Vasat Media

Description
Beləliklə Biz sizi orta bir ümmət etdik ki,siz insanlara şahid olasınız📚Bəqərə143
Paylaşımları götürmək
Halallıq almağa ehtiyac yoxdur
Kanalın adını dəyişməmək şərtilə.
Kanalı işlədən və paylaşılan şeylərlə bağlı məsuliyyəti daşıyan kəs Nizam Abu Mucahid
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

1 month, 2 weeks ago

🔸Əbud-Dərdə
(Allah ondan razı olsun) demişdir:
“Kişi insanların etdiyi günahlara görə onlara yalnız Allah naminə nifrət etməyincə, sonra özünə qayıtdıqda özündəki nöqsanları görüb bundan daha çox özünə nifrət etməyincə tam dərrakə sahibi sayılmaz”.

https://t.me/kufr_tagut

📚ət-Tabəri, 846. əl-Beyhəqi “əl-Əsmə vəs-Sifət”(210).

2 months ago

Maliki fəqihlərindən olan
İbn Xuveyz Məndad (h. 390-ci il)
demişdir:

قال ابن خويز منداد ولو أن أهل بلد اصطلحوا على الربا استحلالا لكانوا مرتدين والحكم فيهم كالحكم في أهل الردة

"Əgər bir bəldənin əhalisi riba üzərində ittifaq edib onu halal saysalar,onlar mürtəd sayılarlar və onlar haqqında hökm mürtədlər üçün tətbiq olunan hökm kimi olar".

https://t.me/kufr_tagut
📚Təfsir əl-Qurtubi 364/3

2 months, 1 week ago

🆕Qurani-Kərimin bəzi surələrinin əvvəlində rast gəlinən tək hərflərə (məsələn, Əlif-Lam-Mim, Ha-Mim, Sad, Qaf) İslam alimləri arasında müxtəlif mənalar verilmiş.
Bu hərflərə "müqəttəə hərfləri" (قطع حروف) deyilir. Onların mənası barədə aşağıdakı fikirlər daha üstün görüşə görə irəli sürülmüşdür:
⤵️

📌“Bu hərflərin surələrin əvvəlində zikr edilməsinin hikməti Quranın ecazkarlığını bildirmək, məxluqatın Qurana bənzər ayələri gətirməkdə aciz olduğunu bəyan etməkdir. Baxmayaraq ki Quran insanların öz aralarında danışdıqları bu hərflərin yaratdığı sözlərdən ibarətdir, insanlar ona bənzərini gətirməkdə acizdirlər”. Bu rəy ər-Razi əl-Mubərrid və bir sıra başqa alimlərdən nəql edilmişdir. əl-Qurtubi isə əl-Fərra və Qutrubdan buna oxşar rəyi nəql etmişdir. əz-Zəməxşəri öz “əl-Kəşşəf” kitabında bu rəyi təsdiqləmiş və tam müdafiə etmişdir. Şeyx, İmam, Böyük Alim Əbul-Abbas İbn Teymiyyə və şeyximiz əl-Hafiz Əbul-Həccəc əl-Mizzi bu rəyi seçmişlər. Mənə (yəni İbn Kəsir)
bu rəyi İbn Teymiyyə nəql etmişdir. əz-Zəməxşəri demişdir: “Diqqət etsək, görərik ki, bu hərflər Quranın əvvəlində toplam şəkildə gəlməmişdir. Müxtəlif yerlərdə təkrarlanaraq gəlmişdir ki, insanların buna oxşar ayələri gətirə bilməyəcəkləri ilə onlara meydan oxusun. Necə ki bir çox hekayətlər və Allahın qullarına meydan oxuması Quranda bir çox yerlərdə təkrarlanmışdır. Bu hərflərin bəziləri ص “Sad”, ن “Nun”, ق “Qaf” kimi bir hərf olduğu halda, bəziləri حم “Ha, Mim” kimi iki hərf, bəziləri isə الـم “Əlif, Ləm, Mim” kimi üç hərf olaraq gəlmişdir. Bəzən الـمـر “Əlif, Ləm, Mim, Ra” və الـمـص “Əlif, Ləm, Mim, Sad” kimi dörd hərf olaraq, bəzən də كهيعص “Kəf, Hə, Yə, Ayn, Sad” və ya عسق حم “Ha, Mim, Ayn, Sin, Qaf” kimi beş hərf olaraq gəlmişdir. Hərflərin bu qaydada düzülməsinə səbəb budur ki, ərəblərin danışıqları buna uyğundur. Bəzi sözlər bir hərfli, bəziləri iki, bəziləri üç, bəziləri dörd, bəziləri isə beş hərflidir. Ərəb dilində bundan daha çox köklü söz olmur.
Buna görə diqqət etsək, görərik ki, hərflərlə başlayan surələrdə hərflərdən sonra mütləq Quranın adı çəkilən və onun ecazkarlığına və əzəmətinə dəlalət edən ayə gəlir. Quranı oxumaqla buna şahid olmaq olar. Bu iyirmi doqquz surədə belə yazılıb. Uca Allah buyurur: “Əlif, Ləm, Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır”. (“əl-Bəqərə”, 1-2); “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi” (“Ali-İmran”, 1–3); “Əlif. Ləm. Mim. Sad. Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın” (“əl-Əraf”, 1-2); “Əlif, Ləm, Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır” (“İbrahim”, 1); “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir” (“əs-Səcdə”, 1-2); “Ha. Mim. Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş, ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır” (“əl-Fussilat”, 1–3); “Ha. Mim. Ayn. Sin. Qaf. Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir” (“əş-Şura”, 1–3). Bu və buna oxşar bir çox surələr vardır ki, diqqət edən bu alimlərin rəyinin doğru olduğunu görər. Ən doğrusunu isə Allah bilir.
Bu hərflər vasitəsilə yardımın gəlməsi, hadisələrin, fitnə və müsibətlərin vaxtının bildirilməsini iddia edənlərə gəlincə, bunu deyənlər bilmədikləri bir şeyi iddia etmiş və onlara aid olmayan bir məsələyə baş qoşmuşlar.

https://t.me/kufr_tagut
📚Təfsir ibn Kəsir

3 months, 2 weeks ago
3 months, 3 weeks ago
Vasat Media
3 months, 3 weeks ago

❗️?DİQQƏT DİQQƏT?❗️
Ərəb dili öyrənmək istəyənlərin nəzərinə!
?Mədinə Ərəb dili qrupuna tələbə qəbulu başladı?
Yalnız kişilər və oğlan uşaqları, qoşula bilər, yaş həddi yoxdur.

?Dərslərə daxildir⤵️

Qrammatik qaydalar
Yeni sözlər
Dialoqlar
Ərəbcə mətnlər
Danışıq

? Dərslər həftədə 2 dəfə olacaq

? Dərslər WhatsApp proqramı üzərindən Azərbaycan dilində canlı keçiriləcək.

?Qrup şəklində: 2⃣0⃣manat
?Fərdi: 3⃣0⃣manat
[Fərdi şəxslər üçün üz-üzə dərs keçmək mümkündür]Daha ətraflı məlumat almaq və qeyd olmaq üçün bu nömrə yazın⤵️
?+994 70 697 10 30

?Qeyd dərsləri şəxsən mən
Nizam Abu Mucahid keçəcəm

3 months, 3 weeks ago
3 months, 3 weeks ago
***?*** Rəvayət edilir: “Biz toyda idik, …

? Rəvayət edilir: “Biz toyda idik, Əhməd ibn Hənbəl gəldi və evə girərkən üzərində gümüşü olan bir stul gördü və bunu görüb çıxdı.

Ev sahibi də onun arxasınca getdi.
İmam Əhməd əlini üzünə yelləyərək buyurdu: “Məcusi görünüşü! Məcusi üslubu!” və çıxdı."

كتاب الإيضاح والتبيين لما وقع فيه الأكثرون من مشابهة المشركين (ص ١٠٩)?
—————————————
https://t.me/kufr_tagut

?Qeyd
Məcusilər atəşpərəstlərdir-
(Zərdüştlük) bu dinə o zamanlar əsasən Farslar və Azərbaycan bölgəsi riayət edirdilər.

• Ərəblərdə stol və stulların olması adət deyildi və onlar bunu kənardan, yəni kafirlərdən gəlir hesab edirdilər.

• Əgər İmam Əhməd bizim üçün norma sayılan zinətli stula belə reaksiya veribsə, bu gün toylarda baş verənləri görsə nə edərdi..

3 months, 3 weeks ago
Vasat Media
4 months ago

وقال سفيان بن عينة: من طلب العلم فقد بايع الله عز وجل
مفتاح دار السعادة لابن القيم الجوزي ( ٧١/١ )

?Sufyan ibn Uyeynə
(Allah ona rəhmət etsin)
demişdir:
“Kim elm tələb etməyə başlasa,o bizzat əzəmətli şanı uca olan Allaha beyət etmişdir”.

?Miftahul darul sadə(1/71)
https://t.me/kufr_tagut

?Qeyd (İmam əş-Şafi və İmam Əhmədin müəllimi olub)

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago