💕İbrətamiz Hekayələr💜

Description
🌹Bu kanal xüsusi olaraq. İbrətamiz Hekayələr sevənlər üçün nəzərdə tutulmuşdur.😍
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 6 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago

1 year, 1 month ago

Doğuldular, yaşadılar, öldülər...

‍ Keçmiş padşahlardan biri vəzirlərini yanına çağırıb deyir: “Mən indiyə kimi yaşamış bütün xalqların, mövcud olmuş bütün dövlətlərin, hakimiyyət sürmüş bütün şahların tarixini bilmək istəyirəm. Sizə beş il vaxt verirəm, alimlərə tapşırın ki, bütün tarixi mənim üsün yazsınlar”. Vəzirlər ölkədəki bütün alimlərə tapşırıq verirlər. Beş ilin tamamında hökmdar vəzirləri çağırtdırıb işin nəticəsini soruşur. Baş vəzir deyir: “Qibleyi-aləm, dediyiniz iş görülüb. Sarayın pəncərəsinə yaxınlaşın, nəticəni seyr edin”. Padşah pəncərədən baxanda bir ucu saraya dirənmiş, o biri ucu isə üfüqlərə kimi uzanmış dəvə karvanı görür. Dəvələrin hər birinin belindəki xurcun kitablarla dolu idi. Vəzir izahat verir: “Bu kitablarda buyurduğunuz məsələlərin hamısı yazılıb”. Padşah narazı halda deyir: “Bu qədər kitabı oxumağa ömrüm çatmaz. Bir il də vaxt verirəm, bu kitablarda yazılanları xülasə edib gətirin”.
Bir il də keçir. Yenə baş vəzir padşahı pəncərənin qarşısına çağırır. Hökmdar sarayın qapısında kitabla dolu on dəvənin durduğunu görür. Vəzir: “Qiblyei-aləm, dediyiniz kimi etdik. Bütün dünyanın tarixi barədə məlumatları bu on dəvə yükü qədər qısaltdıq”.
Padşah yenə razı düşmür: “Bu da çoxdur. On dəvə yükü qədər kitabı mən nə qədər vaxta oxuyub qurtararəm? Deyin ki, bir az da qısaltsınlar”. Baş vəzirdən səs çıxmadığını görən padşah soruşur: “Niyə cavab vermirsən? Bir az da qısa yazdırmaq üçün nə qədər vaxt lazımdır?”. Bu zaman vəzirlərdən biri irəli çıxıb deyir: “Padşah sağ olsun, dediyinizi sabah edərik”.
Səhər açılır, hökmdar həmin vəziri çağırtdırıb soruşur: “Tapşırığımı yerinə yetirdinmi?”. Vəzir əlində tutduğu kiçik bir kağız parçasını padşaha uzadır: “Qibleyi-aləm, hər şey burada yazılıb”. Padşah kağızı alıb baxır. Kağızda bircə cümlə yazılmışdı: “Doğuldular, yaşadılar, öldülər”

??????????????

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
? t.me/ibretamizhekayeler ?

1 year, 1 month ago

Günlərin birində fəlsəfə ilə məşğul olan cavan bir  tələbə bəzi sualları vermək üçün yanıma gəldi. Gördüm istedadlı bir gəncdir ki, yaxşı müəllimi olmayıb. Tənqidi bir düşüncəsi və cavabsız qalan yeni sualları var idi. Cavabları etdikdə sanki sərin su tapmış teşnəyə (susamışa) bənzəyirdi.
Məndən ona dərs verməyimi istədi və mən də bu adamın dəyərini anladığım üçün qəbul etdim. Qərar qoyduq ki, filan kitabı oxuyaq.
Bir müddət sonra anladım ki, mənə hədsiz dərəcədə məftun və valeh olub. Müşahidə etdim ki, zehnində mənə nisbətdə bir əzəmət və böyüklük  formalaşıb ki, onun üçün çox təhlükəlidir. Nə etsəm də, bu hal onda azalmadı. Bu cazibənin onun müstəqil düşüncəsinə zərər verəcəyini və tənqidi ruhiyyəni ondan alacağını bilirdim. Qərar aldım təlim-tədris fürsətini onun müstəqil düşüncəsini qorumaq yolunda qurban verəm. Dərsə gəlməsi lazım olan gündə evin qapısını yarımaçıq saxladım. Uşağın velosipedini götürüb bağçada oynamağa və uşaqcasına hərəkətlər etməyə başladım. Onun vaxtında gəldiyini gördüm. Bir neçə dəqiqə təəccüblə mənə baxdı.
Mən həyəcanla öz oyunuma davam etdim. Nəzərində kiçildim və o əzəmət və böyüklüyüm aradan getdi. Yolunu tutdu və bir söz demədən getdi və bir daha da geri dönmədi.
Bura çatdıqda mərhum Əllamə Cəfəri (r) İslam dininə verdiyi əvəzsiz töhfələrinə və xidmətlərinə baxmayaraq dedi: "Axirətim üçün bir neçə əməlimə ümid edirəm. Onlardan biri də, o gün velosipedlə oynamağımdır."
Əllamə bu əxlaq dərsiylə bizə bunu anlatmaq istəyir ki, böyük insanları axtarıb, onları anlamağa və onlardan istifadə etməyə çalışmaq lazımdır.
Ancaq onların əzəməti səbəb olmamalıdır ki, şəxsiyyətlərinə pərəstiş edib, onların fikirlərinə tənqidi yanaşmaq ruhiyyəmizi əldən verək. Çünki insanın dəyəri onun ağıl və düşüncəsindədir.
??????????????

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?Kanalımızın Linki??
??t.me/fereculesq??

1 year, 1 month ago

Etdiyin yaxşılıq yerdə qalmaz

Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu varlı oğlan gənc bir qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi. Onun bir əli şikəst idi. Bunu görən qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər. Etdiyin yaxşılıq yerdə qalmaz
Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir:
— İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver.
Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxt ilə çox adlı-sanlı adam idi. Lakın o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qaldı. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz acı hekayəsini danışır.
— Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim. Bir dilənçi gəldi, məndə ona bir toyuq verdim, içinədə qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik şəhərdən qovub əlimi kəsdi.
Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda oğlan belə deyir:
— Üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasitəsiylə mən varlandım.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
@ibretamizhekayeler ?

1 year, 1 month ago

Çoban və ALLAH

Bir Coban Məhəməd Peyğəmbərin qarşısını kəsir.. Və ona deyir: Allaha bir sözüm var catdırarsınızmı? Məhəmməd Peyğəmbər catdıraram deyir.
-Allaha de ki Ondan küsmüşəm..
Məhəmməd Peyğəmbər catdırdım deyir. Allah da dedi ki.. mən də Cobandan küsmüşəm.
Üstündən 6 ay kecir. Çoban yenə Peyğəmbərin qarşısına cıxır və deyir: Məhəmməd Peyğəmbər ALLAHA de ki onunla barışdım. Məhəmməd Peyğəmbər Allah deyir ki mən də cobanla barışdım.
Peyğəmbər deyir Ay Coban. Niyə küsdün, niyə də barışdın...De Mən də bilim. Coban deyir: Qədir gecəsi idi. Məsciddə oturmuşduq. Hamı Quranın nazil olmasından danışırdı. Hamı bir biri ilə mehriban idi. Deyirdilər gülürdülər. Birdən Molla dedi ki....cənnət olduğu kimi....cəhənnəm də var... Mən də Allahdan küsdüm ki hamı şad xürrəmdir cəhənnəm nəyə lazım idi.
Bəs niyə 6 aydan sonra barışdın. Bir gün dağda qoyun otarırdım. Birdən güclü bir yağış yağdı. Gördüm iki atlı gəlir. Suyun icindədilər. Tez bunları cadırıma gətirdim. Od qaladım. Paltarlarını qurutdum. Bir toğlu kəsdim. Qovurma elədim. Yedirtdim.. Yerlərini də saldım ki yatsınlar. Atlarını da ağaca bağladım. Amma qorxdum ki birdən canavar gələr yeyər. Barmağımı azca kəsib yerinə düz qoydum ki yatmayım. Amma yuxu məni aparıb. Yatmışam. Səhər durub gördüm ki qonaqlar gedib. Gedəndə də mənim 10 qoyunumu oğurlayıblar.
Onda ALLAHLA barışdım ki yaxşı edib cəhhənəmi yaradıb ki belə adamların cənnətdə nə işi var.
?????????????
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
@ibretamizhekayeler ?

1 year, 1 month ago

HER KES MUTLEQ OXUSUN..!

Bir ana öz oğlu ilә qızına nәsihәtlә müraciәt edir:
"Oğlum, qızım, ciyәr paralarım! Günlәrin bir günü mәnim qocaldığımı vә hәrәkәtlәrimin mәntiqsizlәşdiyini görәcәksiniz. Hәmin vaxt, xahiş edirәm, mәni anlamaq üçün zaman ayırın vә sәbirli olmağa çalışın.
Әllәrim titrәdiyi üçün yediklәrim yaxama tökülәndә, әynimi geyinmәyә taqәtim olmayanda, o vәziyyәtdә özümün edә bilmәdiklәrimi sizә öyrәtdiyim günlәri xatırlayın, mәnim üçün sәbirli olmağa çalışın.
Üst-başımdan xoşagәlmәz qoxular duyarsınızsa, mәni danlamayın, uşaqkәn sizi geyindirdiyimi, sizin hәr zaman tәmiz, sәliqәli olmağınıza çalışdığımı xatırlayın.
Mәnim sağlam düşüncәyә uyğun olmayan hәrәkәtlәrimi görәrsinizsә, mәnә gülmәyin, mәnim düşünәn beynim, görәn gözüm olun, mәnә kömәk edin.
Siz mәnә düzü-sәhvi necә göstәrә bilәrsiniz? Axı sizi böyüdüb tәrbiyә edәn, sizә bu dünyada yaşamağın yolunu göstәrәn mәn olmuşam... Vә sizә Qiyamәt günü barәdә danışan da mәn idim...
Mәnimlә söhbәt edәrkәn, mәnim asta, lәng danışığımdan, lәng düşünmәyimdәn, çәtin qavramağımdan, zәif yaddaşımdan yorulmayın, lütfәn, axı indi mәnim yeganә xoşbәxtliyim sizin yanımda olub, mәnimlә danışmağınızdır.
Ayaqlarım taqәtsiz olub, hәrәkәt etmәyimi çәtinlәşdirәrsә, mәnә qarşı hәlim olun, axı siz ayaqda möhkәm dayanana kimi daim әlinizdәn tutub, sizә yeritmәyi öyrәdәn mәn olmuşam. Vә mәnim o vәziyyәtimdә әlimdәn tutarkәn әsla utanc hissi keçirmәyin, çünki bir gün siz dә әlinizdәn tutacaq birini axtaracaqsınız.
Bilin ki, mәn artıq sizin kimi hәyata doğru deyil, әksinә, hәyatdan ölümә, qәbir evinә doğru irәlilәyirәm, ölümdәn qorxmuram, onu gözlәyirәm, ona görә dә mәnim yanımda olun, mәnә qarşı deyil.
Hansısa sәhvlәrimi xatırlasanız, bilin ki, mәn heç vaxt sizә xoşbәxtlikdәn savayı bir şey dilәmәmişәm. İndi mәnim üçün edә bilәcәyiniz әn böyük yaxşılıq qüsurlarımı bağışlamanız, nöqsanlarımı gizlәtmәniz olar. Allah da sizin günahlarınızı bağışlasın, nöqsanlarınızı gizli saxlasın!
Sizin tәbәssümünüz, gülüşünüz, hәmişә olduğu kimi, indi dә mәnә dünyaları bәxş edir. Mәni özünüzdәn, bu sәadәtdәn mәhrum etmәyin, nә olar. Siz doğularkәn, mәn sizinlә olmuşam, mәn öldüyümdә dә siz mәnimlә olun, mәni o biri dünyaya, son mәnzilimә yola salın...

BU SÖZLӘRİ HӘR KӘS OXUMALIDIR Kİ, ATA-ANASININ QӘLBİNDӘKİLӘRİNİ BİLSİN. ӘGӘR VALİDEYNSİNİZSӘ, BUNU ÖVLADLARINIZA OXUTDURUN. ATA-ANANIZ ÜÇÜN BELӘ DUA EDİN:
"Allahım, Sәn elә et ki, Cәhәnnәmin alovu ata-anama "Get, hәqiqәtәn dә sәnin nurun mәni söndürdü!", Cәnnәt isә "Mәn hәlә sәni görmәzdәn әvvәl sәnin üçün darıxmışam!" söylәsinlәr".

Bu yazını mütlәq paylaşın. Qoy valideynlәri sağ olanlar, sonradan bir ömür bihudә peşmançılıq çәkib, vicdan әzabı içindә qovrulmamaq üçün, nә qәdәr ki gec deyil, onlara qarşı diqqәtli olsunlar, onlardan mәhәbbәtlәrini әsirgәmәsinlәr. Valideynlәri dünyadan köçәnlәr isә dualarında valideynlәrini unutmasınlar. Amin!!!

?????????????

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
? t.me/ibretamizhekayeler ?

1 year, 1 month ago

İmam Əli (ə) haqqında gözəl rəvayət

?Bir gün sübh namazı vaxtı Həzrət Əli məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir.
?Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir.
?Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür.
?Məscidə girəndə Peyğəmbər(s) Həzrətlərini rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı.
Həzrəti Əli camaata qoşulub namaz qılır.
?Namazdan sonra səhabələr Peyğəmbər (s)-dansoruşurlar:
?"Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?"
Həzrəti Mühəmməd Peyğəmbərimiz(s.a.a.v) "Hər zaman olduğu kimi Səmi'allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayil Əleyhissəlampeyda olub qanadı ilə kürəyimdən basıb, başını qaldırmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm" - buyurdu.

O an Allah Təala Cəbrayıl Əleyhissəlama əmr edir ki, "Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın."

?O saat Hz.Cəbrayıl(ə) Həbibullahın hüzuruna gəlib, xəbər verdi ki, "Ya Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rukudan qalxsın. Mənim qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə çatsın. Mən də gəldim, Sultanımı rukuda tutdum, Əli(ə) gəldi. Allah Təala məni sizi rukuda saxlamağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
? t.me/ibretamizhekayeler ?

1 year, 1 month ago

Günlərin birində Harun ər-Rəşid Bəhlula deyir:
İstəyirəm sənin ehtiyacını təmin edəm ki, ürəyim də rahatlasın.
Bəhlul deyir:
Bir sözüm yoxdur, təmin elə, amma bunun üç eybi var:
Harun təəccüblə deyir:
Nədir onlar?
Bəhlul onun cavabında deyir:
Birincisi, bilmirsən ki, mənim tam olaraq nəyə ehtiyacım var, ta onu mənim üçün təmin edəsən.
?İkincisi, nə vaxt ehtiyac duyduğumu bilmirsən;
?Üçüncüsü, nə qədər ehtiyacımın olduğunu bilmirsən.
Amma ❤️Allah bunların üçünü də bilir. Bircə fərqlə ki, əgər mən səhv etsəm, sən mənim haqqımı kəsəcəksən, ancaq ❤️Allah nə qədər də itaətsizlik etsələr heç vaxt bəndələrinin ruzisini  kəsmir.
? İnsanların həqiqi ehtiyacından agah olan və olanları təmin etməyə qadir olan yalnız və yalnız Allahdır.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
@ibretamizhekayeler ?

1 year, 1 month ago

Bağçalar və üç buzov hədisi

?Allah Rəsulu (s) Əli ibn Əbutaliblə (ə) birlikdə gözəl bir bağçanın yanından keçirdi. Əli (ə) ona dedi: “Necə də gözəl bağçadır”.
Peyğəmbər (s) buyurdu: “Ey Əli, sənin Cənnətdə bundan da gözəl bağçan
var”. Onlar yeddi bağçanın yanından keçdilər. Hər biri üçün Əli (ə) deyirdi:
"Necə də gözəl bağçadır”. Allah Rəsulu (s) da ona deyirdi: “Sənin Cənnətdə bundan da gözəl bağçan var”.
Sonra Allah Rəsulu (s) hönkürtü ilə ağladı. Əli (ə) də onun ağlaması ilə
ağladı. Sonra dedi: “Niyə ağlayırsan, ey Allahın Rəsulu?”
Peyğəmbər (s) buyurdu: “Ey qardaşım, ey Əbülhəsən, bir dəstə adamın
sinələrində kin var, məndən sonra onu sənə göstərəcəklər”.
Əli (ə) dedi: “Ey Allahın Rəsulu, bəs dinim salamat qalacaqmı?” 
Peyğəmbər (s) buyurdu: “Dinin salamat qalacaq”.
Əli (ə) dedi: “Əgər dinim salamat qalacaqsa, bu (onların kin-küdurəti) mənə pislik edə bilməz”.
Allah Rəsulu (s) buyurdu: “Elə bu səbəbdən Allah səni Muhəmmədin ardıcılı edib. Səni Öz razılığına və bağışlamasına dəvətçi, halalzadə və zinazadələrin ayrılması və seçilməsi meyarını səni sevməkləri və sənə nifrət bəsləməkləri qərar verib. Habelə Qiyamət günü səni Muhəmmədin bayrağını daşıyan və peyğəmbərlər, rəsullar, səbirli olanları bayrağın altında Nəim cənnətlərinə aparan başçı qərar verib. Ey Əli, Musanın səhabələri ondan sonra buzovu (məbud) götürdülər, onun xəlifəsinə isə qarşı çıxdılar. Məndən sonra ümmətim də bir buzovu, ondan sonra bir buzovu, sonra isə başqa bir buzovu götürəcək və sənə qarşı çıxacaqlar. Sən mənim onlar üzərindəki xəlifəmsən.
Onlar buzovu (özlərinə rəhbər) götürməkdə eynidirlər.
Kim səninlə müvafiq olsa, sənə itaət etsə, Rəfii-əlada bizimlə birlikdədir.
Kim məndən sonra buzovu qəbul etsə və sənə qarşı çıxsa, eyni halda tövbə
etməsə, Musanın dövründə buzovu qəbul edənlərlə birlikdə olacaqlar. Onlar tövbə etmədiklərinə görə Cəhənnəm odunda həmişəlik əbədi olacaqlar”.

?İmam Həsən Əskəriyə (ə)  nisbət verilən Təfsir, hədis 279

??????????????

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
? t.me/ibretamizhekayeler ?

1 year, 1 month ago

Ərəblərdən biri Həzrət Əlidən (ə) soruşdu :
- Əgər mən su içsəm haramdırmı?
Həzrət buyurdu: - Xeyr
Dedi:
-Bəs xurma yesəm necə? Haramdırmı?
Həzrət buyurdu: - Xeyr
Ərəb dedi :
- Bəs onda necə olur ki, su ilə xurmanı qarışdırıb  şərab olana qədər bir müddət günün altında saxlayıb sonra içsəm haram olur?
Əmirəl Muminin (ə) buyurdu:
- Əgər başına su səpsəm bir ağrı hiss edərsənmi?
Dedi:  - Xeyr
Həzrət(ə) buyurdu:
- Bəs bir ovuc torpaq töksəm necə?
Dedi: - Xeyr
Həzrət buyurdu:
- Əgər bu ikisini bir-birilə qarışdırsam və bir müddət günün altında saxladıqdan sonra başına vursam necə?
Dedi: - Başım yarılar.
Həzrət (ə) buyurdu:
Elə o da (xurma ilə su) bunun kimidir.

Mənbə ?: Əmirəl Momininin (ə) qəzavətləri

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
? t.me/ibretamizhekayeler ?

1 year, 1 month ago

Danəndədən Hikmətli Hədis

Bir dəfə Bəhlul illər boyu bacısı ilə küsülü şəxsi görüb deyir:
– Əgər sən Hüseyn ibn Əlinin (ə) bacısı Zeynəbə (ə) olan məhəbbətindən xəbər tutsaydın, bacınla bir gün də küsülü qalmazdın.

Həmin şəxs Bəhluldan onların arasındakı münasibətlər barədə soruşduqda deyir:

– Günlərin biri Həzrət Zeynəb (ə) açıq havada yatdığı zaman İmam Hüseyn (ə) gün şüalarının onun üstünə düşdüyünü görür. Başqa imkanı olmadığını gördükdə bədəni ilə onun üstünə kölgə salır. Beləcə bacısı yuxudan oyanana qədər, iki saata yaxın bədənini qızmar günəşin şüalarına sipər edir.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?İbrətamiz Hekayələr?
@ibretamizhekayeler ?

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 6 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago