Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

SƏLƏFİN ƏXLAQI

Description
Admin: Mədinə İslam universitetinin tələbəsi: Sahib Əsədov
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 hours ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 8 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 5 months, 1 week ago

1 month, 1 week ago

https://youtu.be/HL5KhgAN8hs?feature=shared

YouTube

Astral səyahət haqqında | Sahib Əsədov

https://t.me/selefinexlaqi https://t.me/ixlasla #islam #islamdini #astral #azərbaycan #baki #baku

1 month, 2 weeks ago

İnsanlar haqqında yaxşı zənn (pdf).

1 month, 2 weeks ago
SƏLƏFİN ƏXLAQI
1 month, 2 weeks ago

🔊 YENİ KİTAB ELANI 🔊

📖 əsSələmu aleykum, əziz müsəlmanlar! Sizlərə yeni "İnsanlar haqqında yaxşı zəndə olmaq" adlı kitabın tərcüməsini təqdim edirik. Ümid edirik ki, bu kitab müsəlmanlar arasında düşmənçiliklərin aradan qalxmasına və yaranmış problemlərin hikmətlə həll edilməsinə böyük töhfə verəcəkdir! Kitabın müəllifi şeyx Əbdülməlik Ramazani, tərcüməçisi isə Sahib Əsədovdur. _Kitabı aşağıdakı keçiddən yükləyə bilərsiniz:_

https://sunna.az/content?cid=1902

t.me/selefinexlaqi

sunna.az

İnsanlar haqqında yaxşı zəndə olmaq

İnsanlar haqqında yaxşı zəndə olmaqƏhli-Sünnət.Qəlb əməlləri və Nəfsi tərbiyə. Kitablar 18/04/2024

***🔊*** **YENİ KİTAB ELANI** ***🔊***
1 month, 2 weeks ago

🟠 İmam Əli (رضي الله عنه) barədə mollaların gizlətdiyi 5 həqiqət:

1⃣ İmam Əli (Allah ondan razı olsun) qəbirlərdən şəkilləri silən ilk adam olub, qəbirləri peyğəmbərin əmri ilə yerlə bir səviyyədə edib. imam Əlinin əməlləri indi yaşayan çox adama sərf etməzdi.

İmam Əli (رضي الله عنه) tabeinlərdən olan Əbul-Həyyəc əl-Əsdi-yə deyir: "Məni peyğəmbərin göndərdiyi bir işin ardınca - (qəbirlərdə) olan bütün şəkilləri silmək və yüksək olan bütün qəbirləri yerlə bir səviyyəyə salmaq üçün - səni də göndərimmi?" (Səhih Müslim).

Alimlər qeyd ediblər ki, rəvayətdə silinməsi əmr olunan "timsal" canlı varlıqların şəkli, surətidir. Bəli, qəbirləri ilk dəfə qaydasına salan, oradakı şəkilləri silib, hündür, (dəbdəbəli) qəbirləri yerlə bir səviyyəyə gətirən məhz imam Əli (Allah ondan razı olsun) olub. Özü də bunu peyğəmbərin əmri ilə edib.

2⃣ Siğənin qadağan olunduğu hədisi məhz o, İmam Əli (رضي الله عنه) rəvayət edib. Rəvayətdə imam Əli deyir ki: "Peyğəmbər Xeybər günü Mutə (siğə) nigahını və uzunqulaq ətini (yeməyi) qadağan etdi". (Buxari, Müslim)

3⃣ İmam Əlinin saqqalı o qədər böyük idi ki, arxadan baxanda belə çiyinlərindən görünürdü. Bəli, imam Əlinin saqqalı çox böyük idi və bunu İbn Əbi Şeybə "Musannəf" əsərində, həmçinin ibn Abdul-Bərr də "səhih isnadla" rəvayət edib.

4⃣ İmam Əli övladlarına kimlərin adını qoyub? Onun çoxsaylı övladları arasında Əbu Bəkr və Ömər adlı övladları da olub, bəli, yanılmadınız, Əbu Bəkr və Ömər.

5⃣ İbn Kəsirin "əl-Bidayə vən-Nihayə" əsərində Hür ibn Hurmuz atasından rəvayət edir ki: "İmam Əlinin paltarının izarı dizi ilə topuğu arasında olan bir yeri tutardı". Yəni müasir deyimlə desək "şalvarı topuğundan çox yuxarı idi".


Yazdı: Sahib Əsədov

1 month, 2 weeks ago
SƏLƏFİN ƏXLAQI
1 month, 3 weeks ago

⁉️ "Şeyx" sözünün üçüncü mənası da "var imiş"!? (Sahib Əsədov).

1 month, 3 weeks ago

🌴 Şəvval orucu və onun faydaları (Sahib Əsədov)

1 month, 3 weeks ago

Əssələmu aleykum. Dəyərli müsəlmanlar! Hər birinizin Ramazan bayramını təbrik edirəm! Allah bizdən də, sizdən də qəbul etsin!
تقبل الله منا ومنكم

2 months ago

Etikafın bəzi ədəbləri

👉 Bu kiçik yazıda etikafa aid bəzi ədəb və qaydaları qeyd edəcəyik ki, son on gündə məsciddə etikafa girənlərin bunlara diqqət yetirməsi yaxşı olardı:

1⃣ Saleh niyyəti xatırlayıb, ixlaslı olmağa çalışmaq və Allahdan əcr ummaq;

2⃣ Etikafından olan hikməti hiss etməyə çalışmaq ki, o da özünü ibadətə həsr etməkdir. Qəlbini, fikrini Allaha yönəltməyə çalışmaq; Etikaf zamanı mübahisələrdən çəkinmək, hətta elmi mübahisələrdən belə çəkinmək. Baxmayaraq ki, elmi mübahisə icazəlidir. Lakin etikafdan qəlbin qazandığı hüzuru və sükunəti aradan qaldıra bilər.

3⃣ Etikafda olanın etikaf yerindən yalnız zəruri ehtiyacları üçün çıxması;

4⃣ Səhər və axşam edilən sünnə və zikrləri qorumaq;
Vaxtını ancaq faydalı keçirib ibadətdən başqa şeylərə sərf etməmək; vaxtını namaz, zikr, dua, istiğfar, Quran oxumaq və s. həsr etmək.

5⃣ (İstər gecə namazı olsun, istər də fərz namazlar) Namazdan öncə kifayət edən vaxt müddətində tez yuxudan oyanmaq ki, etikaf yerində camaatla namaz qılmağa vaxtında çata bilsin və namaza huşu və rahatlıqla qoşula bilsin.

6⃣ Ümumilikdə nafilə ibadətləri çoxaltmaq və bir ibadət növündən digərinə keçmək ki, yorğunluq və bezginlik halı baş verməsin.

7⃣ Bəzi dini kitabları oxumaq; Xüsusən də təfsir oxumaq ki, bununla Quranın daha yaxşı tədəbbürünə nail olmaq; Həmçinin, hədis şərhi olan kitablar və ya Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sirasına (həyatlna) aid kitabları da gün ərzində oxumaq olar. Amma kitablardan əsas Quran oxumağa diqqət yönəldilməlidir.

8⃣ Yeməyi, yatmağı, danışmağı azaltmaq; Çünki, bu qəlb incəliyinə, nəfsin huşulu olmasına, vaxtın qorunmasına və günahdan uzaqlaşmağa aparan vasitələrdəndir;
Özünə aid olmayan bütün fel (hərəkət) və sözlərdən uzaq olmalı, çox danışmaqdan çəkinməlidir, nəfsdə yaranan sıxıntını azaltmaq üçün isə mübah söhbətlər etməkdə bir problem yoxdur.

9⃣ Bütün etikaf müddəti boyunca təmizliyə riayət etmək; Məsciddə özü kimi etikafda olan insanlara və namaz qılanlara əziyyət verməmək, yolu kəsməmək, xülasə, əziyyətə səbəb olan hər şeydən çəkinmək;

🔟 Etikafda olanların bir-birinə haqqı, səbri, nəsihəti tövsiyə edib bir-birinə xatırlatma etmələri, yaxşılıq və təqva üzərində yardımlaşmaları, bir-birini yuxudan oyatmaları, bir-birindən söz və əməli qəbul etmələri;
Bir sözlə, etikafda olanın sünnəni tətbiq etməyə həris olması, Allaha yaxınlaşdıran hər bir əmələ can atması, etikafına zərər verən və ya savabını azaldan hər əməldən uzaq olması gərəkir.

Hazırladı: Sahib Əsədov

©SƏLƏFİN ƏXLAQI

https://telegram.me/selefinexlaqi

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 hours ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 8 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 5 months, 1 week ago