Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

_Allaha_Mohtac_

Description
🔵 Quran və Əhli-Beyt (a)
Advertising
We recommend to visit

Gülüşü gözəl olanın acısı çox olarmış🥀

Last updated 2 days, 13 hours ago

لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ

La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻

Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻

Əsas kanal: @cennetesqi 🕋

Last updated 1 month, 3 weeks ago

3 weeks ago

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ::
CÜMƏ GÜNÜNDƏ İMAM ZAMANIN (Ə.F) ZİYARƏTİ

Salam olsun sənə ey yer üzündə Allahın hüccəti. Salam olsun sənə ey məxluqat arasında Allahın görən gözü. Salam olsun sənə ey Allahın nuru: o nur ilə hidayət olunanlar hidayət olunar və möminlərin işi avand olar. Salam olsun sənə ey islah olunmuş və Allahdan xofu olan. Salam olsun sənə ey xeyirxah başçı. Salam olsun sənə ey nicat gəmisi. Salam olsun sənə ey həyat çeşməsi. Salam olsun sənə, Allahın salamı olsun sənə və sənin pak-pakizə xanidanına. Salam olsun sənə, Allah kömək və zühur barədə sənə verdiyi vədin gerçəkləşməsini tezləşdirsin. Salam olsun sənə ey mövlam, mən sənin dostunam, sənin işinin başlanğıcını və sonunu bilirəm, sənin və xanidanın vasitəsilə mütəal Allaha yaxınlaşmaq istəyirəm, sənin zühurunun və sənin əlinlə haqqın zühurunun intizarındayam. Allahdan istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərsin, məni sənin intizarını çəkənlərdən, düşmənlərinin qarşısında sənin ardıcıllarından və köməkçilərindən, dostlarının arasında sənin qarşında şəhid olanlardan qərar versin. Ey mövlam, ey Sahibəz-zaman – Allahın salamı olsun sənə və sənin xanidanına – bu gün cümə günüdür və sənin günündür. Bu gündə sənin zühurun, sənin əlinlə möminlərin işinin həlli və sənin qılıncınla kafirlərin həlakı gözlənilir. Ey mövlam, bu gün mən sənin qonağınam və sənə pənah gətirmişəm. Sən, ey mövlam, kərimlərin nəslindən olan kərimsən, qonaqpərvərliyə və pənah verməyə əmr olunmusan, elə isə, məni qonaq et və mənə pənah ver. Allahın salamı olsun sənə və sənin pak xanidanına.

https://t.me/allaha_mohtac

Telegram

_Allaha_Mohtac_

***🔵*** Quran və Əhli-Beyt (a)

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ::
3 weeks ago
*Ey mənim gözəl Allahım sonunu bilmədiyim …

https://t.me/hiraa22

*Ey mənim gözəl Allahım sonunu bilmədiyim yollarda, çiyinlərimə ağır gələn imtahanlarda, və bu böyük dünyada yalnız sənə güvənirəm.
Vardır bir səbəbi deyə səbr etdiyim nə varsa xeyirli et...

Yeni bir güne Bismillah 🌹*

3 weeks, 1 day ago

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ::
https://t.me/hiraa22

*🔸I‌cazə vermə du‌nya səndən bu 5 s‌eyi ala:

1) Allaha ibadət etməyi..
2) Valideynə yaxs‌ılıg‌ı..
3) Ailənə məhəbbəti..
4) Ətrafındakılara ehsan və yaxs‌ılıq eləməyi..
5) Go‌rdu‌yu‌n is‌lərdə ixlası..

🍂Du‌nya həyatı hiylədən bas‌qa bir s‌ey deyil.
C‌alıs‌ bu du‌nyaya aldanma!*

2 months, 2 weeks ago

https://t.me/allaha_mohtac

ALLAHA MÜTİ OLANLARIN MİNACATI

Rəhman və Rəhim Allahın adı ilə. Ey Allahım! Bizi Öz itaətinə yönəlt və Sənə itaətsizlikdən uzaq et. Arzuladığımız razılığına çatmağı bizə müyəssər et. Bizə Cənnətində yer ver. Şəkk və tərəddüd buludlarını gözlərimizin önündən dağıt. Qəlbimizin üzərindən şəkk və tərəddüd pərdələrini kənara çək. Daxilimizdəki batili məhv et. Haqqı batinimizdə təsbit et. Çünki tərəddüd və güman fitnələrin mənşəyi, pak bəxşişləri və yaxşılıqları qaraldandır. Ey Allahım! Bizi nicat gəminə mindir, minacatının ləzzətindən bəhrələndir və məhəbbətinin dənizinə daxil et. Sənə məhəbbətin və Sənə yaxın olmağın şirinliyini bizə dadızdır. Səyimizi Öz yolunda və himmətimizi Sənə itaətkarlıqda qərar ver. Səninlə ünsiyyətdə niyyətimizi xalis et. Çünki biz Səninləyik və Səndənik. Sənin dərgahına çatmaq üçün Səndən qeyri vəsiləmiz yoxdur. Ey mənim Məbudum! Məni yaxşıların seçilmişlərindən qərar ver və yaxşıların əməlisalehləri sırasına qat. O kəslər ki, üstün xislətlərdə öndədirlər, yaxşı işlərə can atırlar, davamı olan yaxşı işlərin sahibidirlər, ən uca dərəcələrə çatmağa cəhd göstərirlər. Həqiətən, Sən hər şeyə qadirsən və (bəndələrinin istəyini) icabət etməyə layiqsən. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!

Telegram

_Allaha_Mohtac_

***🔵*** Quran və Əhli-Beyt (a)

ALLAHA MÜTİ OLANLARIN MİNACATI
2 months, 2 weeks ago
2 months, 3 weeks ago
***♦️*****Min ilin ibadət savabı**

♦️Min ilin ibadət savabı

t.me/allaha_mohtac

2 months, 3 weeks ago

AYƏTƏL-KÜRSİ

Əbazər məclislərin birində Peyğəmbərimiz Həzrət Mühəmməddən (s) soruşdu: Sizə nazil olmuş ən üstün və dəyərli ayə hansıdır? Rəsulullah (s) buyurdu: “Ayətəl-kürsi”. Çünki o mübarək ayədə, şərafətli “Həyy və Qəyyum” sözləri vardır. İmam Sadiq (ə) buyurmuşdur: Hər nədə zirvə vardır, Quranın da zirvəsi “ayətəl-kürsi”dir. Onu bir dəfə oxuyan şəxsdən Allah Taala min dünya ağrı-acısını və min axirət narahatçılığını uzaqlaşdırar ki, dünya ağrı-acısının ən yüngülü yoxsulluq və axirət narahatçılığının ən yüngülü qəbir əzabıdır. Mən də o məqama nail olmaq arzusu ilə onu (ayətəl-kürsi) oxuyuram. Qeyd etmək lazımdır ki, Həzrət Rəsuldan (s) nəql olmuş rəvayətə və İmam Əlidən (ə) nəql olmuş təcrübəyə əsasən “ayətəl-kürsi” 50 kəlmədən ibarətdir. Buna əsasən də son iki əsrdə müsəlmanlar arasında Bəqərə surəsinin üç ayəsinin birlikdə oxunmasına baxmayaraq 255-ci ayə “ayətəl-kürsi”dir.

(255) Bismilləhir rahmənir rahim. Allahu lə iləhə illə huvəl həyyul qəyyum, lə tə’xuzuhu sinətun və lə nəvm, ləhu mə fis-səməvəti və mə fil-ərz, mən zəlləzi yəşfə‘u ‘indəhu illə biiznih, yə‘ləmu mə bəynə əydihim və mə xəlfəhum və lə yuhitunə bişəy’in min ‘ilmihi illə bimə şəə, vəsi‘ə kursiyyuhus səməvəti vəl-ərzə və lə yəuduhu hifzuhumə, və huvəl ‘əliyyul ‘əzim.

(256) Lə ikrahə fid-dini qəd təbəyyənər ruşdu minəl ğəyy, fəmən yəkfur bittağuti və yu’min billəhi fəqədistəmsəkə bil ‘urvətil vusqa lən-fisamə ləhə, vəllahu səmi‘un ‘əlim.

(257) Əllahu vəlliyyulləzinə əmənu yuxricuhum minəz-zuluməti ilən-nuri vəlləzinə kəfəru əvliyəuhumut tağutu yuxricunəhum minən-nuri iləz-zulumət, uləikə əshəbun-nəri hum fihə xalidun.

2 months, 3 weeks ago

https://t.me/allaha_mohtac
🍂🍂🍂🍂🍂🍂
ŞÜKÜR EDƏNLƏRİN MİNACATI

Rəhman və Rəhim Allahın adı ilə.Ey mənim Məbudum! Davamlı bəxşişlərin məni Sənin şükrünü yerinə yetirməkdən uzaq salmışdır. Lütf və kərəminin çoxluğu məni Sənin həmd-sənanı saymaqda aciz etmişdir. Daimi ruzin məni Sənin yaxşılıqlarını xatırlamaqdan uzaq salmışdır. Ardıcıl nemətlərin məni Sənin yaxşılıqlarını açıqlamaqda aciz etmişdir. Bu, o kəsin durumudur ki, Sənin nemətlərinin çoxluğunu etiraf edir. O bu nemətlər müqabilində səhlənkarlıq etmiş və öz səhlənkarlığına şahidlik edir. Rəuf , rəhim , bərr və kərim Sənsən! Sən, Sənə üz tutanları məhrum etmirsən və Səni arzulayanları dərgahından qovmursan. Ümid edənlər ümid yükünü Sənin gərgahında yerə qoyur və bəxşiş diləyənlər Sənin dərgahında mənzilgah salırlar. Elə isə, bizim arzularımızı ümidsizliklə qarşı-qarşıya qoyma və ümidsizlik libasını əynimizə geyindirmə. Ey mənim Məbudum! Sənin nemətlərinin böyüklüyü qarşısında mənim şükrüm kiçikdir. Mənə olan lütfkarlığın qarşısında mənim Sənə həmd-səna yağdırmağım azdır. Sənin nemətlərin əynimə iman nurundan gözəllik libası geyindirmiş, ehsan lütfün başıma izzət, alicənablıq örtüyü qoymuş və nemətlərin boynuma açılmayan boyunbağı taxmışdır. Batini nemətlərin o qədər çoxdur ki, dilim onları saymaqda aciz olmuşdur. Zahiri nemətlərin o qədər çoxdur, düşüncəm onları dərk etməkdə aciz olmuşdur. O ki qaldı, bütün bunları saya bilim! Sənin şükrünü necə yerinə yetirim, bir halda ki, Sənə şükür etmək digər bir şükrü lazımlı edir. Belə ki, “Həmd-səna Sənə məxsusdur”- dediyim vaxt buna (şükür edə bildiyimə) görə yenidən: “Həmd-səna Sənə məxsusdur!”- demək mənə vacib olur. Ey mənim Məbudum! Məni yedizdirdiyin və boya-başa çatdırdığın kimi, firavan nemətlərini mənim üçün tamamla ,acı müsibətləri məndən uzaqlaşdır, məni hər iki aləmin ən dəyərli və üstün nemətlərindən indi də, gələcəkdə də bəhrələndir. Gözəl sınağın və bol nemətlərinə görə həmd-səna yalnız Sənə məxsusdur! Elə bir həmd ki, Sənin razılığına mavafiqdir və Sənin əzəmətli ehsanın və yaxşılığından qaynaqlanır. Ey əzəmətli, ey kərim! Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!
🍂🍂🍂🍂🍂🍂🍂

Telegram

_Allaha_Mohtac_

***🔵*** Quran və Əhli-Beyt (a)

***🍂******🍂******🍂******🍂******🍂******🍂***
2 months, 3 weeks ago

https://t.me/allaha_mohtac

ALLAHA MÜTİ OLANLARIN MİNACATI

Rəhman və Rəhim Allahın adı ilə. Ey Allahım! Bizi Öz itaətinə yönəlt və Sənə itaətsizlikdən uzaq et. Arzuladığımız razılığına çatmağı bizə müyəssər et. Bizə Cənnətində yer ver. Şəkk və tərəddüd buludlarını gözlərimizin önündən dağıt. Qəlbimizin üzərindən şəkk və tərəddüd pərdələrini kənara çək. Daxilimizdəki batili məhv et. Haqqı batinimizdə təsbit et. Çünki tərəddüd və güman fitnələrin mənşəyi, pak bəxşişləri və yaxşılıqları qaraldandır. Ey Allahım! Bizi nicat gəminə mindir, minacatının ləzzətindən bəhrələndir və məhəbbətinin dənizinə daxil et. Sənə məhəbbətin və Sənə yaxın olmağın şirinliyini bizə dadızdır. Səyimizi Öz yolunda və himmətimizi Sənə itaətkarlıqda qərar ver. Səninlə ünsiyyətdə niyyətimizi xalis et. Çünki biz Səninləyik və Səndənik. Sənin dərgahına çatmaq üçün Səndən qeyri vəsiləmiz yoxdur. Ey mənim Məbudum! Məni yaxşıların seçilmişlərindən qərar ver və yaxşıların əməlisalehləri sırasına qat. O kəslər ki, üstün xislətlərdə öndədirlər, yaxşı işlərə can atırlar, davamı olan yaxşı işlərin sahibidirlər, ən uca dərəcələrə çatmağa cəhd göstərirlər. Həqiətən, Sən hər şeyə qadirsən və (bəndələrinin istəyini) icabət etməyə layiqsən. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!

🌸🌸🌸🌸🌸🌸

Telegram

_Allaha_Mohtac_

***🔵*** Quran və Əhli-Beyt (a)

ALLAHA MÜTİ OLANLARIN MİNACATI
2 months, 3 weeks ago
We recommend to visit

Gülüşü gözəl olanın acısı çox olarmış🥀

Last updated 2 days, 13 hours ago

لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ

La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻

Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻

Əsas kanal: @cennetesqi 🕋

Last updated 1 month, 3 weeks ago