✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
İslam tarixi və təhlili (Hz. Muhəmmədin (s) Həyatı) dərsi #22 - Elşən İsmayılov
⏰ Saat 21:45
📌Canlı yayım linki: https://www.youtube.com/live/jOwhNPK7L5c?si=Z9bYDmh3YaZ5M9ft
📢 Yeni videomuz kanalda
Hədis Üsuluna Giriş, Hədisin Lüğət və Terminoloji Mənaları - Samir Əzizov | Hədis elmi və tarixi #17
İndi izlə👇
https://youtu.be/NKggmMaCYvk
🔔Paylaşımlardan xəbərdar olmaq üçün kanala abunə olmağı və bildirişləri açmağı unutmayın.
İzləyin, paylaşın, düşüncələrinizi bizimlə bölüşün! 🙌
Əziz tələbələr, mərkəzimizdə "Əyyami-Fatimiyyə" ilə bağlı 4,5,6 dekabr tarixlərində tətil olacaq.
Mürtəza Mütəhhəri - "İmam Hüseyn Qəhrəmanlığı" səsli kitabın 31-ci hissəsini "YouTube" kanalımızdan dinləyə bilərsiniz.
https://youtu.be/PsMxGkCkMOM
?Paylaşımlardan xəbərdar olmaq üçün kanala abunə olmağı və bildirişləri açmağı unutmayın.
YouTube
Mürtəza Mütəhhəri - İmam Hüseyn Qəhrəmanlığı | Səsli kitab 31. Hissə
İmam Hüseyn Qəhrəmanlığı: https://youtube.com/playlist?list=PL-E-BZkDHPkiv0ySdSuEqQqmbR6jtIAoF&si=u7EgN4rdrAXeTaFv Kitabda Kərbəla hadisəsində tarix boyu edilmiş təhriflər, İmam Hüseynin qəhrəmanlığı və inqilabındakı təbliğat faktoru, onun cəmiyyətə təsir…
2024-2025 tədris ilində keçiriləcək dərslər haqqında məlumat
İslam etiqadı (Əqaid)
Bəşəriyyətin yaradanı olan Allah, bəndələrinə vəhy göndərməklə, onları əql və təcrübi yolla çata bilməyəcəkləri həqiqətlərdən xəbərdar edir. İnsan haradan gəlib, haradadır, necə bir yaranışdır, haraya gedəcək, necə getməlidir, nə etməlidir, hansı səbəbə yaranıb, necə xoşbəxt ola bilər, dünyadakı hədəfi nədir, o hədəfə necə çata bilər və sair bu kimi suallara cavab verməklə, Yaradan bəndələrinin əqidəsini formalaşdır. Eləcə də, dünyadan sonrakı axirət aləmində səadət məkanı olan cənnətin, əzab məkanı olan cəhənnəmin dərəcələrindən danışır.
Bütün bu əqidələrin məcmusunu özündə ehtiva edən elm kəlam elmidir (başqa adla əqaid, islam etiqadı).
İslam əxlaqı və fəlsəfəsi
İnsanlar Yaradanın verdiyi göstərişlərə əməl etməklə, ali insani dəyərlərə sahib ola bilərlər. Axirət aləmində qərar tutacağı məqam da, məhz onun dünyada sahib olduğu ruhiyyəyə və kimliyə adekvat olacaqdır.
Səhv olaraq belə başa düşülür ki, islam əxlaqı zahiri forma əxlaqından, formal etik qaydalardan danışır. Əksinə, sizlər bu dərslərdə öyrənəcəksiniz ki, islam əxlaqına əsasən ilk öncə insanın daxili aləmi, məzmunu, ruhiyyəsi sahmana salınmalıdır. Zahiri formada olan etik qaydalar isə daxili ruhiyyədən qaynaqlanmalıdır.
Bu dərslərdə həmçinin əxlaqi fəzilət və rəzalətlərdən xəbərdar olmaqla yanaşı, onların fəlsəfələri ilə də tanış olacaq, əxlaqi fəzilətlərin mənimsənilməsi yollarını, rəzalətlərdən qurtulmağın metodlarını öyrənəcəksiniz.
Quranla tanışlıq
Qurani-Kərimin ilahi vəhy və əbədi möcüzə olması müsəlmanların ona əhəmiyyət verərək mənimsəməyə böyük maraq göstərmələrinə səbəb olmuşdur.
İlk öncə bu dərsdə səmavi kitabın "Quran" adlanmasının, ərəb dilində olmasının səbəbi kimi məsələlərdən danışılır. Quranın tarixinə keçid edərək onun iki şəkildə nazil olması - bir dəfəyə nazil olması və tədrici nazil olması, yazılması və yığılması və s. məsələlərlə tanış olacağıq.
Eləcə də, Quranın təhrif olunmadığına dair dəlillər, onun möcüzəliyi, möhkəm və mütəşabih ayələri, nasix və mənsux ayələrinin araşdırılması kimi mövzulardan bəhs ediləcək.
Məhdəviyyət
İslam dininin təməl inanclarından biri də yer üzünü haqq-ədalətlə dolduracaq şəxsin zühuruna inancdır. Məhdəviyyət dərsləri əsasən Hz. Mehdinin (ə.f) barəsində tarixi qaynaqlarda gələn məlumatlardan bəhs edir, xüsusən də zühura qədər olan dövrdə İmamın (ə.f) intizarının fəlsəfəsi açıqlanır. Zühur baş verdikdən sonra isə, Allahın istəyinə müvafiq şəkildə insanlara edəcəyi rəhbərlik barəsində nəqli dəlillərdən və bu rəhbərliyin fəlsəfəsindən danışılır. Bu bilgilərə sahib olmaq insanın özünün mənəvi inkişafı üçün çox zəruridi, eyni zamanda Quranın vədini insanlara çatdırmaqdı.
Peyğəmbər (s) zəmanə imamını tanımağımız barədə bir hədisində belə buyurmuşdur:
“Öz zəmanəsinin imamını tanımadan ölən şəxs, cahiliyyət dövründə ölən şəxs kimidir”
İrfanla tanışlıq
İrfanla tanışlıq, yəni irfanın hədəfi ilə tanışlıq. Bu dərs irfan elmi, irfanın məqsədi, metodu, bu metodun zərurət və faydaları kimi mətləblərdən bəhs edir. Həmçinin irfan məqsədli yaşam, dinin zərurət və şərafət tərəfi, minimal və maksimal bəndəlik kimi mühüm mövzularla tanış edərək həyatın ana hədəfinə çatmaq üçün yolu aydınladır. Bu dərslər nəzəri biliklər verməklə yanaşı, praktiki əhəmiyyətə də malikdir.
İslam tarixi və təhlili
İslam tarixi əziz İslam Peyğəmbəri həzrəti Muhəmmədin (s) həyatından başlayır və imamət tarixi, xilafət və s. hadisələri əhatə edir. Dərsimiz tarixi xronologiyanı öyrənib əzbərləməyi əsas götürməklə deyil, əxlaq və mənəviyyat fonunda təhlil üzrə aparılacaq. Yəni tarixi hadisələr islamın hədəfi, əxlaq, əqidə və mənəvi prinsiplər fonunda təhlil olunacaq. Tarixi öyrənməkdə insanların müəyyən məqsədləri var, bu dərsin hədəfi tarix oxuyarkən insanların islahını da nəzərə almaqdan ibarətdir, belə ki, insan sentimental varlıq olduğu üçün tarixi hadisələr onun qəlbində özünəməxsus təsirlər qoyur.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago