DİN NƏSİHƏTDİR

Description
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 4 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago

3 months, 2 weeks ago

?Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər.”

?Beyhəqi, sünənus-suğra 5994. Albani, silsilə sahiha 1407. ((həsən)).

https://t.me/DIN_NESIHETDIR

3 months, 2 weeks ago

?İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim özünü bir qövmə oxşadarsa, o da onlardandır”.

?Əhməd 5667. Əbu Davud 4031. Albani, sahihul cami 6149. ((həsən səhih)).

https://t.me/DIN_NESIHETDIR

3 months, 2 weeks ago

?Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdum: “Hansı əməl Allaha daha sevimlidir?” O belə buyurdu:

“Vaxtında qılınan namaz.” Mən soruşdum: Sonra hansıdır? O buyurdu: “Valideynlərin qayğısına qalmaq.” Mən soruşdum: Bəs sonra hansıdır? O buyurdu: “Allah yolunda cihad etmək.”

?Buxari 2782. Muslim 85.

https://telegram.me/DIN_NESIHETDIR

3 months, 3 weeks ago

?Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Siz (dünya işlərində) özünüzdən aşağı olanlara baxın! Sizdən yuxarı olanlara baxmayın! Çünki bu, Allahın nemətini kiçik hesab etməmənizə daha uyğun olar.”

?Muslim 2963. Tirmizi 2513. İbn Macə 4142.

https://telegram.me/DIN_NESIHETDIR

3 months, 3 weeks ago

?Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Canım Əlində olan Allaha and olsun ki, iman gətirmədikcə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etsəniz bir-birinizi sevəcəksiniz!? Aranızda salamı yayın!”

?Muslim 54. Əbu Davud 5193. Tirmizi 2688.

https://t.me/DIN_NESIHETDIR

3 months, 3 weeks ago

?Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ey Muaz! Allahın bəndələri və bəndələrin Allah üzərində haqqı nədir bilirsənmi?” Dedim: “Allah və Rəsulu daha yaxşı bilər.” O dedi: “Allahın bəndələri üzərində haqqı odur ki, onlar Ona ibadət etsinlər və Ona heç nəyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində haqqı odur ki, Ona heç nəyi şərik qoşmayanlara əzab verməsin.”

?Buxari 6500. Muslim 30. Tirmizi 2643.

https://t.me/DIN_NESIHETDIR

3 months, 4 weeks ago

Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“İnsanın hər eşitdiyini danışması, ona yalan olaraq yetər.”¹

“İnsanın hər eşitdiyini danışması, ona günah olaraq yetər.”²

? ¹Muslim 5. ²Əbu Davud 4992.

https://t.me/DIN_NESIHETDIR

4 months ago

Özünü günahlarla alçaltma

✍?İbn Racəb (Allah ona rəhmət etsin) demişdir:

"Ey Adəm oğlu! Əgər öz qədrini bilsən, özünü günahlarla alçaltmazsan. Sən məxluqların seçilmişisən və Cənnət sənin üçün hazırlanıb".

?"Lətaiful-məarif", 183.

©TOVHİD.İNFO

4 months ago

(وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا)

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

[سورة اﻹسراء 23]
əl-İsra 23.

4 months ago

Amr bin Şurahbil (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Hər aydan üç gün oruc tutmaq, Qəlbin sərtliyi (kin-küdurətini, qəzəbini) aparır.”

?Əhməd 20738. Nəsai 2385. Albani, sahihul cami 2608.((səhih)).

https://t.me/DIN_NESIHETDIR

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 4 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago