✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 2 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago
﷽
Həzrət Fatimənin fəziləti
Sirə və hədis yazan alimlər Həzrət Zəhra (s.ə) haqqında belə deyiblər:
Fatimə (s.ə) Əhli-Kisadan, Mübahilədə olanlardan və ən çətin zamanda hicrət edənlərdən idi. O, haqqında Təthir ayəsi nazil olan şəxslərdən idi və Cəbrail onların arasında olmaqdan fəxr edirdi. Allah onun sadiqliyinə şahidlik etmiş və ona imamların və Qiyamətə qədər davam edəcək Peyğəmbər nəslinin anası olmaq şərəfini bəxş etmişdir. O, danışığında Rəsulullaha (s) ən çox bənzəyən şəxs idi. Onun əxlaqı Peyğəmbərin əxlaqından xəbər verirdi və yerişi onun yerişindən bir az da olsun fərqlənmirdi. O, Peyğəmbərin yanına gələndə, Peyğəmbər onu qarşılayar, əlini öpər və öz yerində otuzdurar, Peyğəmbər onun yanına gələndə isə Fatimə ayağa qalxar və onun əlini öpərdi.
? "Əxlaqi xütbələr", c.1, səh.318
﷽
Bu dünyada yaş və quru birlikdə yanır
Bəzən insanlar soruşur ki, əgər bir qövmün əksəriyyəti günah edibsə, niyə həmin qövmün içindəki saleh azlıq da onların əzabına məruz qalır? Bilmirlər ki, cəmiyyətin üzvləri bir bədənin hissələri kimidir. Əgər bir bədənin bir yerində xərçəng yaranarsa, digər üzvlər: "niyə biz də məhv olmalıyıq?"— deyə bilməz. Çünki bir-birinə bağlıdırlar. Məhz eyni səbəbdən, yəni siz cəmiyyət həyatında bir-birinizə bağlı olduğunuz üçün bir-birinizin xoşbəxtliyindən faydalandığınız kimi bir-birinizin bədbəxtliyindən zərər görməlisiniz. Yalnız axirət dünyası ayrılıq dünyasıdır. Bu dünyada isə cəmiyyətin üzvləri bir-birinə bağlıdır; həqiqətən, bir-birinin sevincinə və kədərinə ortaqdırlar, əzabına və səadətinə şərikdirlər.
Ayrılıq dünyası axirət dünyasıdır: “Bu gün, ey günahkarlar, (möminlərdən) ayrılın!” Bu dünyada isə "ayrılın" yoxdur. Bu dünyada elmi qayda və qanunlar tələb edir ki, əgər cəmiyyətin bir qismi o qədər fəsad içindədirsə ki, cəmiyyətə bəla gətirirsə, bu bəla sağlamı da xəstəni də əhatə edir.
Bu dünyada yaş və quru birlikdə yanır. Sadəcə, quru — yəni yanmağa hazır olanlar üçün bu, Allahın əzabıdır və axirətdə də bu davam edə bilər. Günahsız olanlar üçün isə bu bir imtahandır və axirətdə onlara mükafat veriləcəkdir. Bu dünyada isə yaşı qurudan ayırmaq mümkün deyil.
***?*** "İslam və Zamanın Tələbləri",c.1, səh.200
﷽
İmam Cavadla sünni aliminin debatı
Həzrət Cavadla (ə) hələ uşaq ikən əhli-sünnə alimləri arasında bir debat oldu. Sünni alimi İmama dedi: Sizin Şeyxeyn (Əbu Bəkr və Ömər) barədə düşüncəniz nədir? Bizdə Peyğəmbərdən (s) gələn etibarlı bir hədis var ki, deyir: "Əbu Bəkr və Ömər cənnət qocalarının ağasıdır". Həmçinin, bir gün Cəbrail Peyğəmbərə nazil olub Allah tərəfindən bu mesajını ona çatdırdı ki, " Ya Peyğəmbər, Mən Əbu Bəkrdən razıyam. Əbu Bəkrdən soruş gör, o da Məndən razıdırmı?"
İmam Cavad (ə) cavab verdi: "Biz Əbu Bəkrin fəzilətini inkar etmirik, lakin burada bir məsələ var. Hamı qəbul edir ki, Peyğəmbər Həccətul-Vidada dedi: "Mənə yalan bağlayanlar çoxalıb". O, bir meyar qoydu ki, məndən hansı hədisi nəql etsələr, əvvəlcə onu Qurana təqdim edin. Əgər Quranla uyğun gəlirsə, qəbul edin; əks halda, rədd edin. Quran deyir ki, cənnət əhli hamısı gəncdir.
İkinci hədisinizə gəldikdə, Allah Quranda buyurur: "Biz insanı yaratdıq və onun qəlbində nələr keçirtdiyini bilirik. Biz ona, şah damarından daha yaxınıq". Quran Allahı bu cür tanıtdığı halda necə mümkündür ki, Allah Peyğəmbərindən soruşsun ki, "Mən filan bəndəmdən razıyam, sən ondan soruş gör, o da Məndən razıdırmı?"
***?*** "Quranla tanışlıq", c.6
, səh.118
﷽
Ədalətin icrasında qətiyyət
Həzrət Əlinin (ə) əmisi oğlu və bilikli köməkçisi İbn Abbas xəta etdikdə İmam məktub yazıb onu ciddi şəkildə tənqid və təhdid etdi. Ona yazdı ki, əgər xətandan dönməsən, qılıncımla səni ədəbləndirərəm. Həmin qılınc ki, onunla vurduğum hər kəs cəhənnəmə vasil olur. Sonra isə ədalətinin heç kəs üçün istisna daşımadığını ona başa salmaq üçün deyir: "Allaha and olsun, əgər Həsən və Hüseyn də bu səhvi etsəydilər, onlara da güzəştə getməzdim".
***?***"İlahi ədalət",səh.222
﷽
Niyə Allah müsəlmanlara yardım etmir?
Heç bir xalq bədbəxtliyin səbəblərini özündən dəf etmədikcə bədbəxtlikdən xoşbəxtliyə çata bilməz. Əksi də belədir. Allah heç bir xoşbəxt xalqı bədbəxtliyin səbəblərini özləri üçün hazırlamadan bədbəxtliyə düçar etməz. Biz şikayətlənirik ki, niyə Allah Amerikanın bir ovuc jandarm yəhudisini bir milyarddan artıq müsəlmana hərbi, siyasi, ideolloji və iqtisadi cəhətdən hökmranlıq etməsinə icazə verir? 5 İyun müharibəsində yüz milyon ərəb niyə uduzdu? Allah niyə müsəlmanlara izzət vermir? Niyə təbiət qanunları müsəlmanların xeyrinə dəyişmir? Əsəbləşirik, qəm-qüssədən gecələr yuxumuz ərşə çəkilir, əziyyət çəkib şikayətlənirik, dua edib yalvarırıq, amma dualarımız qəbul olmur. Niyə? Quran bizə bir cümlədə cavab verir: "Bir toplum özünü dəyişmədikcə, Allah da onları dəyişməz". (Rəd,11)
Allah öz qanununu dəyişən deyil. Biz özümüzü dəyişməliyik. Biz cəhalətdə, əxlaqi pozğunluqda qərq olmuşuq, heç bir birliyimiz yoxdur və buna baxmayaraq, Allahdan bizə yardımçı olmasını gözləyirik! Biz kiçik bir hadisə üçün min cür şayiə düzəldirik, yalana, əyriliyə adət etmişik və hər bir fəzilətdən əl çəkmişik, buna rəğmən, dünyaya ağalıq etmək istəyirik! Bu olası deyil.
***?***"İlahi ədalət",səh.112
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 2 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago