmişik... 🌾
                             
📍𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 @Quliy3ffha 🦂

Last updated 1 месяц назад