Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago
Bakı vaxtilə çoxmillətli imperiyanın sənaye mərkəzi olduğuna görə, digər sənayeləşmiş cəmiyyətlərdə olduğu kimi burada da çox qalın bir intelligensiya təbəqəsi olub. Əhalisi qarışıq olduğuna görə, intelligensiyası da qarışıq, çoxmillətli olub. İntelligensiya çoxmillətli olan yerdə bu zümrə arasında intellektual rəqabət yaranır. Nəticədə, Bakının kitab fondu sovetlər dağılan ərəfədə Moskva və Leninqrad kimi bir neçə böyük şəhəri çıxsaq, ittifaqdakı ən böyük fondlardan bəlkə də biri idi. Keçən dəfə dostlar mənə bir şəkil göndərmişdi, Akademiya tərəfdə məhəllələrdən birinin zibilliyinə gözəyarı saysaq 100-ə qədər kitab atmışdılar, hamısı da tətbiqi riyaziyyat və fizika haqqında. Görünür, qoca riyaziyyatçı alimlərdən kimsə dünyasını dəyişib, uşaqları mirətindən canını qurtarırmış. O gün də bir dostum bukinistdən aldığı kitabın şəklini göndərib, Ostrovskinin (dramaturq olan) bütün əsərlərinin ilk nəşrinin cildlərindən biri, Pisarevin redaktəsilə çıxan (1904-1905), ən maraqlısı da, kitabın üstündə kitabxana möhürü yoxdur, yəni yüz il müddətində şəxsi əllərdə olub. Bakıdakı kitab fondunun bir hissəsini 90-larda zibilliyə atdılar, vərəqlərini cırıb qaz kolonkalarını yandırdılar, semiçka satanlara ucuz qiymətə satdılar, indi də köhnə məhəllələrdə nə yaddan çıxıb qalıbsa, tikinti şirkətləri axırına çıxır.
Telegram
ShabbatBazaar
Dünən çox unikal bir şəxslə tanış oldum. Əvvəlcə giriş izahı. Dünən Montində bir köhnə evə kitab almağa getmişdim. Bir xeyli də aldım. Bazar tərəfdə olan və hələ müharibədən qabaq tikilmiş "stalinka" sökülmək üzrədir, binanı bir tərəfi artıq sökülüb, o biri…
Gəlin faktçekinq edək. Boz kardinal, fransızcası éminence grise, hərfi tərcümədə boz zati-aliləri, kardinal Rişelye üçün deyilməyib. Rişelyenin sağ əli, kapusin rahibi Jozef ata (François Leclerc du Tremblay) üçün deyilirdi. Rus dilinə tərcümə edəndə səhvən boz kardinal kimi veriblər, buna görə də orta statistik rusdilli post-sovet insanı indiyə qədər elə bilir ki, boz kardinal Rişelye olub. Vay, vay, vay, vay, mən belə başa düşürəm ki, kiminsə əslində tolstoyevski olduğu təsadüfən üzə çıxdı...
Telegram
İbrahim Nebioglu
BOZ KARDİNAL Həm siyasi, həm də bədii ədəbiyyatda qarşımıza tez-tez "Boz Kardinal" kəlməsi çıxır. Çoxumuz bu kəlmə deyiləndə ölkələrinin idarəsində ikinci planda olan, ancaq sonsuz təsir gücünə malik qüdrətli dövlət xadimini başa düşürük. Tarixdə Kardinal…
Ehhh, bu növcavanlar haradan bilsin, üstündə Nazpərinin şəkli olan şokolad korobkaları. ❤️
Həmin şokolad korobkaları canlı görənlər ürək atsınlar, bir sayımızı bilək. ?
Telegram
Vüqar Van
Nazpəri xanımın bu videosu yaddan çıxmaq, unudulmaq, prime dönəmin bitməyi, reallıqla barışa bilməmək, heç nəyin əbədi olmamağı, şöhrətin, məşhurluğun, gördüyün işlərin, idealların, prinsiplərin, ümumiyyətlə, həyatın ötəriliyi, bayağılığı, mənasızlığı haqqında…
1918-ci ildə Azərbaycan hökuməti milli valyuta buraxmaq üçün Osmanlı hökuməti ilə danışıqlar aparır. Valyutanın adı azəri olacaqmış. 1 türk lirəsi = 15 azəri. Osmanlının maliyyə naziri Cavid bəy, Osmanlı bankının rəhbəri Həmid bəy əllərindən gələn köməyi əsirgəmirlər, bizimkilər Leypsiqdən kağız sifariş verirlər, mətbəəni az qala pulsuz danışırlar, amma bu vaxt Bolqarıstan cəbhəsi yarılır, mərkəzi dövlətlər məğlub olmağa başlayır, Tələt paşanın hökuməti istefaya gedir, Azərbaycanın ilk valyuta buraxmaq cəhdi də yarımçıq qalır.
I was talking about Zangezur before it was cool ?
İlqar Məmmədovun 2010 parlament seçkilərində təbliğat materialından.
Novruz bayramınız mübarək!
Buradakı 18+ xəbərdarlığı da ciddi xəbərdarlıqdır. Belle Époque dövrü Parisində, xüsusən mədəni çevrələrdə ictimai və fərdi əxlaq haqqında təsəvvürü olmayan oxucular bilmirəm şoka düşər, ya yox. Hər bir halda, nəzərinizdə olsun. ?
Fateh burada incə bir məqamı tutub—həqiqi ədəbiyyat oxucuda elə məhrəm təəssüratlar yaradır ki, sonra onları sözə çevirib deyə bilmirsən, ya da çevirsən, bu dəfə deməyə adam tapmırsan. Belletristika yazanlar sınanmış texnikalarla oxucuda daha güclü, fərqli hisslər, emosiyalar oyada bilir, amma onlar tez də unudulur. Bir də var Barns kimi usta yazıçıların əsərlərindən qalan təəssürat. Hər dəfə The Only Story romanı yadıma düşəndə, hər şeyi qəfil başa düşdüyüm və üfiqdə dəhşətli faciənin sürətlə yaxınlaşdığını gördüyüm həmin məqamı bir də təkrar yaşayıram—bu ifadələr bir az sentimental çıxdı, üzrlü sayın, amma təəssüratımı buraya qədər sözlə ifadə edə bilirəm. Sonra da birdən şatzapın bildirişinin səsi gəlir, açıb baxırsan ki, bir tanış sənə link atıb ki, bəy, təzə hekayə yazmışam, möhtəşəmdir, mütləq oxu, fikrini bildir, gözləyəcəm.
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago