✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 4 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 6 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 3 months ago
✅ İslamda borcun təhlükəsi və borcun gecikdirilməsinin zülm olması
‘Uqbə ibn Amir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu:
"Əmin-amanlıq gəldikdən sonra özünüzü təhlükəyə atmayın."
Səhabələr soruşdular: "Ey Allahın Elçisi, bu nə ilə olur?"
O ﷺ dedi: "Borc ilə!"
📚 Əhməd, (4/154), Əbu Yə‘lə (1739), əl-Həkim (2/26). Hədis səhihdir. Bax: “Qurrətul-‘ayn” (səh. 30), “Sahih ət-Tərğib” (1797).
‘Abdullah ibn ‘Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu:
"Allah şəhidin bütün günahlarını bağışlayar, lakin borcunu bağışlamaz!"
📚 Sahih Muslim, 1886.
Xəlifə Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) belə demişdir:
"Borcdan çəkinin! Çünki onun başlanğıcı qəm-qüssə, sonu isə münaqişə və savaşdır!"
📚 Malik, "əl-Muvatta" (2/770).
‘Əli ibn Zeyd rəvayət edir ki, Sə‘id ibn əl-Musayyib ona belə dedi:
"Mən görürəm ki, bəzi soydaşların Həcc və ya Ümrə üçün borc alırlar, lakin sonra ölürlər və borcları ödənmir. Mənim üçün Cümə namazını qılmaq, borc alaraq edilən müstəhəb Həcc və ya Ümrədən daha əfzəldir!"
📚 İbn Sə’d, "ət-Tabaqat" (7/128). İsnadı həsəndir. Bax: “əl-‘Atiq” (17/155).
əş-Şərid ibn Suveyd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu:
"Borcu qaytarmağa gücü çatan adamın borcu gecikdirməsi, onun şərəfinin halal olmasına və cəzaya layiq görülməsinə səbəb olur!"
📚 Əbu Davud (3628), İbn Macə (2427), ən-Nəsai (4689). Hədis həsəndir. Bax: “Fət’hul-Bari” (5/62), “İrva əl-Ğalil” (1434).
İmamlar – Vaki’ ibn əl-Cərah, Süfyən ibn Üyeynə və İbn əl-Mübarək izah etmişlər ki, borcu ödəyə biləcək adamın borcu gecikdirməsi onun haqqında başqalarına xəbərdarlıq edilməsini, sərt danışmağı, hətta qeybət edilməsini halal edər. Həmçinin, müsəlmanların hakimi belə bir adamı borcunu ödəyənə qədər həbs edə bilər.
📚 Bax: “Müsnəd Əhməd” (4/222), “Səhih əl-Buxari” (3/118), “Sünən Əbu Davud” (3/313).
Cabir ibn ‘Abdullah (Allah ondan razı olsun) rəvayət edir:
"Bir müsəlman vəfat etdikdə onu yuduq, kəfənə bükdük, ətirlədik və cənazə namazının qılınacağı yerə qoyduq ki, Peyğəmbər ﷺ onun cənazə namazını qılsın. Lakin Peyğəmbər ﷺ gəldikdə soruşdu:
‘Dostunuzun borcu varmı?’
Dedilər: ‘Bəli, iki dinar borcu var.’
Peyğəmbər ﷺ: ‘Onda siz onun cənazə namazını qılın.’ – deyərək uzaqlaşdı.
Bunu görən Əbu Qatədə dedi: ‘Ey Allahın Elçisi! O iki dinarı mən ödəyərəm!’
Peyğəmbər ﷺ soruşdu: ‘Borc sənin üzərindədir və ölən onunla əlaqəsini kəsmiş olur?’
Əbu Qətadə dedi: ‘Bəli!’
Bundan sonra Peyğəmbər ﷺ cənazə namazını qıldı.
Ertəsi gün Peyğəmbər ﷺ Əbu Qatədəni görüb soruşdu:
‘İki dinarla nə etdin?’
Əbu Qatədə dedi: ‘Ey Allahın Elçisi, axı o, dünən vəfat etdi!’
Peyğəmbər ﷺ ertəsi gün də onu görüb soruşdu:
‘İki dinarla nə etdin?’
Əbu Qatədə dedi: ‘Mən artıq onları ödəmişəm, ey Allahın Elçisi!’
Bunu eşidən Peyğəmbər ﷺ belə buyurdu:
‘İndi onun dərisi soyudu (yəni, borc ödənmədiyi üçün çəkməli olduğu əzabdan qurtuldu)!’"
📚 ət-Təyəlisi (1778), Əhməd (3/330), əl-Həkim (2/66). İsnadı həsəndir. Bax: “əl-Xuləsa” (2/931), “əl-Ədəb əş-Şəriyyə” (1/79), “ət-Teysir” (1/430), “Əhkəm əl-cənəiz” (27).
Allah bizləri və yaxınlarımızı borcun ağır yükündən qorusun!
https://t.me/zikrehli
✅ Они считали лишними словами любую речь, кроме...
'Ата бин Аби Рабах сказал
Абу Я'ля бин 'Убайд (да смилуется над ним Аллах) рассказывал: “Однажды мы зашли к Ибн Сукату, и он сказал: “О, мои племянники, я поведаю вам рассказ, возможно он вам принесет пользу, лично мне он принес пользу. Однажды 'Ата бин Аби Рабах (да будет доволен им Аллах) сказал нам:
“Ваши предшественники лишними словами считали любую речь, кроме Писания Аллаха, слов призывающих к одобряемому и удерживающих от предосудительного, и того, без чего человеку не обойтись в обустройстве своей жизни”.
Разве станете вы отрицать, что, над вами есть хранители – благородные писцы, сидящие справа и слева, и не проронит человек ни единого слова, чтобы его не записал наблюдатель, приставленный к нему?!
Разве никто из вас не стыдится того, что если раскроют запись его деяний, совершенных им в начале дня, и в ней не окажется ничего, чтобы было приготовлено для последней жизни?”
📚 См. аз-Захаби, Сияр а'лям ан-нубаля, 5/86.
*❗RAMAZANA BİR AY QALIB❗️***
Uca Allah Hud surəsinin 15-16-cı ayələrində buyurur:
مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ
"Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz."
Dünyada yaxşı işlər görüb etiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər.
أُولَٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَا كَانُوا يَعْمَلُونَ
"Belələrinin axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!"
✅ Düz yol tutun!
Uca Allah Fussılət surəsinin 30-cu ayəsində buyurur:
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ
Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!"
Abdullah ibn Abbas (radiyAllahu anhumə) bu ayə barədə demişdir: "Düz yol tutan kəslər Allahın vacib buyurduğu əməlləri edən kəslərdir". (Cəmiu-l-bəyən, 24/115)
Bu ayə açıq-aydın göstərir ki, təkcə "Rəbbim Allahdır" demək kifayət deyil, Cənnətə aparan düz yolu (Quran və Sünnəni) öyrənib, Allahın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək mütləq lazımdır.
✅ Ata nəsihəti❗️
Sə'd ibn Əbu Vaqqas (radiyAllahu anhu) ölüm döşəyində olarkən oğluna bunları nəsihət etdi:
"Ey oğul! Sənə bundan sonra məndən daha yaxşı öyüd-nəsihət verəni çətin tapasan.
❕Namaz qılmaq istədikdə gözəl bir şəkildə dəstəmaz al və sanki son namazını qılırmış kimi, bir daha namaz qıla bilməyəcəyini düşünərək namaz qıl!
❕Tamahkarlıqdan uzaq ol! Çünki, tamahkarlıq açıq-aydın bir kasıblıqdır.
❕Qənaətkar ol! Çünki, qənaət zənginlikdir.
❕İşində və sözündə diqqətli ol!
❕Sonradan üzür istəməyə məcbur olacağın hər bir şeydən uzaq ol!
❕Xeyirli olduğuna inandığın əməlləri et!"
? Tabərani, "Mu'cəmu-l-kəbir", (1/142)
✅ Hamımız himayəmizdə olanlara məsuliyyət daşıyırıq!
Məhəmməd Peyğəmbər ﷺ buyurur:
“Sizin hər biriniz himayəçidir. Sizin hər biriniz öz himayəsində olanlardan məsuldur”. (Sahih əl-Buxari, 893)
Himayədarlıq, məsuliyyət hesab olunur. İnsanların dini və dünyəvi məsələlərdə ehtiyacını qarşılayan kəs himayəçi olaraq məsuliyyət daşıyır. İnsanları dinə dəvət etmək, onlara İslamı çatdırmaq da bir məsuliyyətdir. Hər iki məsələ - himayəsində olan insanların həyati ehtiyaclarını qarşılamaq və dini insanlara çatdırmaq məsuliyyəti - Allah yolunda ibadətdir.
Lakin özünü aldadaraq malına və ailəsinə daha çox vaxt ayırıb, insanlara dini çatdırmağa az vaxt ayırması müsəlmana yaraşmaz. Dünyəvi məsələlərlə daha çox məşğul olduqda, bu halı şeytan, onun üçün bəzəyər.
Uca Allah Fəth surəsinin 11-ci ayəsində buyurur:
شَغَلَتْنَا أَمْوَالُنَا وَأَهْلُونَا
“Mallarımız və ailələrimiz bizi yayındırdı”.
İnsanın mal-dövləti və əhli-əyalı onu məşğul edərək Allahın dinindən yayındırarsa, bu hal onun üçün təhlükəli və həlakedicidir. Allah qorusun. İnsanı nə mal-dövləti, nə də digər məsələlər dindən yayındırıb uzaq salmamalıdır.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 4 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 6 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 3 months ago