• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen
📍Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.
📲 Reklam: @admpdf
14 oktyabr (10 rəbius-sani, 201-ci hicri-qəməri ili)
Həzrət Fatimeyi-Məsumə əleyha salamın şəhadət günüdür.
Ey Şəhi-din, məzhəri-iman, Rza!
Səlim Müəzzinzadə
Şeyx Kazim! Nə üçün mənim rövzəmi oxumursan?!
Mərhum Seyid Əbdür-Rəzzaq Müqərrəm (vəfat tarixi: 1391-ci h.q), “Məqtəlul-Hüseyn” kitabında yazır: Böyük alim Şeyx Kazim Sibti mənə belə nəql edirdi: Böyük və etimadlı alimlərdən biri mənim yanıma gələrək dedi: Mən həzrət Əbəl-Fəzl əleyhissalamn tərəfindən sənin yanına gəlmişəm.
Mən o həzrəti yuxuda gördüm, mənə buyurdu: “Nə üçün Şeyx Kazim Sibti mənim müsibətimi oxumur?!” Dedim: Mən daim Şeyx Kazimin sizin müsibətinizi oxuduğunuzu görürəm. Həzrət buyurdu: Şeyx Kazimə de ki, bu müsibəti oxusun: Hər vaxt süvari bir şəxs atın üstündən yerə düşsə əllərini (qabaqda) yerə qoyur. Lakin əgər oxlar onun sinəsinə sancılmış və qolları kəsilmiş olsa, necə və hansı çətinliklə yerə düşər?!”
Əldə qələm qan ağlar, 3-cü cild
Quran oxu sən, natiqi Qur
ansan Hüseynim
Bilsin hamı Qur`anivə qurbansan Hüseynim
Aramımı aldı sitəmi əhli nifaqın
Amma bu keçən şəblərə sər saldı fəraqın
Çox başüvə müştaq idim dil əfsus saraldın
Tutsun dedilər Xuliyə mehmansan Hüseynim
Gəl nizədə Qur`an oxu sən, surəbəsurə
Gah döndərirsən mətbəxi Musa kimi nurə
Gahi qoyursan gül üzivi künci tənurə
Gah nuki cidadə məhi tabansan Hüseynim
Qol bağlı çəkərlər məni hər şəhrü-diyarə
Hər yerdə vurarlar yaralı başivə yarə
Çarəm kəsilib eylə Hüseyn, dərdimə çarə
Biçarələrin dərdinə dərmansan Hüseynim
Allah Özü rüsva eləsin ibni Ziyadı
Övladi Rəsulə qoyub o xarici adi
Başun qabağıyca çöküri qari Minadı
Qur`an oxu bilsinlər müsəlmansan Hüseynim
Gər versələr başın öpərəm bir də üzündən
Silləm o tənurun külünü qanlı gözündən
Xuli eliyən zülmü xəbər allam özündən
Ehsas edərəm hali pərişansan Hüseynim
Ol dad edirəm var bacuvin bəndi tənabı
Ya Şümri vuran qəmçilərin çoxdu əzabı
Amma deyirəm Zeynəbivin çoxdu əzabı
Sən peykəri, ya qeyrəti Yəzdansan[1] Hüseynim
Mən şahi vilayət qızıyam duxti Əliyəm
İsmətdə nümayəndeyi Zəhrayi Bətuləm
Bu zülmi cəfadəndən Hüseyn cani məluləm
Mən naqədə, sən nizədə nalansan Hüseynim
Ey kaş, anam Fatimə gəlsin bu diyarə
Etsin özü öz bəslədiyi barə nəzarə
Başüvə rəvadır vuralar bir belə yarə
Gülşəndə solan gül kimi xəndansan Hüseynim
Bax gör necə bir halı pərişandı Ruqəyyə
Zəcri sitəmi cövridə odlandı Ruqəyyə
Həm xəstədi, həm acdı, həm ətşandı Ruqəyyə
Al könlünü, qəmxari yetimansan Hüseynim
Qardaş bu həmən şəhridi Zeynəb sənə qurban
Hər övrətin halını soruşdum məni nalan
Bir ömri oleydi mənə fəxriyyə sənə xan
İndi mənim əhvalimə giryansan Hüseynim
Asi Kəriminin əli boşdur üzü qarə
İstər gələ bir ol şeş guşə məzarə
Bəlkə gələ qəbrindən ala dərdinə çarə
Məhşər günü sən şafei üsyansan Hüseynim
[1]Allahın qeyrəti
· İmam Hüseyn (ə) barəsində olan ayələr (“Əl-xəsaisul-Huseyniyyə” kitabından)
1-ci ayə: İmam Hüseyn (ə)-ın ana bətnində olduğu və təvəllüdü ilə əlaqədardır: “Biz insana valideyni ilə əlaqədar vəsiyyət etdik: anası ona ikrah halında hamilə olmuş, ikrah ilə dünyaya gətirmişdi. Hamiləlik və süd vermək dövrü otuz aydır. Nəhayət o uşaq inkişaf edib qırx yaşına çatan zaman deyir: “İlahi, mənə ilham et ki, mənə və valideynlərimə verdiyin nemətlərə şükür edəm, Səni razı salan saleh əməllər görəm. Məni nəslimdə islah et. Həqiqətən mən Sənin dərgahına tövbə edirəm və mən müsəlmanlardanam.”
“Kamil” və “Bihar” kitablarında mötəbər sənədlərlə nəql edilir ki, Fatimə (Ə) Hüseyn (ə)-a hamilə olan zaman Cəbrəil nazil olub Peyğəmbərə dedi: “Ya Muhəmməd! Həqiqətən, Allah sənə salam göndərir və Fatimədən dünyaya gələcək bir övladı sənə müjdə verir ki, səndən sonra ümmətin onu qətlə yetirəcəklər.”
Həzrət buyurdu: “Rəbbimə salam olsun! Fatimədən dünyaya gələn və məndən sonra ümmətimin qətlə yetirəcəyi belə bir övlada ehtiyacım yoxdur!”
Cəbrəil gedib yenidən qayıtdı, həmin sözləri dedi, Peyğəmbər də həmin cavabı verdi. Cəbrəil yenidən asimanlara getdi, sonra gəlib Peyğəmbərə dedi: “Allah-taala sənə müjdə verir ki, imamət, vilayət və vəsiliyi sənin nəslində qərar verəcəkdir.”
Peyğəmbər “Razı oldum” - deyə, cavab verdi. Sonra Cəbrəilin gətirdiyi xəbəri Fatiməyə çatdırdı, o da “Səndən sonra ümmətinin qətlə yetirəcəyi belə bir övladı istəmirəm!” - deyə, cavab verdi. Peyğəmbər Cəbrəilin verdiyi müjdənin ona verdikdə “Razı oldum” - deyə, cavab verdi. Hüseynin qətlə yetiriləcəyinə görə ona ikrah üzündən hamilə oldu, həmin səbəbə görə də ikrah üzündən dünyaya gətirdi. İmam Hüseyn (ə)-ın ana bətnində olduğu və süddən ayrıldığı vaxt otuz aydır. O həzrət böyüyüb qırx yaşına çatdıqdan sonra Allaha belə ərz etdi: “İlahi! Mənə ilham et, mənə və ata-anama verdiyin nemətlərə şükür edəm, saleh əməllər yerinə yetirən. Mənim nəslimdə saleh insanlar qərar ver!” Əgər o həzrət “Mənim nəslimi saleh qərar ver” - desəydi, onun övladlarının hamısı imam olardı. Hüseyn (ə) təvəllüdün ilk günlərində Fatimədən və başqa qadınlardan süd içmədi. Onu Peyğəmbərin hüzuruna gətirdilər. Həzrət baş barmağını onun ağzına salır, o da həmin barmaqdan iki-üç günlük doymağına səbəb olan miqdarda süd içirdi. Nəticədə Hüseynin əti-qanı Peyğəmbərin ətindən-qanından əmələ gəldi. Peyğəmbərlər içində Yəhya ibni Zəkəriyya və imamlardan Hüseyn ibni Əli (ə)-dan başqa heç kəs altı aylıq dünyaya gəlməmişdir.[1]
2-ci ayə: O həzrətin Mədinədən Kərbəlaya yola hərəkət etməsini bəyan edən ayə: (“Həcc” surəsi, 39-40)
“Həqiqətən, zülmə düçar olanların cihad etməsinə icazə verildi və Allah onlara kömək etməyə mütləq qadirdir. O kəslər ki, yalnız “Rəbbimiz Allahdır” dediklərinə görə öz diyarlarından nahaq yerə ixrac edilmişdilər.”
İmam Sadiq (ə)-dan nəql olunur ki, bu ayə Əli, Cəfər, Həmzə barəsində nazil olmuşdur, Hüseyn ibni Əli (ə) barəsində də qüvvədədir. Əli, Cəfər və Həmzə öz diyarlarından çıxarıldılar, heç bir günahları olmadan, heç kimin haqqını tapdalamadıqları halda qətlə yetirildilər. Onlar sadəcə “Rəbbimiz Allahdır” - deyərək bu sözdə möhkəm dayanmışdılar. Lakin bu ayə Hüseyn (ə) barəsində xüsusi şəkildə cərəyan etdi. Çünki o öz diyarından və bütün düşərgələrdən çıxarıldı, onun üçün heç bir sığınacaq yeri və qərargah qoymadılar... O həzrəti xüsusi şəkildə (zülmlə) qətlə yetirdilər, onun özünə, oğlanlarına, övladlarına və qadınlarına xüsusi acınacaqlı şəkildə zülm etdilər. İmam Hüseyn (ə) həmin kəsdir ki, Allahın qüdrəti (“İsra” surəsinin 33-cü ayəsində buyurulduğu kimi) ona kömək etməkdə zahir olmuşdur.
3-cü ayə: köməkçilərinin az olması
Bu Allahın buyurduğu aşağıdakı ayədir:
“O kəsləri görmədinmi ki, onlara “Əllərinizi saxlayın, namaz qılın, zəkat verin deyildi.” Onlara cihad hökmü veriləndə bir dəstəsi camaatdan qorxdular – Allahdan qorxduqları kimi, hətta ondan da şiddətli şəkildə qorxub dedilər: “Ey bizim Rəbbimiz! Nə üçün bizə cihad hökmünü verdin?! Nə üçün onu yaxın müddətə qədər təxirə salmadın?!” (Nisa surəsi, ayə: 77)
.
Məhərrəmin gəldi ağa, ya Hüseyn!
Şiələrin geydi qara, ya Hüseyn!
Səlim Müəzzinzadə r
Şiəliyə biganə olan müsəlmanlara DÖRD CAVABSIZ sual:
Sual 1. Peyğəmbərimiz (s.ə.v.v) canı kimi əziz olan qadını - Fatiməni (ə) mübahiləyə aparanda Ayişə harda qalmışdı??!
Sual 2. Peyğəmbərimiz (s.ə.v.v) canı kimi əziz olan kişini - Əlinii (ə) mübahiləyə aparanda Əbubəkr harda qalmışdı??!
Sual 3. Peyğəmbərimiz (s.ə.v.v) özünün iki reyhanından biri olan Həsəni (ə) mübahiləyə aparanda Ömər harda qalmışdı??!
Sual 4. Peyğəmbərimiz (s.ə.v.v) özünün iki reyhanından digər biri olan Hüseyni (ə) mübahiləyə aparanda Osman harda qalmışdı??!
Böyük şiə alimləri də “mübahilə” hadisəsini müxtəlif bəyanlarla nəql etmişlər, o cümlədən: “Təfsiru Qummi”, c.1, s.104; “Təfsiru Furat, s.90; “Təfsirul-Qur`anil-məcid”, Şeyx Mufid, s.45; “Əl-irşad”, Şeyx Mufid, c.1, s.167; “Təraif”, Seyid ibni Tavus, s.42; “Məcməul-bəyan”, c.2, s.309; “Əl-umdə”, İbni Bitriq, s.190; “Kəşful-ğummə”, Ərbili, c.1, s.314, 233; “Kəşful-yəqin”, Əllamə Hilli, s.214; “Biharul-ənvar”, c.21, s.277 (*)
• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen
📍Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.
📲 Reklam: @admpdf