Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Əli Novruzovun kanalı

Description
Yazıçı, tənqidçi, "Yeddi hekayə" (2013) kitabının müəllifi
Advertising
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 2 days, 20 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 1 month, 1 week ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 weeks ago

6 Tage her

Ehhh, bu növcavanlar haradan bilsin, üstündə Nazpərinin şəkli olan şokolad korobkaları. ❤️

Həmin şokolad korobkaları canlı görənlər ürək atsınlar, bir sayımızı bilək. 😁

Telegram

Vüqar Van

Nazpəri xanımın bu videosu yaddan çıxmaq, unudulmaq, prime dönəmin bitməyi, reallıqla barışa bilməmək, heç nəyin əbədi olmamağı, şöhrətin, məşhurluğun, gördüyün işlərin, idealların, prinsiplərin, ümumiyyətlə, həyatın ötəriliyi, bayağılığı, mənasızlığı haqqında…

6 Tage, 2 Stunden her
1918-ci ildə Azərbaycan hökuməti milli valyuta …

1918-ci ildə Azərbaycan hökuməti milli valyuta buraxmaq üçün Osmanlı hökuməti ilə danışıqlar aparır. Valyutanın adı azəri olacaqmış. 1 türk lirəsi = 15 azəri. Osmanlının maliyyə naziri Cavid bəy, Osmanlı bankının rəhbəri Həmid bəy əllərindən gələn köməyi əsirgəmirlər, bizimkilər Leypsiqdən kağız sifariş verirlər, mətbəəni az qala pulsuz danışırlar, amma bu vaxt Bolqarıstan cəbhəsi yarılır, mərkəzi dövlətlər məğlub olmağa başlayır, Tələt paşanın hökuməti istefaya gedir, Azərbaycanın ilk valyuta buraxmaq cəhdi də yarımçıq qalır.

6 Tage, 4 Stunden her
I was talking about Zangezur before …

I was talking about Zangezur before it was cool 😎

İlqar Məmmədovun 2010 parlament seçkilərində təbliğat materialından.

2 Monate, 2 Wochen her

Novruz bayramınız mübarək!

2 Monate, 3 Wochen her
2 Monate, 3 Wochen her

Buradakı 18+ xəbərdarlığı da ciddi xəbərdarlıqdır. Belle Époque dövrü Parisində, xüsusən mədəni çevrələrdə ictimai və fərdi əxlaq haqqında təsəvvürü olmayan oxucular bilmirəm şoka düşər, ya yox. Hər bir halda, nəzərinizdə olsun. 😁

4 Monate, 1 Woche her

Fateh burada incə bir məqamı tutub—həqiqi ədəbiyyat oxucuda elə məhrəm təəssüratlar yaradır ki, sonra onları sözə çevirib deyə bilmirsən, ya da çevirsən, bu dəfə deməyə adam tapmırsan. Belletristika yazanlar sınanmış texnikalarla oxucuda daha güclü, fərqli hisslər, emosiyalar oyada bilir, amma onlar tez də unudulur. Bir də var Barns kimi usta yazıçıların əsərlərindən qalan təəssürat. Hər dəfə The Only Story romanı yadıma düşəndə, hər şeyi qəfil başa düşdüyümüfiqdə dəhşətli faciənin sürətlə yaxınlaşdığını gördüyüm həmin məqamı bir də təkrar yaşayıram—bu ifadələr bir az sentimental çıxdı, üzrlü sayın, amma təəssüratımı buraya qədər sözlə ifadə edə bilirəm. Sonra da birdən şatzapın bildirişinin səsi gəlir, açıb baxırsan ki, bir tanış sənə link atıb ki, bəy, təzə hekayə yazmışam, möhtəşəmdir, mütləq oxu, fikrini bildir, gözləyəcəm.

4 Monate, 1 Woche her

Bu söhbətin gülməli tərəfi budur ki, Tarkovskinin Güzgü filmi 1975-ci ildə ekranlara çıxanda Mehriban Zəkinin 9 yaşı var idi. Görəsən Mehriban Zəki 7 yaşında Güzgü filminə necə, harada baxıb? Axı filmin çəkilişləri də 1974-cü ildə bitib ki, onda Mehriban Zəkinin 8 yaşı var idi...

Telegram

Vüqar Van

Offf, bu, bəlkə də, dünyanın ən unikal, ən inanılmaz videosudur. Mehriban Zəki deyir ki, Tarkovskiyə 7 yaşımda baxıb təsirlənmişəm. Hətta gopçu Ayaz Salayev belə dözməyib təəccüblənir, özünü itirir. Hərdən bekar olanda Mehriban Zəkinin həyatını fikirləşirəm.…

4 Monate, 1 Woche her

Bir də görürsən ki, şərhlər bölməsində kimsə peyda olur, başlayır admini asıb-kəsməyə. Açıb baxıram ki, kanalı izləmir amma... Haradansa gəlib, bir az havanı silkələyib yenə çıxıb gedəcək. Ona görə də bu gündən kanalda yeni qayda qoyuruq: kanalı izləməyənlərin şərhlərdə tənqid yazması qadağan olunur. Müddətsiz blok olunacaqlar. Bu gündən sonra bütün tənqidi şərhlərin müəllifləri izləyici siyahısı ilə yoxlanılacaq, kanalı izləməyənlər dərhal sanksiyaya məruz qalacaq. İmza. Möhür. Tarix.

4 Monate, 2 Wochen her

Hacıcan, evlərindən təkəbbürlə çıxıb özlərini camaata göstərən və Allah yolundan azdıranlara oxşamayın. Bizim kanalda 80 minlik anonim auditoriya yoxdur, amma elə bilirəm ki, buradakı 900 dostumuzun hamısını tanıyıram. Ancaq entel söhbətlərə şərh yazan nöqtəni, şərhini sildiyim üçün məndən küsüb bir daha şərh yazmayan o biri nöqtəni, profilində takeaway kofe çaşkası olan yuzeri, müəllimi, Fəridə xanımı, Ləman xanımı, Mələk xanımı, Osmanlı agentini, şumeroloqu, şərhlər bölməsi bağlı olanda mənə əsəbiləşib öz kiçik kanalında ürəyini boşaldan həmşəri yoldaşı, hər imkanda gənc yazarlara kin qusan AA-nı, rusca bilməyən binəvaya rus dilində kino linki göndərən Valar Morgulis-i (o birisi də özünü sındırmadı, çox sağ olun yazdı), çox uzada bilərəm—hələ həyatda şəxsən tanıdığım dost-tanışı demirəm, əslində ən çətin kontingent 😁 bir az da onlardır.

Bir dəfə yazmışam, Telegram-ın üstünlüyü odur ki, burada heç bir alqoritm sənə mane olmur/kömək etmir. Kimsə bizim kanalı izləmək istəmirsə, abunəlikdən çıxır, vəssalam, şüttəmam. Bir də bizi görməyəcək. Digər platformalarda olduğu kimi, izləmədiyin halda sənin qarşına zorla çıxarmayacaq. Ona görə də bu kanalda kim varsa, bilirəm ki, ancaq öz istəyi ilə buradadır. Özü istəyir ki, abunə olur, izləyir, istəyir səssizə qoyur; istəmir, abunəlikdən çıxır, necə deyərlər, с глаз долой—из сердца вон.

Telegram

Hacının kanalı

Əli Novruzov keçən dəfə mənə deyir ki, sənə kanalda moratorium qoymuşam, səndən çox adamın xoşu gəlmir deyə kanalımı tərk edirlər. Ondan sonra da yazıb ki, kanalımda izləyici sayıma bax, artıb. Girib baxıram ki, 900 olub izləyici sayı. Dedim, ay Əli, mənim…

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 2 days, 20 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 1 month, 1 week ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 weeks ago