✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
*🖋️•° Ən yaxşı ilahi nümunə.*
*🕌 İmam Hüseyn əleyhissalam Kərbəlada buyurdu:*
لكم فِيَّ اسوة
"Mən sizin üçün nümunəyım".
*📙: Tarixi-Təbəri 5-ci cild 403-cü səhifə*
Əgər biz İmam Hüseyn əleyhissalam ilə əlaqəmizi gücləndirmək istəyiriksə, çalışmalıyıq ki, istəklərimizi İmam Hüseynə (ə) uyğunlaşdıraq.
Çalışaq ki, İmam Hüseynin (ə) çox sevdiyini bildiyimiz əməlləri biz də sevək və yerinə yetirək, onun xoşlamadığını bildiyimiz əməllərdən uzaq olaq və həmin pis əməlləri etməyək.
Bütün peyğəmbərlərin və övliyaların sevdiyi şey, Allaha itaət etmək və bütün öhdəlikləri yerinə yetirmək, amma onların hamısının nifrət etdiyi şey isə günah və itaətsizlik olub.
Əgər ibadətimizin, ziyarətimizin, ümumiyyətlə, bütün yaxşı əməllərinizin daha çox dəyər qazanmasını istəyiriksə, etdiyimiz hər bir günahdan tövbə etməyə çalışmalıyıq.
Bu, İmam Hüseyni (ə) sevindirir və nəticədə, o həzrətin bizimlə rabitəsinin cazibəsi öz möhkəmliyini artırır.
Əgər qəlbimizin İmam Hüseyn əleyhissalam ilə eyni istiqamətdə və həmahəng olmasını istəyiriksə, hədəf və istəklərimiz müştərək olmalıdır; Fikrimiz, sevgimiz, əxlaqımız, baxışlarımız eyni olmalıdır. Əhli-beytlə (ə) birgəlik məhz bu mənadadır.
Əhli-beytin (ə) şiəsi olmağın mənası da budur.
*📖: Qurani-kərim Saffat surəsinin 83-cü ayəsində buyurur:*
وَإِنَّ مِنْ شِيعَتِهِ لَإِبْرَاهِيمَ
"Həqiqətən, İbrahim onun şiələrindən idi."
*🖋️•° Fədakarlıq və mətinliyin əhəmiyyəti.*
*🕌 Həzrət Abbas (ə) buyurur:*
"Dinin düşmənləri mənim qollarımı kəssələr də mən öz dinimi sona qədər müdafiə edəcəyəm."
Dostlar, bəzi insanlar düşmənlə mübarizə etməkdə yalnız qolları vacib bilirlər.
Məsələn, hərbi xidmətə "yararsız" elan olunanlar düşmənlərə qarşı mübarizədən kənar qalmalı deyillər; Onlar danışıq, söz, yazı və sair ilə haqq olan mübarizədə iştirak etməlidirlər.
Odur ki, qeyrətli insan son nəfəsinədək mübarizə meydanında qalır, insan bütün canı ilə əlləri, ayaqları, dili, düşüncələri hətta rəftar, davranış və əxlaqı ilə mübarizə etməlidir.
Həzrət Abbasın (ə) sözlərinin mənası da elə budur.
Yəni qollarım kəsilsə də mən pak və xalis İslam dinini müdafiə edəcəyəm. Ölümdən başqa heç bir səbəb məni mübarizədən saxlaya bilməz.
Dostlar, nəfslə mübarizə meydanı da belədir, heç bir səbəb bizə nəfsin istəkləri ilə mübarizədə bizi qəflət, süstlük, tənbəllik və təsilmçiliyə sövq etməməlidir.
*?. Həzrəti İmam Hüseyn (ə.s) İnsanların hidayət olmaları üçün şəhid oldu.*
Həzrəti İmam Cəfəri Sadiq (ə.s) bu barədə belə buyurub:
قـالَ اَبُـو عَبْـدِاللّٰهِ {عَلَيْهِ السَّلَامُ}: بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلاَلَةِ.
Həzrəti Hüseyn (ə.s) insanları cəhalət və azğınlıqdan xilas etmək üçün Öz canını Allah yolunda (qurban) verdi.
*?: Əl-Vafi: C 14, S 1498.
Biharul-Ənvar: C 98, S 173.
Təhzibul-Əhkam: C 6, S 56-113.*
*?• Allaha düşmən olmaqla xeyirə çatmaq olmaz.*
Həzrəti İmam Hüseyn (ə.s) bu barədə belə buyurur:
☆ عَنِ الْحُسَيْنِ {عَلَيْهِ السَّلاَمُ} قَالَ: مَنْ حَاوَلَ أَمْراً بِمَعْصِيَةِ اللَّٰهِ كَانَ أَفْوَتَ لِمَا يَرْجُو وَ أَسْرَعَ لِمَا يَحْذَرُ.
Kim Allaha asi olaraq bir şey istəsə, ümid etdiyi şey tezliklə puça çıxacaq və qorxduğu şey daha tez baş verəcəkdir.
✓ İlahi, bizləri Özünə qarşı üsyan edənlərdən qərar vermə, Amin.
*?: Biharul-Ənvar: C 70, S 392. - C 75, S 120, H 19.
Təhful-Uqul: C 1, S 248.
Əl-Vafi: C 5, S 994.
Əl-Kafi: C 2, S 373.
Təfsile Vəsailiş-Şiə: C 16, S 153.*
? Bağışlayan və mehriban olan Allahın adı ilə.
✓.•° Bütün yaranmışlar Peyğəmbər (s.ə.a.s) Əhli Beytinə (ə.s) itaət etməyə mükəlləfdir. Çünki insanların yaradılış şərti, Əhli-beytə (ə.s) itaətdir.
*?• Həzrət İmam Huseyn (ə.s) bu barədə belə buyurub:*
عَنِ الْحُسَيْنِ {عَلَيْهِ السَّلاَمُ} قَالَ: وَ اللَّٰهِ مَا خَلَقَ اللَّٰهُ شَيْئاً إِلاَّ وَ قَدْ أَمَرَهُ بِالطَّاعَةِ لَنَا.
Allaha and olsun ki, Allah bütün məxluqu Bizə (Əhli-Beytə ə.s.) itaət etmək üçün yaradıbdır.
*?: Biharul-Ənvar: C 44, S 181-173, H 1.
Əvalimul-Ulum: C 17, S 48.
Əl-Mənaqib: C 4, S 51.*
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago