✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago
Burada fərz etmək olar ki, quş sürüsü ilə toqquşduğunu düşünən kapitan, hələki qismən işlək vəziyyətdə olan hidravlik sistemlərini də nəzərə alaraq artıq ərazidə təkcə mümkün olan NDB yaxınlaşmasının alınmayacağı qənaətinə gəlmişdir. Çünki tutqun hava şəraiti…
ABŞ-da Los Angelesdə baş verən Palisedes yanğınları nəticəsində külə dönən ərazilərin Airbus tərəfindən çəkilmiş 400 meqapiksellik peyk şəkilləri yayımlanıb. Şəkil əlavə olaraq xəritə üzərinə yerləşdirilib.
Bu linkdən baxa bilərsiniz.
Yanan ərazilər dünyanın ən bahalı mülklərinin yerləşdiyi, ən dəyərli rayonlardan hesab olunurdu.
Flightradar24 nümayəndəsinin mənə verdiyi məlumata görə, təyyarədən 7700 squawk 05:25 UTC də qəbul edilib. Stenoqramda dispetçerin bu haqda soruşmasından 1, zərbədən 10 dəqiqə sonra.
ABŞ-ın Orta Şərqdəki ən böyük bazasına 6 ədəd B-52 dislokasiya etdiyini bu gün yazmışdım.
Bu, 2019-dan bəri regiona ilk B-52 yerləşdirilməsi faktıdır (daha öncə, bir cüt B-52 ABŞ-dan regiona gələr, havada dövrə vurub birbaşa Amerikaya qayıdardı. Dislokasiya 5 ildə ilkdir.
Bu həm də bölgədən ayrılan Linkoln aviadaşıyıcı zərbə qrupunun əvəzinə ABŞ-ın etdiyi gedişdir. Eyni zamanda qeyd edim ki, B-52-lərdən 5-i nüvə başlığı daşıma qabiliyyətinə malikdir.
Əlavə olaraq tanker təyyarələr, F-15E zərbə qrupları və birazdan bölgəyə çatacaq destroyerlərlə ABŞ İrana açıq mesaj verir.
İran tərəfdən isə dərslərdən əsas biri budur ki, yaxşı planlaşdırıb öncədən xəbərdarlıqsız zərbə endirsə, İran İsrailin hərbi infrastruktunu sıradan çıxara bilər (oxu: ərazi çox kiçikdir, və İranın çatdırılma sistemləri uğurla sınaqdan keçib). Amma təbii ki, kəşfiyyat amili və ABŞ-ın İsrail üçün işləməsi bunu çox çətin edir. İndi düşünün İran nüvə silahı əldə edir və çatdırılma sistemləri onsuzda test edilib.
Gəlin sürətli şəkildə alternativlərə baxaq:
1) Cavab zərbəsi verilmir, raund bitir
2) İran öldürülmüş hərbçilərini də bəhanə gətirərək zərbə endirir, İsrail fürsətdən istifadə bu dəfə daha ciddi hücum edir
3) İsrail bu dəfə yalnız HHM-ləri hədəf alaraq yalnız növbəti zərbəyə hazırlıq görüb və əsas zərbə qarşıdadır
4) Trump seçildikdən sonra növbəti raundu birbaşa İsrail-ABŞ ittifaqı başladaraq İranın nüvə potensialını hədəf ala bilər.
Əlavə olaraq bu gecə İsrail sübut etdi ki, İranın dərinlikdə olan obyektlərini yüksək dəqiqliklə taktiki nüvə silahı ilə vura bilər (çatdırılma sistemi dünən uğurla test edilmiş oldu).
Elan edilmiş NOTAM-lara baxdıqda İranın (və Hizbullah) bu gün İsrailə zərbə endirmə ehtimalı yüksəkdir.
İsrail təcili şəkildə şimal xəstəxanalarına rezervist həkimlərin (xüsusən cərrahların) toplanışına başlayıb. Bunu həkim-anastezioloq olan rezervistlərin (hansı ki, mən izləyirəm) sosial şəbəkədən bir müddətlik uzaqlaşmağa başlamağından anlamaq olar.
Döyüşün miqyası böyük olsa da, tam miqyaslı bir müharibəyə çevriləcəyini zənn etmirəm.
Gördüyüm qədərilə, İsrail Hizbullah müharibəsi yaxınlaşır. Yaxın müddətdə güclü toqquşma gözlənilir. Amma Hizbullahın zəif olmamasını (atəş gücü çoxdur) nəzərə alsaq, çox uzun müddətli sürməməlidir. Amma birinci hücümü İsrailin edəcəyini güman edirəm. Hizbullah…
İddia etdiyi 2 Həmas rəhbərini hədəf almaq üçün İsrail yenə 50-dən çox sivili, uşaqları öldürüb. Rəfahda qaçqınların qaldığı çadır şəhərciyi bombalanıb. Ətraf başı qopmuş uşaqlar, tamamilə yanmış bədənlərlə doludur.
Netanyahu vəhşidir. Beynəlxalq Cinayət Məhkəməsində faşistlərin cəzalandırıldığı kimi məhkəmə qarşısına çıxarılmalıdır bu əmri verənlər.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago