AzVak - rayonlarda iş

Description
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

4 months, 1 week ago

Baş mühasib tələb olunur (Şirvan şəhəri)

İşəgötürən: Sənayecihaz Elmi İstehsalat Müəssisəsi

İŞ YERİ: Şirvan şəhəri

MÜƏSSİSƏ: Sənayecihaz Elmi İstehsalat Müəssisəsi

ƏMƏK FUNKSİYASI:

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
Debitor və kreditor borcların uçotunun aparılması;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
Gəlir və xərclərin uçotunun aparılması;
Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV).

VƏZİFƏ TƏLƏBLƏRİ:

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
Dil bilikləri : Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3 Digər zəruri tələblər: Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 vəs.) Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:

Problem həll etmə bacarıqları;
Təqdim etmə bacarığı;
Detallara diqqət;
Komandada işləmək bacarığı;
Analitik düşünmə bacarığı.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib (Şirvan şəhəri)” qeyd etməyiniz xahiş olunu

[email protected]

4 months, 1 week ago

Satış nümayəndəsi tələb olunur (Bərdə, Cəlilabad, Salyan, Saray, Şəki, Ağstafa) filialları üçün
İşəgötürən: Prior Leasing

Namizədə olan tələblər:
Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması(mütləqdir)
Orta təhsil (Ali təhsil üstünlükdür)
Satış sahəsində iş təcrübəsi (arzu olunandır)
Microsoft Office proqramlarında işləmək bacarığı.
Əməkhaqqı 400 AZN+( visit 200Azn + satışdan bonuslar)
Amortizasiya xərcləri + Benzin xərcləri şirkət tərəfindən qarşılanır

Vəzifə funksiyaları:
Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə çatdırmaq;
Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
Marketinq materiallarının yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi” və qarşısında müvafiq regionu yazaraq [email protected] ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

satıcı

4 months, 1 week ago

Müştəri xidmətləri mütəxəssisi tələb olunur (QUBA)
İşəgötürən: Prior Leasing

Ünvan: Quba rayonu

Namizədə olan tələblər:
Orta təhsil (Ali təhsil üstünlükdür)
Fərdi və komanda şəklində işləmək;
Vəziyyəti düzgün qimətləndirmək;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
Microsoft Word, Excel, Outlook proqramlarında işləmək;

Vəzifə öhdəlikləri:
Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək.
Sənədləşmə prosesində iştirak
Ofis daxili inzibati işlər
Əmək haqqı: Fix 500AZN + Bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri xidmətləri mütəxəssisi” və qarşısında müvafiq regionu yazaraq [email protected] ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

6 months, 3 weeks ago

Generator üzrə texnik tələb olunur (Qarabağ)

İdarə: Şəbəkə Texnologiyaları
İş qrafiki: Standart
Son müraciət tarixi: 13.06.2024

Sizin vəzifə öhdəlikləriniz:

Sahədə yaranmış problemləri araşdırılıb həll etmək, öz səlahiyyətini aşdıqda cavabdeh şəxsə məlumat vermək;
Generatorlara periodik baxım təşkil etmək və nasazlıqların yaranmaması üçün qabaqlayıcı profilaktik tədbirlər görmək;
Generatorlarda yaranmış nasazlıqları aşkar etmək və aradan qaldırılması üçün tədbir görmək;
Generatorun və sahədə olan digər elektrik qurğularının quruluşunu, iş fəaliyyətini və istismarını bilmək;
Daxili nizam qaydalarını və əməyin mühafizəsi normalarını bilmək;
Rəhbərliyin tələblərini lazımı qaydada yerinə yetirmək;
İşçi Şirkətin Sağlamlıq və Təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etməli;
Komanda şəklində işləmək;
İyerarxiyaya tabe olmaq;
İşçi Şirkətin bütün siyasət və proseduralarına riayət etməli;
Lazım gəldikdə bölgələrə ezamiyyətə getmək;
Lazım olan təqdirdə iş vaxtından artıq işləmək;
Lazım olan təqdirdə sahə əməliyyatlari zamani avadanlıqlari anbardan sahəhə ve sahədən anbara daşınmasında mühəndislərə kömək etmək;
Fövqaladə hallar, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı şəbəkənin dayanıqlığının təmin olunması üçün səfərbər olmaq, tapşırığa əsasən sahələrin dayanıqlığı üçün sahələrə getmək, tələb olunduqda daşına bilən generatorları sahədə yerləşdirmək.

Vəzifənin tələbləri:
Ali təhsil
Telekomunikasiya, Enerji, İdarəetmə, Təhlükəsizlik texnikası ilə əlaqəli sertifikatlar
Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi
Dil və kompyuter proqramları bilikləri
Azərbaycan dili
Microsoft office (Word, Excel, Power Point, MS layihə) bilikləri
48-380V gərginlik altında işləmək
Sürücülük vəsiqəsi
Yüksək motivasiya, müstəqil inkişaf və sərbəst öyrənmə
Mənəvi və psixoloji cəhətdən güclü olmaq
Diqqətlilik, çalışqanlıq, məsuliyyətlilik, intizamlılıq
Təzyiq altında işləmək bacarığı

Müraciət etmək üçün CV-lərinizi [email protected] mail hesabına “Generator texnik (Qarabağ)” başlığı altında göndərməyiniz xahiş olunur.

6 months, 3 weeks ago

Operator tələb olunur - İş yeri: Bakı, İsmayıllı
İşəgötürən: Azerbaijan Coca - Cola Bottlers

Vəzifə tərifi: Biz Təchizat Sistemləri / İstehsal komandamızın bir hissəsi olmaq üçün Operator axtarırıq.
İş yeri: Bakı, İsmayıllı

Vəzifə təlimatları:

Yüksək keyfiyyətli məhsul istehsal etmək;
Qoyulan istehsal hədəflərini həyata keçirmək üçün bütün komanda üzvləri ilə birlikdə həmkarlıqla çalışmaq;
Səmərəliliyini artırmaq üçün istifadə olunan avadanlığın işləməsinə cavabdeh olmaq;
Lazım gəldikdə maşınları dəyişdirmək;
Təchizatın texniki istismar qaydalarına uyğun şəkildə işləməsinə nəzarət və hər hansı bir uygunsuzluq ortaya çıxdıqda bu haqda lazımı əməkdaşları məlumatlandırmaq;
Təmir və digər əlaqədar servis işlərinin yerinə yetirilməsində texnik qrupun tərkibində iştirak etmək və avadanlıqlarda müvafiq yoxlamaları aparmaq;
İstehsalatın davamlılığı və məhsuldarlığını təmin etmək üçün maşın, proses, keyfiyyətə zəmanət, iş sağlamlığı və təhlükəsizliyinə uyğun işləmə;

**İş üç (3) növbəlidir:

Birinci növbə saat 07:30 başlanır və saat 15:30 qurtarır (fasilə vaxtı:13:00-14:00)
İkinci növbə saat 15:30 başlanır və saat 23:30 qurtarır (fasilə vaxtı:18:00-19:00)
Üçüncü növbə saat 23:30 başlanır və saat 07:30 qurtarır (fasilə vaxtı:02:00-03:00)**

Tələblər:
Texniki sahə üzrə bakalavr təhsili
Müvafiq sahədə mininmum 1 il iş təcrübəsi
Tələb olunan avadanlıqla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
Komandada işləmə bacarığı
Ünsiyyət bacarığı

CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "Operator (İsmayıllı və ya Bakı )" yazaraq müraciət edə bilərsiniz.

[email protected]

6 months, 3 weeks ago

Elektrik tələb olunur (Qəbələ , Şamaxı ) ****
İşəgötürən: FOTON Motors Azerbaijan

Nə təklif edirik?
✔️ Bazar rəqabətinə uyğun əmək haqqı;
✔️ Könüllü tibbi siğorta;
✔️ “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
✔️ Peşəkar komanda ilə işləmək fürsəti;
✔️ İşçinin inkişafı üçün təlim, tədris proqramları.

Vəzifə öhdəlikləri:
· Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
· Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
· Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
· Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
· Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
· Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
· Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
· Yeni elektrik avadanlıq və cihazların quraşdırılması.

Namizədə aid tələblər:
· Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
· Elektrik ixtisas sertifikatı (3-cü qrup);
· Müvafiq sahə üzrə (elektrik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
· Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
· Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
· Yaxşı ünsiyyət və hesabat bacarıqları;
· Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Elektrik” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz.

7 months ago

Qeydiyyatçı tələb olunur (Tovuz )

İşəgötürən: Referans CLC

İş yerinin təsviri:
Daxil olan zənglərin qəbul olunması və cavablandırılması
Tibbi xidmət üçün müraciət etmiş pasiyentlərin qeydiyyatının aparılması
Pasiyentlərlərlə standartlara uyğun olaraq ünsiyyətin qurulması
Pasiyentlərə klinika, həkimlər və xidmətlər barədə tələb olunan bütün məlumatların verilməsi

İş şəraiti:
Əmək haqqı 400 manat
İş rejimi həftənin 6 günü (08:00 – 17:00), Şənbə günü qısa iş günü. AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Namizəd üçün tələblər:
Ali və ya orta-ixtisas təhsil;
Tovuz şəhərində qeydiyyatın olması;
1 il iş təcrübəsi arzuolunandır;
Səlis və aydın nitq qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışmaq bacarığı;
Ünsiyyət və komandada işləmək bacarığı;
MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və operativlik;
Problem həll etmə bacarığı.
İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq

Maraqlanan namizədlər CV-ləri “Qeydiyyatçı” başlığı altında [email protected] e-mail ünvanına göndərə bilərlər.
Şirkət haqqında
Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

7 months ago

Qeydiyyatçı (Tovuz ) tələb olunur
İşəgötürən: Referans CLC

İş yerinin təsviri:
Daxil olan zənglərin qəbul olunması və cavablandırılması
Tibbi xidmət üçün müraciət etmiş pasiyentlərin qeydiyyatının aparılması
Pasiyentlərlərlə standartlara uyğun olaraq ünsiyyətin qurulması
Pasiyentlərə klinika, həkimlər və xidmətlər barədə tələb olunan bütün məlumatların verilməsi

İş şəraiti:
Əmək haqqı 400 AZN.
İş rejimi həftənin 6 günü (08:00 – 17:00), Şənbə günü qısa iş günü. AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Namizəd üçün tələblər:
Ali və ya orta-ixtisas təhsil;
Tovuz şəhərində qeydiyyatın olması;
1 il iş təcrübəsi arzuolunandır;
Səlis və aydın nitq qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışmaq bacarığı;
Ünsiyyət və komandada işləmək bacarığı;
MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və operativlik;
Problem həll etmə bacarığı.
İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq

Maraqlanan namizədlər CV-ləri “Qeydiyyatçı” başlığı altında [email protected] e-mail ünvanına göndərə bilərlər.

7 months ago

IT Mütəxəssis(Xızı) tələb olunur
İşəgötürən: North West Construction

İş yeri: Xızı

Vəzifə öhdəlikləri:
Kompüter və server avadanlıqlarının əməliyyat sistemləri və proqramlarının quraşdırılması və konfiqurasiyası;
Sistemlərin mövcudluğunun və istifadəsinin monitorinqi;
İnfrastruktur sistemlərinin konfiqurasiyasının mütəmadi olaraq yoxlanılması;
Server sistem və şəbəkə problemlərinin aradan qaldırılması, aparat və ya proqram təminatı xətalarının diaqnostikası və həlli;
Yeni texnologiyanın sınaqdan keçirilməsi və qiymətləndirilməsi.

Tələblər:
Ali təhsil (texniki təhsilə üstünlük verilir)
Müvafiq vəzifədə minimum 3 il iş təcrübəsi
Ticket sistemi ilə işləmə bacarığı
Windows 10,11 əməliyyat sistemlərinin quraşdırılması və dərin biliklər
Kompyüterlərdə yaranan texniki nasazıqların analizi və aradan qaldırılması bacarığı
Microsoft Active Directory, File Serverləri ilə bağlı bilik və iş təcrübəsi
HP, Tp-link Şəbəkə aparatları və Xerox ,Hp printerləri ilə bağlı bilik və konfiqurasiya etmə bacarığı
CAT 6, CAT 7 kabellərin çəkilişi və konnektorların vurulması bacarığı
Hikvision müşahidə kamera sistemləri ilə işləmə bacarığı
Autodesk (AutoCAD, Civil) və digər memarlıq programlarının yükləmə bacarığı

Zəhmət olmasa CV-nizi [email protected] e-mail ünvanına mövzunu “İT mütəxəssis (Xızı)” qeyd edərək göndərəsiniz.

7 months, 1 week ago

Səyyar satış təmsilçisi tələb olunur ( Şəmkir, Tovuz, Mingəçevir rayonları üzrə )
İşəgötürən: Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO)

Namizəddən tələblər:

-Ali Təhsil;
-Satış sahəsində təcrübə;
-Avtomobil idarəetmə bacarığı (xidməti avtomobil təqdim edilir) - Sürücülük vəsiqəsi(B/C);-Aqrar sahə ilə bağlı məlumatlı olması;( üstünlükdür )
-İşlə bağlı ezamiyyətə(regionlar) hazır olmalı;
-Ofis proqramları ilə çalışma bacarığı;
-ERP ilə çalışma bacarığı;

Vəzifə funksiyaları:
-Təhkim edilmiş regionda şirkətə məxsus məhsulların satışı;
-Təsərrüfat, ticari obyekt və ya müəssisələrin ziyarət edilməsi;
-Məhsullar barədə potensial müştərilərə məlumatların təqdim edilməsi;
-Ə/H 450 manat + bonus.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Səyyar satış təmsilçisi” və qarşısında müvafiq regionu yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago