✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
☪ Hicri-qəməri təqvimi ilə 1446-cı il (miladi 2024) rəbiülaxir ayında oruc tutulması müstəhəb olan günlər:
**- 4 oktyabr
- 10 oktyabr
- 11 oktyabr
- 16 oktyabr
- 17 oktyabr
- 18 oktyabr
- 24 oktyabr
- 25 oktyabr
- 31 oktyabr
- 1 noyabr**
DİQQƏT‼️****
🔸Boynunda ramazan ayının qəzası olan şəxslərin müstəhəb oruc tutmaları icazəli deyildir.
🔸 Həmin şəxslər oruc tutulması müstəhəb olan günlərdə oruc tutaraq savab əldə etmək istəyirlərsə, vaxtında əda etmədikləri ramazan orucunun qəzası niyyəti ilə oruc tutmalıdırlar.
🔸Bununla həm qəza oruclarını tutmuş olar, həm də savab qazanmış olarlar. 🤲 🌹🌹🌹
✅ **Biz deyirik: Allahdan başqasını çağırmayın (yəni Allahdan başqasına dua etməyin)! Necə ki Quranın 100 ayəsində bu, belə də bildirilmişdir. Heç kim Allah qədər Öz bəndələrinin işindən xəbərdar ola bilməz. Heç kim Allah qədər bəndəyə mehriban ola bilməz. ...
✅ Biz deyirik: Allah Rəsulu (s) və hidayət imamları (ə) buyurmuşlar: “Bizdən sizə bir söz gəlib çatarsa, həmin söz Allahın Kitabı ilə uyğun gəlməsə, onu biz deməmişik!” …
✅ Biz deyirik: İslam dini azadlıq, ədalət və rəhmət dinidir, öldürmə, təzyiq göstərmə və xalqın malının qəsb edilməsi dini deyildir. ...
✅ Bizi vəhhabilikdə ittiham edirlər! Halbuki biz vəhhabi deyilik. Biz yalnız Allahın Kitabına və Rəsuli-əkrəmin Sünnəsinə dəvət edirik. Bizi nəuzubillah Hz. Əmirülmömininlə düşmənçilikdə ittiham edirlər. Halbuki biz o böyük şəxsiyyətin dostluğunu özümüzə və digərlərinə vacib bilirik. …
✅ Orijinal İslama qayıtmaq və təfriqədən uzaqlaşmaq lazımdır. İslam rəhmət dinidir və onun Peyğəmbəri Quranın bəyanına əsasən aləmlərə rəhmət olaraq göndərilmişdir. İslam kobudluq, zorakılıq və qəddarlıq dini deyildir. İslam inhisarçılıq və monopolistlik dini deyildir, təəqqül və azadlığa dəvət dinidir.
✍ Əllamə Burqui**
🟢 ŞİƏ MƏZHƏBİNDƏ AYAT NAMAZININ HÖKMLƏRİ
❓AYAT NAMAZI NECƏ QILINIR?
🔹Ayat namazı ikirükətli namazdır. Hər rükətdə beş rüku və iki səcdə vardır. Ayat namazı iki şəkildə qılına bilər:
1⃣ Mükəlləf “Allah rizası üçün ayat namazı qılıram”, – şəklində niyyət etdikdən və təkbirətül-ehram dedikdən sonra Həmd və Surə oxuyur və rükuya gedir.
🔹Rükudan sonra ikinci dəfə Həmd və Surə oxuyur və rükuya gedir və beşinci rükuya gedənə qədər həmin tərtibə (qaydaya) əməl edir.
🔹Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedir və iki səcdədən sonra ikinci rükəti də həmin qaydada qılır və ikinci rükətin ikinci səcdəsindən sonra təşəhhüd və salamı oxuyur. Namaz tamamlanır.
2⃣ Mükəlləf niyyət və təkbirətül-ehramdan sonra Həmd oxuyur və Surəni beş hissəyə bölür.
🔹Həmddən sonra Surənin bir hissəsini oxuyur və rükuya gedir.
🔹 Rükudan sonra Həmdi oxumadan Surənin ikinci hissəsini oxuyub, ikinci rükuya gedir.
🔹Ondan sonra Surənin üçüncü hissəsini oxuyur və üçüncü rükuya gedir.
🔹 Beşinci rükuya çatana qədər həmin tərtibə riayət edir. Əgər beşinci rükudan əvvəl oxuduğu Surədən bir ayədən artıq qalarsa, qalan bütün ayələri oxumalıdır.
🔹Beşinci rükudan başını qaldırdıqdan sonra səcdəyə gedir. İki səcdəni yerinə yetirdikdən sonra ikinci rükəti də həmin qayda ilə yerinə yetirir. Səcdələrdən sonra təşəhhüd və salamı oxuyur.
🔹Ayat namazının yüngülləşdirilmiş bu ikinci şəklini qılarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:
– Hər rükudan əvvəl bir tam ayə oxumaq lazımdır;
– Hər rükətdə bir surəni sona çatdırmalıdır. Əgər bir ayədən daha artığı qalarsa, onların hamısını beşinci rükudan əvvəl oxumalıdır.
🔹Əgər məsələn, Surə üçüncü rükuda sona çatsa, sonrakı rüku üçün bir Həmd və Surə, yaxud bir Surənin bir hissəsini oxumalıdır və beşinci rükudan əvvəl qalmış rükuların sayına uyğun olaraq Surəni tamamlamalıdır.
🔹Gündəlik namazlarda vacib və ya müstəhəb olan şeylər ayat namazında da vacib və ya müstəhəbdir. Deməli, ayat namazını da təharətli halda üzü qibləyə dayanmaq, övrəti örtmək və başqa şərtlərə riayət etməklə qılmaq lazımdır.
☪ Hicri-qəməri təqvimi ilə 1446-cı il (miladi 2024) məhərrəm ayında oruc tutulması müstəhəb olan günlər:
- 7 iyul
- 9 iyul
- 11 iyul
- 12 iyul
- 13 iyul
- 17 iyul
- 18 iyul
- 19 iyul
- 25 iyul
- 26 iyul
- 1 avqust
- 2 avqust
DİQQƏT‼️****
?Boynunda ramazan ayının qəzası olan şəxslərin müstəhəb oruc tutmaları icazəli deyildir.
? Həmin şəxslər oruc tutulması müstəhəb olan günlərdə oruc tutaraq savab əldə etmək istəyirlərsə, vaxtında əda etmədikləri ramazan orucunun qəzası niyyəti ilə oruc tutmalıdırlar.
?Bununla həm qəza oruclarını tutmuş olar, həm də savab qazanmış olarlar. ? ???
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago