Maraqlı bilgilər ??

Description
? Dünyagörüşünüzü artıracaq paylaşımlar

? Faydalı bilgilər
? Maraqlı faktlar
? Dahi şəxsiyyətlər
ℹ️ Axtarılan məlumatlar
? Elm, Dünyagörüşü və daha çoxu bu kanalda
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 1 month ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 11 months ago

3 months, 3 weeks ago

Sənə öz hərfi seç ?

3 months, 3 weeks ago
İnformatika üzrə dərslərə qeydiyyat başladı.

İnformatika üzrə dərslərə qeydiyyat başladı.
Sentyabr ayının 1-dən dərslər telegram kanalı üzərindən həftədə 2 dəfə olmaqla,dərslikdən bütün çalışmaların+mövzunun slayd vasitəsilə izahı şəklində göndərilir.Aydin olmayan sualların izahı ZOOM üzərindən həftədə 1 dəfə olmaqla izah olunur.Sentyabr ayına kimi qeydiyyatdan keçənlərə maksimum endirim etdik.Sentyabra kimi qeydiyyatdan keçənlərə qiymət aylıq 20 azn deyil 10 azn☺️

Instagram

4 months, 4 weeks ago
***?*****Kitablar haqqında maraqlı faktlar

?**Kitablar haqqında maraqlı faktlar

  1. Dünyanın ən çox satılan kitabı

İncil dünya üzrə ən çox satılan kitabdır.

  1. Ən böyük kitabxana

Kongres Kitabxanası dünyanın ən böyük kitabxanası olaraq bilinir. Bu kitabxanada 170 milyondan çox kitab və digər nəşrlər saxlanılır.

  1. Ən qısa kitab

Franz Kafkanın "Məhkum" adlı kitabı, yalnız bir cümlədən ibarətdir: "Bir gün sizi məhkum edəcəklər və sizi əsir etməklə heç nə etməyəcəklər".

  1. Ən uzun kitab

Marcel Proust'un "Axtarışlar" adlı 7 cildlik əsəri, 1,267069 söz ilə dünyanın ən uzun romanı hesab olunur.

  1. Ən qısa və ən uzun kitab adları

Edgar Allan Poe'nun "Şənli qutular" adlı kitabı və Umberto Eco'nun "Gözəl olan hər şeyin tarixi" adlı kitabı, hər ikisi də ədəbiyyat tarixində fərqli məna verilən kitab adlarıdır.**

© Adamhakli_PDF

5 months ago
**Avstriya istehsalı olan “Gräf & Stift” …

**Avstriya istehsalı olan “Gräf & Stift” avtomobili.

1914-cü il iyunun 28-də, Sarayevoda məhz bu avtomobildə olan iki nəfərə atəş açıldı və nəticədə Avstriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans-Ferdinand və arvadı hersoqinya Sofiya öldürüldülər. Bu hadisə bəşəriyyəti Birinci dünya müharibəsinə aparan qığılcım oldu.

Keçmiş SSRİ məkanında ənənəvi olaraq Birinci dünya müharibəsinə maraq az olub. Halbuki məhz həmin müharibə nəticəsində formalaşan dünyada yaşayarıq. Dünyanın müasir siyasi xəritəsi əsasən Birinci dünya müharibəsindən sonra formalaşdı. Bir çox dövlətlər kimi Azərbaycan Cümhuriyyəti də bu savaş nəticəsində yarandı.

©Mənbə: Tarixçi**

5 months, 3 weeks ago
***?*****Kitablar haqqında maraqlı aforizmlər**

?Kitablar haqqında maraqlı aforizmlər

***•Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka

•Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. C.Reskin

•Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Q. V. Leybtnis

•Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. N.Vəzirov

•Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. S.J.Harris

•Kitablar, heç solmayacaq bitkilərdir. Herrick

•Kitablar həyatım, təcrübələrim isə müəllimimdir. A.Avqustin

•Kitablar, itmiş başların abidələridir. Sir Villiam Davenant

•Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. Rey Bredberi

•Kitabsız bir ömrün nə mənası var. Səməd Vurğun

•Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir. V.Kubarev

•Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır. Seneka

•Qədim kitabların füsunkar təbiəti şərabı andırır. A.S.Qrin

•Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. V.L.Dal***

5 months, 4 weeks ago

?Tarixdə bu gün

*?*Bu gün Azərbaycanın tanınmış incəsənət xadimi, böyük teatr rəssamı Nüsrət Fətullayevin anadan olmasının ildönümüdür. O, uzun illər Azərbaycan Dövlət Dram Teatrında baş rəssam olaraq çalışıb, onlarla tamaşaya tərtibat verib. (1913-1988)

Azərbaycanın igid oğlu İsrafil Məmmədov 1919-cu il 29 mayda Gəncədə dünyaya gəlib.

İkinci Dünya Müharibəsi zamanı faşist işğalçılarına qarşı döyüşlərdə dəfələrlə mərdlik və qəhrəmanlıq göstərən İ.Məmmədov 1941-ci il dekabrın 3-də Novqorod yaxınlığındakı Pustınka kəndində baş vermiş amansız savaşda şəxsən özü 70 faşist əsgəri və 3 zabitini məhv edib. Bu hünərə görə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib. (1919-1946)

?Azərbaycan neft yataqlarının ilk kəşfiyyatçılarından olan tanınmış neft ustası Yusif Kərimov 1925-ci ilin bu günü anadan olub. 1963-cü ildə onun başçılığı ilə Səngəçal-Duvannı dəniz neft yataqları, 1970-ci ildə isə Muradxanlı yatağı kəşf edilib. (1925-1995)

?29 may Azərbaycanın tanınmış rəssam və aktyoru Elçin Məmmədovun doğum günüdür.

E.Məmmədov Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarında bir çox tamaşanın rəssamı olub.

Bakı və Moskva dövlət muzeylərində dəfələrlə sərgiləri keçirilən rəssam 100-dən çox əsərə, o cümlədən, “Dədə Qorqud”, “Koroğlu”, “Azərbaycan nağılları”, “Xəyyam” kitablarına tərtibat verib.

Həm də istedadlı aktyor olan Elçin Məmmədov “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Çətirimiz buludlardır” filmlərində yaddaqalan obrazlar yaradıb. (1946-2001)

?1176-cı il 29 mayda Milanın yaxınlığındakı Lenyano şəhəri ətrafında gedən döyüşdə italiyalılar Roma imperatoru I Fridrix Barbarossanın qoşunlarını darmadağın etdilər.

İtaliya tarixinin bu əlamətdar hadisəsi şərəfinə bəstəkar Cüzeppe Verdi “Lenyano ətrafında döyüş” operasını yazıb.

?1453-cü il mayın 29-da Osmanlı Sultanı Mehmet Şərqi Roma, o cümlədən Bizans imperiyalarının min illik tarixi paytaxtı olmuş Konstantinopolu fəth etdi. Bu zəfərdən sonra o, Fateh Sultan Mehmet adını qazandı, Konstantinopol isə İstanbul adlandırıldı.

İstanbulun fəthi ilə Orta əsrlər sona çatdı.

?1948-ci il mayın 29-da BMT Təhlükəsizlik Şurasının qərarı ilə ilk sülhməramlı xidmət təşkil olundu.

2002-ci ildən başlayaraq 29 may Beynəlxalq Sülhməramlılar Günü kimi qeyd edilir.

?29 may 1953-cü ildə Yeni Zelandiya alpinisti Edmund Hillari və Nepaldan olan Tenzinq Norqay Everest zirvəsinə (8850) qalxan ilk insanlar oldular.

?1985-ci ilin 29 mayında Avropa Çempion Klublar Kuboku uğrunda “Liverpool” ilə “Juventus” arasında Belçikanın Heysel stadionunda oynanılan final matçında ingilis xuliqanları italıyalı azarkeşlərə hücum etdilər. Tribunanın çökməsi nəticəsində çoxu İtaliyadan olmaqla 41 nəfər həyatını itirdi. Buna baxmayaraq, matç axıradək oynanıldı və kuboku “Juventus” qazandı.

İngiltərənin o zamankı baş naziri Marqaret Tetçerin (Margaret Thatcher) tələbi ilə UEFA “Liverpool”u 5 il müddətinə Avropa kuboklarından uzaqlaşdırdı.

?29 may 1993-cü ildə neonasistlər Almaniyanın Solingen şəhərində yaşayan bir Türkiyə ailəsinin evini yandırdı. "Solingen faciəsi” olaraq xatırlanan bu yanğında beş türk həyatını itirdi.**

7 months, 1 week ago
***?*** Bataqlıqda bataraq ölmək mümkündürmü?

? Bataqlıqda bataraq ölmək mümkündürmü?

? Film səhnələrində təsvir olunan səhnələrdəki iddialar belədir:

ℹ️ Bataqlıqlar insanları içinə doğru çəkir. Bataqlıq içində mübarizə aparmaq mənasızdır, çünki qüvvət böyük olduğu üçün bataqlıq insanı içinə çəkir və boğularaq ölməsinə səbəb olur.

? Amma reallıq tamamilə fərqlidir. Bataqlıqlar “yırtılma qüvvəsi ilə incələn qeyri-Nyuton mayesi (shear thinning non-Newtonian fluid) kateqoriyasına daxildirlər. Yəni üzərində hər hansı təzyiq olmadığı təqdirdə qatı görünürlər (əslində isə gel kimidir). Amma üzərindəki təzyiqin 1% dəyişməsi belə bu gelin axıcılıq müqavimətinin azalamasına səbəb olur (yəni maye kimi davranmasına gətirib çıxarır). Buna görə də kimsə bataqlığın üzərində yeriməyə çalışsa, bataqlıq ilk addımın atıldığı anda maye kimi davranacaq və fərdin batmasına səbəb olacaq.

7 months, 1 week ago

1 nefer feal qurup admini teleb olunur. Daimi isleye bilen. Maaş danisilacaq.

7 months, 1 week ago

Salam qurup admini menem. İnsallah qurupumuz fealiyet sahesini genisledirib xidmetinizde olacaq.

9 months, 1 week ago
*****?***Hər il Bu Şəhərə Havadan 30 …

*?*Hər il Bu Şəhərə Havadan 30 Milyon Plastik "Butulka Yağır"

Yeni Zelandiyanın Oklend şəhərinə hər il 74 ton mikro miqyaslı plastik hissəciklər yağır. Bu, isə təxminən 30 milyon plastik butulkaya bərabərdir. Oklendin atmosferində mikroplastiklərin çox olmasının səbəbi, Hauraki körfəzində tez-tez baş verən daşqınlar və dalğaların güclü şəkildə sahilə vurması nəticəsində okean sularının daşıdığı mikroplastiklərin havaya qarışıb şəhərə yayılmasına görədir. Həmin mikroplastiklərin tənəffüs yolu ilə qəbulu isə orqanizm üçün olduqca təhlükəlidir.

(İstinad: Bilim Genç)

** https://t.me/maraqlibilgi

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 1 month ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 11 months ago